çətinliyi göz altına alaraq, şirkətin 500.000 florilik aksiyasını bazara çıxartdı. Elə bu vaxt şirkətin
Sonda adalarında apardığı qazma işlərindən müsbət nəticə əldə edildi. Neft yataqları tapılmışdır, özü
də ki, çox zəngin bir neft yataqları. Neftin tapılması xəbəri bir anda hər şeyi dəyişdirdi. Artıq pis və
böhranlı günlər geridə qalmışdı. İxrac edilən aksiyalar sürətlə satıldı. Şirkətin taleyi dəyişmişdi. Ta-
pılan neft üzündən şirkət 8% qazanc əldə etdi. Şirkətin aksiyalarının qiymətinin yüksəlməsi neftin çox
yaxşı satılmasına və şirkətin kassalarının pulla dolmasına səbəb olurdu.Elə bu vaxt şirkətin İdarə
Heyətinin sədri Kessler birdən-birə xəstələndi və bir müddət sonra vəfat etdi. Əgər bu ölüm bir neçə
ay əvvəl olsaydı, şirkət mütləq iflasa uğrayardı. Lakin indi belə bir təhlükə gözlənilmirdi. Çünki
şirkətin kassaları dop-dolu idi və hər gün də bu qazanc artmaqda davam edirdi.
Kesslerin vəsiyyətnaməsi açıldiğı zaman, hər kəs, bütün hissədarlar heyrət içində qaldılar. Kessler öz
vəsiyyətnaməsində onun yerinə keçəcək adamın Deterdinq olmasını istəyirdi. Buna baxmayaraq, İdarə
Heyəti buna o qədər də asanlıqla qərar vermədi. Uzun və mübahisəli müzakirələrdən sonra, nəhayət
Kesslerin vəsiyyətinin yerinə yetirilməsinə qərar verildi. Beləcə, Deterdinq ingilis-holland sərmayəsi
ilə meydana gəlmiş “Royyal-Datç” neft şirkətinin İdarə Heyətinin sədri oldu. Deterdinq yeni
vəzifəsini təhvil alanda, şirkətin kassalarında beş milyon florin vardı. Bu pul ilə çox işlər qurula
biləcəyini bilən Deterdinq, böyük bir layihə tərtib etmək qərarına gəldi. Deterdinqin xəyalında
qurduğu və tətbiqinə qərar verdiyi layihə doğrudan da böyük bir plan idi. Əgər şirkət bu layihənin
tətbiqinə müvəffəq olmasa, iflas edəcəkdi. Lakin Deterdinq hesabları ən incə təfərrüatına qədər
müəyyən etmiş, müvəffəqiyyətsizlik ehtimallarını heçə endirdikdən sonra buna qərar vermişdi.
Deterdinqin düşündüyü bu nəhəng planın əsasını bu günə qədər dünya neft hakimiyyətini əlində saxla-
yan və bu hakimiyyəti əlindən qaçırmamaq üçün bütün imkanlarını səfərbər etmiş Amerikanın
“Standard Oyl” neft tresti ilə Uzaq Şərq bazarlarında mübarizə təşkil edirdi. Deterdinq bu mübari-
zədə mütləq udacağına inanırdı. Doğrudan da o, bu mübarizədən qalib çıxdı və “Standard Oyl” neft
trestini iflasa uğratdı. Deterdinqin bu planı iqtisadi sahədə bir hərb planı idi.
Deterdinq bu gücü haradan tapmışdı? Onu bu mübarizəyə sövq edən səbəb nə idi? Bu mübarizəni
“Standard Oyl” trestinə qarşı necə aparacaq? Uğura necə çatacaqdı? Bütün bu suallar İdarə Heyətinin
və şirkətə pul yatırtmış bir çoxlarının yuxusunu qaçırmışdı. Bir çoxları bu nəhəng layihənin tətbiqi
zamanı şirkətin iflasa uğrayacağını açıqca söyləyirdilər. Lakin bütün bu təzyiqlərə, tənqidlərə və
narahatlıqlara baxmayaraq, Deterdinq özünü çox soyuqqanlı aparır və onlara belə bir təminat verirdi:
“Mübarizədə mütləq qalib gələcəyik”.
Deterdinqi bu mübarizəyə sövq edən amilin ingilis sərmayəsi olduğuna heç bir şübhə yox idi. Çünki
o, ingilis banklarının Orta və Uzaq Şərqə qoyduqları sərmayənin miqdarını bilirdi. Sonra Deterdinq
bu müəssisələrlə ayrı-ayrılıqda, müxtəlif şəkillərdə və müxtəlif zamanlarda təmas qurmuş, onların
dəstəyini qazanmışdı. İngilislərin bir imperiya qurmaq mübarizəsi apardıqlarını Deterdinq çox gözəl
bilirdi. O bütün bunları bildiyi üçün də mübarizəyə qərar vermişdi. Deterdinq bilirdi ki, ingilislər
onu xüsusilə, İngiltərənin mənafeyi üçün yalqız buraxmayacaqlar. Deterdinq həqiqətən də doğru
düşünürdü. Həqiqətən də irəlidə görüləcəyi kimi, ingilislər ən ümidsiz hallarda belə bu bölgələrə pul
yatırtmaqdan vaz keçməmişlər.
Deterdinqi bu mübarizəyə sövq edən səbəblərdən birisi ingilis lirəsi olduğu qədər ikinci səbəb
əlində olan zəngin neft yataqlarından çıxarılan neftin ən böyük alıcısı olan Çin bazarları idi. Bəli, bu
ikinci səbəb Deterdinqi mübarizəyə sövq edən amillərdən birisi və ən qüvvətlisi idi.
Sonradan Ser adını alacaq və Əlahəzrət İngiltərə Kralı və Böyük Britaniya İmperiyasının Girdə
Nışanını daşıyacaq olan bu adamı mübarizəyə sövq edən ən mühüm iki amili müəyyən etdikdən sonra
hadisəni beləcə nəql edə bilərik.
İNGİLİS TİCARƏT İMPERİYASI
İngiltərə kraliça Viktoria dövründən böyük bir həşəmətlə və qüdrətlə dünya dənizlərinə hakim idi. Bu
hakimiyyət yeni müstəmləkələr zəbt etmişdi. Bu müstəmləkələr sayəsində isə dünyanın dörd bir
tərəfindən toplanan var-dövlət ingilis adacıqlarına axırdı. İnsan ağlını başdan çıxaracaq bu
zənginliklər içərisində İngiltərə imperiyanın təməlinin sağlam və prinsipial nəsillər tərəfindən bina
edilməsini istəyir və bunun üçün də həssaslıqla çalışırdı. İngilislər çox gözəl bilirdilər ki, dənizlərə
hakim olan millətlər dünyaya da hakim olurlar. Bu üstünlüyü və dünya hakimiyyətini əllərindən
qaçırmamaq üçün nə mümkünsə etməyi, səhlənkarlığı, başısoyuqluğu onların apardığı siyasətə uyğun
olmayan bir prinsip olaraq qəbul etmişlər. Beləcə bu prinsipin işığı altında ingilislər, admiral
Nelsonun Trafalqardan bəri yenilməz olan donanmasının qüdrət və bəsirətini bu gün də göstərə
bilərdilər.
İctimai əsaslara görə mühafizəkarların başında həmişə bir şəxsiyyətin durmasına baxmayaraq,
ingilislər, dünyadakı hər yeniliyi və irəli addımı böyük bir həssaslıqla izləyirdilər. Onlar yenilikləri
qəbul etməkdə bir an belə tərəddüd göstərmirdilər. Edilən kəşflərə xüsusi maraq göstərir və bütün
yenilikləri əldə edirdilər.
İngilislər bu yeniliklər çərçivəsində XIX əsrin ikinci yarısından etibarən neft ilə çox yaxından
maraqlanmağa başladılar. Galisiyanın, Çexoslovakiyanın, Rumıniyanın, Osmanlı İmperiyasının,
İranın neft sahələri onların hədəfləri sırasında idi. Çünki ingilislər neftin cahanşümül əhəmiyyətini
hələ o vaxtdan görmüşlər və buna görə də tədbirlər hazırlamışlar. İngilislər dünyadakı neft sahələrini
ələ keçirmək üçün yeni siyasi xətt götürdükləri və özlərini neft mübarizəsinin içərisinə atdıqları vaxt
Amerikada “Standard Oyl”un qurucusu Rokfeller nefti kiçik şüşələrə tökdürərək revmatizm dərmanı
kimi Amerikanın hər tərəfinə göndərərək satdırmağa çalışırdı. Rokfeller hələ neftin həqiqi qüdrətini o
qədər də anlamırdı. 1860-cı illərdə cərəyan edən bu “Revmatizm dərmanı” satışı, Rokfellerin
qüvvətlənməsinə və Amerikadakı neft sahələrinə əl atmasına imkan verdi. XIX əsrin sonlarına doğru
ingilislər ilə amerikalılar neft sahəsində qarşı-qarşıya gəldilər və beləcə o tarixdən bəri də dünya öz
müqəddəratını neft sahibkarlarının əlinə təslim etdi.
Ancaq Rokfeller neft bazarına ingilislərdən daha əvvəl girməklə öz gücünü göstərdi və dünya
miqyasında bir “Neft İmperiyası” qurmağa müvəffəq oldu.
Dostları ilə paylaş: |