Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy



Yüklə 0,7 Mb.
səhifə4/4
tarix26.09.2017
ölçüsü0,7 Mb.
#1480
1   2   3   4

Qüdrət: Siz səhv gəlmisiz, mən Qüdrət deyiləm, mən Qusikəm, Qusik!

Muxbir: Həyəcandan ağlını itirən Qüdrət artıq sayıqlamağa başladı!

Qüdrət: Bunların heç biri mənim arvadım deyil!

Vera: Врешь! Я твоя жена. (Oksananı göstərir) А она твоя дочь.

Oksana: Ata, atacan, məni xatırlamadın? Sən məni parkda gəzdirib mənə marojna alardın. Yadına gəlmir?

Qüdrət: Əlim quruyaydı! Belim quruyaydı!

Elena: Кто нибудь мне обяснить что происходить тут?

Muxbir: Вы тоже жена Гудрата?

Elena: Нет нет. Он обманшик. Эти девушки все его жены?

Muxbir: Да.

Elena: О боже. Разве у человека молжет быт столько жен?

Qüdrət: Hələ bu harasıdır, gözlə səni də alacağam!

Muxbir: Qüdrət bəy, özünüzə gəlin. Bunlar sizing arvadlarınız və qızlarınızdır!

Qüdrət: (gözlərini açır, Elena, Natalaya, Vera, Oksana, Olqa və Tatyana yan-yana düzülüb ona baxırlar, kamera da hər tərəfdən çəkiliş aparmaqla məşğuldur.) Mənim bu qədər arvadım olmayıb! Hardasan, ay Züleyxa! (huşunu itirir)

Züleyxa: (daxil olur) Burdayam!

Züleyxa, Səməd və Günəş içəri girib rus qadınları və qızları görürlər. Kamera Züleyxanı çəkir.

Muxbir: Bu Qüdrət bəyin həyat yoldaşıdır deyəsən?!. Adınızı bilmək olar, xanım?

Züleyxa: Çəkil görüm. (muxbiri kənara itələyib Qüdrətə baxır və qışqırır) Qüdrət!!!

Qüdrət yerindən dik atılıb Züleyxanın gözlərinin içinə baxarkən işıq sönür, pərdə enir. 1-ci hissənin sonu.

2-ci hissə

Birinci hissənin sonundakı səhnə. Arxada Elena, Natalya, Vera, Oksana, Olqa və Tatyana durmuş, sol tərəfdə kameraman və muxbir, sağ tərəfdə Züleyxa, Səməd və Günəş, ortada Qüdrət dik oturmuş və tər su içində Züleyxaya baxmaqdadır. Arxada Səmədlə Oksana baxışır, az sonra ikisi də otağa keçir.

Züleyxa: (qışqırır) Bunlar kimdir Qüdrət?

Qüdrət: Züleyxa canı bilmirəm!

Züleyxa: Yalansa gözün çıxsın, Qüdrət! (rus qadınlara baxır, sonra muxbirə) Bunlar kimdir?

Muxbir: Bunlar Qüdrət bəyin Rusiyadakı arvadları və qızlarıdır.

Qüdrət: Yalan deyir!

Züleyxa: zünü Qüdrətə çevirib ona diqqətlə baxır, barmağından üzüyü çıxarıb onun ovucuna qoyur) Boşanıram! Günü bu gün boşanıram!

Qüdrət: Züleyxa, qurban olum, ayağın altda ölüm, başına dönüm, etmə, eləmə, mən bunları tanımıram axı…

Züleyxa: Sən bunları tanımırsan? Bəs bunları mən doğuzdurmuşam?

Qüdrət: Mən də eləməmişəm, Züleyxa canı xəbərim yoxdur!

Muxbir: (kameraya) Əziz tamaşaçılar, Qüdrət bəy Rusiyadan tapılan qadınlarını və qızlarını inkar edir. Qüdrətin həyat yoldaşı ondan boşanmaq qərarına gəldi! (Bu vaxt Züleyxa arxadan yaxınlaşıb muxbirin saçından tutur) Aaaaa!

Züleyxa: Zəhrimar, azzar! Sənə nə dəxli var mənim kişimin arvadlarından! İstəyər birin alar, istəyər beşin. Mən də istəyərəm boşanaram, istəyərəm qalaram. Sənə nə dəxli var, hm? İşin gücün yoxdur sənin? Get otur evində, qabını yu, yeməyini bişir. Sabah birigün sənin də ərin gedib o Rusiyadan bax belə üç-dörd arvad gətirəcək evə. Bax, indi sən burdasan nə bilirsən ərin harda, kiminlə, nə hoqqadan çıxır, hm?

Muxbir: Nə???

Züleyxa: (qapını açıb muxbiri və kameramanı qapıdan çölə çıxarıb qapını bağlayır) Hə, indi gəldik bu sarı arvadlara!

Günəş: Nənə, sənə bir şeyi etiraf etməliyəm!

Züleyxa: Nəyi?

Günəş: (Veranı göstərir) Bu qadın babanın arvadı deyil. O Rusiyadan də gəlməyib, Bakıda yaşayır. Mən və Səməd babama belə bir zarafat hazırlamışdıq. (Veraya baxır, Oksananı görmür) Bəs Oksana hanı?

Vera: Куда ушла она? Только что здесь была.

Günəş: trafa baxır) Mən başa düşdüm! Səməd də yoxdur!

Züleyxa: Ay köpəyoğlu! (Züleyxa, Səməd və Qüdrət – üçü də çağırır) Səməd!

Səməd və Oksana otaqdan çıxırlar. Hamı onlara baxır. Züleyxa yaxınlaşıb Səmədin üzündəki dodaq boyasının izinə baxır.

Züleyxa: Bu kişinin nəvəsi bundan artıq olmaz ki! Səməd, de görüm bu qadının (Veranı göstərir) əslində Universitetin bufetçisi olması doğrudur. Yəni o Qüdrətin arvadı deyil?

Səməd: Doğrudur nənə, bunu mən və Günəş babaya dərs vermək üçün planlaşdırmışdıq!

Qüdrət: Şükür İlahi! Bundan belə qurtulduq!

Züleyxa: (Veraya yaxınlaşır) Götür öz qızını da, çıx get burdan! Bir dəqiqə dinc durmursuz, bir göz qırpımında oğlumu otağa saldı sənin qızın! Bizim kişiləri də belə-belə yoldan çıxarırsız! (Oksananı və Veranı qapıya tərəf itələyir) Gedin! (Oksana Səmədə baxıb göz vurur və öpüş göndərir, Səməd ona öpüş göndərəndə Züleyxa Oksananın qabağına keçib Səmədə öpüş göndərir, Səməd özünü yığışdırır. Züleyxa Veranı və Oksananı çıxarıb qapını bağlayır) Bəs bunlar kimdir?

Qüdrət: (Elenanı göstərir) Bu da mənim o yerdə… (Səmədə baxır)

Səməd: Feysbukda.

Qüdrət: Hə, bax orda tanış olduğum qadındır. Elə-belə qonaq çağırmışdım.

Elena: (Qüdrəti göstərir) Он врунь.Мне сказал что ему 23 лет.

Züleyxa: (Elenaya yaxınlaşır) Heç utanırsan? 60 yaşlı köpəysən, sən bu yaşında neyləyirsən 23 yaşlı oğlanı? Hm? Bu gün sabah ərə gedəsi qızın var, nənə olacaqsan. Nəvələrinin üzünə necə baxacaqsan? Bu yaşında ərə getmək istəyirsən, özü də 23 yaşlı oğlana. Nəvələrin 23 yaşlı bir oğlana baba deyəndə ölüb yerə girməyəcəksən? Bu qızı da qoltuğuva vurub dünyanın o başından bu başına gəlmisən, nə var nə var 23 yaşlı bir oğlanla tanış olacaqsan! Ayıb deyil? Get öz qızının taleyi ilə, gələcəyi ilə məşğul ol. Onu ev-eşik, ər-uşaq sahibi elə.

Elena: (Qüdrətə) Она что говорить?

Qüdrət: Deyir sənin mənimlə evlənməyinə icazə verir!

Elena: Фуууу. Я не хочу. Я думала тебе 23 лет.

Qüdrət: 23 yaşında öləydin gərək sən, bu gün də mənim qabağıma çıxmazdın!

Züleyxa: (Elenanı və Natalyanı qapıya tərəf itələyir) Ayıb olsun sənə, ayıb olsun bütün sənin kimi qadınlara! (qapını açıb çölə çıxarır və qapını bağlayır)

Hamının diqqəti Olqanın və Tatyanın üzərindədir.

Züleyxa: Bəs bu kimdir?

Qüdrət: Bunu da o muxbir tapıb gətirib, deyir ki, mənim arvadım və qızımdır!

Tatyana: (kövrək halda və danışmaqda çətinlik çəkərək Azərbaycan dilində) Mən səni qızın! Niyə məni qəbul etmir? Axı mən səni axtardı, tapdı! Səni görməyi arzuladı həmişə! Məni sevir ata, sən məni niyə sevmir?

Olqa: (Azərbaycan dilində danışmağa çətinlik çəkərək) Biz Qüdrətlə Moskvada tanış oldu. Onda Qüdrətin var 30 yaşı. Mən də 25 yaşlı qız idi. Qüdrət, sən xatırlamadı? Mənimlə bazarda tanış oldu. Mən səndən hər gün bazar edirdi. Sonra sən məni öz evinə apardı…

Züleyxa: skürür və tərs-tərs Qüdrətə) Denən, ardını deməsin, yoxsa indi ikinizi də boğaram.

Qüdrət: Mən onu xatırladım! Hə, düz deyir. (Tatyanaya baxır) O mənim qızımdır.

Tatyana: (sevinir) Hə, mən səni qızın. Məni tanıdı ata.

Qüdrət: Mən Rusiyada olanda, bazarda işləyəndə onunla tanış oldum. Sonra bizim bir qızımız oldu. Mən Azərbaycana gələndə isə hər şeyi unutmağa çalışdım! (Züleyxaya) Səndən qorxurdum. Bir də Rusiyaya qayıtmadım. (Züleyxa ona tərs-tərs baxır) Bağışla, Züleyxa. Bir səhvdir eləmişəm, keç günahımdan!

Tatyana: Səhv? Mən səni səhvin hə? Bağışla, ata. Səni səhvin olduğun bilmirdim mən. Məni bağışla. (Olqaya) Dur gedək, ana.

Züleyxa: (Tatyanaya) Dayan, qızım. Sənin adın nədir?

Tatyana: Tatyana.

Züleyxa: Sən atanı düz başa düşmədin. O özünün səhv eldəyini deyir, ananla atanın gözlərini qan tutub, Rusiyanın soyuğundan qızınmaq üçün bir səhv iş görüblər, onu deyir. Amma o səhv işin nəticəsində sənin kimi gözəl, göyçək, ağıllı bir qız dünyaya gəldiyi üçün mən onların bu səhvini bağışlayıram.

Qüdrət: Nə? Bağışlayırsan?

Züleyxa: Hə, bağışlayıram. (Tatyanaya) Sənin günahın yoxdur qızım. Bu gündən sən həm Qüdrətin həm də mənim qızımsan. Sənin damarında azərbaycanlı qanı axır. Sən bizim dilimizi də öyrənmisən.

Tatyana: Bu dil mənim də dilidir. Mən azərbaycanlıyam, özü də müsəlmanam.

Züleyxa: (onu qucaqlayır) Səni yaradana qurban, qızım! Mənim qızım yoxdur, bir oğlum var. Bu gündən sən mənim qızımsan.

Qüdrət: (sevincək Olqaya baxır) Çox sağol Züleyxa.

Züleyxa: Anan da yəqin ki, qayıdacaq Rusiyaya?

Olqa: Mən evli. Mənim ər var. İki uşaq da var.

Qüdrət: (təəssüf hissi ilə) Ay vəfasız, bəs o vaxt deyirdin sən ancaq məni sevirsən, məndən başqasını gözün görmür. Yalançı! Biraz da gözləyə bilmədin. Mən ordan çıxan kimi ərə getmisən! Ar olsun yalançı qadınlara!

Züleyxa: (qışqırır) Qüdrət!

Qüdrət: Ay can!

Züleyxa: Nə danışırsan?

Qüdrət: Heç, zarafat edirəm.

Tatyana: (atasına baxır) Ata!

Qüdrət: Qızım!

Tatyana Qüdrəti qucaqlayıb ağlayır. Züleyxanın və Olqanın da kövrəldiyi hiss olunur. Səməd və Günəş də göz yaşını gizlədə bilmir. Tatyana Səmədə və Günəşə baxır.

Züleyxa: Onlar sənin qardaşının balasıdır. (Tatyana Səmədi və Günəşi qucaqlayır) Birazdan qardaşın da öz arvadı ilə gələcək. Onlar işlərinə görə Türkiyəyə getmişdilər. Bu gün qayıdacaqlar.

Tatyana: Mən onları görmək istəyir.

Züleyxa: Görəcəksən qızım. Səməd, sən Tatyananı gəzdir. Mətbəxi, hamamı göstər. Acdırsa mətbəxdə yemək də var, yeyin.

Səməd: Gəl, Tatyana. (Olqaya) Siz də, gəlin. Yol gəlmisiz, ac-susuz olarsız.

Olqa, Tatyana, Səməd və Günəş mətbəxə keçirlər. Züleyxa gözlərini Qüdrətə zilləyib baxır. Qüdrət utandığından başını aşağı salıb.

Züleyxa: Heç utanırsan? Qızarırsan? Bax, sənin şorgözlüyün bir günahsız körpəni atasız böyüməyə vadar edib. Gör sən onu atsan da o səni atmayıb, axtarıb, tapıb. O səni çox sevir. Mən onun sənə olan sevgisinə görə size bağışladım. Yoxsa boşanmaq fikrim olduqca qəti idi. Amma ayıb olsun sənə!

Qüdrət başını yuxarı qaldırıb Züleyxaya baxır. Qucaqlaşırlar.

Qüdrət: Bağışla məni, mənim saf ürəkli, təmiz qəlbli sevgilim, bağışla məni!

Pərdə enir.

SON
Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə