Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy



Yüklə 0,7 Mb.
səhifə3/4
tarix26.09.2017
ölçüsü0,7 Mb.
#1480
1   2   3   4

Qüdrətin səsi: Züleyxa, ay Züleyxa!

Züleyxa: Ay can, Qüdrət, burdayam.

Qüdrət: (salona gəlir) Susuzluqdan ciyərim yanır, bir qurtum su ver içim.

Züleyxa: Can, su içmə başına dönüm, indi bir qəşəng pürrəngi çay gətirərəm bir yerdə içərik. Yaman yorulmuşam.

Qüdrət: Bəh, bəh! Sənə canım qurban, əla olar! (divana oturur)

Züleyxa: Qurbanın qoyun olsun, Qüdrət, amma əvvəlcə səndən bir şey soruşmalıyam. (Qüdrətin yanında oturur)

Qüdrət: Soruş görüm hələ...

Züleyxa: Qüdrət, ürəyimə bir şey damıb, deyirəm bu rus arvadlarının bizim kişilərdə yaman gözü var. Son zaman da hər kişimizin Rusiyadan bir ailəsi peyda olur. Sən də ki, 10 ilə yaxın Rusiyada qalmısan, özün də ki, göz dəyməsin, güclü, iştahlı kişisən. Sən mənim canım düzünü de orda arvaddan uşaqdan nəyin var?

Qüdrət: Sən bu evdə bekarçılıqdan bilmirsən neyləyəsən bu axmaq-axmaq nağılları uydurursan, hə? Mən heç elə kişiyə oxşayıram?

Züleyxa: Yox, yox, Qüdrətim, heç oxşamırsan a! Sən elə iş tutarsan?

Qüdrət: Bə madam oxşamıram niyə belə fikirləşirsən?

Züleyxa: Dolamısan məni?

Qüdrət: Yox, Allah eləməsin, niyə dolayıram ki?

Züleyxa: Mən dedim oxşamırsan, sən də inandın? Hələ nişanlı olmamışdan qabaq məktəbinizdə məktublaşmadığın qız yox idi. Öz məhəllənizdəki qızların da çoxunun başını bişirmişdin. Nişanlı olandan sonra ayağın bizim məhəlləyə açıldı, bir-iki gün keçmədi ki, adın-sanın dillər əzbəri olu. Bizim məhəllədə də qız saxlamadın. Sonra getdin Rusiyaya. İndi deyirəm ki, orda heç olmasa qız saxlamısan ya yox də?!

Qüdrət: Ay Züleyxa sənin canın haqqı mən Rusiyada olanda ancaq səni fikirləşirdim. Gecə göndüz fikirdən gözümə yuxu getmirdi. Elə hey Azərbaycana gəlib sənin o qara gözlərini, uzun, sünbül hörüklərini, yanağındakı bu zərif xalı, üzündəki xəfif təbəssümü, təbiətin şəkərlə malaladığı o incə, büzmə dodaqlarını görməyi arzulayırdım.

Züleyxa: Qüdrət canı inanmıram! Daha o Züleyxa deyiləm e, bu sözlərə ram olam. Sən elə bu sözlərlə o rus arvadlarını da tovlamısan. Mənə maraqlıdır sən niyə şair olmadın? Elə də qəşəng sözlər tapırsan ki, o vaxtkı ağlımla ürəyimin dərinliyinə işləyirdi.

Qüdrət: Kaş qocalmayaydın ay Züleyxa!

Züleyxa: Hə, sən də bu sözlərlə məni asan ram edəydin hə!?

Qüdrət: Ay qadan alım, ay qurban olum, hansı dildə deyim ki, mənim Rusiyada arvadım zadım yoxdur. 70 illik ömrümdə bir xanım-xatun arvadım olub, o da sən! Tək səni sevmişəm, tək səni istəmişəm, səndən başqasına heç bamamışam da!

Züleyxa: Bəh, bəh! Elə bil şairdir e, ölməyəsən, ay Qüdrət, day sənə sözüm yoxdur! Deyirsən yəni orda arvadın zadın yoxdur da.

Qüdrət: Arvadım yoxdur amma zadı deyə bilmərəm...

Züleyxa: Necə yəni?

Qüdrət: Əşi zad deyə bir şey yoxdur axı. Yəni bu zad kimi sözlər bekaçılıqdan yaranıb. Onların mənası yoxdur. Mən də deyirəm yəni zadım yoxdur.

Züleyxa: Bir şey başa düşdümsə üzümə lənət!

Qüdrət: Elə başa düşməsən yaxşıdır! Sən get çay gətir, içək.

Züleyxa: (qalxır) Amma sənin canın haqqı, Qüdrət, bir gün sarı arvad bir sarı qızla gəlsə bu evə, desə ki, “mən Qüdrətin arvadıyam, bud a qızıdır”, sənin canın üçün elə həmin dəqiqə səndən boşanacağam.

Qüdrət: (qorxuya düşdüyü hiss olunur amma özünü toplayır) Bəsdir də, bəsdir boş-boş danışdın. Get çay gətir day ciyərim yandı.

Züleyxa ona tərs-tərs baxıb çıxır. Qüdrət onun dalınca baxıb düşünür. Bu vaxt qapı açılır, Səməd daxil olur.

Səməd: Salam, baba. Necəsən?

Qüdrət: Yaxşıyam ay balam, dərsləsrin necə gedir?

Səməd: Pis deyil, sonunca sınaq imtahanının nəticələri çıxıb, 570 bal toplamışam. Əsas imtahana da hələ 2 ay var. İki aya balımı 700-ə qədər qaldıra bilərəm.

Qüdrət: İnşallah, İnşallah! Uğurlar. Elə istəyirəm, ay Səməd, mənim nəvəm işini sevən və bacaran peşəkar həkim olsun. Mən o vaxt istədim atanı həkim edəm olmadı. İşi gücü qız dalınca düşmək idi. Görək hələ sən mənim arzumu çin edəcəksən.

Səməd: Sağlıq olsun, baba. (otağına keçmək istəyir)

Qüdrət: Ordan o aləti gətir görüm, təzə nə var.

Səməd: Nə alət?

Qüdrət: Məni bir yerə salmışdın e, orda oğlanlar qızlarla tanış olurdular.

Səməd: Hə, feysbukda?

Qüdrət: Day nə olduğunu bilmirəm, onu gətir görüm bura.

Səməd: Baba olmaya orda qızla tanış olmusan, hə? (gülür)

Qüdrət: Sus, sus. Nənən eşidər.

Səməd: Baba, sən bir yana, nənəm bu işdən xəbər tutsa, məni öldürər. Bilsə ki, səni orda mən qeydiyyatdan keçirmişəm…

Qüdrət: Nənənin belə şeylərdən başı çıxmır. Tez ol, get gətir o cihazı bura.

Səməd otağa keçir. Günəş daxil olur. Üzündən yorğun olduğu məlumdur.

Günəş: Salamlar…

Qüdrət: Salam, qızım. Necəsən? Niyə gec gəldin?

Günəş: Yorulmuşam. Qabaqdan smestr imtahanları gəlir, dərsdən gec buraxırlar.

Qüdrət: İndi bu yorğunluğu, əziyəti görməlisən ki, 2-3 ildən sonra rahat öz kürsündə oturub pul qazanasan.

Səməd: (əlində Notebook-la daxil olur) Al, baba. Günəş, sən çay-çörək hazırla, mən də paltarımı dəyişim gəlim yeyək.

Günəş: Yaxşı… (otağa keçir)

Qüdrət: Səməd, gəl o yerə gir.

Səməd: Mən sənə öyrətmişdim axı.

Qüdrət: Yadımda qalmır, ay oğul, qəribə sözlər deyirsən. Bizim dildə deyil ki, başa düşəm.

Səməd: (Qüdrətin Facebook səhifəsini açır) Bax, bura yazırsan ki, qüdrət_90@mail.ru, bura da nə yazırdın? Parolun nə idi?

Qüdrət: Hə, onu bilirəm, “züleyxanınürəyi”. (gülür) O yazdığın bizim dildə deyil, çətin sözlərdir, yadımda qalmır. Amma bunu mən özüm qoymuşam deyə asandır.

Səməd: (gülür) Baba, Ayka sənə dostluq göndərib. Qəbul edim?

Qüdrət: Ayka kimdir ə?

Səməd: Profilində yazıb ki, şirin-şəkər qızam.

Qüdrət: Usss, əlbəttə qəbul elə, onu qəbul etməmək günahdır. Elə ancaq dostluq təklifi göndərib, başqa bir təklif göndərməyib?

Səməd: (qəh-qəhə çəkib gülür) O təklifləri yazışandan sonra edər…

Qüdrət: Nəyə gülürsən əə? Sən az yazışmısan bu aykalarla?

Səməd: Nəysə, mən gedirəm paltarımı dəyişməyə, sizə şirin söhbətlər. (otağa keçir)

Qüdrət: (sevincək komputerin qabağına keçib yazışmağa başlayır, mesaj siqnalı eşidilir, Qüdrət diksinir) Bu nə səsdir ə? Qorxdum ki… (birdən mesaj gəldiyini görüb oxuyur) Sizinlə tanış olmaq olar? (sevincək gülür) Əlbəttə olar. (yazır, biraz sonra yenə mesaj siqnalı gəlir, Qüdrət yenə diksinir, mesaj gəldiyini görüb oxuyur) Adım Ayka, 18 yaşım var. (sevinir və yazır) Əla! Mənim də adım Qusik, 23 yaşım var. (biraz sonra yenə mesaj səsi gəlir, Qüdrət ətrafa boylanır) Bu səs də lap Züleyxanı çağırır. Gərək otağa keçim, burda Züleyxaya yaxalana bilərəm.

Qüdrət komputeri götürüb otağa keçir. Günəş əlində çay və çörəklə daxil olur, əlindəkiləri masanın üstünə qoyub Səmədi səsləyir.

Səməd: (gəlir) Hə, acından ölürəm lap.

Günəş: Elə mən də.

Səməd: (yeməyə başlayır) Xəbərdən xəbərin var?

Günəş: Hansı xəbərdən?

Səməd: Babamız feysbukda record qırıb. Bütün qızlar babamızı 23 yaşlı Qusik kimi tanıyır.

Günəş: (təəccüblə) Nə danışırsan?

Səməd: Yaşına baxma, bilirsən canında nələr var?! Dünən bir rus qadınla danışırdı. Mesajları özüm oxumuşam, yazıb ki, Universiteti təzə bitirmişəm, mühəndisəm, 23 yaşım var, İçərişəhərdə Xəzər mənzərəli 4 otaqlı evim var. Ən son madel Jeep maşınım var… Qısası, nəyi var basıb-bağlayıb. (gülür)

Günəş: (gülür) Qulaq gündə bir söz eşitməsə kar olar. Nənənin bundan xəbəri var?

Səməd: Yox, yox! Səsini çıxartma sən canı. Bilsə mənim də, babanın da başını kəsər.

Günəş: Əgər başınızı kəsməklə qurtula bilsəz sevinin. Məncə hər tikənizi qulağınızdan da kiçik doğrayıb qurda-quşa yem edər.

Səməd: Yaxşı, qorxutma məni. Onsuz da gecəm gündüzüm yoxdur. Baba hələ o Rusiyadakı qadını bura qonaq da çağırıb.

Günəş: Desənə komediya var.

Səməd: Günəş, bilirsən ağlıma nə gəlib?!

Günəş: Nə?

Səməd: Deyirəm, biz asanlıqla babanı bu əməlindən döndərə bilmərik. Bir plan qurmalıyıq. Dünən gecə yatmayıb bu haqda fikirləşmişəm.

Günəş: Nəsə tapa bildin?

Səməd: Hə. Babanın bu feysbuk macərasına son verməsi üçün bir yol tapdım. Qulaq as, baba Rusiyadakı qadını bura çağırır. Əgər nənəmiz bundan xəbər tutsa, ki, əvvəl-axır tutacaq, ikimizi də öldürəcək. Mən də babamı bu işdən döndərəcək bir plan qurmuşam.

Günəş: Tez de görək, ürəyim partladı.

Səməd: Yox, burda deyə bilmərəm, eşidən olar. Keçək otağa orda hər şeyi izah edim.

Günəş: Yaxşı.

Hər iksi öz çayını və çörəyini götürüb otağa keçirlər. Qüdrət telefonda danışa-danışa daxil olur.

Qüdrət: Bəli, şad olaram. (pauza) Gözüm üstə yeriniz var. (pauza) Heç bir narahatçılıq yoxdur. Mən tək yaşayıram, sadəcə ikimiz olacağıq. (pauza) Xeyir, xeyir, bizə heç kim mane olmayacaq, ola da bilməz. (pauza) Mən sizi hava limanında qarşılayaram. (pauza) Çox sağolun. Sabah mütləq görüşərik. (pauza) Ooo, mən də öpürəm, mən də. (pauza) Hələlik, hələlik. (telefonu cibinə qoyub əlini əlinə çırpır, sevinir, qəfil yadına nəsə düşür) Bəs Züleyxa? Bu sabah Rusiyadan gəlir. Sabah Züleyxanı bir təhər evdən uzaqlaşdırmaq lazımdır. Əvvəllər belə işlər üçün Züleyxanın rəfiqələri mənə çox böyük kömək edərdi. Hər ay biri ölərdi, züleyxa gedərdi yasa, dövran olardı mənim. 3-dən 7-ə qədər keyf eləyərdim. İndi day öləməyə rəfiqəsi də qalmayıb. Mən necə edəcəyəm? (qəmlənir) Of, ay Allah, sən bu biçarə bəndəyə bir çıxış yolu göstər. Mənim bu göz yaşlarıma rəhmin gəlsin, ya Allah! (Züleyxa daxil olur, arxada səssiz dayanıb onu izləyir) Məni belə ağır dərdə salma, mən bu dərdə dözə bilmərəm, İlahi!

Züleyxa: Aaa, Qüdrət, (Qüdrət dik atılır) havalanmısan??? Nə olub, hansı dərddən danışırsan?

Qüdrət: (təzədən ağlamağa başlayır) Züleyxa, sənə canım qurban, Züleyxa! Oturub fikirləşdim ki, sənin kənddəki rəfiqələrin hamısı əbədi dünyaya getdi, Allah onları rəhmət eləsin. Çoxdandır, kəndə, yasa getmirsən. Dediç bəlkə növbə çatıb sənə. Qorxudan tir-tir əsdim, özümə gələ bilmirəm.

Züleyxa: Qorxma, qurbanın olum, hələ getmək fikrim yoxdur, getsəm söz verirəm, səni də apararam özümlə. Səni burda tək qoya bilərəm, sən dinc outran adam deyilsən.

Qüdrət: Demə belə Züleyxa, getməkdən danışma. Mən səndən doymamışam. (hönkür-hönkür ağlayır) Mən Allahdan 100 il də ömür istəyirəm səninlə bir yerdə olmaq üçün. Üz-üzə, göz-gözə, nəfəs-nəfəsə, ömür boyu bir yerdə, azad, firəvan dünyada səninlə xoşbəxt olmaq üçün Allah mənə 100 il də ömür versin. Sənsiz bir saniyə də yaşamaq istəmirəm.

Züleyxa: Yenə təbin gəldi? Ay mənim şair əlim! Bayaq fikirləşib sənin üçün bir iş tapdım.

Qüdrət: Nə iş tapdın?

Züleyxa: Yazıçılar birliyi. Sən get ora üzv ol.

Qüdrət: (gülür) Pah! Yox bir Aşıqlar birliyi…

Züleyxa: O da olar. Qüdrət canı düz deyirəm. Bütün gün evdə oturmaqdan yaxşıdır, başın qarışar. Bu mənə dediyin sözləri də orda yazarsan kitabdan-zaddan çıxararsan həm də pul qazanarsan da. Guya kitab çıxaranlar çox da yaxşı yazırlar axı. Sənin bu sözlərin o kitab çıxaranların cild-cild kitablarından daha yaxşıdır.

Qüdrət: Sən məni infarkt edərsən. Hər gecə oturub bir iş tapırsan mənə. O gün də birini tapmışdın. Nə idi o..?

Züleyxa: Hə, qonşudakı oğlan Səmədə demişdi ki, uşaq ad günülərinə bir də sünnət toylarına getmək üçün klon axtarırlar. Mən də dedim get işlə də, bu evdə çıxartdığın hoqqaları orda çıxarsan bir xeyli şabaşdan zaddan yığarsan.

Qüdrət: Züleyxa canı mən də sənə bir iş tapmışam.

Züleyxa: Nə tapmısan ə?

Qüdrət: İşədüzəltmə bürosuna. İş tapmaqda pərgarsan, sən də get işlə də.

Züleyxa: (gülür) Allah səni güldürsün, ay Qüdrət!

Səmədlə Günəş gəlir.

Günəş: Sabah mən rəfiqəmgildə qalacağam, indidən deyirəm ki, xəbəriniz olsun. Birlikdə dərs oxuyacağıq.

Züleyxa: Yaxşı, qızım. Amma özündən muğayat ol. Atandan anandan əmanətsən, bircə ikinizi də onlara sağ-salamat təhvil verim, rahat olaram. Səmədi heç evdə tuta bilmirəm.

Səməd: Mən heç evdən çölə çıxıram ki?

Züleyxa: Dünən pəncərədən küçəyə baxıb bir qız gördün, göz qırpımında yoxa çıxdın, gecə yarısı idi evə gələndə.

Səməd: Adım çıxınca canım çıxsın. Mən qız dalıyca getməmişdim ki, dostum çağırmışdı.

Qüdrət: Səməd, sən bura gəl, səninlə kiçik bir işim var. (Günəşlə Züleyxaya) Siz gedin başınızı qatın. Bizim biraz işimiz var.

Züleyxa: Yenə arvadların qeybətini qıracaqsız?

Qüdrət: Bəsdir də. Get yeməyivi bişir, get.

Züleyxa ilə Günəş gedir, Səməd babasının yanında oturur.

Səməd: Buyur, baba.

Qüdrət: Sabah neyləyəcəksən?

Səməd: Uşaqlarla görüşəcəyəm.

Qüdrət: Gəl belə edək, mən sənə pul verim, nənəni də götür get biraz gəzdir arvadı. Yazıq evdən çölə çıxmır. Biraz eyni açılsın.

Səməd: Pah! Düzünü de, evə kimi çağıracaqsan?

Qüdrət: Sus, tərbiyəsiz! Mən elə adamam?

Səməd: Yox, yox, baba, sən heç elə iş tutarsan? Bağışla, sən canı. Yaxşı, tutaq ki, mən nənəyə bu gəzmək məsləsini təklif etdim. Birdən qəbul etmədi?

Qüdrət: Orası sənə qalıb. Ürəyini ələ alıb razı salacaqsan.

Səməd: Of, of! (durub otağa keçmək istəyərkən dayanır) Sən canı, baba, düzünü de, heç olmasa qəşəngdir?

Qüdrət: Kim?

Səməd: Sabahkı qonağın?

Qüdrət: Rədd ol, alçaq! Heç utanmır köpəyoğlu. Babasına dediyi sözə bax. (Səməd gülərək otağa keçir, divana rahat-rahat yaslanıb düşünür) Deyirəm bu qədər şeyləri nə vaxta qədər gizlədəcəyəm görən? Tutaq ki, bu dünyada Züleyxanın bunlardan xəbəri olmadı. O dünyada iki əli yaxamda olacaq. Allahdan istəyəcəm ki, məni cəhənnəmə atsın. Əgər bu qədər şeyləri Züleyxa biləndən sonra onunla bərabər cənnətə getsəm, Züleyxa mənə oranı cəhənnəmdən betər edər. Belə də ki, bu qədər şeylə məni Allah-təala heç vaxt cənnətə göndərməz amma… Eh!

Dərindən nəfəs alıb mürgüləyir, başını divana qoyub yuxulayır. İşıq sönür.

İşıq yanır. Günəş əlində bir neçə kitabla Universitetə gedir. Səməd masa arxasında nəsə yazmaqla məşğuldur. Gözucu Günəşə baxır, Günəş ona göz vurub çıxır. Züleyxa daxil olur.

Səməd: Hə, nənə, hazırlaş çıxaq.

Züleyxa: Of, ay bala, hardan gəldi e, bu fikir ağlına?

Səməd: Gör nə vaxtdır səninlə bərabər gəzmirəm. Mən öz nənəmlə bulvarda, Xəzərin sahilində gəzib dərdləşmək, bol-bol söhbət etmək istəyirəm. Dalğaların səsini, qağayıların qığıltısını, insanların qarışıq səslərini, küləyin həzin vıyıltısını bərabər dinləyib təbiətdən zövq alaq biraz. Beş günlük dünyadır. Ömürə etibar yoxdur.

Züleyxa: Qüdrətdən törəyənin axırı nə olacaq? Mərifəti gözü çıxmış babandan öyrənmisən? Hamınız şair olmusunuz. (gülür) Yaxşı, mən paltarımı dəyişim, çıxaq.

Səməd: (durur və otağa tərəf səslənir) Baba!

Qüdrət: (daxil olur) Ay can Səmədim.

Səməd: İşi həll etmişəm. İndi çıxırıq. Sən də tez ol. Birdən tərs damarı tutub tez qayıtsa yaxalanmayasan.

Qüdrət: (gülür) Ay əclaf! Yaxşı, bu yaxşılığını da unutmayacam. Birdənəsən! (Qüdrətin telefonu zəng çalır, zəngi qəbul edib danışmağa başlayır) Bəli, eşidirəm. (pauza) Aha, xoş gəlmisiz. Siz ordan bir taksiyə minin, mən taksiyə ünvanı deyəcəyəm, size evə gətirəcək. (pauza) Aha… (pauza) Orda taksilər çox olur, birinə yaxınlaşıb telefonu ona verin. (pauza) Hə, salam qardaş. O qadın əcnəbidir. Mənim qonağımdır. Onu Gənclik metrosunun yanı, Atatürk prospekti, bazarın yanındakı beş mərtəbəyə gətirmək lazımdır. (pauza) Aha, çox sağol qardaş, gözləyirəm sizi. (telefonu cibinə qoyur) Day tez olun, çıxın.

Səməd: Ah, ah, baba! Nə oyunlardan çıxırsan! Nənəm bir bunları öyrənsə…

Qüdrət: (qulaqların çəkir) Sus, sus. Bəd ağız açma. Qulaqlara qurğuşun, ay bala.

Züleyxa: (daxil olur) Mən hazıram, Səməd. Çıxaq.

Səməd: Hə, çıxaq.

Züleyxa: (Qüdrətə) Mən bir-iki saatlıq gedirəm, dinc otur. Gələndə səni elə burda görüm. Bax, bu divanın üstündə otur, heç yerə tərpənmə. Burdan heç durma.

Qüdrət: Aaaa… Züleyxam, insanın bəzi təbii ehtiyacları var. Mənə sui-qəsd hazırlayırsan?

Züleyxa: Sən o təbii ehtiyaclarını indidən ödə, mən gələnə qədər tərpənmə burdan.

Qüdrət: Əşi, yaxşı görək. Çıxın gedin, sizə xoş istirahətlər.

Züleyxa: (Səmədə) Gəl, oğlum.

Züleyxa ilə Səməd çıxır. Qüdrət divana oturub düşünür.

Qüdrət: Yaxşı, bəs bu axşam bu qız harda qalacaq? Burda saxlaya bilmərəm. Züleyxa görsə dərimə saman təpər. Yaxşısı, bir otelə yerləşdirməkdir. Başqa çarə yoxdur. O yeri lənətə gəlsin. Səməd o yeri mənə öyrətməsəydi mən bu qızı tanımazdım. Əclaf, ordan gündə biri ilə tanış olur. Heç bilmirəm kimə oxşayıb şorgözlükdə? Atası da belə idi. Bizim nəsildə bir məndə yoxdur şorgözlük. Mənim rəhmətlik atam da şorgöz kişi idi. (qapının zəngi çalınır) Bunlar nə tez gəldilər!

Qüdrət yaxınlaşıb qapını açır. 60 yaşlarında bir qadın 25-26 yaşlarında bir qızla daxil olur.

Qüdrət: Buyurun. Kim lazımdır?

Vera: Здраствуйте. Я Вера. Мне нужен Гудрат.

Qüdrət: Пожалюста, Гудрат я.

Vera: (onu qucaqlayır) Ойййй, мой Гусик, наконец то я тебя нащла.

Qüdrət: Как это меня нашла? А где это вы теряли то меня?

Vera: Ты не помнишь меня? Мы же познакомились в Санкт Петербурге,кода ты жил в России. А вот и наша дочька Оксана.

Qüdrət: Чегооо? Она наша дочка? Ведь когда я в России жил,у меня не была любовница по имени Вера.

Vera: Гусик,ты почему забыл о нас?

Qüdrət təəccüb içində qalırkən Elena öz qızı Natalya ilə daxil olur. Qüdrət onlara baxır.

Qüdrət: Demə ki, sən də mənim Rusiyadakı arvadımsan, buda mənim qızımdır!

Elena: Ойй, кто это Гусик?

Qüdrət: Я Гусик

Elena: Ааааа, а ты мне сказал что тебе 23 лет

Qüdrət: И ты мне сказала что у тебя 25 лет.

Elena: Фууу, ты старый уже. Я не смогу остаться с тобой.

Qüdrət: Старый sənin atandı, babandı, ulu babandı! Mənə qoca deyənə bax. Get öz qırışlarına bax, sonra gəl mənə qoca de!

Elena: Я ничего не понемаю.

Qüdrət: Говорю ты сама старая.

Elena: Хам! С женшиной так нге разговаривають.

Qüdrət: Əşi, bəsdir görüm, mən nə hayda sən nə hayda! Görüm sənə də bir dənə Züleyxadan qəmiş olsun onda məni başa düşərsən. (az qalır ağlaya)

Bu vaxt Olqa və Tatyana, bir kameraman və muxbir daxil olur.

Muxbir: Salam, Qüdrət bəy lazımdı.

Qüdrət: Mənəm.

Muxbir: (Olqaya ) Мы нашли Гудрата. Татяна,вот он твой отец. (Olqa və Tatyana ikisi də Qüdrəti qucaqlayır, Qüdrət təəccüb içində huşunu itirib yerə sərilir, muxbir üzünü kameraya tutur) Əziz tamaşaçılar, biz Qüdrəti tapdıq. Hal-hazırda o şokdadır. Qüdrət huşunu itirib, Olqa Qüdrəti ayıltmağa çalışır. Tatyana illərdir axtardığı atasına qovuşdu. Olqa, nə hislər keçirirsən?

Olqa: Я очень взволнована. Я уже потеряла веру что найду его.

Müxbir: Əziz tamaşaçılar, Olqa çox həyəcanlıdır. Danışa bilmir. Tatyana, sən illərdir axtardığın atanı tapmısan, nə hislər keçirirsən?

Tatyana: Mən çox sevinirəm. Bu mənim ən böyük arzum idi, indi özümü çox xoşbəxt hiss edirəm.

Müxbir: (Qüdrətə yaxınlaşır) Qüdrət bəy, biz sizin Rusiyada atıb gəldiyiniz yoldaşınızı və qızınızı tapmışıq. O sizing qızınızdır.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə