16
“Belə zehniyyətlə adi səhmdar şirkəti idarə etmək müm-
kün deyildir. Elə isə bu zehniyyət sahiblərinə böyük bir di-
nin, risalətin adından danışmağa imkan vermək olarmı?!”
Müəllif belə insanların söz sahibi olmağını islama zərbə
hesab edir:
“Əgər bu insanlar cəmiyyətdə söz sahibi olsalar, əmin olun
ki, islam oyanışı deyilən şey əsla baş verməyəcəkdir!”
Dövrün dəyişməsi ilə islamı təbliğ və müdafiə vasitələrinin
də yenilənməsini tələb edən Qəzali yazır:
“Müasir dövrdə mədəni qəsbkarlıq düşüncəmizi zəhərlə-
mək, ümmətimizi əzmək üçün süni peyklərdən belə istifadə
edir...
Düşmən dünənin düşməni, meydan köhnə meydan, vasitə-
lər də ənənəvi vasitələr deyildir! Yeni düşmənlər, yeni savaş
meydanları, yeni vasitələr ortaya çıxıb! Quran və Sünnəyə
xidmət göstərmək üçün yeni düşüncəyə, uzaqgörənliyə eh-
tiyac vardır!”
Biliksiz müsəlmanların islama daha çox zərər vurduğu-
nu deyən alim öz narahatlığını belə ifadə edir:
“Dünya işlərində sıfır olanlar, axirət işlərində də sıfırdırlar.
Biliksiz, elmsiz gəzən, amma Allah və dini haqda danışmaq
istəyən insanlar gördüm. “Cəsarət”lərinə heyran qaldım...
Dünyadan, baş verənlərdən, tarixdən, tariximizin sevincli
və kədərli məqamlarından bixəbər qalanlar Allahı necə ta-
nıyacaqlar, Onu başqalarına necə tanıdacaqlar?!”
Kitabın beşinci fəsli tərbiyə problemlərinə həsr olunub.
Müəllifimizə görə, düzgün tərbiyə imkan verir ki: “...şəhvətə
17
qul olmayaq, bioloji tələbatlarımızı norma çərçivəsində tə-
min edək”.
Həqiqi tərbiyənin nə olduğunu öyrənmək üçün Şeyx Qə-
zali Peyğəmbərin həyatını oxumağı tövsiyə edir:
“Dini, fəlsəfə və ədəbiyyatı özündə birləşdirən zəngin
bəşəri irsi diqqətlə araşdırdım, Məhəmməd peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
qoyub getdiyi tərbiyəvi xəzinədən daha
zəngin, daha qiymətli ikinci sərvətə rast gəlmədim.
“Orbit”ində üzüb gedən, heç vaxt eniş etməyən minlərlə
səhih hədislə yanaşı, bu saf insanın pak həyatı da bir nü-
munədir. Ulduzlar sönüb məhv ola bilər, amma Məhəmməd
əsla qürub etməz!”
Müəllifin aşağıdakı fikirlərindən aydın olur ki, tərbiyə çətin
və uzun prosesdir:
“Tərbiyə dedikdə yağışa ümid olub toxum əkmək, hər
şeyi toxumun öhdəsinə buraxıb zəhmətdən qaçmaq başa dü-
şülmür. Əksinə, tərbiyə basdırmaqdır, sulamaqdır, gözdə-qu-
laqda olmaqdır (qulluq və qayğıdır), ziyanverici həşəratları
qovub, alaq otlarını təmizləməkdir, məhsul əldə edilənədək
ayıq-sayıqlığı itirməməkdir...”.
Bu fəsildə fiqhi mübahisələr probleminə də toxunan
alim dönə-dönə qeyd edir ki, “fiqhi ixtilaflar deyil, məhz
qəlb (mənəvi) xəstəlikləri dünya və din üçün təhlükə yara-
dır”.
Kitabın VI və VII fəsillərində müvafiq olaraq bidət və is-
lam tarixinin bəzi problemlərindən söz açılır.
VIII fəsil təfsir mövzusundan bəhs edir. Müəllif xüsusi şə-
kildə vurğulayır ki, Quranla bağlı məsələlərin izahında əsas-
18
sız, qeyri-məqbul “hədis”lərə yer vermək böyük xətadır. Qə-
zali bir sıra misallar gətirməklə mülahizələrinin elmi siq-
lətini artırır.
Müxtəlif təfsir növlərinə aydınlıq gətirən alim “mövzulu”
təfsir anlayışı üzərində dayanır və bildirir ki, təfsirin bu
növü bir çox sosial problemləri (boşanma və s.) həll edə
bilər. Fikirlərinin əyaniliyini göstərmək məqsədilə Qəzali “Ta-
laq” surəsinin mövzulu təfsirini oxucuya təqdim edir.
Mövzunun aktuallığı və ciddiliyini nəzərə alan alim “ixti-
laf” və ictihad məsələləri haqda da danışır. Müəllifə görə,
bu problemlərlə “ağıl sahibləri və şəriətin məqsədlərindən
baş çıxaranlar” məşğul olmalıdırlar. Çünki “...belə insanlar
“ixtilaf”dan təfriqə qayırmazlar, “ixtilaf”ları bölünmə vasitəsi-
nə çevirməzlər. Onsuz da, ümmət tarix boyu təfriqə və
parçalanmadan əziyyət çəkmişdir. Düşmən də bundan fay-
dalanaraq müsəlmanların axırına çıxmaq istəmişdir...”.
Bu mövzuya bələd olmağın zəruriliyi haqda müəllif yazır:
“Fəqihlərin “ixtilaf”ına bələd olmayanlar alim sayılmazlar.
Kim ki fəqihlərin “ixtilaf”ından xəbərsizdir, deməli, fiqh el-
minin qoxusunu ala bilməyib!”
Müəllifin Sünnə barədəki maraqlı mülahizələri kitabın IX
fəslində toplanmışdır. Müəllifi hədislərin səhv başa düşül-
məsi, fiqh və hədis elmlərinin bir-birindən təcrid edilməsi
və digər problemlər narahat edir.
İslama çağırış işində müxtəlif hədislərdən, deməli, həmin
hədislərə söykənən ictihadlardan istifadənin zəruriliyini bil-
dirən alimimiz yazır:
Dostları ilə paylaş: |