T Ü R K O L O G I Y A
KÖNÜL HƏBİBOVA
«KİTABİ-DƏDƏ QORQUD» DASTANLARININ DİLİNDƏ
QƏNAƏT PRİNSİPİNİN PSİXOLİNQVİSTİK ŞƏRHİ
X ü l a s ə. Dünya dilçiliyində «ellipsis» hadisəsinə müxtəlif yanaş-
malar olsa da, fransız fılosofu Dümarse onu daha çox psixolinqvistik
hadisə kimi dəyərləndirirdi. Amma bu hadisə eyni zamanda insan nitqi ilə
də birbaşa əlaqəlidir. Belə ki, ellipsis dildə qənaət prinsipi ilə izah edilir.
Bu nöqteyi nəzərdən bu məqalədə ellipsisin psixolinqvistik səciyyəsi
verilir.
Təbii haldır ki, ellipsis dildə yeni bir hadisə deyil. Bu hadisəyə dili-
mizin tarixindən xəbər verən «Kitabi-Dədə Qorqud» dastanlarının dilində
də rast gəlinir. Burada ellipsisin ilkin primitiv formalarda təzahürü daha
çox təsadüf edilir ki, bu faktların da araşdırılması dil təxəyyülü ilə bağlı
bir sıra məsələlərin həllində yardımçı ola bilər.
A çar sözlər: dildə qənaətprinsipi, psixolinqvistika, səssiz nitq,
ellipsis, psixoloji durum
Məlumdur ki, insanın daxili (səssiz) nitqi onun səsli nitqinin
törəməsidir.Yəni səsli nitq yaranma etibarı ilə daxili nitqdən daha ilkindir.
Səssiz nitqin isə formalaşması daha sonrakı mərhələnin məhsuludur. Bir
məqamı da vurğulayaq ki, səsli nitq sərti də olsa, üzvlənə bildiyi halda
səssiz nitq bu xüsusiyyətdən məhrumdur və səsli nitqlə müqayisədə daha
sürətli və bəzən də anidir. İnsan bir an içində ətrafda baş verənləri səssiz
nitqlə şüurunda təhlil edərək dəyərləndirib ona səsli nitqlə münasibət
bildirir. Çox güman ki, ellipsis məhz sonuncu prosesin məhsuludur. Bir
çox tanınmış tədqiqatçıların dəfələrlə haqqında bəhs etdiyi dilin qənaət
prinsipi səssiz nitqin səsli nitqə çevrilməsi zamanı yaranır və bu zaman
müəyyən dil vahidlərinin buraxılması səssiz nitqdə istifadə olunan kom-
ponentlərin konkretliyindən irəli gəlir.
Burada özünü biruzə verən qənaət prinsipinə görə yalnız o dil hadi-
sələri sabit, dəyanətli olur ki, onlarda minimum tənəffüs məsrəfi, asan
yaddaqalma, şəklini dəyişmə və s. birləşmiş olsun. Məhz bu baxımdan
elliptik formaya malik nitq konstruksiyalarının qrammatik tamamlanma-
sına semantik cəhətdən heç bir ehtiyac duyulmur, çünki onlar struktur cə-
hətdən formalaşmada sərbəstdir. Tədqiqatçılar ellipsisi sintaktik səviyyə-
də tədqiq edərkən əsasən onun aşağıdakı növlərini fərqləndirilər: 1) nitqi
ellipsis; 2) qrammatik ellipsis; 3) semantik ellipsis [1. S. 15].
Rus tədqiqatçılarından T. A. Kolosova ellipsisin iki növünü fərqlən-
dirir: qrammatik və semantik ellipsis [2. S. 102]. N. D. Arutneva isə se-
mantik ellipsisi adət halını almış (npHBHHHHä) ellipsis adlandırır [3. S. 26].
Belə bölgüyə O. Y. Qoyxmanın [4. S. 156], N. N. Leontyevanın da
tədqiqat əsərlərində [5. S. 30] rast gəlinir. E. N. Savvina ellipsisin mövcud
xüsusiyyətlərini üç əsas amillə əlaqələndirir: 1) fikri natamamlıq; 2) mövcud
«tam konstruksiya»ya münasibətdə elliptik konstruksiyanın ikinci dərəcəli
(törəmə) olması; 3) biri digərindən asılı olmayan dil vahidlərinin sintaq-
matik asılılığı və ya, başqa sözlə desək, cümlələrdə əksini tapmayan aktiv
və ya passiv sintaktik vahidlərin mövcudluğu [6. S. 5]. Yuxarıda sada-
lanan təsnifatlardan ellipsisisin qrammatik və semantik deyə iki qrupa
ayrılması daha məqsədəuyğundur. Qrammatik ellipsisi isə tam və nata-
mam olmaqla daha iki növə ayırmaq olar. Fikrimizcə, tam qrammatik
ellipsis sözlər və ifadələr qənaətini, natamam ellipsis isə şəkilçilər səviy-
yəsində təzahür edir. Şəkilçilərin sözlərdən törədiyi nəzərə alsaq, birin-
cinin daha qədim və ilkin olması mülahizəsini irəli sürə bilərik. Maraq-
lıdır ki, qrammatik ellipsisisin hər iki növünə «Kitabi-Dədə Qorqud»
dastanlarında rast gəlirik. Məsələn, sözlərin ellipsisə uğradığı nümunələr:
Bayandır xan bənim nə əksüglügüm gördi? (Əksüglügüm). Qılıncdanmı
gördi, süfrəmdənmi gördi? [7. S. 34]; A t ayağı külük (olur), ozan dili
çevik olur [7. S. 36]; Kəndülər atlu (getdilər), babanı yayan yüritdilər [7.
S. 40]; Biz kafərə salam vergil, (səni) öldürmiyəlim! [7. S. 43]; «Bir
əyər, bir uyan (gətirin)» - dedi, gətürdilər [7. S. 117] və s.
Ünsiyyət prosesi özü-özlüyündə informasiya mübadiləsidir. Bu mü-
badilə zamanı faktların ekspressiv-emosional rəngarəngliyi bir çox üslubi
vasitələrlə bərabər, həm də elliptik cümlələr hesabına reallaşır. Ümumiy-
yətlə, elliptik cümlələrdə modallıq və zaman modifikasiyalarına məxsus
sintaktik göstəricilərin əks olunmaması, təbii ki, digər cümlə tipləri ilə
müqayisədə onların dilin sintaksisində mövqeyi haqqında sual doğurur.
Çünki elliptik konstruksiyalar psixolinqvistik hadisə olan ellipsisin
məhsulu kimi bütöv cümlələrdən fərqli olaraq, dil modeli kimi cümlənin
kommunikativ və struktur tiplərinə xas olan qanunauyğunluq və qaydalar
baxımından analiz oluna bilməz. Çünki burada ekstralinqvistik faktorlar:
situasiya, psixoloji durum, informator və adresatın intellektual səviyyəsi
və s. elliptik cümlələrin formalaşmasında aparıcı amillərdir. Bu zaman
nitqdə öz əksini tapmayan sözün və ya ifadənin semantik yükünü kontekst
daşıyır: Bəg nökərdən, nökər bəgindən ayrıldı [7. S. 50]; Əzrayili nə ça-
vuş gördi, nə qapuçı [7. S. 79]; Oyarmaq bəndən, savaşuban hünər gös-
tərmək səndən [7. S. 91]; Çün av yarağı oldı, kim atın ögər, kim qılıncın,
kim çəküb ox atmağın ögər [7. S. 104]; Əski tonın biti, öksüz oğlanın dili
acı olur [7. S. 111] və s.
İnformasiyanın sıxlaşdırılmış, son dərəcə lakonik formada ifadəsi
həm psixoloji, həm də linqvistik baxımdan elliptik cümlələrlə mümkün
olduğu üçün atalar sözləri və qanadlı ifadələrin də böyük bir qismi bu
konstruksiyalar əsasında formalaşıb. Bu fakt və yuxarıda gətirilən
misallar bizə onu deməyə əsas verir ki, ellipsis (başqa sözlə desək, nitqdə
qənaət) hadisəsi psixoloji bir hadisə kimi uzun bir tarixə malikdir. Dil
insan psixikası ilə sıx bağlı olduğundan nitqdə təzahür edən hər bir
hadisənin az və ya çox dərəcədə psixoloji baxımdan izahı olmalıdır. Eləcə
də ellipsis hadisəsinə psixolinqvistik dəyər vermənin də xüsusi önəmi
vardır.
«İzahlı dilçilik terminləri» lüğətində elliptik sözü ‘ellipsis hadisəsinə
məruz qalmış, ellipsis ilə əlaqədar, bağlı olan’ anlayış kimi izah edilir:
«Ellipsis - ifadənin hər hansı bir elementinin buraxılması (atılması,
ixtisarı). Həmin element mətndən və situasiyadan asılı olaraq, asanlıqla
bərpa edilə bilər» [8. S. 71]. Dünya dilçiliyində ellipsis hadisəsinə yanaş-
malar müxtəlif olmuşdur. Məsələn, ispan filosofu-qrammatisti F. Sançes
(Sanktius) ellipsisi qrammatik hadisə kimi qiymətləndirdiyi halda, fransız
filosofU S. Dümarse ellipsisə kifayət qədər fərqli şərh verir. O, haqlı
olaraq, ellipsisi daha çox psixoloji hadisə kimi dəyərləndirirdi [9. S. 40].
Ellipsis (elleipzis) yunan sözü olub ‘buraxılma’ deməkdir. Biz nitqi-
mizdə çox vaxt müəyyən ixtisarlarla danışırıq. Bir dəfə söylənilənin ikinci
dəfə təkrarlanmasına yol vermirik. Çünki təkrarlar bəzən nitqə emosio-
nallıq gətirdiyi halda, bəzən isə onu müxtəlif çalarlardan məhrum etmiş
olur. Bu paralelliyə biz «Kitabi-Dədə Qorqud» dastanlarında da rast
gəlirik: Gögdən ildırım ağ-ban evimin üzərinə saqır gördüm. Düm qara
pusarıq ordımın üzərinə tökülü gördüm. Quduz qurtlar evimi dəlir
gördüm. Qara dəvə ənsəmdən qarvar gördüm... [7. S. 44]. Burada təkrar
olunan gördüm feli əvvəldə baş cümlə kimi deyil, sonda cümlənin xəbəri
kimi çıxış edir.
Daha bir nümunəyə nəzər yetirək: Bu məhəldə qalın oğuz bəgləri
yetdi, xanım, görəlim kimlər yetdi: Qaradərə ağzında qara buğa dərisin-
dən beşiginin yapuğu olan... Qazan bəgin qardaşı Qaragünə çapar
yetdi: «Çal qılıncın, qardaş Qazan, yetdim!» - dedi; Bunun ardınca,
görəlim, kimlər yetdi: Dəmir qapu Dərvəndəki dəmir qapuyu dəpib alan,
altmış tutam ala köndərinin ucunda ər bəgürdən Qıyan Səlcük oğlı Dəli
Dondar çapar yetdi: «Çal qılmcm, qardaş Qazan, yetdim!» - dedi... [7.
S. 117].
Dastanda bu siyahı köməyə gələnlərin sayı artdıqca eyni ilə təkrar
olunmaqla davam edir. «Salur Qazanın evinin yağmalanması» boyundan
gətirdiyimiz bu qəbil nümunəyə «Bamsı oğlu Beyrək» boyunda da rast
gəlirik.
Müasir dilimizdə nitq zamanı bu cür təkrarlara çox az yer verilir. Belə
ki, indi belə təkrarlardan nitqə poetik çalar vermək üçün istifadə olunur.
Adi nitqdə isə cür konstruksiyaların yerini indi həmcins üzvlü cümlələr
tutur. Buradan da belə bir mülahizə irəli sürmək olar ki, həmcins üzvlü
cümlələr məhz ellipsis hadisəsinin məhsuludur. K. M. Abdullayev belə
hesab edir ki, «ellipsisləşmə dolayısı ilə cümlə quruluşunda danışanın,
informasiya verənin əvvəlcədən nəzərdə tutduğu modelin təqdim edilmə-
sinə xidmət edir» [10. S. 77].
Türkoloji ədəbiyyatlara nəzər saldıqda, qeyd etməliyik ki, burada da
ellipsisə münasibət birmənalı olmayıb. Məsələn, oğuz qrupu türk dillərində
elliptik yarımçıq cümlələr müxtəlif terminlər
adı altında tədqiq
olunmuşdur. Məsələn, türk dilində xəbərsiz yarımçıq cümlə [11. S. 506],
xəbəri mətndən anlaşılan cümlələr [12. S. 54; 13. S. 273], yarımçıq
cümlənin frazeoloji tipi [14. S. 113] kimi adlandırılmışdır. Lakin oğuz
qrupu türk dillərinə daxil olmayan tatar dilində həmin cümlələr elliptik
konstruksiyalar adı altında öyrənilmişdir [15. S. 4-10].
A.
C. Emre elliptik cümlələrdən bəhs edərkən, bir çox tədqiqatçılar
kimi, onları digər cümlə növlərindən fərqləndirməyərək, onlara dair xəbəri
mətndən anlaşılan cümlələr adı altında misallar verir: Kiskin sirke kabına
zarar (verir); Bir görsüs, bir bilaz (Yalnız bir defa görmekle ancak eksin
bilgi edilir); Kor kırılsa yer kinde baş yarılsıbörk içinde (kalmalıdır) [13.
S. 273].
Leksika və morfologiya ilə müqayisədə sintaksisdə baş verən proseslər
daha ləng gedir, bunların bəziləri, çox ehtimal ki, hələ yazıyaqədərki
dövrdən başlamasına baxmayaraq, bu gün də davam etməkdədir. «CpaB-
HHTe^bHO-HCTOpHHeCKHH CHHTaKCHC BOCTOHHO-C^aB^HCKHX A3bIKOB»
(«Şərqi slavyan dillərinin müqayisəli sintaksisi») əsərində iddia edilir ki,
sintaksisi tədqiq edən dilçi (morfologiyanı tədqiq edəndən fərqli olaraq)
ciddi və xronoloji müəyyənliklərə əsaslanan qanunlarla deyil, böyük zaman
kəsiyini əhatə edən tendensiya və proseslərlə işləməlidir [16. S. 280]. Bu
fikrə əsaslanaraq, qeyd etmək lazımdır ki, elliptik cümlələrin qədim
dövrlərdən başlayaraq, dilimizdə mövcud olması faktını heç cür inkar
etmək olmaz. Bu baxımdan da ellipsisin psixolinqvistik şərhini «Kitabi-
Dədə Qorqud» dastanlarının dil materiallarına söykənərək verməyimiz heç
də təsadüfi deyil. Belə ki, biz qədim abidəmiz olan bu dastanların dilində
eyni tipli konstruksiyaların diferensial formalarına (bütöv və yarımçıq) rast
gəlirik. Müasir dövrdə isə bu məsələ bir qədər konkretləşib və elliptik
formaların daha mürəkkəb variantları müşahidə olunur.
Dastanda şəkilçilərin ellipsisə məruz qaldığı nümunələrə də nəzər
yetirək: Ana həqqi - tənri həqqi(dir) [7. S. 47]; Ol zəmanda bəglərin
alqışı alqış (idi), qarğışı qarğış idi [7. S. 52]; Beyrəgi Qara Dərvənddə
öldürmişlər, uş da nişanı(dır), sultanım! [7. S. 58]; Xanım, sazdən bir
adam çıqar, apul-apul yürüyişi adam kibi(dir) [7. S. 98]; Bəkil yuqaru
baqdı: «Gög iraq(dır), yer qatı(dır)» - dedi [7. S. 106]; At, yaraq və işıq
Bəkilin(dir), Bəkil içində degil! [7. S. 107] və s.
Yuxarıda gətirdiyimiz həm tam, həm da natamam ellipsisə şamil
etdiyimiz nümunələr dastanda bu hadisənin heç da çox primitiv olduğunu
deyil, bu fikrin tam əksini sübut etmiş olur. Belə ki, bu nümunələr göstərir
ki, dastanın yazıya alındığı dövrdə ellipsis nitqdə özünə kifayət qədər yer
etmiş bir psixolinqvistik fakt kimi təzahür edir.
Semantik ellipsisə gəlincə isə qeyd edək ki, E. N. Savvina [6] se-
mantik ellipsisin varlığını üçüncü amillə (biri digərindən asılı olmayan dil
vahidlərinin sintaqmatik asılılığı və ya, başqa sözlə desək, cümlələrdə
əksini tapmayan aktiv və ya passiv sintaktik vahidlərin mövcudluğu ilə)
şərtləndirir. Bu səbəbdən bu hadisə üzərində bir qədər dayanmağı lazım
bilirik. Ümumiyyətlə, ellipsisin sadalanan növləri arasında ən az tədqiq
olunanı semantik ellipsisdir. Sırf üslubi hadisə olan semantik ellipsis
gerçəkliyin nitq vahidləri ilə sintaktik bütöv şəklində reallaşan anında hər
hansı bir informasiyanın buraxılması ilə təzahür edir.
Dilçilikdə semantik ellipsis termini ilə yanaşı bəzən məlumatın sıxlaşdırıl-
ması (KOMnpeccHH cooö^eHHa) termininə də müraciət olunur (S. E. Nikitina,
N. N. Leontyeva və b.). K. F. Skorodko kompressiya terminini geniş mənada
belə şərh edir: «...mətnin kompressiyası əsas məzmunun saxlanması şərtilə
həcminin kiçildilməsidir» [17. S. 29]. Azərbaycan dilçiliyində isə məlum
tədqiqat əsərlərində ellipsis hadisəsi müxtəlif səviyyələrdə (leksik, sintaktik,
qrammatik), müxtəlif aspektlərdə araşdırılsa da, semantik ellipsis hadisəsinə
geniş şəkildə toxunulmamışdır.
Dilimizdə semantik ellipsis hadisəsinin bariz nümunəsi kimi zərbi
məsəlləri də qeyd etmək vacibdir. Belə ki, bu ifadələr bir cümlə ilə bütöv bir
mətnin ifadə edə biləcəyi informasiya daşıyıcısıdır. Məsələn, xalq arasında
müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlayan bir neçə bu tip
ifadələrə nəzər yetirək: Sən çaldın; Toydan sonra nağara; Sağlığında kor Fatı,
öləndə badam gözlü Fatı; Keçi can hayında, qəssab da piy axtarır və s.
Semantik ellipsis hadisəsi dialoq nitqində də geniş yer tutur. Dialoq
zamanı bu, informator və adresatın qarşılıqlı ünsiyyət prosesindəki
intellektual səviyyələrinin nə dərəcədə inkişaf etməsindən asılı olur. Məs.:
«Nə görəyim, oğlu olan evərmiş, qızı olan köçürmüş» [7. S. 55]; «Dədə,
oğlanmısan, qızmısan?» Dədə: «Oğlanam!» - dedi [7. S. 56].
Yuxarıda qeyd etdiyimiz kimi, ellipsis dildə qənaətə meyillilik ilə də
əlaqələndirilir. Çünki dildə fəaliyyət göstərən tendensiyalardan biri
qənaətdir. Belə ki, «dil nə qədər inkişaf edirsə, bir o qədər sadə və
qənaətli olur» [18. S. 113]. Dil fəaliyyəti üçün əsas tendensiya məhz
qənaətçillikdir. Bu tendensiyaya uyğun olaraq, dildə yalnız anlaşma üçün
lazım olan qədər ifadə vasitələri işlədilir. Ona görə də qrammatikada
ellipsis böyük rol oynayır [19. S. 372]. İnsanlar daha çox bir dəfə işlənən
ifadəni ikinci dəfə təkrarlamaqdan yan qaçırlar: Oğlı olanı ağ otağa, qızı
olanı qızıl otağa qondurun [7. S. 34]; Üç kişi sağ yanından, üç kişi sol
yanından dəmür zəncirlə buğayı tutmuşlardı [7. S. 36]; Dərsə xan yayan,
bunlar atlu yüridilər [7. S. 40]; Allah-təala Baybörə bəgə bir oğul,
Baybican bəgə bir qız verdi [7. S. 52]; Vay, sənin əlindən nə yer yüzində
dirimiz və nə yer altında ölümüz qurtulurmış! [7. S. 94] və s.
Ə. Y. Məmmədov paralel konstruksiyalarda müşahidə olunan bu ha-
disəni anaforik ellipsis kimi qiymətləndirərək yazır: «Anaforik əlaqə bu
və ya digər komponentin paralel konstruksiyalarda təkrarı nəticəsində
yaranır. Kontekstual ixtisarın xüsusi növü olan anaforik ellipsis bir üzvün
mürəkkəb cümlənin digər tərkib hissələrində başqa leksik vahidlə əvəz-
lənmədiyi anaforik əlaqəli mürəkkəb cümlələrdə müşahidə olunur.
Ellipsis nəticəsində bir dəfə işlənmiş komponent digər paralel cümlələrdə
ixtisar olunur» [20. S. 74]. A. N. Veselovski və B. Pallek sintaktik para-
lelliyi (obyektlərin tipləri və müxtəlif adlarla əlaqəli psixoloji paralellik)
ekstralinqvistik faktorlarla əlaqələndirilər. A. N. Veselovskinin fikrincə,
sintaktik paralellik psixoloji paralelliyə əsaslanır ki, bu da təbii və
ictimai hadisələrlə əlaqəli olan müstəqil motiv kimi qəbul edilir [21.
S. 145]. M. M. Yusifov qənaətin müxtəlif sintaqmalarda meydanagəlmə
xüsusiyyətlərini göstərərək, qənaəti söz və cümlələrdəki paralelliklə izah
edir [22. S. 19]. A. N. Veselovski yazır ki, sintaktik paralelizmi təbii və
sosial hadisələrə uyğun, müstəqil motiv kimi dərk edilən psixoloji
paralelizm şərtləndirir [21. S. 145].
Ümumiyyətlə, paralelliklə əlaqədar yaranan elliptik cümlələrdən və
onları şərtləndirən ekstralinqvistik faktorlardan danışarkən, bu konstruk-
siyaların daha çox şifahi nitqə mənsubluğunu nəzərdən qaçırmaq lazım
deyil.
B.
Pallek anaforanı (Kpoccpe^epeH^ra) ekstralinqvistik reallıqla (ob-
yektlərlə) əlaqələndirərək, qeyd edir ki, eyni obyekt bildirən sözlər təkrar-
lanaraq, ya növbəti söz formasında, ya onun sinonimi, ya da obyektin
yeni adı kimi çıxış edir. Bu təkrarlar söz formasında, cümlə üzvü və hətta,
bütöv cümlə şəklində də ola bilərlər [23. S. 145-146].
İnsanın uzun müddətli yaddaşında on minlərlə söz qorunub saxlanılır.
Nitq törəyən zaman yaddaşdan müvafiq sözlərin seçilməsi ani olaraq baş
verir [24. S. 68]. Bu baxımdan Yanğın! Sel! tipli cümlələr daha böyük
maraq doğurur. Bu qəbil cümlələr predikativliklə xarakterizə olunmaqla
yanaşı, həm də real modallığa malikdir və sintaktik mənasına görə nitq
aktı ilə üst-üstə düşən indiki zamanı ifadə edir. Belə konstruksiyalar
modal zaman paradiqmasına malik deyil, belə ki, onların əsas məzmunu -
predmetin mövcudluğu (varlığı) və ya predmet haqqındakı məlumat
həmişə nitq momenti ilə bağlıdır; bu cür ifadələr danışanın dərk etdiyi,
qavradığı gerçək fakta ani reaksiyasının nəticəsidir [25. S. 81]. Söyləm
çox az hallarda fikrin tam həcminə müvafiq olaraq, bütöv şəkildə
strukturlaşır [24. S. 69]. Nitq aktı zamanı ani reaksiya nəticəsində yaranan
bu tip cümlələr subyektin daxili sarsıntısına, həyəcanına, qorxusuna və ya
sevincinə əsaslanır: Muştuluq, Baybörə bəg! Oğlın gəldi [7. S. 66];
M uştuluq! Oğlun Dəpəgözi dəplədi! [7. S. 103]; M uştuluq! Gözün
aydın! [7. S. 115] və s.
Müşahidələr göstərir ki, ellipsis zamanı nitqdə bu və ya digər bir
komponentin buraxılması danışanın və ya müəllifin psixoloji vəziyyəti ilə
əlaqədardır. Bu cümlələrin modallıq və intonasiyaya görə hər bir növü
özünəməxsus intonasiya ilə fərqlənərək, danışanın emosional və iradi
vəziyyəti zamanı formalaşır. Elliptik cümlələr insanın hiss və duyğula-
rının canlı ifadəsi kimi çıxış edir və nitqin emosionallığına, dinamikliyinə,
ekspressivliyinə xidmət edir.
M. İ. Adilov sintaktik paralelliyi üslubi aspektdən izah edərək, onu
qənaət tendensiyası ilə əlaqələndirir [26. S. 40]. H. Spenser dildə qənaət
məsələsini o mənada başa düşür ki, dil həmişə sadədən mürəkkəbə doğru
inkişaf edir, uzun səslər qısalır, çoxsözlü cümlələr az sözlü cümlələr ilə
əvəz olunur [27. S. 3]. E. D. Polivanov isə dildəki qənaət meyilini
danışanların tənbəlliyi ilə izah edir [28. S. 21]. Biz isə səssiz nitqin səsli
nitqə keçidi zamanı daxili nitqin konkretliyinin səsli nitqdə əksi kimi
qəbul edir və bu hadisəni sırf psixolinqvistik fakt kimi dəyərləndiririk.
M əqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Yuxarıda söylənən-
lərdən belə bir nəticəyə gəlmək olar ki, dildə qənaət prinsipi psixo-
linqvistik hadisə olmaqla dilin bütün səviyyələrində, əsasən də, ən
mürəkkəb sahə olan sintaksisdə hələ qədim zamanlardan təzahür edərək
intellektual səviyyənin göstəricisi kimi çıxış edir. Bu hadisənin psixo-
linqvistik şərhini vermək və bunu ellipsislə əlaqələndirmək tədqiqatın
elmi yenili kimi çıxış edə bilər. Eyni zamanda bu tendensiyanı insanın
daxili nitqinin xarici nitqə dekodlamasının nəticəsi kimi də səciyyələn-
dirmək olar. İnsan təxəyyülünün bir çox əlamətinin dildə fraqmental ifa-
dəsi kimi qənaət prinsipinin ən bariz nümunəsi məhz elliptik kon-
struksiyalardır və dilin inkişafı ilə əlaqədar olaraq get-gedə onun fərqli
şəraitlərdə müxtəlif formalarına təsadüf etmək mümkündür.
6 «Türkologiya», N° 4
Ə D Ə B İ Y Y A T
1. Bwpa^eHHa
cmhc
^
obhx
pa3.nHHHH nocpegcTBOM ^n^nncHca.
XapbKOB: O
ko
, 1991.
2. Konocoea T. A. PyccKHe c^o^Hwe npeg^o^eHHa acHMMeTpnne-
ckoh CTpyKTypM. BopoHe*: H3a-bo BopoHe*. yH-Ta, 1980.
3. Apymneea H. ff. CeMaHTHnecKoe coraacoBaHHe c.noB h HHTep-
npeTa^na npeg^o^eHHa // rpaMMaTHnecKoe onncaHHe c^aB^HCKHx a3w-
kob: KoH^en^HH h Merogw. M.: npocBe^eHHe, 1974.
4. rouxMan O. H. PeneBaa KOMMyHHKa^na. M.: HH$pa-M, 2001.
5. fleonmbeea H. H. CeMaHTHnecKHH aHa^H3 h CMHC^OBaa Henon-
HOTa TeKCTa: AHc. . ..KaHg. ^nm n. HayK. M., 1968.
6. Caeeuna E. H. CnHTaKCHHecKHH h ceMaHTHnecKHH ^n^nncHC b
pyCCKHX CpaBHHTe^bHHX KOHCTpyK^HAX: ÄBTOpe^. gHC. . ..KaHg. ^H^O^.
HayK. M., 1988.
7. Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988.
8. Adilov M. İ., Verdiyeva Z. N., Ağayeva F. M. İzahlı dilçilik
terminləri. Bakı: Maarif, 1989.
9. Xomski N. Dil və təfəkkür. Bakı: Kitab aləmi, 2006.
10. Abdullayev K.
M.
Azərbaycan dili
sintaksisinin nəzəri
problemləri. Bakı: Maarif, 1998.
11. K
ohohob
A. H. rpaMMaTHKa coBpeMeHHoro y3ÖeKCKoro ^HTepa-
TypHoro a3WKa. M.; H., 1956.
12. Dizdaroğlu H. Cümle bilgisi. Ankara: Kalite bakım evi, 1976.
13. Emre A. C. Türk lehçeleri müqayiseli qrammeri. Ankara, 1949.
14.EacKaKoe A. H. npeg^o^eHHa b c0BpeMeHH0M Type^KOM a3WKe.
M.: HayKa, 1984.
15. Cuöa^amoe P. T. ^nnnncHC b CHCTeMe cpegcTB Bbipa^eHHA npe-
gHKaTHBHoro OTHomeHHa // Cob. TropKonorna. 1983. M 6.
16. CpaBHHTe^bHO-HCTOpHHeCKHH CHHTaKCHC BOCTOHHO-GnaBflHCKHX
A3biKOB. M.: HayKa, 1968.
17. CKopodbKO K. O. KoMnpeccHA u TeKCT. M.: HayKa, 1969.
18. Eyöa^oe P. Hto TaKoe pa3BHTHe coBepmeHCTBOBaHHa a3WKa? M.:
HayKa, 1977.
19. nayn r . npHH^nnw HCTopHH A3WKa. M., 1960.
20. MaMeöoe A. H. ^nnnncHC b a3ep6aHg*aHCKOM A3WKe: AHc.
. ..KaHg. ^h^o^. HayK. EaKy, 1981.
21. BecenoecKUü A. H. ncHxo^orHnecKHH napa^^e^H3M h ero $op-
mw b OTpa^eHHax // Hapogw Ä3hh h ä^phkh. 1962. N° 2.
22. föcutyoe M. M. ^kohomha b CHCTeMe a3WKa: (Ha MaTepna^e
a3ep6. a3.): ABTope^. gnc. . ..KaHg. ^h^o^. HayK. EaKy, 1976.
23. nameK E. Kpoccpe^epeH^na: K Bonpocy rHnepcHHTaKCHca //
HoBoe
b
3apyöe*HOH .nHHrBHCTHKe. M., 1978.
24. Hüseynov
Ş
., Şiriyev F , Muradov C. Psixolinqvistika. Bakı, 2004.
25. Ka3üKoea A. C. HeBb
i
pa:*:eHHHH
c m h c ^ o a h o c ^ o b h h x
npeg.no-
*eHHH // npoö^eMH ceMaHTHKH npeg^o^eHHa: (Bb
i
pa:*:eHHHH
h
HeBb
i
-
pa^eHHHH
c m h c ^ ) .
KpacHoapcK, 1986.
26. Adilov M. İ. Azərbaycan dilində sintaktik təkrarlar. Bakı: Maarif,
1974.
27. Tapnanoe 3. K. OnepKH no CHHTaKcncy pyccKHx nocnoBH^. H.,
1982.
28. nonueanoe E. ff. CTaTbH no oö^eMy «3HK03HaHHro. M.: HayKa,
1968.
K E H Y tt rAEHEOBA
nCHXO^HHrBHCTHHECKOE PA3tÄCHEHHE
n P H H ^ H n A ^KOHOMHH HA OCHOBE Ä3MKA
^ACTAHOB «KHTABH AE^E KOPKY^»
P e 3 ro
m
e
B MHp0B0M «3HK03HaHHH cy^ecrayroT pa3^HHHHe nogxogH K o ö t-
acHeHHro noH^THa
n.nHncHC». OpaH^y3CKHH ^h^oco^ fl,roMapce
pac^eHHBa^ ero b öo^bmeH CTeneHH c ncHxo^orHnecKOH tohkh 3peHHa.
Ho ^n^nncHC xapaKTepeH h g.ra penn ne^OBeKa. TaK KaK ^n^nncHC cba-
3HBaeTca c TeHgeH^neH k naKOHH3My b A3HKe, h^mh oh paccMaTpHBaeT-
ca KaK ncHxo^HHrBHCTHnecKoe ^B^eHHe, t. e. ogHOBpeMeHHO o^eHHBa-
roTca ero ncHxo^orHnecKHe h a3HKOBHe CBOHCTBa.
EcTecTBeHHO, He^b3a OTpn^aTb,
hto
^n^nncHC, KaK
h
pag gpyrnx
33HK0BHX ^B^eHHH, cy^ecrBOBa.n
b
a3HKe e^ e
b
gpeBHHe BpeMeHa.
HanpnMep,
b
gacTaHax «KHTaÖH ^ege KopKyg», garo^nx HH^opMa^nro
no HCTOpHH 33HKa TWpKCKHX HapOgOB, HMeWTCfl ^aKTH, Ha OCHOBaHHH
kotophx
pemaroTca MHorne cnopHHe BonpocH coBpeMeHHoro «3
hko
-
3HaHHA. B gacTaHax npoone^HBaroTCfl
h
nepBHe npo^B^eHHa ^n^nncHca.
K^roneBwe c^OBa
: npun^un ^kohomuu b H3UKe, ncuxonumeucmuKa,
enympeuHHHpenb, annuncuc, ncuxono^unecKüu
Hacmpoü
KONUL HABIBOVA
PSYCHOLINGUISTICAL COMMENTARY
OF ECONOMY PRINCIPLE ON TH E BASE
OF «KITABI-DEDE KORKUT»’S EPOS
S u m m a r y
Though in world linguistics there are various observes about the
phenomena «ellipsis». For example, the French philosopher Dumarse re-
garded ellipsis basically to a measure as the psychological phenomenon.
But ellipsis is simultaneously connected with human speech. This feno-
menon contacts a tendency of laconicism in language.
Proceeding
from this point of view we will consider ellipsis as psychololinguistic
phenomena
estimating
simultaneously
its
psychological
speech
properties.
Naturally, it is impossible to deny the existence fact of ellipsis in
language since ancient times, as well as many other language phenomena.
For example, in «Kitabi-Dede Korkut», giving the information about
history of language of the Turkic people, there are valuable facts for
explanation of the questions at issue existing in the modern language.
Here primary traces of ellipsis are observed also.
Key words: economy principle in the language, psycholinguistics,
voiceless speech, ellipsis, psychological condition
Dostları ilə paylaş: |