muş, sonralar gürcü xalqının tarixi təkamülündə mü-
hüm rol oynamışlar (İoсeлиани 1866, 3-11).
Albaniya və İberiyanın xristianlıqdan öncəki
nəsilləri Sınıq körpü ilə Tiflis arasında Kala, Safar,
Ucarma, Şuşa, Bazar, Kərəm şəhərlərini salmışlar.
Xristianlıqdan sonra həmin nəsillər Şatberdi, Alaverdi,
Bertuban, Ərtuban, Kara yazı (David Qareci) mağara-
monastırlarını tikdilər. Monastırlarda dini, şəhər-qala-
larda dünyəvi ədəbiyyatın ilk nümunələri yaradıldı.
Şərq və qərb ədəbiyyatından seçmələr tərcümələr
edildi. Ən qədim ədəbi nümunələr Sarı Yaqubun “Büt-
lərin yıxılması haqqında söz”, Çorlu Yaqubun “Şu-
şanikin iztirabları”, “Karaman” dastanı və başqaları idi
(Марр 1901. 25; Джанашвили 1900. 20).
Albanlar, iberlər, buntürklər Kür çayı boyunda,
Kaxeti və Eretidə antik və ilk orta əsr şəhərləri salanda
baqrationlar hələ Qafqaza gəlməmişdilər. Onlar tarix
səhnəsində 575-ci ildə göründülər. Çorok çayı (Türki-
yə) vadisində özlərinə kiçik bir knyazlıq yaratdılar
(Эсадзе 1801.6; Бакрадзе, Берзенов 1870. 19-26;
Джанашвили 1900. 3; Марр 1907. 44).
Klassik gürcü şeirinin və poetik dilinin qüdrətli
nümayəndəsi Rustaveli (Марр 1895. 229) Şota nəslin-
dən çıxmışdır, yoxsa Şota şairin adıdır, bu barədə
gürcü alimləri susurlar. Yalnız poemanın bir hissəsini
1885-ci ildə nəşr etdirən Yevgeni Stalinski yazır ki,
Şota şairin soyadıdır (Шота Руставели 1885. 6). Əldə
olan mənbələrin tədqiqi göstərir ki, Şota Albaniyanın
Aran nəsillərindən biri olmuşdur. Onların bir qolu
Sünikin Zod mahalında məskunlaşmış, bir qolu isə
İberiyaya köçmüşdür.
A.S.Xaxanov yazır ki, xristianlıqdan
öncəki iber-
lərin Almaz dağında qoyulan baş bütü
Şota adlanırdı
(Хаханов 1897. 244). Əgər e. ö. III əsrdə Şota İbe-
riyanın baş bütü sayılırdısa, deməli həmin bütə sitayiş
edən adamlar o zaman İberiyanın ən güclü etnosu ol-
Şota Albaniyanın
Aran nəsillərindən
biri olmuşdur.
İberlərin Almaz
dağında
ucaltdıqları baş
büt Şota adlanırdı.