1
AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
MÜASİR AZƏRBAYCAN DİLİ KAFEDRASI
(P A S P O R T )
Bakı – 1989/2016
2
MÜNDƏRİCAT
1. Ön söz .................................................................................................................................................................................................................... 3
2. Kafedranın tarixi .................................................................................................................................................................................................. 4
4. Kafedra haqında ümumi məlumat ....................................................................................................................................................................... 5
5. KAFEDRANIN İSTİFADƏ ETDİYİ TƏDRİS MODELİ .................................................................................................................................. 6
6. Müəllim heyətinin tərkibi və ümumi dərs yükü .................................................................................................................................................. 7
7. Kafedranın tədris fəaliyyəti haqqında məlumat .................................................................................................................................................. 8
7.1.
Tədris olunan fənlər barəsində qısa təsvir ....................................................................................................................................................... 10
7.2.
Fənlər üzrə tədris və tədris-işçi proqramlar..................................................................................................................................................... 11
7.3.
Kafedranın tədris etdiyi əsas fənlərin proqram hazırlığı barədə məlumat ........................................................................................................ 12
7.4.
Kafedranın tədris etdiyi əsas fənlərin dərslik, dərs vəsaiti və metodik vəsaitləri barədə məlumat .................................................................... 14
8. Kafedra əməkdaşlarının elmi yaradıcılıq fəaliyyəti haqqında məlumat .......................................................................................................... 17
8.1.
“Müasir Azərbaycan dili” kafedrasının 2014-2016-ci illər üçün elmi-tədqiqat işinin planı .............................................................................. 17
8.2.
Kafedranın doktoran və dissertantları ............................................................................................................................................................. 26
8.3.
Kafedra əməkdaşlarının elmi məqalələri və çap işləri .........................................................................................................................................
9. KADR POTENSİALININ MÖHKƏMLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ İŞ, KAFEDRANIN KADR BANKI HAQQINDA
PLAN .......................................................................................................................................................................................................................... 82
10. KAFEDRA ƏMƏKDAŞLARININ QISA TƏRCÜMEYİ – HALI ................................................................................................................... 83
11. KAFEDRANIN İLLİK İŞ PLANI (NÜMUNƏ) .............................................................................................................................................. 100
12. KAFEDRANIN ƏSASNAMƏSİ ...................................................................................................................................................................... 104
3
1.
Ön söz
Dil hər bir cəmiyyətin mənəvi-mədəni inkişaf göstəricisi kimi, daşıyıcısı olduğu xalqın ümumi
ünsiyyətinə, nəsillərarası əlaqələrin qorunmasına, elmi-texniki, iqtisadi-siyasi və digər münasibətlərin genişlənməsinə mühüm təsir
göstərir. Azərbaycan dili də dünyanın zəngin dillərdən biri kimi, bütün dövrlərdə xalqımızın mənəvi dünyasının, istək və arzularının,
cəmiyyətin ən müxtəlif sahələrinə aid baxışlarının ifadəsində əvəzsiz rol oynamışdır. Tarixən “türk”, “tatar”, “azəri” kimi müxtəlif
adlarla adlandırılmış Azərbaycan dili XVI əsrdə, eləcə də ADC dövründə dövlət dili kimi fəaliyyət göstərsə də, sovet dövründə
sıxışdırılmış, bütün rəsmi dövlət orqanlarında şifahi və yazılı ünsiyyət forması kimi rus dilindən istifadə olunmuşdur. Xalqımızın
müstəqillik əldə etməsindən, xüsusən də 1995-ci il 12 noyabr ümumxalq referendumuna əsasən Azərbaycan Respublikasının dövlət
dilinin Azərbaycan dili olması haqqında Konstitusiyanın 21-ci maddəsinin qəbul olunmasından sonra dilimizin inkişafının xüsusi
mərhələsi başlandı. Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001,
“Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında” 9 avqust 2001, “Azərbaycan Respublikasında dövlət dili haqqında”
Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli fərmanları, eləcə də Azərbaycan Respublikası
Milli Məclisinin 30 sentyabr 2002-ci il tarixində qəbul etdiyi, Azərbaycan Respublikasında dövlət dili haqqında qanun” dilimizin ölkə
həyatının bütün sahələrində dövlət dili kimi fəaliyyətinə, respublikamızda, eləcə də dünyanın ayrı-ayrı bölgələrində yaşayan 60
milyondan çox azərbaycanlının ümumi ünsiyyət vasitəsinə çevrilməsinə imkan yaratdı. Hazırda Azərbaycan dili rəsmi dövlət dili kimi
XXI əsrin günbəgün artan tələblərinə cavab verə, cəmiyyətin daha qlobal və daha müasir düşüncə tərzinin ifadəsinə xidmət edə bilər.
Bütün bunlar isə ədəbi dilimizin mükəmməl norma sisteminin yaradılmasını, onun qorunması və inkişaf tələbini daha ciddi şəkildə
ortaya qoyur. Bu gün ölkəmizdə fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrində ixtisasından asılı olmayaraq
“Azərbaycan dili və nitq mədəniyyəti” fənninin tədris proqramlarına daxil edilməsi , “Müasir Azərbaycan dili” və “ Seçmə fənn”lərin
tədrisinə diqqətin gücləndirilməsi də həmin tələbdən irəli gəlir.
Ümumiyyətlə, müasir dövrdə Azərbaycan dili tədrisinin əsas istiqamətlərini aşağıdakı kimi müəyyənləşdirmək olar:
Dostları ilə paylaş: |