Parlayan Günəş



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix15.07.2018
ölçüsü4,22 Mb.
#55887
1   2   3   4   5   6   7   8   9   10   11

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurduğu geniş bir hədisdə söyləmişdir: 

“Mehdi şiə və ardıcıllarının gözündən itəcək, Allah-təala qəlblərini iman üçün ləyaqətli etmiş 

şəxslərdən başqa heç kəs onun imamətinə olan əqidəsini qoruyub saxlaya bilməyəcək.”

1

 



2) İmam Mehdinin (ə.f) qeybdə olduğu müddət ərzində adamların dəyişilməsinə səbəb olan, 

baş vermiş və verəcək çətinliklər, təzyiqlər və gözlənilməz hadisələrə görə; Yəni, inam və 

əqidəni  qorumaq,  dində  sabit  qalmaq  çətin  bir  işə  çevriləcək  və  insanların  imanı  bir  sıra 

çətinliklərlə, təhlükələrlə üzləşəcək.

2

 

2. İmamın canını qorumaq



Allah-təala 12-ci İmamı qeybə çəkməklə onu ölümdən qurtarmışdır. Çünki əgər o Həzrət 

ömrünün ilk günlərindən camaatın arasında olsaydı, onu mütləq öldürəcəkdilər. (Bu barədə 

kifayət qədər söhbət etmişik). Deməli, o Həzrət münasib vaxtdan qabaq da zühur etsə, yenə 

həyatı təhlükədə olar, nəticədə öz İlahi vəzifələrini yerinə yetirməyə, cəmiyyəti islah etmək 

sahəsindəki ali məqsədlərini icra etməyə nail olmaz. İmam Sadiq əleyhis-salamın səhabələrindən 

olmuş Zürarə deyir: İmam Sadiq (ə) buyurdu: “Gözlənilən İmam qiyam etməzdən qabaq bir 

müddət gözlərdən itəcək.” Soruşdum ki, nəyə görə? Buyurdu: “Çünki canı təhlükədə olacaq.”

3

3. Zəmanə zalımları ilə beyət etmək zülmündən qurtarmaq

On ikinci İmam (ə.f) heç bir rejimi rəsmi tanımamış və tanımır. O, heç bir hakimin hökumətini 

qəbul etmək məcburiyyətində olmayıb və olmayacaq. O, öz vəzifəsinə uyğun olaraq rəftar 

edir, Allahın dinini mükəmməl şəkildə, çəkinmədən və heç bir bəhanəni qəbul etmədən icra 

edir. Belə olduqda isə kiminləsə beyət etməyə lüzum qalmır. Həsən ibn Fəzzal deyir: “İmam 

Rza (əleyhis-salam) buyurdu: “Sanki üçüncü oğlumun (İmam Həsən Əskəri əleyhis-salamın

ölümündən  sonra  öz  İmamını  axtaran,  lakin  onu  tapa  bilməyən  şiələrimi  görürəm.”  Mən 

dedim: “Nə üçün o, gözlərdən itəcək?” İmam cavab verdi: “Ona görə ki, əlində qılınc qiyam 

edəcəyi zaman heç kəsə tabe olmasın.”

4

 

Məqaləni Mehdi Pişvayinin “Sireyi Pişvayan” kitabından ixtisarla nəql etdik. Ətraflı məlumat 



üçün müfəssəl yazılmış kitablara müraciət olunsun.

1- Müntəxəbül-asar, səh.101, hədis 4

2- Əmin-amanlıq müjdəsi, səh.177-178

3- Üsuli-Kafi, cild 1, səh. 337

4- Kəmalüd-din, səh.480

1. İnsanları sınama

Bildiyimiz  kimi  Allahın  sabit 

adət-ənənələrindən  biri  də, 

bəndələri imtahana çəkib pak və 

təmiz  insanları  seçməkdir. 

Həyat  daima  imtahan  və  sınaq 

səhnəsi olmuş, bəndələr bu yolla 

öz  iman  və  səbirləri  sayəsində 

və  özlərini  Allahın  əmrlərinə 

təslim 


etmək 

nəticəsində 

tərbiyə 

olunaraq 

kamala 

yetişməli  və  onların  gizli 



istedadları 

çiçəklənməlidir. 

Həzrət  Mehdi  (ə.f)  qeybdə 

olduğu  müddətdə  insanlar 

sınağa çəkilir. İman və əqidəsi 

möhkəm  olmayan  şəxslərin  iç 

üzü  aşkar  olaraq  şəkkə  düçar 

olur,  lakin  iman  və  əqidəsi 

qanına işləmiş şəxslər o Həzrətin zühurunu gözləmək və çətinliklərə sinə gərmək nəticəsində 

əqidələri daha da möhkəmlənir və Allahın daha böyük mükafatlarına layiq görülürlər.

İmam Museyi-Kazım (ə) buyurmuşdur: “Beşinci oğlum qeybə çəkildikdə dininizi qoruyun, 

muğayat olun kimsə sizi yolunuzdan çıxarmasın. O, istər-istəməz (məcburiyyət qarşısında) 

qeybə  çəkiləcək.  Onda  bəzi  möminlər  öz  əqidələrindən  dönəcəklər.  Allah-təala  onu  qeybə 

çəkməklə Öz bəndələrini sınağa çəkir...”

1

 

İslam  rəhbərlərinin  sözlərindən  belə  başa  düşülür  ki, Allahın  İmam  Mehdini  (ə.f)  qeybə 



çəkməklə bəndələri sınağa çəkməsi Allahın ən çətin sınaqlarından biridir.

2

  Bu çətinlik isə iki 



cəhətə görədir:

1) Qeyb dövrünün özünə görə, yəni, qeyb dövrü həddən artıq uzun çəkəcəyindən insanların 

çoxu buna şəkk edəcək. Bəziləri ümumiyyətlə, İmam Mehdinin (ə.f) doğulmasında (dünyaya 

gəlməsində), bəziləri isə o Həzrətin ömrünün uzanmasında şəkk edəcək. O Həzrətin imamətinə 

sınaqdan çıxmış və əqidəsi möhkəm olan şəxslərdən başqa heç kəs inanmayacaq.

1- Əl-Qeybət, səh. 204

2- Əl-Qeybət, səh. 203–207

İmam Mehdinin (ə.f) 

qeybə çəkilməsinin 

siyasi-ictimai səbəbləri

İmamların  camaatı  düz  yola  yönəltməkdə 

məqsədləri,  onları  kamalın  son  həddinə 

çatdırmaq olmasında şübhə yoxdur. Bu isə o 

vaxt həyata keçər ki, camaat bu yönəltmədən 

istifadə etməyi bacarsın. Əgər camaatda belə 

bir  hazırlıq  olmasa,  onda  Allah  tərəfindən 

təyin  edilmiş  rəhbərin  camaat  arasında  olmasının  heç 

bir  xeyri  olmayacaq.  Təəssüflər  olsun  ki,  İmamların, 

xüsusən  də,  İmam  Cavaddan  (ə)  sonrakı  İmamların 

dövründəki  təzyiqlər  və  son  dərəcə  məhdudiyyətlər 

göstərir  ki,  cəmiyyətin  İmamların  rəhbərliyindən 

istədikləri  kimi  istifadə  etməsi  üçün  lazımi  şərait 

olmamışdır. (Belə ki, bu təzyiqlər nəticəsində onuncu 

və  on  birinci  İmamın  fəaliyyəti  ən  aşağı  səviyyəyə 

çatmışdı.)  Bu  göstərir  ki,  İmamların  cəmiyyətdə 

rəhbərlik və hidayətindən istifadə etmək üçün əlverişli 

şərait yox idi. Buna görə də, cəmiyyət lazımi hazırlığı 

tapana  qədər  Allah-təala  on  ikinci  İmamın  qeybə 

çəkilməsini  məsləhət  bilmişdir.  (Bu  barədə  irəlidə 

söhbət edəcəyik.) Əlbəttə on ikinci İmamın (ə.f) qeybə 

çəkilməsinin  bütün  sirləri  bizə  məlum  deyil,  ancaq 

dediyimiz  amil  o  Həzrətin  qeybə  çəkilməsinin  əsas 

səbəbi ola bilər. İslami mənbələrdə 12-ci İmamın qeybə 

çəkilməsinin  səbəbləri  sahəsində  üç  məsələ  əsas 

götürülür:



Məhdəvilik

12

13


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə