Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

xan bütün bu dip​lomatik təzyiqləri məharətlə sovuşdura bildi. 1896-cı ildə De​terdinq, İstanbuldakı
ingilis səfiri ser Filip Kurrie vasitəsiylə Ba​bı Alini (Osmanlı hökuməti) və Sultan II Əbdülhəmid xanı
bir da​ha sıxışdırdı. İngilislər, Babı Ali və sultan üzərində bu təzyiqi icra edərkən, almanlar da
İstanbuldakı səfirləri von Vangenheim vasitəsilə daha mülayim bir tərzdə imtiyazı əllərinə keçirmək
üçün təşəbbüs göstərdilər. Bu hər iki təşəbbüs də nəticə vermədi. Lakin, Sultan II Əbdülhəmid xan,
bu təzyiqlərə qarşı daha ciddi bir neçə tədbirlər görməkdə gecikmədi. Gördüyü tədbirlər, Akabe
məsələsi ilə bağlı idi. İngilislər, istədikləri neft imtiyazını əldə etməyincə, bə​sit bir çərçivədə baş
verən hadisə halında Misir ilə Osmanlı İm​periyası arasında davam edən sərhəd məsələsini bir Misir-
İngiltərə və Osmanlı İmperiyası məsələsi halına gətirməkdə gecikməmişdi​lər. İngiltərə türk tarixinə
“Akabe məsələsi” olaraq keçən bu sər​həd ixtilafı ilə əlaqəli olaraq Osmanlı dövlətinə sərt bir nota
verdi. Akabe məsələsinin başlanğıcı olan bu nota haqqında Sultan II Əbdülhəmid xan, ingilis
diplomatiyasına gərəkli cavabı verməklə birlikdə, almanların imtiyazlarını genişləndirdi. Beləcə,
Avropanın ən qüvvətli quru qoşununa və qüdrətli donanmaya sahib olan al​man​ları tamamən özünə
bağladı. İngilislər, qarşılarında alman qüd​rə​ti​ni görüncə Akabe önlərindəki donanmalarını nümayiş
etdirmə​lə​rin​dən vaz keçdikləri kimi, Misir əsgərlərinin ixtilaflı məntəqə​lər​dən çəkilmələrini də təmin
etdilər.
Sultan II Əbdülhəmid xanın imzaladığı yeni imtiyaz fərmanı “Deutsche Orient Bank”a Hicaz
dəmiryolunu da içinə alan geniş haqlar verirdi. Sultan II Əbdülhəmid xanın səltənəti boyunca tət​biq
etmiş olduğu, Avropanın böyük dövlətlərini bir-birlərinə salış​dır​maq siyasətinin davamı olaraq,
“Deutsche Orient Bank”a ve​ri​lən imtiyaz, bu siyasətə tipik bir nümunədir. Bu imtiyazla birlikdə İn​gil​-
tərə ilə Almanya dünya hakimiyyəti yolundakı mübarizə mər​kəz​lərini Ərəbistan yarımadası ilə
İstanbula nəql etdi.
Neft yenə də gizli xidmət orqanlarının vasitəsilə böyük sərma​yə​lərin çarpışmasına və sel kimi qan
axmasına səbəb oldu. Və... təəssüflə söyləmək lazım gəlir ki, bu mübarizənin aparıldığı torpaqlar
Osmanlı İmperiyasının hüdudları içərisində idi və axan qan türk qanı idi...
Hər iki dövlətin yeni siyasəti Babı Aliyə və sultana təzyiq gös​tərmək üzərində qurulmuşdur. Hərçənd
ki, almanların əldə etdiklə​ri bu imtiyazlar tamamilə, dövlətin dəmiryolu siyasətinə yönəlmiş​dir.
Lakin, bu imtiyazlar onları təmin etmirdi. Onların hədəfi Mo​su​lun neft sahələri idi. İngilislər isə
Osmanlı dövləti nəzərində ikin​ci dövlət durumuna düşmək istəmir və əllərində olan dünya
hakimiyyətinə kölgə düşməsini arzulamırdılar. Bu baxımdan, hər iki dövlət, istər sultan, istərsə Babı
Ali nəzdində təşəbbüs və təz​yiq​lərini durmadan artırdılar. Lakin dünya siyasətindən tamamilə
xəbərdar olan Sultan II Əbdülhəmid xan, bütün bu təzyiq və təhdidlərin daha irəliyə gedə
bilməyəcəyini başa düşürdü. O, bi​lirdi ki, imperiya, İngiltərə tərəfindən təcavüzə uğradığı təqdirdə
almanla​rın, Almaniya tərəfindən istiqlalı təhdid edildiyi təqdirdə də ingilislərin yardımlarına nail
olacaqdır. Qaldı ki, Sultan II Əb​dül​hə​mid xanın almanlara vermiş olduğu Hicaz dəmiryolu imti​yazı,
“Deutsche Orient Bank” təəhhüdlərini yerinə yetir​mə​diyi üçün qısa bir müddət sonra ləğv edilmişdir.
Lakin bu ləğvin əsl səbəbi isə bambaşqa idi. Sultan II Əbdülhəmid xan Akabe məsələsində,
almanlardan bir vasitə olaraq istifadə etmişdir.
Almanlar, Osmanlı İmperiyasına qoyduqları böyük sərmayə​nin Hicaz dəmiryolu imtiyazının ləğvi ilə
təhlükəyə girdiyini görüncə, Sultan II Əbdülhəmid xana öz etirazlarını bildirdilər. Almaniyanın
İstanbuldakı səfiri Sultan II Əbdülhəmid xana hə​də​ləyici bir dillə belə deyirdi:
“​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​- Almaniya İmperiyası, Osmanlı İmperiyası ilə imzaladığı bütün anlaşmaları tətbiq etmək
qərarındadır. Lakin, Almani​ya İmperiyasının bu qərarını tətbiq etmək üçün irəli sürdüyü tələbləri


vardır və bu tələblərdən biri Mosulun neft sahəsi üçün də imtiyaz almaqdır.”
Sultan II Əbdülhəmid xan bu təklifi gözləyirdi. Alman səfiri von Vangenheima 1890-cı il tarixli
fərmanı xatırlatmaqla kifayət​lən​di. Mosul və ətrafındakı neft sahələrinin Məmalik-i Şahanədən
olduğunu, hər hansı bir şəkildə imtiyaz vermək haqqının ona aid olmadığını bildirdi.
Yıldız sarayı ilə Babı Ali arasında cərəyan edən ingilis və al​man səfirlərinin əsəblərini korlayan
çəkişmələrin əsas mərkəzini məhdudiyyətli Mosul neft sahələri təşkil edirdi. Bu ixtilaf Sultan II
Əbdülhəmid xanın İttihad və Tərəqqi Partiyası tərəfindən tax​tından endirildiyi 1908-ci ilin əvvəlinə
qədər davam etdi...
Sultan II Əbdülhəmid xan taxtından endirildiyi ilə qədər 1890-cı il tarixli fərmanın ruhuna böyük bir
sədaqətlə və həssaslıq​la sadiq qaldı. Heç bir dövlətə, Mosul və ətrafında aparılan bütün diplomatik
təzyiqlərə baxmayaraq neft imtiyazı vermədi.
1908-ci il Osmanlı İmperiyasının istər taleyi, istərsə də sonu üçün ən böhranlı bir dövrdür. Bu dövr
ilə birlikdə daxili və xarici təzyiqlər başladı. Beləliklə İttihad və Tərəqqi Partiyasının 24 iyul
çevrilişi bu dövrün başlanğıcı oldu. Bu tarixdə “Hərəkət ordusu” adı altında İstanbulu işğal və talan
edən rum-bolqar-serb-xorvat və alban quldur dəstələrinin də içində olduğu Üçüncü Ordu, bütün
məm​ləkətə hakim idi. Mahmud Şövkət paşa və İttihad və Tərəqqi Par​tiyası, mənbəyinin haradan
alındığı bilinməyən bir ilhamla gü​zəşt siyasətinə başlamışdır.
Sultan II Əbdülhəmid xanın varlığına qədər Məmalik-i Şa​ha​nə olaraq elan edilmiş neft sahələri,
1908-ci il iyulun 24-də Ti​carət və Kənd Təsərrüfatı Nazirliyinin sərəncamına verildi.
 
 
 
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə