Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   17   18   19   20   21   22   23   24   25

Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

74

Mirzə Fətəli üçün o qədər böyük həqiqətdir ki, bunun əksini düşünmək onun 



ağlına  belə  gəlmirdi.  Qərb  modelini  yalnız  ideologiya  kimi  deyil,  yaşam 

biçimi kimi qəbul edən Mirzə Fətəlinin gözləri o qədər tutulub ki, mübarək 

“Quran”ı,  ədəbiyyat  əsəri  kimi,  uydurma,  mif  kimi  alt-üst  etməkdən  zərrə 

qədər də çəkinmir... Mirzə Fətəli unudur və ciddi səhvə yol verir ki, insanın 

inamı ilə oynamaq olmaz. 

Şərqi bu qədər görməzlikdən gəlmək sömürücü Avropaya qol qanad verən 

əsas amillərdən biri olmasını da unutmayaq.

Bu  vəziyyəti  əbədi  qəbul  edən  Mirzə  Fətəli  müstəmləkə  üsul-idarəsini, 

sinif bərabərsizliyini, hüquqsuzluğu, maarifsizliyi, tənqid və ifşa etmirdi desək 

çox  ciddi  haqsızlıq  etmiş  olardıq.  Mirzə  Fətəli  heç  zaman  şeytana  vəkillik 

etməmişdir. 

Burada  bir  haşiyə  çıxmaq  istəyirəm.  İslam  zor  dini  deyil.  İslam  qılınc 

gücünə  yayılmayıb.  Bu  mənada  “qılınc  müsəlman”  ifadəsi  də  kökündən 

yanlışdır.  Ərəb  olmayan  xalqların  böyük  bir  qismi  təsəvvüf  şəklində, 

formatında islamı qəbul ediblər (özəlliklə, Türküstan, Qafqaz, İran, Ural-İdil 

boyu müsəlmanlar).

Əgər  islam  “qılınc  dini”  olsaydı  bir  ovuc  qriqoryan  erməni,  provoslav 

gürcü xilafətə necə müqavimət göstərə bilərdi? Vergi, töycü isə öz dinində 

qalmaq istəyənlərin seçimi olubdu. Bu konteksdə Babəklə bağlı mübahisələr 

də kifayət qədər çoxdur. Əvvəla, sovet ideologiyasının təsiri ilə qələmə alınmış 

“Od gəlini” (C.Cabbarlı) ağ yalandan başqa bir şey deyil. 

Mən  Babəkin  özünün  də  müsəlman  olduğunu  söyləyənlərin  fikriylə 

şərikəm.  Babək  islama  qarşı  deyil,  işğalçıya  qarşı  mücadilə  aparıb.  Babək 

ermənilərin əli ilə öldürülüb. Əgər sonralar Babək vətənsevərlik simvoluna 

çevrilibsə,  buna  qarşı  cəhad  açmağın  da  anlamı  yoxdur.  Bu  məsələdə 

simvolların şərti olduğunu da unutmayaq. 

Bunu  da  göstərməmək  olmaz  ki,  islam  fundamentalizmi,  islam  terroru 

ifadələri də kökündən yanlışdır. Bir dəfəlik bilmək lazımdır ki, terrorun dini, 

məsləyi,  milləti  yoxdur  və  ola  da  bilməz.  Hətta  terrorun  vətəni  də  yoxdur. 

Terror  uyğun  bilinən  yerdə  gerçəkləşdirilən  qəsddir,  qırğındır,  faciədir,  bir 

sözlə, şeytan işidir.Terrorçunun Norveçli, Ərəbistanlı, İranlı, ABŞ-lı... olması 

onun  milləti,  dini  anlamına  gəlməz.  Bu  anlayışların  lokal  və  ya  ümumi 

siyasətdə işlənməsi məqsədlidir və olduqca zərərlidir. 

İslam digər dinlər kimi barışı, xoşgörünü, insanlığı, Allah sevgisini təbliğ 

edən inancdır, əqidədir, dünyabaxışdır, desək həqiqəti olduğu kimi ifadə etmiş 

olarıq. 


Mətləb odur ki, dahinin bir yanlışı dahi olmayanın min yanlışı deməkdir. 

Mən Mirzə Fətəlinin əsas yanlışının bütün ictimai bəlaların səbəbini dində 




Kamil Vəli NERİMANOĞLU

75

Türk Dünyası 34. Sayı

görməsini doğru saymıram. Mirzə Fətəlinin təsdiq etdiyi Avropada kilsədə, 

sineqoqda  şamını  yandırıb  duasını  oxuyan,  ibadətini  ürəkdə  yapıb  sonra 

parlamentə, akademiyaya, universitetə, elm və sənət ocaqlarına yollanan, yazan-

yaradan xristian-yəhudi dünyasını görməzlikdən gələndə, əlbəttə ki, haqsızdır. 

Tarixin çıxmazına girmək və onun sancılarını yaşamaq xilas yolunu qapamır. 

Xilaskarlar  da  yalnız  dahilər  deyil.  Tarixin  dahiləri  öz  cilvəsi,  öz  dolanbac 

yolları var. 

İnsan kimi imperiyaların da, sivilizasiyaların da öz alın yazısı var. 

Mən  Allahın  böyüklüyünü,  qadirliyini  qəbul  edənlərdən  olduğum  üçün 

Mirzə Fətəlini həm başa düşürəm, həm də başa düşə bilməməklə əzab çəkirəm...

Bütün  bu  beyin  fırtınasında  bir  şeyi  də  unutmaq  olmaz  ki,  Mirzə  Fətəli 

inqilabçı idi. Qətilik, risk, rəqib olan hər şeyi kökündən vurmaq inqilabçıların 

ana  qanunudur.  Mirzə  Fətəli  bu  qanunu  pozmayıb.  Fəqət  Qərbin  kor-koranə 

təqlidçisi  də  olmayıb  Mirzə  Fətəli.  O,  seçdiyi  yolun  xalqı  xoşbəxtliyə 

aparacağına inanıb. Ürəkdən inananları kəskin mühakimə etmək doğru deyil. 

Onu qəbul edərsən, inananarsan, ya da qəbul etməzsən, inanmazsan.

Kainatın  sürətinin  kəşfi  nisbilik  nəzəriyyəsinin  doğru  olmadığını  isbat 

edən ateist ola da bilər, olmaya da bilər. İnsan təbiətindəki mürəkkəbliklərinin 

anatomiyasını  araşdıran  Allahsız  sənətkar  Allaha  daha  çox  yaxındır,  nəinki 

Allahdan daima nə istəyən, özü üçün yaşayan, quru sözlərlə ayinləri mexaniki 

şəkildə icra edən dindar. 

Allah yaradanları sevir. Çünki yaratmaq Tanrının öz xassəsidir. Bu cümlədə 

vurğu yaradan sözünə düşür və buradan Allah yaradandan başqa heç kimsəni 

sevmir anlamı çıxarmaq da yanlışdır. 

Mühafizəkar  və  ya  liberal  olmaq  privelegiya,  üstünlük  sayılmaz.  Bəzən 

insan öz seçimində səhv edə bilər və ya onun ictimai varlığını müəyyənləşdirən 

şərtlərə tabe ola bilər. Bəzən də insanın ağlı, düşüncəsi ilə ürəyi, hissiyyatı, ayrı-

ayrı seçimlər edə bilər. Mən bütün bunları Mirzə Fətəliyə isnad etmirəm, insan 

seçimindəki mürəkkəbliyi vurğulamaq istəyirəm.

Bəzən deyirlər ki, sıradan olan insanların Allaha ehtiyacı var, dahilər Allahı 

neyləyir?

Əgər bir alim makro və mikro aləmin tabe olduğu universal qanuna uyğunluq 

tapıb bu qanuna uyğunluğu Allah qanunu deyil, təbiət qanunu adlandırsa, fərq 

etməz o Allahın varlığını təsdiq edən mübarəklərdəndir. Alimin susmağı cahilin 

iddiasından  qat-qat  ucadır.  Qeyri-səlis  məntiq  dinindən,  dinsizliyindən  asılı 

olmayaraq Allahın təsdiqidir. 

Dünyada Allahda təsdiqi olmayan heç bir böyük kəşf yoxdursa, artıq sözə 

ehtiyac yoxdur. Olanlarla olmayanı sübuta yetirmək hər baba-igidin işi deyilsə, 

olmayanlarla olanları isbat etmək tək-tək adama qismət olan fitri qabiliyyətdir. 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə