Parlayan Günəş



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix15.07.2018
ölçüsü4,22 Mb.
#55887
1   2   3   4   5   6   7   8   9   10   11

Bundan  əlavə,  insan  (əqlinin)  qüsurlu 

olduğuna  görə,  bütün  həqiqətlərdən,  onu 

əhatə  edən  varlıqların  və  öz  nəfsindən 

yaranan işlərin sirlərindən və s. lazımi qədər 

məlumatı  olmadığından,  ona  faydalı  və 

yaxud  zərərli  olan  şeyləri,  onu 

səadətə və ya bədbəxtliyə aparan 

yolları - istər təkcə özünə, istərsə 

də insan növünə və cəmiyyətinə 

aid olan işlərdə - ayırd edə bilmir. 

Üstəlik onun elmi təbiət, maddi 

aləm  barəsində  artdıqca  həmişə 

öz  nəfsi  barəsində  cəhalətdə 

olub,  cəhli  artır,  yaxud  cəhlini 

daha yaxşı dərk edir. 

Buna  əsasən,  insan,  səadət 

dərəcələrinə çatmaq üçün səadət 

və aşkar hidayət yolunu göstərə 

bilən bir hidayətçiyə daha çox ehtiyac duyur 

ki, bu şəxsin (hidayətçinin) vasitəsilə əqlini 

qüvvətləndirib,  əqlin  qüvvələri  vasitəsilə, 

inadkar  düşməninə,  nəfsani  istəklərə  sövq 

edən  qüvvələrə  qarşı  mübarizədə  qələbə 

çalsın.


Allahın  ismət  bəxş  etdiyi  şəxslər  istisna 

olmaqla insanlardan hər biri də nəfs və əql 

arasındakı bu mərəkədə qərq olur.

Bu səbəbdən də nəinki vəhşi və cahil, hətta 

hər  mütərəqqi  və  ziyalı  şəxs  özünü  bütün 

xeyirli və məsləhətli yollara çatdırıb dünya 

və  axirətdə  ona  faydalı,  yaxud  zərərli  olan 

şeylər - istər şəxsən özünə aid olan, istərsə 

də  cəmiyyətdə  olan  işlərə  aid  olsun  - 

barəsində mərifət kəsb etməsi olduqca çətin 

bir işdir. Hətta bu yolda özü ilə həmfikir olan 

şəxslərdən  kömək  alsa  da,  böyük  miqyaslı 

konfranslar,  şuralar  və  s.  təşkil  etsələr  də 

belə.


Deməli, 

Allah-təalanın 

bəndələrə qarşı olan rəhmət və 

lütfü vacib edir ki:



Onların  öz  içindən  olan 

peyğəmbər  seçsin  ki,  Onun 

ayələrini  xalqa  tilavət  edib 

nəfslərini 

(aludəliklərdən) 

paklaşdırsın,  kitab  və  hikməti 

(elmi) 

onlara 

öyrətsin,

1

  

bəndələri fəsad törədən işlərdən 

çəkindirib  qorxutsun,  səadəti 

və mənafeyi olan şeylərə müjdə 

versin.

Allahın  bəndələrinə  lütf 



göstərməsinin  vacibliyinin  səbəbi  odur  ki, 

lütf  Onun  mütləq  kamalındandır  və  O,  Öz 

bəndələrinə  qarşı  Lətif  (lütf  sahibi),  Kərim 

(kəramət  sahibi)  və  Cəvaddır  (ehsan 

edəndir). Əgər bəndələrin lütf və ehsan üçün 

qabiliyyəti  olsa, Allah  hökmən  Öz  lütfünü 

onlara  çatdırmalıdır.  Çünki  Onun  rəhmət 

dairəsində  paxıllığa,  kərəm  və  ehsanında 

nöqsana yol yoxdur.

Allahın  lütfü  barəsində  deyilən  vacibdir 

sözünün mənası bu deyil ki, kimsə Ona bu 

işi görməyi əmr etsin və əmrə itaət etmək də 

Ona vacib olsun. Amma qeyd olunan vacibin 

mənası  vacibül-vücudda  deyilən  mənadır. 

(Yəni  bu  işi  görmək  Onun  Zatındadır  və 

Ondan ayrılması qeyri-mümkündür.)

2

 

Yuxarıda  deyilənlərdən  belə  nəticəyə 



gəlirik  ki,  Peyğəmbərlərin  göndərilməsi, 

Allahın insanlara olan lütfüdür.

1- Cümə surəsi, 2-ci ayə

2- Əqaidül-İmamiyyə, səh. 43, Şeyx Məhəmməd Rza 

Müzəffər (ixtisarla).

İnsan  çox  sirli  bir  varlıq  olub,  zatında,  təbiətində,  nəfs  və  əql  mövcud  olmaqla,  tək-tək 

fərdlərin şəxsiyyəti cəhətindən mürəkkəb quruluşa malikdir. Bir tərəfdən onun zatında fəsada, 

digər tərəfdən isə xeyirxah və gözəl əməllərə sövq edən qüvvələr qoyulmuşdur.

1

Digər  tərəfdən,  insan  zatında  olan  özünü  sevmək,  həvayi-nəfsə  itaət  etmək,  xudbinlik, 



şöhrətpərəstlik, hamıya qələbə çalmaq, təkəbbür, hamıdan üstün olmaq, dünya həyatı və onun 

bər-bəzəklərinə hərislik və s. kimi qərizələr (instinkt) və emosional xüsusiyyətlər əsasında 

xəlq edilmişdir. Allah-təala buyurur:

And olsun Əsrə ki, bütün insanlar xəsarətdədirlər.

2

Həqiqətən insan elə ki özünü ehtiyacsız görür, tüğyan edir.

3

 

Həqiqətən nəfs (əmmarə nəfsi) insanı pisliklərə sürükləyir.

4

 

Nəfsi istəklər, qərizələr və emosional xüsusiyyətlərə malik bir nəfsin varlığını göstərən sair 

bu kimi ayələri qeyd etmək olar.

Başqa tərəfdən, Allah-təala insanda əql qüvvəsi də yaratmışdır ki, bu qüvvə insanı xeyir 

işlərə, saleh əməllərə doğru hidayət edir. Həmçinin Allah onun batinində vicdan qüvvəsi xəlq 

etmişdir ki, onu pis, çirkin əməllərdən, zülmdən və s. çəkindirib, qəbahətli, məzəmmətli, pis 

işlərdən agah edir.

İnsanın bu iki daxili qüvvəsi, nəfs və əql arasında daimi çəkişmələr davam etməkdədir. Hər 

kəsin  əqli  nəfsinə  qələbə  çalsa,  ən  yüksək  məqamlara,  insaniyyətin  kamal  həddinə  çatar, 

mənəvi və ruhi cəhətdən kamilləşmiş bir insan olar. Amma hər kəsin nəfsi əqlinə qələbə çalsa, 

ən alçaq dərəcələrdə olar, insaniyyət yolundan uzaqlaşar və heyvanlıq dərəcəsinə enər.

İnsandakı bu iki düşmən qüvvələrdən ən güclüsü nəfsani ehtiraslar və onların qoşunudur. Məhz buna 

görə də insanların əksəriyyəti şəhvətə, nəfsani ehtiraslara itaət edib, onun çağırışlarına müsbət cavab 

verdiklərinə görə zəlalətdə qərq olaraq düz yoldan, hidayətdən uzaq düşürlər.



(Ya Peyğəmbər) İnsanların əksəriyyəti-sənin istədiyinə baxmayaraq-iman gətirməzlər.

5

 

1- Şəms surəsi, 7-8-ci ayələr

2- Əsr surəsi, ayə 1-2

3- Ələq surəsi, ayə 6-7

4- Yusif surəsi, ayə 53

5- Yusif surəsi, ayə 103



NÜBÜVVƏT İLAHİ LÜTFDÜR

Əqaid

14

15


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə