Kamil Vəli NERİMANOĞLU
63
Türk Dünyası 34. Sayı
Fətəlinin sosial fəlsəfəsidir ki, onlardan qəbul etdiklərimiz (totalitar, avtoritar
idarəçiliyə qarşı qəti mövqe, çoxdüşüncəlilik, plyuralizm, sağlam maarifçilik,
cəhalətə, mövhumata qarşı barışmazlıq, inqilabi qətiyyət, reformist baxış
və s.) də qəbul etmədiklərimiz (islam dininə, ümumən dinə qarşı önyarqı
və düşmənçilik, ədəbiyyat tarixinə subyektiv və yanlış baxış, bidətçilik
(apokrifçilik), ifrat Batı heyranlığına yol açcaq fikir toxumları və s.) də var.
Məncə, bu baxışlar sistemi arayış, axtarış kimi dəyərləndirilə bilər ki, onlar
ilahi deyil, dünyəvi, yerə, günə bağlıdır və bir xeyli dartışma mövzularıdır.
Erkək toxumu başqa-başqa millətlərin zərif cinsinin bətninə can atar,
qadın bətni isə öz millətinin toxumunu sevməyə və seçməyə üstünlük verər.
İstisnaları olsa belə bu qanuna uyğunluq təbii canatma, təhtəlşüurla deyil,
adət-ənənə ilə, dini dünya görüşlə tənzim olunur. Belə olmasaydı Sovetlərdə
yaşayan biz türklər rusların uyqurlarçün mədəsində çoxdan əriyib getmişdi.
Ana bətnə ocağı tərcih edirsə, Ata toxumu daha uzaq yurdların, ellərin
qadınlarının bətninə cumar. Qan qanı çəkdikcə, qan qana qarışdıqca, gizli
güzlər ortaya çıxmış olur. Bətn çəkər, toxum atılar. İmperiya qanunlarından
biri də budur. Bu bioloji amil sosial dəngələri də idarə edər. Biososial güc
toplumu zəlzələ kimi yerindən oynadar, imperiyaları böyütdükcə böyüdər,
kiçiltdikcə kiçildər. Və imperiyalar da uşaqlar kimidir. Doğular, böyüyər və
ölüb gedər.
Mirzə Fətəli bu biososial qanuna uyğunluqları bilirdi.
O, iqtisad qanunlarını da oxumuş, cəmiyyət həyatında iqtisadi qanunların
rolunu dərindən öyrənmiş və yaradıcı şəkildə dərk etmişdi.
Üstqurumun baisə təsir yollarını və əhəmiyyətini gözəl bilir, ideoloji,
humanitar elmlərə, gözəl sənətə dərindən bələd idi.
Texnikanın, texnolojinin, dəqiq elmlərin xoşbəxt gələcək üçün açdığı
imkanları hərtərəfli anlayırdı.
Bu universal təfəkkürün kökləri Qərb-Şərq sintezinə də nəşət tapmışdı. Bu
sintezdə Aristoteldən, Platondan üzü bəri, İbn Sina, Fərabi, İbn Xəldun, Rumi
də var idi. İspinoza, Kant, Hegel, Volter, Didro, Monteskye, Tard, Dürkhaym,
Molyer, Puşkin kimi....
...Söz uçar yazı qalar,- deyib müdriklər. Mirzə Fətəli sələfləri ilə xələfləri
arasında elə bir canlı körpü idi ki, o körü olmasa Şərqin dünyagörüş bütünlüyü
təsəvvür olunmazdı.
Əslində Qərb və rus ictimai-siyasi elmi-fəlsəfi, ədəbi-estetik fikir sistemi
Axundzadəyə yer ayırmadıqsa, o tarix həmişə yarımçıq qalacaq.
Təəssüf avropasentrizm, xristian klubçuluğu, Avropaya xas eqoizm və
özünə vurğunluq, müsəlman dünyasına ikinci sinif insan müamiləsi, Mirzə
Fətəlidən bugünə heç nəyi dəyişmədi ki, dəyişmədi. Nə demokratiya, nə insan
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
64
haqları, nə Avropa Birliyi Şərqi sömürü və ekzotika dünyası hüdudlarını söküb
dağıda bilmədi. Bu da üzümü Mirzə Fətəlinin ruhuna tutub söylədiyim bir
həqiqətdir. Dünən də, bugün də, sabah da...
...İnsan bəzən işığı dışarıda, yaxın və uzaq ətrafda arayır. Mən işığın
insanın öz içində olduğuna inananlardanam. Yenə məncə, Mirzə Fətəli buna
inanmayanlardandır. Ancaq bu sadəcə inanmaq kimi yorumlana bilməz.
Çünki Mirzə Fətəli inanmaya-inanmaya o işığı tapanlardandır. Mənim kimi
inananlarsa hələ böyük bir şey tapmayıb. Bu da bir qəribə paradoksdur. Bunu da
diqqətə alın ki, mən dahilər plyedasından deyiləm.
Allahın verdiyi və insanın özünün qazandıqları nə qədər nisbi olsa da
müqayisə etmək olar. Mirzə Fətəliyə Allah yaratma vergisi vermiş, Mirzə Fətəli
bu vergini zəhməti, bədahəti ilə cilalamışdır. Universal təfəkkür və çoxyönlü
fəaliyyət hər kəsə müyəssər olmur. Mirzə Fətəlinin əlyazmalarına baxsanız,
ədəbi, elmi, publisistik əsərləri üzərindəki işini incələsəniz, məktublarını
diqqətlə oxusanız, bir ucu Tiflis, Bakı, o biri ucu İstanbul, Peterburq, Tehran...
olan fəaliyyət sahəsini diqqətlə öyrənsəniz heyrətə düşərsiniz. İnsanın nə qədər
böyük enerjisi, iradəsi, əzmi olarmış...
Bir şeyi də demək məcburiyyətindəyəm.
İslamı heçləşdirmək, təsirsiz hala gətirmək siyasəti Qərbin və rus
rejiminin əsas strateji məqsədlərindəndir. Bunun birbaşa zorbalıqla edilməsi
məqsədəuyğun sayılmamışdır. Batı və rus missionerləri ilə bərabər müsəlman
olan yerli seçilmişlərdən də gərəyincə istifadə edirdi. İlminskinin, Radlovun
(böyük alim olduqlarını inkar etmirik – K.V.) və b. elm adamlarının raportlarında
bu açıq-aydın şəkildə öz əksini tapıb.
Xalqının taleyini Rusiya və ya Qərbə bağlamış ziyalılar bu xidməti
səmimiyyətlə etmişlər. Mirzə Fətəlini də müəyyən mənada bu sıraya daxil
etmək olar. Mirzə Fətəlinin manevr siyasətini də görməzlikdən gələ bilmərik.
Burada yuxarıdan seçimlə xalqına xidmət üst-üstə düşür. Əlifba və islam
dini “Parçala, hökm sür” siyasətinin sərbəst keçə biləcəyi körpü olduğu üçün
missioner fəaliyyət də o istiqamətə yönəldilmişdir. Mirzə Fətəlinin maarifçilik
idealı ilə üst-üstə düşən missioner fəaliyyətini bir-birindən ayırmaq çətindir və
bəlkə də imkansızdır.
Həqiqətə yaxın olan yalan ən dəhşətli yalandır. İslam dini ilə cəhalətin
eyniləşdirilən təşəbbüsləri bu yalanı dəhşətli edən əsas faktorlardan biri idi.
Qərbin və rusların terror deyə damğaladığı islami dirəniş zülm, sömürüyə
qarşı mücadilənin yollarından biridir. Zülmün zülm, zorbalığın zorbalıq
doğurması da təbiidir.
İslam həm də elə bir ictimai ideologiyadır (və ya müəssisədir) ki, orada
zalıma və zülmə qarşı amansız mücadilə formulu var və bu formulu Qərb heç