www.kitabxana.net
– Milli Virtual Kitabxana
1
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
2013
“Çağdaş Azərbaycan bədii nəsri”: 21 (147 - 2013)
Rövşən Yerfi
“Günahsız” qatil
Povest
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 21 (147 - 2013)
Y
E N I
Y
A Z A R L A R V Ə
S
Ə N Ə T Ç I L Ə R
Q
U R U M U
.
E
-
N Ə Ş R
N
2 1
( 1 4 7
-
2 0 1 3 )
www.kitabxana.net
– Milli Virtual Kitabxana
2
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan bədii nəsri”: 21
(147 - 2013)
Bu elektron nəşr
http://www.kitabxana.net
- Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan bədii
nəsri” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 21 (147 - 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
YYSQ və Azərbaycan Yazıçılar Birliyi -
http://www.azyb.net
Rövşən Yerfi
“Günahsız” qatil
Povest
Qadın səadəti... Qadını o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması...
Sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi. Və nəticədə sevgi umduğu
insanların etinasızlığı üzündən qadının “günahsız” qatilə çevrilməsi...
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 21 (147 - 2013)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
www.kitabxana.net
– Milli Virtual Kitabxana
3
www.kitabxana.net
– Milli Virtual Kitabxana
4
Rövşən Yerfi
“Günahsız” qatil
POVEST
Bakı - 2013
© YYSQ – www.kitabxana.net
www.kitabxana.net
– Milli Virtual Kitabxana
5
Rövşən Yerfi. “Günahsız”qatil”. Bakı, Qanun, 2010, 140 səh.
Qadın səadəti... Qadını o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması...
Sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi. Və nəticədə sevgi umduğu
insanların etinasızlığı üzündən qadının “günahsız” qatilə çevrilməsi...
© Rövşən Yerfi
© YYSQ – www.kitabxana.net
www.kitabxana.net
– Milli Virtual Kitabxana
6
“GÜNAHSIZ” QATİL
İsa peyğəmbər onlara dedi: ”Sizlərdən
kim günahsızdırsa, ona birinci daş atsın”…
Qapı aramla döyüldü:
-Ay qız, İnci, bəsdi yatdın, nə qədər yatmaq olar, gün günortanı ötüb, dur ayağa da, eşidirsən məni?
Məsmə idi onu çağıran.
- Yenə nə istəyir görəsən, - yarıyuxulu mızıldandı. – Bəlkə otaq lazımdı ona, buna görə bu hay-küyü
qaldırıb?
Yuxusuzluqdan ağırlaşan göz qapaqlarını çətinliklə açıb, qarşı divardakı dördkünc saata baxdı. Gün
günortanı ötüb, axşama yaxınlaşırdı.
Gecə barından çıxıb evə çatanda səhər hələ açılmamışdı. İçəri daxil olan kimi səssizcə öz otağına girib,
qapını arxadan bağlayıb, əyni paltarlı çarpayısına uzanaraq yuxuya getmişdi.
Qollarını dartıb gərnəşməklə yanaşı ağız dolusu əsnədi. Əsnəyəndə nəfəsindən gələn xoşagəlməz içki
iyi burnunu qıcıqlandırdıqca əti çimçəşirdi. Barda ötən gecəni xatırladı. Əvvəlcə hər şey öz qaydasında idi.
Gecə keçdikcə ətrafındakı kişilərin onu tez-tez müxtəlif içkilərə qonaq ettməsi haldan çıxardı. Qatıb-qarışdırdığı
içkilərin təsirindən beyni dumanlanmışdı. Sonra onu o biri qızlarla birlikdə kiçik otaqların birinə apardılar.
Orada onunla nə etdilər, başına hansı oyunlar açdılar - xatırlamırdı. Dağılaşanda kimsə qucağına alıb maşına
oturtmuşdu. Maşından düşındə sərxoşluğundan səndirləsə də özünü evə çatdıra bilmişdi.
Ətrafına boylandı, yadına əl çantası düşmüşdü: görən dəmləşməsindən istifadə edib ona “atmamışdılar?”
Çantasını yoxlayıb sakitləşdi. Sağ olsunlar, gözü tox uşaqlardı, - fikirləşdi. Hər şey öz yerində idi:
açarları, cib telefonu, bir də ən ümdəsi – gecə "zəhmət haqqısı", yaşıl bank bileti. O bilet ki, insanın istənilən
işində, “kütləsindən” asılı olaraq, yaşıl işıq yandırmağa qadirdi.