Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

Kamil Vəli NERİMANOĞLU

63

Türk Dünyası 34. Sayı

Fətəlinin sosial fəlsəfəsidir ki, onlardan qəbul etdiklərimiz (totalitar, avtoritar 

idarəçiliyə qarşı qəti mövqe, çoxdüşüncəlilik, plyuralizm, sağlam maarifçilik, 

cəhalətə,  mövhumata  qarşı  barışmazlıq,  inqilabi  qətiyyət,  reformist  baxış 

və  s.)  də  qəbul  etmədiklərimiz  (islam  dininə,  ümumən  dinə  qarşı  önyarqı 

və  düşmənçilik,  ədəbiyyat  tarixinə  subyektiv  və  yanlış  baxış,  bidətçilik 

(apokrifçilik), ifrat Batı heyranlığına yol açcaq fikir toxumları və s.) də var. 

Məncə, bu baxışlar sistemi arayış, axtarış kimi dəyərləndirilə bilər ki, onlar 

ilahi deyil, dünyəvi, yerə, günə bağlıdır və bir xeyli dartışma mövzularıdır. 

Erkək  toxumu  başqa-başqa  millətlərin  zərif  cinsinin  bətninə  can  atar, 

qadın bətni isə öz millətinin toxumunu sevməyə və seçməyə üstünlük verər. 

İstisnaları  olsa  belə  bu  qanuna  uyğunluq  təbii  canatma,  təhtəlşüurla  deyil, 

adət-ənənə ilə, dini dünya görüşlə tənzim olunur. Belə olmasaydı Sovetlərdə 

yaşayan biz türklər rusların uyqurlarçün mədəsində çoxdan əriyib getmişdi. 

Ana  bətnə  ocağı  tərcih  edirsə,  Ata  toxumu  daha  uzaq  yurdların,  ellərin 

qadınlarının  bətninə  cumar.  Qan  qanı  çəkdikcə,  qan  qana  qarışdıqca,  gizli 

güzlər ortaya çıxmış olur. Bətn çəkər, toxum atılar. İmperiya qanunlarından 

biri də budur. Bu bioloji amil sosial dəngələri də idarə edər. Biososial güc 

toplumu  zəlzələ  kimi  yerindən  oynadar,  imperiyaları  böyütdükcə  böyüdər, 

kiçiltdikcə kiçildər. Və imperiyalar da uşaqlar kimidir. Doğular, böyüyər və 

ölüb gedər.

Mirzə Fətəli bu biososial qanuna uyğunluqları bilirdi. 

O, iqtisad qanunlarını da oxumuş, cəmiyyət həyatında iqtisadi qanunların 

rolunu dərindən öyrənmiş və yaradıcı şəkildə dərk etmişdi. 

Üstqurumun  baisə  təsir  yollarını  və  əhəmiyyətini  gözəl  bilir,  ideoloji, 

humanitar elmlərə, gözəl sənətə dərindən bələd idi.

Texnikanın,  texnolojinin,  dəqiq  elmlərin  xoşbəxt  gələcək  üçün  açdığı 

imkanları hərtərəfli anlayırdı. 

Bu universal təfəkkürün kökləri Qərb-Şərq sintezinə də nəşət tapmışdı. Bu 

sintezdə Aristoteldən, Platondan üzü bəri, İbn Sina, Fərabi, İbn Xəldun, Rumi 

də var idi. İspinoza, Kant, Hegel, Volter, Didro, Monteskye, Tard, Dürkhaym, 

Molyer, Puşkin kimi....

...Söz uçar yazı qalar,- deyib müdriklər. Mirzə Fətəli sələfləri ilə xələfləri 

arasında elə bir canlı körpü idi ki, o körü olmasa Şərqin dünyagörüş bütünlüyü 

təsəvvür olunmazdı. 

Əslində Qərb və rus ictimai-siyasi elmi-fəlsəfi, ədəbi-estetik fikir sistemi 

Axundzadəyə yer ayırmadıqsa, o tarix həmişə yarımçıq qalacaq. 

Təəssüf  avropasentrizm,  xristian  klubçuluğu,  Avropaya  xas  eqoizm  və 

özünə vurğunluq, müsəlman dünyasına ikinci sinif insan müamiləsi, Mirzə 

Fətəlidən bugünə heç nəyi dəyişmədi ki, dəyişmədi. Nə demokratiya, nə insan 



Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

64

haqları, nə Avropa Birliyi Şərqi sömürü və ekzotika dünyası hüdudlarını söküb 



dağıda  bilmədi.  Bu  da  üzümü  Mirzə  Fətəlinin  ruhuna  tutub  söylədiyim  bir 

həqiqətdir. Dünən də, bugün də, sabah da...

...İnsan  bəzən  işığı  dışarıda,  yaxın  və  uzaq  ətrafda  arayır.  Mən  işığın 

insanın  öz  içində  olduğuna  inananlardanam. Yenə  məncə,  Mirzə  Fətəli  buna 

inanmayanlardandır. Ancaq bu sadəcə inanmaq kimi yorumlana bilməz. 

Çünki Mirzə Fətəli inanmaya-inanmaya o işığı tapanlardandır. Mənim kimi 

inananlarsa hələ böyük bir şey tapmayıb. Bu da bir qəribə paradoksdur. Bunu da 

diqqətə alın ki, mən dahilər plyedasından deyiləm. 

Allahın  verdiyi  və  insanın  özünün  qazandıqları  nə  qədər  nisbi  olsa  da 

müqayisə etmək olar. Mirzə Fətəliyə Allah yaratma vergisi vermiş, Mirzə Fətəli 

bu vergini zəhməti, bədahəti ilə cilalamışdır. Universal təfəkkür və çoxyönlü 

fəaliyyət  hər  kəsə  müyəssər  olmur.  Mirzə  Fətəlinin  əlyazmalarına  baxsanız, 

ədəbi,  elmi,  publisistik  əsərləri  üzərindəki  işini  incələsəniz,  məktublarını 

diqqətlə oxusanız, bir ucu Tiflis, Bakı, o biri ucu İstanbul, Peterburq, Tehran... 

olan fəaliyyət sahəsini diqqətlə öyrənsəniz heyrətə düşərsiniz. İnsanın nə qədər 

böyük enerjisi, iradəsi, əzmi olarmış... 

Bir şeyi də demək məcburiyyətindəyəm. 

İslamı  heçləşdirmək,  təsirsiz  hala  gətirmək  siyasəti  Qərbin  və  rus 

rejiminin  əsas  strateji  məqsədlərindəndir.  Bunun  birbaşa  zorbalıqla  edilməsi 

məqsədəuyğun sayılmamışdır. Batı və rus missionerləri ilə bərabər müsəlman 

olan  yerli  seçilmişlərdən  də  gərəyincə  istifadə  edirdi.  İlminskinin,  Radlovun 

(böyük alim olduqlarını inkar etmirik – K.V.) və b. elm adamlarının raportlarında 

bu açıq-aydın şəkildə öz əksini tapıb. 

Xalqının  taleyini  Rusiya  və  ya  Qərbə  bağlamış  ziyalılar  bu  xidməti 

səmimiyyətlə  etmişlər.  Mirzə  Fətəlini  də  müəyyən  mənada  bu  sıraya  daxil 

etmək olar. Mirzə Fətəlinin manevr siyasətini də görməzlikdən gələ bilmərik. 

Burada  yuxarıdan  seçimlə  xalqına  xidmət  üst-üstə  düşür.  Əlifba  və  islam 

dini “Parçala, hökm sür” siyasətinin sərbəst keçə biləcəyi körpü olduğu üçün 

missioner fəaliyyət də o istiqamətə yönəldilmişdir. Mirzə Fətəlinin maarifçilik 

idealı ilə üst-üstə düşən missioner fəaliyyətini bir-birindən ayırmaq çətindir və 

bəlkə də imkansızdır. 

Həqiqətə  yaxın  olan  yalan  ən  dəhşətli  yalandır.  İslam  dini  ilə  cəhalətin 

eyniləşdirilən təşəbbüsləri bu yalanı dəhşətli edən əsas faktorlardan biri idi.

Qərbin və rusların terror deyə damğaladığı islami dirəniş zülm, sömürüyə 

qarşı  mücadilənin  yollarından  biridir.  Zülmün  zülm,  zorbalığın  zorbalıq 

doğurması da təbiidir. 

İslam həm də elə bir ictimai ideologiyadır (və ya müəssisədir) ki, orada 

zalıma və zülmə qarşı amansız mücadilə formulu var və bu formulu Qərb heç 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə