bildirirdi.
Bu nə deməkdir? İngiltərə ilə Amerika arasında müştərək düşmənə qarşı qurulmuş olan birlik və
bərabərlik harada qalmışdı? Bu və bunlara bənzər sualların sayını çoxaltmaq mümkündür. Ancaq
bütün bu mümkün olan sualların da cavabsız qalması qəbul ediləndir. Çünki ortada bəhs mövzusu
olan şey neftdir. Əgər neft olmasa idi, əslində iki dost və müttəfiq arasında bir anlaşılmazlıq
çıxmazdı.
Mr.Anthony Edenin bu sözləri Amerikada olduğu kimi başa düşülmüşdü. Artıq Amerikada iqtidara
Harri Tramenin yerinə general D.Eyzenhauer gəlmişdir. O, İngiltərənin xarici işlər nazirinin verdiyi
bəyanata cavab olaraq 1952-ci ilin sonunda İngiltərəni dəstəkləyəcəklərini bildirmişdir. Ancaq
Amerika prezidentinin bu bəyanatına baxmayaraq «Standard Oyl» İran nefti üçün həyata keçirmək
istədiyi fikirlərindən əl çəkməmişdir.
Amerikaya neft lazım idi. Bu neft də İngiltərənin əlində idi. İngiltərədən neft almaq üçün Amerikanın
Xarici İşlər Nazirliyinin məsul işçisi Paul Nitze 1952-ci ilin dekabr ayında Londona gələrək
müzakirələrə başlamışdı. Bu gəlişin məqsədi «Standard Oyl»dan neft almağa nail olmaq idi. Onun
cibində isə «Standard Oyl»un Abadandakı bütün neft təsislərini satın almaq üçün üç milyard
dollarlıq bir çek də var idi. Anthony Eden bunu bildiyi üçün amerikalılara neft satmayacağını
bildirmişdi. Elə bu səbəbdən də Paul Nitze Londonda soyuq qarşılandı. O, eyni vaxtda həm Xarici
İşlər Nazirliyinin əməkdaşları ilə, həm də Deterdinqin adamları ilə görüşərək neft əldə etmək
istəyirdi.
Paul Nitze Amerika xarici işlər naziri Dean Achesonun İngiltərənin xarici işlər naziri Anthony Eden
ilə Parisdə neft məsələsini müzakirə etmək üçün görüşəcəkləri tarixə qədər Londonda qalmağa
çalışırdı. O, 1952-ci il dekabrın 15-də Fransada başlayan müzakirələrdə iştirak edəcək Amerika
nümayəndə heyətinə qoşulmaq üçün Parisə getdi.
Amerikalıların İran neftini satın ala bilmək məqsədi ilə təşkil etdikləri bu konfrans özünəməxsusluğu
ilə seçilirdi. Burada ortaya belə bir sual çıxır: Amerika hökuməti İran neftini kimin hesabına almaq
istəyirdi? Paul Nitzenin cibindəki 3 milyard dollarlıq çek «Standard Oyl»a məxsus idi. Amerika
hökuməti Rokfeller qrupu adından hərəkət edir və bu trest üçün nefti satın almaq istəyirdi. Neft
dünyanın ən böyük dövləti olan Amerikanı da özünə ram etmiş və neft istehsalçılarının xidmətinə
soxmuşdu. İngiltərənin xarici işlər naziri Anthony Eden Parisə gedərək həmişəki kimi yenə də xeyr
demişdir. Paris konfransı başlamadan sona çatmışdır. Paris konfransından bir neçə ay keçsə də İranda
heç bir dəyişiklik baş verməmişdir. Amerikalılar ingilislərdən İran neftini satın ala bilməmələrindən
o qədər də pərt olmadılar və nə vaxtsa ala biləcəkləri fürsəti gözləməyə daha çox üstünlük verdilər.
Ancaq bu gözləmək prosesi çox sürmədi. Amerika prezidenti D.Eyzenhauer «Standard Oyl»dan aldığı
bir tapşırıqla ingilis hökumətinə ən yüksək səviyyədə görüşün keçirilməsi təklifini etdi.
İngiltərənin baş naziri Çörçill Amerika prezidentinin təklifini müəyyən şərtlər daxilində qəbul etdi.
Görüş Amerika tərəfdən prezident D.Eyzenhauerin, İngiltərə tərəfdən isə Çörçillin başçılıq etdiyi
nümayəndə heyətinin arasında Vaşinqtonda keçirilməli idi. İkinci Dünya müharibəsinin iki müzəffər
və ən böyük dövlət xadimi İran neftini müzakirə etmək üçün qarşı-qarşıya gəlmişdilər.
Amerikalılar bir dünya müharibəsi baş verməsinə səbəb ola biləcək İran neft ixtilafını, ancaq
ingilislərin bu nefti amerikalılara satdıqları zaman həll edilmiş olması fikrini irəli sürür və fikirlə-
rində israr edirdilər. Amerikalılar burada da xeyr cavabı eşitdilər.
Şübhəsiz istər Paris, istər Vaşinqton görüşmələrindəki rəsmi nümayəndə heyətlərinin arxasında neft
istehsalçıları vardı və onların iradələri burada hakim idi.
1953-cü il «Standard Oyl» şirkəti ilə «Royyal Datç-Şell Qrup»un mücadiləsi ilə başladı. Bu iki trest
arasında İkinci Dünya müharibəsi zamanı, yəni 1943-cü ildə imzalanmış on illik müqavilənin vaxtı
bitmək üzrə idi. Ancaq «Standard Oyl» bu müddətin sona çatmasını gözləmədən mücadiləyə
başlamağa üstünlük verdi. Vaşinqton konfransının sonunda mətbuat nümayəndələrinin suallarına
İngiltərənin baş naziri Çörçill cavab verməkdən imtina etmiş və sadəcə «konfrans məhrəm mövzuları
müzakirə etmişdir» demişdir.
Çörçillin bu sözü konfransda nələrin danışıldığını açıq-aydın ortaya qoymaqdadır. Məhrəm olan şey
nə idi? 1953-cü ildə dünyanın başında neftdən başqa hansı bir qayğı vardı? Əlbəttə başqa şey
düşünülə bilməzdi və Vaşinqton görüşünün mövzusunun neft olduğu rahatca söylənilə bilərdi.
İki dövlət xadimi bu görüşdə İran neftini və bu ixtilafın gələcək nəticələrini müzakirə etmişdilər.
Şübhəsiz ki, Amerika İran neftinin «Standard Oyl»a satılmasını tələb etimşdir.
1953-cü ildə İranda hər an hansısa bir hadisənin baş verməsi gözlənilirdi. İranın müxtəlif
şəhərlərində kommunistlərin təhrik etdikləri xalq kütlələrinin nümayişləri ilə təhlükəsizlik
qüvvələrinin arasında qanlı toqquşmalar baş verdiyi zaman şah ilə Müsəddiqin münasibətləri də
kəskinləşirdi. Rusiyanın İranı istila etmək planının qəzetlərdə çap olunmasından sonra xalq
kommunistlərə və onların tərəfdarlarına qarşı mübarizəyə başlamışdı. Zavallı İran kommunistlərlə
antikommunistlərin qarşı-qarşıya gəldikləri bir müharibə meydanı halına gəlmişdi.
Müsəddiq kommunistlər əleyhinə nümayişlərin şah tərəfindən təşviq edildiyini anlayır və hər an baş
verməsi gözlənilən ixtilal ilə birlikdə özünün də yox olacağını hiss edirdi. Elə bu səbəbdən də o şaha
qarşı açıq şəkildə mübarizə etməyə qərar verir. Müsəddiq artıq İranda heç bir qüvvəni tanımır və heç
kimsəyə hesabat vermirdi. O, şahı nüfuzdan salmaq üçün əlindən gələni edirdi. Hadisələrin belə bir
istiqamətdə cərəyan etdiyi bir vaxtda bütün İranı yerindən oynadan və Müsəddiqi də şoka salan bir
hadisə baş verdi. Yəni, 1953-cü il aprelin 4-də Tehranın polis rəisi general Mahmud Əfşartus yoxa
çıxdı. Bu xəbərin xalq arasında yayılmasından bir az sonra onun qaçırıldığı aydın oldu. Xalqı bir-
neçə sual düşündürürdü. Bu hadisə necə olmuşdur? Onu qaçırmağa kim cürət edə bilərdi? Tehranda
olan çoxlu sayda polisin və ordunun arasında bir polis rəisi necə qaçırıla bilərdi? Ancaq bütün
bunlara baxmayaraq qaçırılma hadisəsi baş vermişdi. Bu hadisədən dörd gün sonra onun cəsədi
tapılmışdır. O boğularaq öldürülmüşdür. Müsəddiq bütün təhlküsizlik qüvvələrini hərəkətə
gətirmişdi. Necə olursa-olsun qatillər tapılmalı idi. Ancaq minlərlə tehranlı sorğu-suala tutulsalar da,
heç bir nəticə əldə olunmamışdır. Müsəddiq rusların kəşfiyyatçılarının qüvvəsindən istifadə etdisə
də, yenə generalın öldürülməsində əli olanları aşkar edə bilmədi. Müsəddiq şahı taxtdan salmaqda
qərarlı idi. O, İran radiosundakı çıxışında şahı ittiham edərək belə söylədi: «Şah mənim həyatıma sui-
qəsd planları təşkil etməkdədir. Bir xarici ölkədən aldığı dəstəklə bunu reallaşdırmaq istəyir. Burada
şahın Avropada yaşayan bacısı Əşrəfin də əli vardır».
Müsəddiq bu bəyanatı ilə ruslarla birlikdə olduğunu bir daha ortaya qoyurdu. Müsəddiqin bu
sözlərinə xalq o qədər də inanmırdı. Ancaq onun bu ittihamedici sözləri az da olsa işə yaramışdı.
Rusiyanın isti dənizlərə çıxması üçün ən qısa yol İrandan keçirdi. Amma ora da ingilislərin əlində
idi. İngilis gizli xidmət orqanları Rusiyanın bu niyyətlərinə sədd çəkən ən böyük maneə idi.
Onu demək olar ki, İngiltərənin Entelijans Servisinin ən güclü təşkilata sahib olduğu yer Şərqi
Ağdəniz ərazisi və buna qonşu olan ölkələr, xüsusi ilə də Ərəbistan yarımadası idi. Onların bu
ərazilərdə xüsusi xidmət təşkilatlarını qurmaqda haqlı idilər. Çünki ingilis neft imperiyasının bütün
mənbələrinə gedən yollar buradan keçirdi. Bundan başqa Entelijans Servis sahib olduqları İran və
İraq neftini heç kəsə verməməkdə qərarlı idilər. Onlar bu ərazilərə qarşı iddia ilə çıxış edən
Dostları ilə paylaş: |