Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə8/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   4   5   6   7   8   9   10   11   ...   164

«Ali elmin predmeti tək şeylər deyil, onun predmeti mütləq 

varlıqdır,  çünki  o  həqiqətən  mütləqdir.  Onun  məşğul  olduğu 

məsələlərin məzmunu varlığın elə durumudur ki, onun özündən 

yaranır və qırılmaz olaraq ona məxsusdur».*^ 

~Fəlsəfı  biliyin  əsas  tiplərini  aşağıdakı  kimi  qruplaşdırmaq 

olar: l) obyektiv idealizm (Platon, Hegel və b.); 2) mistisizm və 

irrasionalizm  (Platon, əl-Qəzali, əl-Ərəbi,  K.Yaspers və b.); 3) 

subyektiv  idealizm  (Yum,  Kant  və  b.).  Bu  barədə  bir  qədər 

aşağıda daha ətraflı bəhs ediləcək; 4) materializm və onun for- 

malan. 


Qeyd etmək lazımdır ki, ingilis-amerikan fılosoflannın çoxu 

üçün idealizmi subyektiv və obyektiv növlərə bölmək xarakterik 

olmayıbdır. 

Fəlsəfi  bilik  xüsusi  elmlər  kimi  konkret  bilik  sahəsi  ilə 

məhdudlaşmır. 

Fəlsəfi 


problemlərin 

spesifikliyi 

(özünəməxsusluğu)  onların  xüsusi  elmlərin  problemləri  ilə 

əlaqəsini istisna etmir, əksinə, bunu tələb edir. Xüsusi elmlərin 

fəlsəfi problemləri elə nəzəri, xüsusi elmi və həlli ehtimal edilən 

(fərziyyə, nəzəriyyə) problemlərdir ki, fəlsəfi izaha ehtiyacı var. 

Burada  filosofların  və  xüsusi  elmlərin  təmsilçilərinin  birgə 

fəaliyyət  göstərmələri  üçün  imkan  var.  XX  əsrin  böyük  fiziki 

A.Eynşteyn  demişdir  ki,  «bizim  zamanda  fizik,  fəlsəfi 

problemlər  ilə  əvvəlki  nəsildən  olan  fızikə  nisbətən  daha  çox 

dərəcədə məşğul olmağa məcburdur». 

Beləliklə, fəlsəfə xüsusi elmləri əvəz etmir, o fiziki aləm və 

yaxud  cəmiyyətin  sosial  həyatı  haqqında  yeni  nəzəriyyələr 

yaratmır; elmin yeni məlumatlan əsasında idraki əhəmiyyəti olan 

nəticələr  çıxarır,  onlara  istinad  edir,  konkretləşdirir, 

zənginləşdirir, ümumi  nəzəriyyəni  və idrakın  məntiqini inkişaf 

etdirir. 

Fəlsəfə  bütün  bilik  sahələri  ilə  əlaqədə  olur,  hər  bir  elmdə 

tətbiq edilə biləcək ümumi prinsiplər hazırlayır. Deməli, fəlsəfə 

və xüsusi elmlər dünyanın dərk edilməsi prosesində bir- birinə 

qarşılıqlı təsir göstərir və faydalanırlar. Kant demişdir: 

''’Ибн Снна. Избранные филосо(|)скис произведения. М.. «Наука». 1980. с. 105. 

22 



«Fəlsəfə  anlayışlardan  yaranan...  biliklər  sistemidir.  Bu  elmin 

məktəb  anlayışı  belədir.  Dünya  anlayışına  görə  isə  o  insan 

ağlının  son  məqsədləri  haqqında  elmdir.  Bu  yüksək  anlayış 

fəlsəfəyə İəyaqət, yəni mütləq dəyər gətirir. Həqiqətən də yalnız 

onun daxili  dəyəri var və ilk dəfə bütün  başqa biliklərə dəyər 

verir».’’ 

Xüsusi  elmlərin  nəticələrinin  fəlsəfi  təhlili  o  hallarda 

əhəmiyyət  kəsb  edir  ki,  əldə  edilən  biliklərin  cəmində  yeni 

keyfiyyət  meydana  çıxır,  böyük  miqdarda  alınan  nəticələrdən 

bir,  lakin  keyfiyyətcə  yeni  nəticə  çıxır.  Fəlsəfənin  vəzifəsi  bu 

yeni keyfiyyətin təzahürünü vaxtında görmək, onun ümumi və 

spesifik tərəflərini seçib ayırmaqdan ibarətdir. 

Hər  hansı  bilik  praktiki  olaraq  fəlsəfi  biliyin  qaynağı  ola 

bilər,  lakin  bir  şərtlə  ki,  həmin  bilik  fəlsəfə  üçün  dünya 

haqqında,  insanın  dünyaya  olan  münasibəti  haqqında  ümumi 

təsəvvürləri dərinləşdirmək üçün material rolunu oynaya bilsin. 

Bu səpkidə elmin  və sosial  həyatın hər bir  faktı  fəlsəfi  idraka 

münasibətində ilkin empirik material kimi çıxış edir. Fəlsəfə bu 

materialı  götürür,  seçir,  nəzərdən  keçirir,  mənimsəyir.  Lakin 

filosoflann heç də hamısı bu fikirlə razılaşmır. 

XX əsr Qərb fəlsəfəsində fəlsəfi biliyin xüsusiyyəti haqqında 

çoxsaylı fikirləri əsasən iki istiqamətdə qruplaşdırmaq olar: 1) 

fəlsəfə  və  elm  prinsipcə  iki  müxtəlif  bilik  sistemidir.  Əgər 

təcrübəyə əsaslanan elm konkretdirsə, fəlsəfə nə  yanlış, nə də 

həqiqi  bilik  verməyən  sırf  abstrakt  (mücərrəd)  dünyagörüşü 

sistemidir;  2)  bir  sıra  filosoflar  fəlsəfəni  ətraf  dünya  haqqında 

elmi məlumatları yığan və ümumiləşdirən «elmi on- tologiya»'* 

ilə  eyniləşdirirlər.  Fəlsəfə,  onların  dediyinə  görə,  elmi 

məlumatlardan  ayrılmamalı,  elm  nəzəriyyəsi  kimi  çıxış 

etməlidir. 

Marksist  filosoflar  hesab  edirlər  ki,  marksist  fəlsəfə 

bəşəriyyətin topladığı bütün bilik sisteminə əsaslanır və xüsusi 

elmlərlə sıx əlaqədə olsa da onları əvəz etmir. 



” И.Кант. Трактаты и письма. M., 1980, c.33I. 

'*‘Ontologiya (yun. «ontos» - mövcudat və «loqos» 

ümumiyyətlə varlıq haqqında təlimdir. 

təlim, söz deməkdir) - 

23 


Müəyyən  xalqlann  öz  müstəqil  milli  fəlsəfəsinin  mövcud 

olması fəlsəfənin elmdən daha bir fərqini göstərir. Milli (alman, 

yapon və s.) riyaziyyat, fizika, biologiya və s. yoxdur və ola da 

bilməz. 


Fəlsəfi bilik yalnız təmiz nəzəri idrakdan çıxanimır, o həm 

də  bütün  insan  həyatının  təsiri  altında  formalaşır.  Fəlsəfə  ən 

geniş  mənada  bəşəriyyətin  bütün  idrak  təcrübəsini 

ümumiləşdirir. Buraya həm elmi, həm də gündəlik adi təcrübə, 

incəsənət və əxlaq, dinin təhlili (marksizmdə ateizm) daxildir. 

Bu  mənada  məşhur  alman  filosofu  F.Nitsşenin  (1844-1900) 

sözləri maraqlıdır. Filosof necə olmalıdır sualına o, belə cavab 

verirdi:  «...Ola  bilsin  ki,  onun  özü  həm  tənqidçi  və  skeptik 

(şübhə  edən),  həm  ehkamçı  (doqmatik),  həm  tarixçi,  bundan 

başqa şair və toplayıçı, həm səyahətçi, həm tapmaca açan, həm 

əxlaqçı, həm gələcəyi görən, həm «azadfıkirli», insani dəyərlər 

və  müxtəlif  hissi  dəyərlər  çevrəsindən  keçmək  üçün  nə  desən 

ondan  olmalıdır  ki,  müxtəlif  gözlər  və  müxtəlif  vicdanla 

yüksəkdən  hansı  uzaqlığı,  dərinlikdən  hansı  yüksəkliyi,  dar 

məkandan  hansı  genişliyi  istəyirsən  görmək  imkanına  malik 

olsun. Lakin bunların hamısı onun vəzifəsinin ilkin şərtləridir; 

vəzifənin özü isə nəsə başqa bir şey - dəyərlər yaratmağı tələb 

edir».” 


Başqa alman filosofu A.Şopenhauer (1788-1860) fəlsəfənin 

praktiki  məsələlərlə  məşğul  olmasının  qəti  əleyhinə  idi: 

«Mənim fikrimcə fəlsəfə həmişə nəzəri xarakter daşıyır, belə ki, 

onun bilavasitə tədqiqat predmeti nə olursa olsun, ona göstəriş 

vermək deyil, nəzərdən keçirmək və öyrənmək xasdır. Əksinə, 

praktiki olmaq, insanların fəaliyyətinə rəhbərlik etmək, onlann 

xarakterini dəyişmək köhnə iddialardır; fəlsəfə indi daha yetgin 

görüşlərə nail olaraq onlardan gərək imtina edəydi».^® 

Fəlsəfənin  vəzifəsi  hər  şeydən  əvvəl  mədəniyyətin 

dərinliyində  baş  verənləri,  onun  müxtəlif  sahələrində  (elmdə, 

texnologiyada,  siyasətdə,  əxlaqda  və  s.)  baş  verən  qarşılıqlı 

münasibətlərin dinamikasını öyrənib ümumiləşdirməkdir. 



Ф.Ницше. Сочинения. В 2-х тт., Т.2, М., 1990, с.335. 

Хрестоматия по философии. 

М.. 

«Прогресс», 1997, с.20-21.

 

24 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə