Əbdülhəlim əbu Şəqqə
Peyğəmbər dövründə qadın azadlığı
(Qurani-Kərim ayələri, Buxari və Müslimin
“Səhih”lərindəki hədislər əsasında)
(I CİLD)
BAKI – 2014
Beynəlxalq İslam Fikri İnstitutu
“İdrak” İctimai Birliyi
AZ1100, Bakı ş., Bakı Universiteti MTK,
M. Seyidov 3138, D korpusu, 1-ci mərtəbə
www.idrak.org.az
Əbdülhəlim əbu Şəqqə
Peyğəmbər dövründə qadın azadlığı (Qurani-Kərim ayələri, Bu-
xari və Müslimin “Səhih”lərindəki hədislər əsasında) / Tərcümə-
çi və redaktor, ön söz və şərhlərin müəllifi: fəlsəfə üzrə fəlsəfə
doktoru Elvüsal Mәmmәdov. Bakı: CBS, 2014, 512 sәh.
Kitab Dini Qurumlarla İş üzrә Dövlәt Komitәsinin icazәsi ilә nәşr olunur
(DK-966/Q)
© “İdrak“ İctimai Birliyi, 2014
Mərhəmətli və Rəhimli Allahın adı ilə!
XX əsrin gəlməsi ilə İslam irsinə dair bir sıra məsələlər
aktuallıq kəsb edib müzakirə obyektinə çevrilmişdir. Qloballaş-
ma və qlobal müstəvidə inteqrasiya diktə etmişdir ki, əvvəllər
heç vaxt müzakirə olunmamış problemlər indi öyrənilsin. Belə
məsələlərdən biri də islam nöqteyi-nəzərindən qadınların so-
sial-hüquqi statusu məsələsidir. Dolğun təsəvvürün yaranması
üçün problemə ana mənbələr – Quran və Sünnə əsasında
toxunmaq daha məqsədəuyğundur. Çünki Quran və Sünnənin
mövqeyi islamın qadına baxışını bütün aydınlığı ilə üzə çıxa-
racaqdır.
Müsəlman qadınının sosial fəaliyyəti problemindən danışar-
kən emosional və ekspressiv yanaşmalardan uzaq olmalıyıq.
Obyektiv və elmi yanaşma tələb edir ki, tədqiqatçı qarşısına
qoyduğu problemə təkcə reallıq və mövcud nəticə baxımından
deyil, həm də tarixi-deduktiv metod nöqteyi-nəzərindən to-
xunsun, mövcud nəticə və reallığı doğurmuş səbəbləri diqqətlə
təhlil etsin.
Deyilməlidir ki, müsəlman ölkələrində “geridə qalmış, kölə-
sayağı, savadsız, avam, öz hüquqlarından məhrum qadın” stere-
otipinin günahkarı islam deyildir. Əsrlər boyu Müsəlman dün-
yasına hakim kəsilmiş bir sıra iqtisadi, sosial-siyasi və psixoloji
tendensiyalar bu mənzərənin yaranmasında əsas rol oynamış-
dır. Fikrimizcə, Məhəmməd peyğəmbərdən
(Ona Allahın xeyir-duası
Tərcüməçinin ön sözü
4
və salamı olsun!)
sonra sosial-siyasi və mədəni mühit şərtlərinin
diktəsi ilə patriarxal ailə düşüncəsi və qadınların hüquqlarını
məhdudlaşdıran nöqteyi-nəzər qadın məsələsində mütərəqqi
meyllərə, bu da öz növbəsində vaxtaşırı olaraq ənənəvi fiqhi
izahlara təsir göstərmişdir. Bir daha vurğulamağı faydalı hesab
edirik ki, qadını öz hüquqlardan məhrum edib onu geridə
qalmış aciz məxluqa çevirən amil kimi islamı deyil, problemə
düzgün münasibət bəsləməyən, ənənəvi baxışlardan imtina edə
bilməyən müsəlman zehniyyətini təqsirləndirmək lazımdır.
İslam dininə görə qadının sosial həyatdakı mövqeyini müəy-
yənləşdirmək üçün Peyğəmbərin və səhabələrin zamanında qa-
dınların ailə və cəmiyyətdəki rolunu, qadın-kişi münasibətlərini
təhlil etmək lazım gələcəkdir. Çünki problemə məhz bu cür
yanaşma islamın qadına bəslədiyi həqiqi münasibəti aşkara çı-
xara bilər. Elə bu səbəbdən biz görkəmli mütəfəkkir Əbdülhəlim
əbu Şəqqənin “Peyğəmbər dövründə qadın azadlığı” adlı fun-
damental əsərini tərcümə etmək qərarına gəldik. Kitabda top-
lanmış zəngin faktlar həm dinimizin qadına verdiyi misilsiz
əhəmiyyəti, həm də bu əhəmiyyətin Peyğəmbər zamanında
praktikada isbatlandığını oxucunun diqqətinə çatdırır.
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zamanında qa-
dınlar dini-ictimai həyatda aktiv rol oynayırdılar. Siyasət, hərb
və bilik mövzularında kişilərlə yanaşı, öz sözünü demiş qadın-
lar da vardı. Onlar islam maarifl əndirməsi işi ilə məşğul olur,
siyasi vasitəçi rolunu oynayır, qəzəvatlarda iştirak edir, yaralı-
lara su verir, yaralarını sarıyırdılar. Belə qadınlara Səfiyyə bint
Əbdülmütt əlibi, Ümmi-Əyməni, Ümmi-Sələməni, Fatiməni,
Aişəni, Ümeyyə bint Qeysi, Ümmi-Həbibəni, Nüseybə bint
Tərcüməçinin ön sözü
5
Kə`b əl-Ənsarini, Ümmi-Gülsümü, Ümmi-Hanini, Ümmi-Haki-
mi, Ümmi-Şəriki, Əsma bint əbu Bəkri və başqalarını göstərə
bilərik.
Raşidi xəlifələr dövründə də qadınların sosial fəallığı əvvəlki
səviyyəsini qoruyub saxlamışdı. Əbəs yerə deyildir ki, xəlifə
Ömər Şəfa bint Abdullahı bazar və ticarət divanına başçı təyin
etmişdi.
Sonrakı dövrlərdə Abbasi xəlifəsi Harun ər-Rəşidin xanımı
Zübeydə bint Cəfər əl-Mənsur, ərəb sərkərdəsi Tariq ibn Ziya-
dın İspaniya səfərində iştirak etmiş, qalalardan birinin qapıla-
rını içəridən müsəlmanların üzünə açmış Aişə əl-Məqzumiyyə,
Misir əyalətlərindən birinin valisi olmuş, VII Xaçlı səfərində
səlibçilərə müqavimət göstərmiş Sultanə Şəcərüddür, Dehli sul-
tanlığı ordusunun komandiri, sultanlığın hökmdarı, diplomatik
siyasəti ilə məşhur Raziyə Begüm, XIV əsrdə Yəməni idarə
etmiş, çoxlu məktəb açdırmış, ölkədə əmin-amanlığı bərqərar
etmiş, hətt a monqol hücumundan Misirin müdafiəsi üçün ci-
had elan etmiş hökmdar xanım əl-Üdar, Fateh Mehmetin “ana”
deyə müraciət etdiyi və osmanlılarla ağqoyunlular arasında dip-
lomatik danışıqların təşəbbüskarı və aparıcısı Sara Xatun, Qara-
bağ xanlığında Xurşudbanu Natəvan və başqaları sosial sahədə
öz sözlərini demiş qadınlar idilər.
İslam dinində kişi və qadın bir-birini tamamlayan cütlük
kimi nəzərdən keçirilir və bunun isbatı üçün “ən-Nisa” (Qa-
dınlar) surəsinin birinci ayəsinə istinad edilir. Ayədə deyilir ki,
kişi və qadının törədiyi kök birdir, onların hər biri digərinin
cüt tayıdır. “Qadınlar və kişilər bir bütövün parçalarıdır (və ya:
qadınlar kişilərin bacılarıdır)” – deyən də Peyğəmbərin özüdür.
Dostları ilə paylaş: |