Parlayan Günəş



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix15.07.2018
ölçüsü4,22 Mb.
#55887
1   2   3   4   5   6   7   8   9   10   11

ُمُهَلَرَفْغَـتْساَو َهّللاْاوُرَفْغَـتْساَف  َكوُؤآَج ْمُهَسُفنَأْاوُمَلَّظذِإ ْمُهَّـنَأْوَلَو 

اًميِحَّر اًباَّوَـت َهّللاْاوُدَجَوَل ُلوُسَّرلا

“(Ey  Peyğəmbər!)  Əgər  onlar  özlərinə 

zülm (günah) etdikləri zaman sənin yanına 

gəlib Allahdan bağışlanmaq istəsəydilər və 

Peyğəmbər də onlar üçün istiğfar etsəydi, 

Allahın  tövbəni  qəbul  edən,  rəhmli 

olduğunu mütləq bilərdilər.” 

Qərib  ərəb  sonra  dedi:  “Ey  Peyğəmbər!  Bura 

gəlmişəm  ki,  günahlarımın  bağışlanmasını 

Allahdan istəyəsən, səni Allah dərgahında şəfaətçi 

edirəm.” Sonra göz yaşı axıdaraq bu şeiri oxudu:

“Ey bu yerdə dəfn olunanların ən xeyirlisi! Sənin 

ətrindən  təpələr  və  yamaclar  xoş  iyli  olubdur. 

Sənin  sakin  olduğun  qəbirə  canım  fəda  olsun! 

Orada  iffət,  səxavət  və  kərəm  dəfn  olunubdur.”

1

  



(Bu şeirləri oxuyandan sonra istiğfar edərək qalxıb 

getdi.) Bu ərəb pak fitrətlə, saf zehinlə Peyğəmbərin 

(s)  qəbrinin  ziyarətinin  məfhumunu  dərk  edib, 

varlıq  aləminin  əzizinin  ziyarətinə  tələsmişdi. 

Qohum-əqrəbanın,  alimlərin,  haqq  yolunun 

şəhidlərinin  və  din  rəhbərlərinin  ziyarətinin 

tərbiyəvi və ictimai fəlsəfəsi budur. Ağıl, nəql və 

məntiq də buna şahiddir.

1.  Sünnü  alimi  Dar  Qutni  sənədli  şəkildə 

Abdullah  ibni  Ömərdən  nəql  edir  ki, 

Peyğəmbər (s) buyurmuşdur:

يِتَعاَفَش ُهَل ْتَبَجَو يِرْبَـق َراَز ْنَم

“Hər kəs mənim qəbrimi ziyarət edərsə, 

1- Dar Qutni, Sünən, cild: 2, səh.278, hədis 192



mənim şəfaətim ona vacibdir.”

2

 

 2. Sünnü alimi Təbərani “Möcəmul-kəbir” 



kitabında və Qəzzali “Ehyaul-ülum” kitabında 

nəql  edirlər  ki,  Abdullah  ibni  Ömər  deyir: 

Peyğəmbər (s) buyurdu:

ْنَا َّيَلَع اًّقَح َناَك يِتَراَيِز  َّلاِا ٌةَجاَح ُهُلِمْحَت َلا اًرِئاَز يِنَئاَج ْنَم 

ِةَماَيِقْلا َمْوَـي اًعيِفَش ُهَل َنوُكَا

“Hər  kəs  başqa  hacət  üçün  yox,  yalnız 

məni  ziyarət  etmək  üçün  ziyarətimə 

gələrsə, Qiyamət günü ona şəfaətçi olmaq 

mənə vacibdir.”

3

  

3. Dar Qutni, Abdullah ibni Ömərdən nəql 



edir ki, Peyğəmbər (s) belə buyurmuşdur:

ِتاَيَح  ِف  ِنَراَز اََّنَأَكَف  ِتاَفَو َدْعَـب يِْبَـق َراَزَـف َّجَح ْنَم



“Hər kəs həcc ziyarətindən sonra mənim 

qəbrimi  ziyarət  edərsə,  sanki  sağlığımda 

olduğum vaxt ziyarət etmişdir.”  

 4. Dar Qutni Abdullah ibni Ömərdən nəql 

edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) 

buyurmuşdur:



يِتاَيَح يِف يِنَراَز اَمَّنَأَكَف يِتْوَم َدْعَـب يِنَراَز ْنَم

“Hər kəs məni, vəfatımdan sonra ziyarət 

edərsə,  sanki  məni  sağlığımda  ziyarət 

etmişdir.”

4

 

Allah  bizləri  Peyğəmbərin  (s)  şəfaət  və 

ziyarətindən məhrum etməsin.

2- Vəfaul-vəfa, cild 4, səh. 1361, Əd-dürərüs-səniyyə, səh. 2

3- Dar Qutni, Əs-sünən, cild 2, səh. 278, hədis 194

4- Şəfaus-siqam, 12-16, Vəfaul-vəfa, 4-1340

Hörmətli Peyğəmbərimiz həzrət Məhəmməd 

ibni Əbdillahın (s), yaxud onun pak, məsum 

canişinlərinin  hərəmində  olmaq  və  onları 

ziyarət  etmək,  ümmətin  hidayəti  yolunda 

zəhmət  və  fədakarlıqlara  qatlaşdıqları  üçün 

onlara təşəkkür və hörmətdən əlavə, bir növ 

beyət hökmünü də daşıyır.

İmam  Rza  (ə)  öz  söhbətlərinin  birində 

məsumların  (ə)  qəbirlərinin  ziyarəti 

barəsində belə buyurur:



ِماَمَت ْنِم َّنِاَو ِهِتَعيِشَو ِهئ   اَيِلْوَا ِقُنُع يِف اًدْهَع ٍماَمِا ِّلُكِل َّنِا 

ْمِهِروُبُـق َةَراَيِز ِدْهَعْلاِب ِءاَفَوْلا

“Hər  bir  İmamın  öz  dost  və  şiələrinin 

boynunda  bir  əhdi  (haqqı)  vardır  ki, 

onların qəbirlərini ziyarət etmək bu əhdə 

əməl etmək yolundan biridir.”

1

 

Həqiqətdə,  Peyğəmbərin  (s)  və  İmamların 

(ə) qəbirlərini ziyarət edən şəxs onlarla əhd-

peyman bağlayır ki, həyatında onların yol və 

hədəflərindən  başqa  bir  hədəfin  davamçısı 

olmasın.  Peyğəmbəri-Əkrəmin  (s)  hərəmini 

ziyarət edən şəxs öz əməli ilə belə deyir: “Ey 

Allahın Rəsulu! Əgər mühacir və ənsar sənin 

peyğəmbərliyini  müdafiə  etmək  üçün 

“Hüdeybiyyə”də  sənə  beyət  etdilərsə,

2

  

Məkkənin imanlı qadınları günah və şirkdən 



uzaq  olmaq  barədə  səninlə  beyət  etdilərsə,

3

  



1- Vəsailuş-şiə, cild: 10, səh.346, hədis 2

2- Fəth surəsi, ayə 118

3- Mümtəhinə surəsi, ayə:12

günahkar  möminlərə,  sənin  hüzuruna  gəlib 

onların  günahlarının  bağışlanması  üçün  dua 

etməyini istəmələri əmr olunmuşsa,

4

  mən də 



ey  Rəsulullah,  ey  ümmətin  şəfaətçisi!  Sizin 

ziyarətinizdə olmaqla və torpağınızı öpməklə 

sizin  məqsədlərinizi  qorumağa  dair  beyət 

edirəm. Beyət edirəm ki, günah əməldən və 

şirkdən  uzaq  olum.  Bu  işin  əvəzində  sizdən 

istəyirəm ki, Allah dərgahında günahlarımın 

bağışlanmasını istəyəsiniz.”

  Müqəddəs  qəbirlərin  ziyarəti  səyahət  ilə 

tamamilə  fərqlənir  və  tam  başqa  məqsəd 

daşıyır.  Səyahətçilərin  tarixi  abidə  və 

mənzərələri  müşahidə  etməkdə  əsas 

məqsədləri  ləzzət  almaq,  xoş  güzəranlıq  və 

əyləncədir  (əgər  “ləhv  və  ləib”  (haram 

işlərdən) uzaq olarsa, İslam da onunla müxalif 

deyildir.)  Lakin  müqəddəs  hərəmlərin 

ziyarətçiləri öz istəklərinə çatmaq və onlarla 

əhd-peymanı yeniləmək məqsədi ilə hər cür 

çətinliklərə sinə gərirlər.

Tarixdə yazırlar: Peyğəmbərin (s) vəfatından 

sonra  bir  ərəb  Mədinəyə  gəldi,  o  həzrətin 

qəbrinin kənarında əyləşərək bu ayəni tilavət 

etdi:


4- Nisa surəsi, ayə 6

Peyğəmbərimiz

 

həzrət Məhəmmədin (s) ziyarəti

Ziyarət

20

21


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə