Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

Kamil Vəli NERİMANOĞLU

61

Türk Dünyası 34. Sayı

təmizlənir, büllurlaşır. Puşkinin dediyi kimi “Siz yeni doğulan uşağın hansı 

çirkinliklərdən,  natəmizliklərdən  keçib  gəldiyini  görsəniz  heyrətlər  içində 

donub qalarsınız. Söz sənətinin mahiyyətini, məğzini, genezisini öyrənərkən 

biz eyni mənzərə ilə qarşılaşmalı oluruq. Mirzə Fətəlinin altı komediyası bu 

prosesin ən dolğun örnəkləridir desək, haqqı danmış olmarıq. 

...Mirzə  Fətəlinin  bir  üzü  var  idi  və  o  ikiüzlülüyə  və  ikiüzlülərə  nifrət 

edirdi. O, həyatı boyu insanlara bir olan üzünü göstərmiş, o bir olan üzü ilə 

dostu ilə də, düşməni ilə də üz-üzə gəlmişdi. O, hər kəslə anladığını, dərk 

etdiyini paylaşmışdı. Onun iddiaları da, təsbitləri də mübahisələri və davaları 

özününkü idi və riyakarlıqdan uzaq idi. 

Mirzə Fətəli qara güruhun qarşısında deyil, Allah qabağında hesab verməli 

olan nadir insanlardan biri idi. Məlun, mürtəd, zındıq iftiraları, küfrləri Mirzə 

Fətəliyə deyil, o kəlmələri ağzı köpüklənə-köpüklənə söyləyən qaragüruhun 

özünə aid idi. Mirzə Fətəlinin yanlışına da, xətasına da, günahına da qiyməti 

yalnız və yalnız Allah verə bilərdi. Bu mənada Allah böyük olduğu kimi onun 

yaratdığı bəndələr içində Mirzə Fətəli də böyük idi. Hər şeyi ilə: günahıyla da, 

səvabıyla da, elmiylə də, sənətiylə də... 

Qədim Roma şairi Vergilinin bir sözü yadıma düşür:



Cəhənnəmə düşmək asandan asan,

Amma geri dönmək, çətindən çətin...

Söhbət  Mirzə  Fətəlinin  cənnətə  və  ya  cəhənnəmə  düşməyindən  getmir. 

Onu Allah bilir. Məsələ Mirzə Fətəlinin bu dünyadakı mücadiləsindən çəkdiyi 

çilədən, iztirab və ağrılardan gedir. Dünyada hər şeyin görünən və görünməyən 

tərəfi var. Görünən görünməyəni, görmək və dərk etmək hər kəsə müyəssər 

olmur. 


Bizim  borcumuz  keçmişi,  keçmişin  dəyərli  insanları  bütöv  görmək, 

öyrənmək və dəyərləndirməkdir. Bu mənada da bizim Mirzə Fətəliyə borcumuz 

çoxdur. Borclunun borclunun sağlığını istəməsindən başqa əlacı yoxdur. 

Gənc Mirzə Fətəli arayışlar içində olan, Qərbi dərindən öyrənən, Şərqi Qərb 

baxışı ilə araşdırandır. Orta yaşlı Mirzə Fətəli ən böyük bədii kəşflərini edərək 

ucalan Mirzə Fətəlidir. Bu Mirzə Fətəlinin bədahəti dünyanı önləyənlərin və 

əbədiyyətin qapısını açanların sırasındadır. Azad bədii düşüncə Şərqin çoxdan 

gözlənən intibahı, yeni başlanğıcıdır. 

Yaşlı  Mirzə  Fətəli  inqilabçıdır.  Ömür  şahmatında  seytnot  təhlükəsi 

onu  filosof,  sosioloq,  inqilabçı,  reformator  olaraq  önə  çəkmişdir.  Artıq  o, 

cəmiyyətin uzun müddətli müalicəsindən daha çox cərrah bıçağına möhtac 

olduğuna inanır. Artıq o radikaldır və Əzrayılın ayaq səslərini eşitdikcə bu 

radikallıq zirvəyə yüksəlir. Ahıl Mirzə Fətəli barışmazdır. 

Mirzə  Fətəlini  antitürkçülüklə  suçlayanlar  da  az  deyil.  Bizcə,  hardansa 




Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

62

bir sitat tapıb, nəyi isə yozub M.F.Axundzadəni türklüyə qarşı qoymaq böyük 



ədalətsizlikdir. 

Mirzə  Fətəlinin  altı  komediyası,  nəsr  əsərləri,  şeirləri,  ədəbi-tənqidi, 

publisist əsərləri türklüyünən böyük çağdaş ədəbi qalası, fikir təməlidir. Bu, o 

qədər açıq-aydındır ki, heç bir isbata ehtiyac yoxdur. 

M. F. Axundzadənin yalnız türklüyü deyil, Türkiyəyə sevgisi də mübahisə 

mövzusu  deyil.  Mirzə  Fətəlini  rus  yanlı,  ruspərəst  hesab  etmək  siyasət 

şahmatını,  manevr  və  arayış  yollarını  bilməməkdir.  Əlifba  məsələsində 

Türkiyəyə  üz  tutan  Mirzə  Fətəli  ürəyinin  qibləsinə  üz  tutmuşdu.  Əsasında 

Güney Azərbaycan türklüyü dayanan İrana məhəbbət, yanğı tamamilə təbiidir. 

Mirzə Fətəlinin o torpaqlarda doğulduğunu, atasının o coğrafiyadan olduğunu 

da unuda bilmərik. Böyük maarifçinin xəyalındakı Millət, Vətən anlayışını 

anlamaq üçün M. Ə. Rəsulzadənin “Əsrimizin Səyavuşu”nu oxumaq lazımdır. 

Söhbətin  bağıran,  hayqıran  millətçilikdən  getmədiyini,  yəqin  ki, 

anlayırsan, oxucum.

Şübhəsiz ki, mənim bu dəyərləndirməm şərtidir. Təbiətdəki, cəmiyyətdəki 

və  başlıcası  daxilindəki  ziddiyyətdən  təkan  və  ilham  alan  Mirzə  Fətəli  bu 

ziddiyyətlərin doğma övladıdır desək zənn edirəm yanılmaram. 

Heç bir şey, o cümlədən insan, öz qabından böyük ola bilməz. Maddi olaraq 

bunun belə olması şübhəsizdir. Fəqət dahiləri maddi olaraq dəyərləndirmək 

yetərli sayılmaz. Yerlə bərabər onların bir də fəza ölçüsü, başqa sözlə desək 

başının üstündəki göy üzü, fəza var. Dahilərin fəza ölçüsü öz qabından böyük 

ola  bilmə  parametrini  də  ortaya  çıxarır.  Belə  olmasaydı  dünyanın  böyük 

kəşfləri edilməzdi, insanlıq böyüyə-böyüyə irəliləyə bilməzdi. 

O, Azərbaycan  insanını  yazdı.  Bu  insan  bizim  kimi  danışan,  düşünən, 

doğru yolu tapan və tapmayan uğurlu və ya uğursuz, qalib və ya məğlub, ac və 

ya tox insandır, aldadandır, aldanandır. Bir sözlə, insandır. Bizim hər birimiz 

kimi gerçək insandır. İnsanı yazmaq özü də Allaha ibadətdir. 

Bu baxımdan Mirzə Fətəli onun yaratdığı, ədəbi, elmi məktəbi bütün Şərq 

üçün də, Qərb üçün də ayrı bir önəm daşıyır.

Allahsız Mirzə Fətəlinin ədəbi əsərlərində onlarca Allahlı insan olması, 

təsadüf sayılmaz. Müsəlman qadınlar da, erməni cütçülər də, fransız təbiətşünas 

– Müsyö Jordan da Allahlı, saf insanlardır. Mirzə Fətəlinin yaradıcılıq dühası 

bu insanları necə varsa, elə verməyə yönəlmişdir. 

Bu anlamda da Mirzə Fətəlidə iki başlanğıc var: biri, əslində birincisi ilahi 

başlanğıcdır. Bu başlanğıc onun ədəbi əsərlərində təcəlli tapmışdır. İstərsən 

ona realizm de, istərsən tənqidi realizm de, istərsən də heç bir şey demə. Bu 

ədəbi əsərlər modern Azərbaycan ədəbiyyatının təməlidir. İkincisi, Avropavari 

fəlsəfi ictimai-siyasi arayışlardır, mühakimə və qənaətlərdir ki, bunlar... Mirzə 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə