Parlayan Günəş



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix15.07.2018
ölçüsü4,22 Mb.
#55887
1   2   3   4   5   6   7   8   9   10   11

Peyğəmbər (s) yeniyetmə və cavan olan 

vaxtlarda öz əxlaqı, mədəniyyəti, ağlı və 

əməlləri ilə hamının hörmətini qazanmışdır. 

O  qədər  düzgün  insan  idi  ki,  hamı  ona 

Məhəmməd  Əmin  deyirdi.  Hamı  ona 

inanır,  bir  yerə  gedəndə  öz  pullarını, 

qızıllarını,  dəyərli  əşyalarını  ona  əmanət 

verirdilər.  Bilirdilər  ki,  Məkkə  şəhərində 

ondan  əmanətdar  insan  yoxdur.  Hamı 

ondan  xeyir  görürdü  və  heç  kim  ondan 

pislik  görmürdü.  Hamı  onu  sevir  və  ona 

hörmət edirdi. 

İllər  keçir,  Məhəmməd  (s)  böyüyür. 

Cavan  olanda  ailə  həyatı  qurur.  Onun 

həyat yoldaşı həzrət Xədicə (ə) olur. Həzrət 

Xədicə  çox  fəzilətli,  yüksək  əxlaqa  və 

mənəviyyata malik bir xanım olur. Onların 

övladları olur. Dünya və axirət qadınlarının 

ən üstünü olan müqəddəs Fatimeyi-Zəhra 

(s.ə) onların qızıdır.

Həzrət Məhəmməd (s) 40 yaşına çatanda ona 

Peyğəmbərlik verilir. Allah, Cəbrail adlı mələk 

vasitəsilə  ona  müqəddəs  kitab  olan  Qurani-

Kərimi nazil edir. 23 il ərzində Quran ayələri 

Cəbrail mələyi vasitəsilə Peyğəmbərə tədricən 

(s) nazil olur, Peyğəmbər (s) də onu insanlara 

öyrədirdi. 

Peyğəmbər  (s)  13  il  müddətində  Məkkə 

şəhərində camaatı İslam dininə, tək olan Allaha 

iman gətirib, Ona ibadət etməyə dəvət edir.  

13 il Məkkədə çox əzab-əziyyətlərə dözəndən 

sonra,  Peyğəmbər  (s)  ona  iman  gətirmiş 

müsəlmanlarla  birlikdə  Mədinə  şəhərinə 

köçürlər. Buna Peyğəmbərin (s) hicrəti deyilir. 

Məhəmməd  Peyğəmbər  (s)  hicrətdən  sonra 

Mədinə şəhərində 10 il yaşayır. Yüz minlərlə 

insan bu müddət ərzində İslamı qəbul edir. İslam dini və müsəlmanlar düşmənlərə 

qalib gəlirlər.

Peyğəmbərin  (s)  əmisioğlu  İmam  Əli  (ə),  Peyğəmbərin  (s)  əziz  qızı  həzrət 

Fatimeyi-Zəhra (s.ə) ilə ailə qurur. Bu mübarək ailədən Həsən, Hüseyn, Zeynəb, 

Gülsüm kimi övladlar dünyaya gəlir. 

Onlar uşaq olanda babaları Peyğəmbər (s) onları qucağına götürər, nəvaziş edər, 

onlarla oynayardı. 

Peyğəmbər (s) uşaqları çox sevər və onlarla oynayardı. Onlara qəşəng hekayələr 

danışardı. Uşaqlar da Peyğəmbəri çox sevərdilər. 

Yerimiz  az  olduğu  üçün  bundan  artıq  yazmağa  fürsətimiz  yoxdur.  Ümidvarıq 

Peyğəmbərin (s) həyatı haqqında yazılmış kitabları oxuyub daha çox bilik əldə 

edəcək  və  Peyğəmbəri  (s)  daha  çox  sevəcəksiniz.  Çünki  o  da  bütün  insanları, 

məxsusən uşaqları çox sevirdi.

Salam uşaqlar. Necəsiniz?

Bu  gün  sizə  Məhəmməd  Peyğəmbərin  (s) 

həyatı haqqında danışmaq istəyirəm.

Məhəmməd  Peyğəmbər  (s)  Allahın  yer 

üzərinə  göndərdiyi  sonuncu  Peyğəmbərdir. 

Peyğəmbərlər  insanların  müəllimləridir. 

Onlara düzgün yaşamağın qayda-qanunlarını 

öyrədir,  Allahın  buyurduqlarını  onlara 

çatdırırlar. 

Allah-təala  Məhəmməd  Peyğəmbəri  (s) 

bütün  insanların  içərisindən  peyğəmbərlik 

üçün seçib. O, insanların ən müqəddəsi, ən 

kamili, ən əxlaqlısı, ən elmlisi, ən şücaətlisi, 

ən  yaxşısıdır.  Məhəmməd  Peyğəmbər  (s) 

Allahın  sevimlisi  və  kamil  insan 

nümunəsidir. 

bütün 


insani 

keyfiyyətlərdə insanlara nümunədir.

Məhəmməd Peyğəmbər (s) uşaqları çox 

sevərdi.  Həmişə  onlara  salam  verər, 

onlarla söhbət edər, onlarla oynayardı. 

Məhəmməd  Peyğəmbərin  (s)  əziz  anasının  adı 

Aminə, Atasının adı Abdullahdır. 

  O  571-ci  miladi  ilində  Ərəbistanda,  Məkkə 

şəhərində  anadan  olub.  O  dünyaya  gələndə 

yer üzündə bir-çox möcüzələr baş vermişdir. 

Hələ  dünyaya  gəlməmiş  atası  dünyasını 

dəyişərək,  Allahın  rəhmətinə  qovuşur. 

Peyğəmbərin  6  yaşı  olanda  isə  əziz  anası 

Aminə  də  dünyasını  dəyişərək,  Allahın 

rəhmətinə  qovuşur.  Babası  Əbdül-Mütəllib 

onu himayəsinə götürür. Peyğəmbərin 8 yaşı 

olanda babası Əbdül-Mütəllib də dünyasını 

dəyişir.  Babası  dünyasını  dəyişməmişdən 

qabaq  balaca  Məhəmmədin  qəyyumluğunu 

oğlu Əbu Talibə tapşırır. 

Əbu Talib, İmam Əlinin (ə) atası idi. Yəni 

Məhəmməd Peyğəmbər (s) və İmam Əli bir-

biri ilə əmioğludurlar. Peyğəmbərin 30 yaşı 

olanda  İmam  Əli  (ə)  dünyaya  gəlir. 

Peyğəmbər  (s)  40  yaşında  Peyğəmbərlik 

məqamına  seçiləndə,  İmam  Əlinin  (ə)  10 

yaşı olur. Peyğəmbər (s) 63 yaşında dünyasını 

dəyişəndə isə İmam Əlinin (ə) 33 yaşı olur.

Peyğəmbəri  (s)  körpəlikdən  Həlimə  adlı 

qadına verirlər ki, ona süd versin və böyüdüb 

boya-başa çatdırsın. 

 Uşaq səhifəsi

30

31



Amma indiki məscidin sərhədləri oraya çatmışdır. Bundan əlavə ilk tikildiyi dövrdə təxminən 

1000 m


2

 olan məscidin ölçüləri bu gün 100.000 kvadrat metrdir.

“Məscidun-Nəbəvi” ya da “Məscidun-Nəbi” ilk inşasında sadə tikili idi. Xurma kötüklərindən 

sütunları, xurma budaqlarından tavanı, daşlardan divarları var idi. Tam yanındakı ev hissəsi də 

kərpicdən  idi.  Minbəri,  mehrabı  yox  idi.  Həzrət  Peyğəmbər  (s)  cümə  xütbələrini  minbər 

olmadığı  üçün,  bir  ağac  kötüyünün  üstündə  oxuyardı.  Buranın  bir  hissəsi  “Süffə”  deyilən 

kasıblara ayrılmışdı. 

“Məscidun-Nəbəvi”nin ilk inşasında məscidin şərq divarına bitişik həzrət Məhəmməd (s) və 

ailəsi üçün iki otaq inşa edildi. Bu otaqların sayı daha sonra artırıldı. 

Məscidin  genişləndirilməsi  və  tikinti-bərpa  işləri  Əməvilər,  Abbasilər,  Məmluklər  və 

Osmanlılar dönəmlərində davam etdirilir.

Bir neçə dəfə təmir edildikdən sonra II Mahmudun dövründə günbəz ucaldılır, üzərinə güllər 

tökülmüş daha sonra da bu günbəz yaşıla boyanır və Hücreyi-səadət adı ilə məşhurlaşır. İslam 

Peyğəmbərinin  (s)  içində  namaz  qılmağı  təşviq  etdiyi  Minbər  və  Hücreyi-səadət  arasında 

qalan  qisim  Rövzəyi-Mütəhhərədir.  Buranın  cənnətdən  bir  hissə  kimi  olduğu  hədislərdə 

bildirilib.

Bu  müqəddəs  məscid  ictimai-siyasi  baxımdan  çox  böyük  əhəmiyyətə  malikdir.  Burada 

məscid haqqında bu qədərlə kifayətlənib bir qədər də Məscidun-Nəbinin yanında olan Bəqi 

qəbiristanlığı haqqında yazmaq istəyirik. 

Bəqi  qəbiristanlığında  Peyğəmbərin  (s)  Əhli-Beytindən  (ə)  olan  məsum  imamlardan 

dördünün qəbri-şərifi yerləşir. 2-ci imamımız həzrət İmam Həsən (ə), 4-cü imamımız həzrət 

İmam Zeynül-abidin, 4-cü imamımız həzrət İmam Məhəmməd Baqir (ə) və 6-cı imamımız 

həzrət  İmam  Cəfər  Sadiqin  (ə)  mübarək  qəbirləri  burada  yerləşir.  Əvvəllər  bu  qəbirlərin 

üzərində müsəlmanlar gözəl ziyarətgah ucaltmışdırlar və hamı gəlib bu müqəddəs insanları 

ziyarət edirdilər. Vəhhabilər Ərəbistanda hakimiyyəti ələ keçirəndən sonra bu ziyarətgahları 

yerlə yeksan etdilər və indiki ürəkağrıdan vəziyyətə saldılar. Həmçinin Bəqi qəbiristanlığında 

həzrət Peyğəmbərimizin (s) həyat yoldaşları, övladları, səhabələri dəfn olunub. Onların da 

qəbirləri  vəhhabilərin  vəhşiliklərindən  amanda  qalmayıb.  Burada  qarşıya  bir  çox  suallar 

çıxır.  Niyə  Bəqi  qəbiristanlığındakı  ziyarətgahlar  dağıdılıb  amma  Peyğəmbərin  (s) 

ziyarətgahı  dağıdılmayıb?  Cavabı  çox  sadədir.  Vəhhabilər  dünya  müsəlmanlarının 

qəzəbindən qorxaraq bu işi görməyə cürət etmədilər. Yoxsa Peyğəmbərin (s) ziyarətgahını 

dağıtmaq  da  ürəklərinin  arzusudur.  Başqa  bir  sual  tarixin  kökündən  qaynaqlanır.  Niyə 

Peyğəmbərin (ə) əziz nəvəsi İmam Həsəni (ə) babası Peyğəmbərin (s) yanında dəfn etmək 

istədikləri halda, mübarək qəbri çox aralıda Bəqi qəbiristanlığındadır? Kimlər bu işə mane 

olublar? Digər İmamlarımızın da niyə Bəqidə dəfn olunması sualı eynilə hamını düşündürən 

suallardandır. Cavabı tarixdə açıq-aşkardır. 

Salam olsun Allahın sonuncu Peyğəmbərinə (s) və onun pak, məsum Əhli-Beytinə (ə). Lənət 

olsun onların bütün düşmənlərinə.

“Məscidun-Nəbi” və yaxud “Məscidun-Nəbəvi” Səudiyyə Ərəbistanının Mədinə şəhərində 

yerləşir. Məkkədə yerləşən Məscidul-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. 

Bu məscid həzrət Peyğəmbərin (s) adına olduğu kimi mübarək məzarı da həmin bu məscidin 

içərisində yerləşir.

Həzrət Peyğəmbər (s), Mədinəyə hicrət etdikdən sonra burada məskunlaşmış və burada 

məscid tikmişdir. Həzrət (s) özü də ağır tikinti prosesində iştirak etmişdir. Orijinal məscid 

açıq hava binası (üstü açıq bina) idi. Məsciddə həmçinin icma mərkəzi, məhkəmə və məktəb 

də fəaliyyət göstərirdi. Quran öyrədən şəxslər üçün xitabət kürsüsü də ucaldılmışdı. Məscidin 

baş planı bütün dünyada bir çox məscidlərin tikilməsi üçün əsas rolunu oynamışdır. Məscidin 

özü həzrət Peyğəmbər (s) tərəfindən tikdirilib və ondan sonra müxtəlif dövlət başçıları isə 

buranı genişləndirmiş və bəzəmişlər.

“Məscidun-Nəbi” həzrət Peyğəmbərin (s) vasitəsi ilə hicrətin birinci ilində inşa olunmuşdur. 

Həzrət Peyğəmbərin (s), həzrət Əli (ə) və xanım Fatimənin (s.ə) evləri həmin bu məscidin 

hasarına birləşik vəziyyətdə idi. “Məscidun-Nəbi” müsəlmanların mühüm ziyarətgahlarından 

hesab olunur. Məxsusən şiələr üçün xüsusi məqam və hörmətə malikdir.

Bu  məscid  “Məscidun-Nəbi”  ilə  yanaşı,  “Məscidur-Rəsul”,  “Məscidur-Rəsulullah”, 

“Məscidun-Nəbəvi” və “Məscidul-Mədinə” adları ilə də məşhurdu. Həzrət Peyğəmbər (s) bu 

məsciddə camaat namazlarını bərpa edər və öz siyasi və ictimai fəaliyyətlərini bu mübarək 

məkanda yerinə  yetirərdi. Elə bu  səbəbdən və Həzrətin (s)  məzarı həmin məscidin içində 

olduğu  üçün  bu  məscid  “Məscidun-Nəbi”  adı  ilə  daha  da  məşhurlaşmışdır.  Nəbəvi  sözü 

ərəbcədən  “Peyğəmbərə  aid”  anlamına  gəlir.  Beləliklə,  mənası  Peyğəmbər  (s)  məscididir. 

Məkkədə olan “Məscidul-Həramdan” sonra müsəlmanlara görə ikinci ən müqəddəs məsciddir. 

Məsciddə eyni anda 650.000 insan ibadət edə bilər. “Məscidun-Nəbəvi” İslam tarixində inşa 

edilən ikinci məsciddir. İlk inşa edilən məscid isə Peyğəmbərin (s) Mədinəyə hicrəti əsnasında 

inşa  edilən  Qüba  məscididir.  Bugünkü  “Məscidun-Nəbəvi”  ilk  vəziyyətindən  100  dəfə 

böyükdür.  Bu,  bugünkü  məscidin  köhnə  Mədinə  şəhərinin  az  qala  hamısını  əhatə  etdiyi 

deməkdir. Buna dəlil olaraq demək olar ki, Bəqi qəbiristanlığı Peyğəmbərin (s) zamanında 

şəhərin xaricində idi.



32

33

Ziyarətgah


Müsabiqə

Müsabiqəyə xoş gəlmisiniz!

Müsabiqədə verilən bütün suallar jurnalın mətnindən seçilmişdir. Jurnalı mütaliə etməklə bütün 

suallara asanlıqla cavab verə bilərsiniz.



Suallar:

1-İmam Cəfər Sadiqin (ə) imamət müddəti neçə il olmuşdur?

a) 31 il                b) 34 il               c) 33 il               ç) 24 il



2- Hansı bənd İmam Zaman ağanın (ə.f) qeybə çəkilməsinin ictimai-siyasi səbəblərindən deyil?

a) İnsanları sınamaq   b) İmamın (ə.f) canının qorunması   c) Ardıcılların olmaması və acizlik   ç) 

Zəmanə zalımları ilə beyət etmək zülmündən qurtarmaq

3-Vəhdət həftəsi hansı tarixdədir və əsası kim tərəfindən qoyulub?

a) 15-17 Rəbiül-əvvəl, Ayətullah Bürucerdi (r.ə)    b) 1-7 Rəbiül-əvvəl, Ayətullah Mürtəza Mütəhhəri 

(r.ə)   c) 12-17 Rəbiül-əvvəl, Ayətullah Xomeyni (r.ə)   ç) 3-10 Məhərrəm, Ayətullah Misbah Yəzdi

4- Həzrət Peyğəmbərin (s) ziyarətgahı niyə indiyə kimi, əqidələrinə zidd olmasına baxmayaraq 

vəhhabilər tərəfindən dağıdılmayıb?

a) Peyğəmbərə (s) sonsuz sevgilərinə görə   b) Beytul mala heyifləri gəldiyi üçün   c) Dünya 

müsəlmanlarının qəzəbindən qorxduqları üçün    ç) Zəvvarlardan pul qazanmaq üçün

Müsabiqəyə təqdim edilən cavablar, sorğu anketi doldurularaq, şəxsi məlumatlarla birlikdə        

iro@imamrezashrine.com ünvanına göndərilməlidir. 

Müsabiqənin müddəti:

Jurnalın altıncı sayının müsabiqəsinin vaxtı dekabr ayının 30-na kimidir. Ayın axırı, göndərilən 

cavablar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər elan ediləcək. 

Mükafatlandırma:

İlk üç yeri qazanmış qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Mükafatlandırma mərasimi 

və mükafatların təqdim edilməsi, qaliblərin Məşhəd ziyarəti zamanı təqdim olunacaq. Yaxud 

qaliblərin istəyi ilə poçt ünvanına göndəriləcək. 



34

35


36

Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə