altında yaşamışdır. Ancaq o almanların müttəfiqləri olan türklərə qarşı necə münasibət bəslədiklərini
yaxından bilir və onlara nifrət edirdi.
Bunun əksinə olaraq Qazi Almaniya heyranı idi və Hitlerə pərəstiş edirdi. Bundan başqa kral Qazi
sonradan bir hökumət çevrilişi ilə İraqda idarəetməni əlinə alan Rəşid Əli əl-Ceylaniyə də rəğbət
bəsləyirdi.
Nuri Səid paşanın öldürülənə qədər sədaqətlə xidmət etdiyi Entelijans Servis ilə İngiltərə Dəniz
Bİrinci Lordluğunun neft mənfəətləri, kralın bu siyasəti ilə təhlükə altına düşürdü. Buna imkan
vermək neftin bir gün almanların əlinə keçməsi deməkdi. Neft ingilislərdən başqa heç bir dövlətə
verilə bilməzdi.
Nuri Səid paşa bu əmri aldıqdan sonra kralla bir neçə dəfə bu mövzu ətrafında ciddi söhbətlər
aparmalı oldu. Hətta kralı hədələdi də.
Zavallı Qazi bilmirdi ki, bu hərəkət ölümü ilə nəticələnəcəkdir. Yəni Nuri Səid paşanın hazırladığı
bir sui-qəsdin qurbanı olmuşdur.
Beləliklə, ingilislər tərəfindən əvvəl Versalda, sonra Lozannada varlığını ortaya qoyduqları bir neft
dövləti olan İraqın iki kralı, ata və oğul beş il ara verməklə o biri dünyaya göndərildilər.
Orta Şərqdə böhranlı illər və İran nefti
ətrafında mücadilə
İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Orta Şərq dövlətləri neftin müharibədəki əhəmiyyətini
gördükdən sonra qiymətini anladılar və siyasətlərini ona uyğun qurmağa çalışdılar.
Orta Şərqdə, İranda 1907 və İraqda təxminən 1905-ci illərdə başlayan neft mücadiləsindən sonra
1914-cü ildə baş verən Birinci Dünya müharibəsinin sonunda dağılan Osmanlı İmperiyasının əski
torpaqları üzərində qurulan dövlətciklərin çox hissəsi neft dövləti idi.
Səudiyyə Ərəbistanı dövləti 1950-ci ildə “Aramco” neft şirkəti ilə bağladığı bir müqaviləyə görə bu
şirkətin Səudiyyə Ərəbistanı torpaqlarından əldə etdiyi neftdən əvvəlcə bu dövlətə verdiyi 25%
hissəsini 50%-ə çatdırmışdı. Səud ibn Əbdüləziz bu işi kərə yağından tük çəkər kimi bacarmışdı.
Təbii ki, onun bu hərəkəti o biri dövlətlərə də təsir etmişdir, yəni onlar da ərazilərində fəaliyyət
göstərən neft şirkətlərindən onlara verilən hissələrin miqdarını artırmağı tələb etmişdilər. Bu
dövlətlər arasında İraq da var idi.
Nuri Səid paşa kral I Qazini ortadan qaldırdıqdan sonra İraqa tamamilə hakim olmuşdu. Artıq Naib
Abdulla ovcunun içində idi. Naibin qadınlara düşgünlüyü və israfçılığı Nuri Səid paşanı İraqda ciddi
intizam yaratmağa məcbur etdi. Sonra Nuri Səid paşa Amerikaya diqqətini artırmağa başladı. O,
İkinci Dünya müharibəsindən sonra İngiltərənin cahanşümul bir imperiya olmaqdan çıxdığına və
yerini Amerikaya verdiyini hiss edirdi.
Nuri Səid paşa kürəyini dünyanın bankiri rolunu oynayan Amerikaya dayıdığı təqdirdə İngiltərəyə də
bəzi təkliflər edə biləcəyinə inanırdı. Həmçinin 1948-ci ildən sonra ingilislərin bu əski adamı yavaş-
yavaş istiqamətini Amerikaya doğru çevirməyə başlamış, ancaq bu arada ingilislərə də diqqətini
azaltmamışdır. Nuri Səid paşanın bu hərəkəti ingilislərin gözündən yayınmamışdır. Artıq ingilis neft
istehsalçıları Nuri Səid paşanı yenisi ilə əvəz etməyin vacibliyini düşünürdülər. Ancaq bu yeni adamı
da ortaya çıxarmaq istəmirdilər. Onlar, yəni ingilis neft istehsalçıları Orta Şərqdəki hadisələrin
qarışmasında özləri üçün istifadə etməyi düşünürdülər. Gələcəkdə cərəyan edəcək hadisələr
ingilislərin bu görüşlərində nə qədər haqlı olduqlarını ortaya qoyacaqdı.
Nuri Səid paşa bu yeni amerikanofil siyasəti yürütməsindən üç il sonra, yəni 1951-ci ildə ingilislərlə
ilk neft müzakirələrinə başladı. Nuri Səid paşa ingilislərdən “Aramco” şirkəti ilə Səudiyyə
Ərəbistanı arasında bağlanan yeni neft müqaviləsindəki maddələrə oxşar bir imtiyaz tələb etdi. Yəni,
Nuri Səid paşa ingilislərdən – «The Irak Petroleum» şirkətindən İraq dövlətinə verilən 25% hissənin
50%-ə çatdırılmasını istədi.
İngilislər Nuri Səid paşanın bu təklifinə nə «bəli», nə də «xeyr» dedilər. Ancaq ona müəyyən
xəbərdarlıq etdilər. Nuri Səid paşa bu təklifinin üzərində çox ciddi dayanmadı. O, ingilislərin o
dövrdə düşdüyü vəziyyəti düzgün dəyərləndirə bilmədi. İranda ruslar və amerikalılarla rəqabət
aparan ingilislər çızılmaz vəziyyətdə idilər. Bunlarla bərabər Nuri Səid paşa Orta Şərqdə Entelijans
Servis ilə neft istehsalçılarının nə qədər güclü olduqlarını bilir və onlardan qorxurdu. Eyni zamanda
«The Irak Petroleum Company” da İraqda hər hansı bir dəyişiklik etməyəcəyini bildirdi. Nuri Səid
paşa bu xəbərdarlığı hədə kimi qəbul etdi.
İkinci Dünya müharibəsinin başa çatmasından beş il keçməsinə baxmayaraq dünyada hələ sülh
bərqərar olmamışdı. 1945-ci ildə qurulmuş Birləşmiş Millətlər Təşkilatı ilə dünya iki ayrı bloka ay-
rılmışdı. Bloklardan biri dəmir pərdə, o birisi isə azad millətlər adlanlırılırdı. Dəmir pərdə ölkələri
Rusiyanın, azad millətlər isə İngiltərənin, Amerikanın və Fransanın təmsil etdiyi blokun ətrafında top-
laşmışdılar. Dünyanın siyasi vəziyyəti bu idi. Ancaq, həqiqətdə, yəni azad ölkələri İkinci Dünya
müharibəsində qələbəyə çatdıran neft mücadiləsində isə bu cəbhələr dəyişik bir mahiyyət ərz edirdi-
lər.
Rusiya-Amerika birliyi yenidən İngiltərəyə qarşı hərəkətə keçmiş və neft ətrafında qorxunc bir
mücadilə başlamışdı. Yalnız, «Standard Oyl» İngiltərəyə qarşı apardığı bu mücadilədə Amerika
hökumətini ortaq edə bilməmişdi. Prezident Ruzvelt zamanında yaranmış rus-amerikan dostluq və
işbirliyi prezident Trumenin yeni siyasəti ilə iflasa uğramışdı. Amerika hökumətindən dəstək
görməyən «Standard Oyl» İngiltərəyə qarşı apardığı mücadilədə tək qalmışdı. Ruslar «Standard
Oyl»un onlarla olan gizli münasibətlərindən faydalanaraq Orta Şərqdə yeni və təhlükəli mücadiləyə
başlasmışdılar. Sovet agentləri İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirdə çox ciddi bir
şəkildə çalışırdılar.
İkinci Dünya müharibəsinin son səhifəsi olan Yaponiyanın məğlubiyyətindən bir il keçməmiş
Rusiyanın Orta Şərqdə və bu arada Türkiyədəki agentləri Moskvaya göndərdikləri raportlarda
vəziyyətin sovetlərin lehinə inkişaf etdiyini bildirir və dövləti ciddi addımlar atmağa məcbur
edirdilər.
Rusiya İkinci Dünya müharibəsinin qalib dövlətlərindən biri olaraq Orta Şərqə, xüsusilə də isti
dənizlərə çıxmağı planlaşdırırdı. Çar Rusiyasının varisi olan Sovet Rusiyasını Ağ dənizə çıxmasına
mane olan dövlət Türkiyə idi. O, Türkiyəni bitərəfləşdirmək üçün 1947-ci ildə bir nota ilə Kars,
Ərdahan və başqa bölgələrin ona verilməsini tələb etdi. Rusiyanın bu hərəkəti beynəlxalq aləmdə çox
təəccüblə qarşılandı. Bu tələb qarşısında sarsılmayan Türkiyə verilən notaya sərt cavab verməklə
məsələni həll etmiş oldu.
Rusiya Türkiyədən bu dərsi aldıqdan sonra siyasi istiqamətini başı daxili işlərinə qarışmış İrana
yönəltdi. İran Rusiya üçün uyğun bir ölkə idi. Ancaq burada da Rusiyanın rəqibi daima ingilislər, xü-
susilə də «Royyal Datç-Şell Qrup»un rəhbəri Deterdinq olmuşdur.
Rusların bu qərarı İran üçün yeni bəlalar, problemlər yaradacaqdı. 1907-ci il inqilabı zamanı İran iki
nüfuz dairəsinə bölünsə də sonra güc-bəla ilə bu böhrandan xilas ola bilmişdi.
İran üçün ikinci problem 1925-ci ildə meydana gəldi. İran ordusu zabitlərindən, indiki şahın atası
mayor Rza Pəhləvi İran taxt-tacının sahibi olan Qacarlara qarşı üsyan edərək bu türk xanədanını
hakimiyyətdən zorla kənarlaşdırdı. Mayor Rza Pəhləvinin İranın şahı olaraq siyasət səhnəsinə
çıxmasından sonra ölkədə cərəyan edən hadisələr əhalinin xeyrinə olmadı. İranın başına gələn bütün
bu fəlakətlər və müsibətlərin səbəbi neft idi.
İran üçün üçüncü problem İkinci Dünya müharibəsi zamanı yaranmışdı. Bədbəxt İran ingilis-rus
müqaviləsinə uyğun olaraq iki nüfuz dairəsinə ayrılmışdı. Yəni ölkənin şimalına ruslar, cənubuna isə
ingilislər nəzarət etməyə başlamışdılar. Müharibə zamanı bir nəzarət olaraq meydana çıxan bu
müvəqqəti işğal, müharibə bitər-bitməz başa çatdı. Yəni ingilislər tutdluqları ərazilərdən çəkildilər.
Ancaq ruslar tutduqları torpaqlardan çıxmaq istəmirdilər. İran üçün çox üzücü və uzun
müzakirələrdən sonra ruslar da çıxmağa razı oldular. Onlar gələcəkdə İranda yenidən nüfuz sahibi
olmaq üçün yerli əhalidən təşkil olunmuş bir təşkilat formalaşdırdılar. Onlar nəyin bahasına olursa-
olsun ingilislərə verilmiş neft imtiyazını ləğv etdirib öz əllərinə keçirmək niyyətində idilər.
Ruslar İranı tərk etdikdən sonra orada yaratdıqları təşkilatla birlikdə onlara bağlı agentlər qızğın
Dostları ilə paylaş: |