Orxan AĞAMİRZƏyev amea m ərkəzi Elmi Kitabxanasının doktorantı



Yüklə 70,73 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü70,73 Kb.
#8836


154 

 

 



Orxan  

AĞAMİRZƏYEV  

 AMEA M

ərkəzi Elmi Kitabxanasının doktorantı 

  

MENECMENT KİTABXANALARIN  YENİ İDARETMƏ  



STRATEGİYASI KİMİ 

 

Açar sözl

ər: kitabxana, menecment, kitabxana-informasiya menecmenti, 

kitabxana meneceri 

Ключевые слова: библиотека, менеджмент, библиотечно-

информационный-менеджмент, менеджер библиотеки 

Key words: library, management, library and information management, 

librarian-manager.  

 

Müasir dövrd

ə  kitabxanaların  idarəetmə  sistemi  dəyişən  şəraitdən, 

yeni texnika v

ə texnologiyaların tətbiqindən asılı olaraq daim təkmilləşir.   Bu 

is

ə  öz növbəsində  idarəetmə  üsullarının  daha  məqsədəuyğun  variantlarının 



əyyənləşdirilməsini və tətbiqini  tələb edir.  Menecment nəzəriyyəsi bu ba-

xımdan, kitabxanalar üçün ən optimal  idaretmə vasitəsi hesab olunur. 

Menecment ingilis dilind

ə  “management” sözündən  götürülmüş, 

idar


əetmə, bacarıq, qabiliyyət və öhdəsindən gəlmək mənasını verir (1.6-10). 

O, öz 


inkişafına görə aşağıdakı təkamül mərhələlərini keçmişdir: 

       I. Elmi idar

əetmə məktəbi (1885-1920)  

Elmi idar

əetmə  məktəbi F.U.Teylor, Frenk və  Liliya Qilbretlər və 

Henri Hanttın adı ilə bağlıdır.  Bu müəlliflər öz tədqiqatlarını əsas etibarı ilə 

istehsalın  idarə  edilməsinə  həsr  etmiş,  idarəetmənin səviyyəsinin 

yüks


əldilməsi üzərində çalışmışdılar.  

Elmi idaretm

ə  məktəbinin  yaradıcıları  belə  hesab edirdilər ki, 

müşahidə, təhlil və  s. metodlardan  istifadə  etməklə  bir çox əl  əməyini 

t

əkmilləşdirmək  mümkündür. Bu məktəbinin baniləri, görüləcək  işi  yerinə 



yetirm

ək üçün fiziki və intellektual səviyyəsi uyğun gələn adamları seçməyi 

lazım  bilirdilər. Belə  yanaşmada  əsas element bu idi ki, daha çox məhsul 

istehsal ed

ən adamlar, digər  işçilərə  nisbətən  çox  da  mükafat  almalıdırlar. 

Onlar h


əmçinin təcrübəli  işçilərdən öyrənməyin də  böyük  əhəmiyyəti 

olduğunu qeyd edirdilər. 

Bu m

əktəb: 


-

əl əməyinin yüngülləşdirilməsi; 

-

qısa fasilələr verilməsi; 



-

iş və vaxt normaları qoyulması; 

-

artıq iş üçün mükafat verilməsi; 




155 

 

-idar



əetmə əməyinin fiziki əməkdən ayrılması  proseslərini bərqərar etdi  

(1.10-26). 



II. Klassik v

ə ya inzibati idarəetmə məktəbi (1910-1950)  

Bu dövrd


ə  əslən  fransız  olan  amerikalı  sahibkar  və  tədqiqatçı  alim  

Anri Fayol idar

əetmə  barədə ilk dəfə sistemli şəkildə nəzəriyyə irəli sürdü.  

Anri Fayolun idar

əetmə nəzəriyyəsinə əsas töfhəsi ondan ibarətdir ki, 

o, idar


əetmə  prinsiplərini sistemləşdirdi  və  bir neçə  qarşılıqlı  əlaqəli 

funksiyaları  menecmentin universal funksiyaları kimi təqdim etməklə, onların 

t

ətbiqinə tam proses kimi baxdı. Bu funksiyalara misal olaraq: planlaşdırma, 



t

əşkiletmə, motivləşdirmə, nəzarət və marketinqi  göstərmək olar (5. 34-35). 

Bu m

əktəb:  


- idar

əetmə prinsiplərini; 

- idar

əetmə quruluşunu (strukturunu); 



- idar

əetmə funksiyalarını; 

menecmentin metodlarını; 



menecmentin üslublarını  

elmi sur

ətdə müəyyənləşdirdi və bərqərar etdi. 



III. İnsani münasibətlər və ya davranış məktəbi (1930-1950) 

Menecmentd

ə  insani münasibətlər məktəbinin  yaranmasında  və 

inkişafında  iki  alimin-Meri Parker Follett və  Elton Meyonu böyük xidməti 

olmuşdur. İlk dəfə xanım Meri Follett menecmenti “digər adamların köməyi 

il

ə işin yerinə yetirilməsinin təmin edilməsi” kimi təyin etmişdir.  A.Maslouya 



gör

ə adamların işə münasibətləri və davranışları, tək iqtisadi maraqlarla yox, 

h

əm də  müxtəlif tələbatlarla  bağlıdır.  Hər  iki  alim  insanlar  arasındakı 



münasib

ətlərin idarə  edilməsi  üsullarından  istifadə  etməyi məsləhət 

görürdül

ər. Bu üsullardan  rəhbərlərin özlərinin bilavasitə  daha təsirli rəftar 

etm

ələri,  işçilərlə  məsləhətləşmələr  aparmaları,  işçilərə  bir-biri ilə  ünsiyyət 



yaratmaq üçün daha geniş imkanlar yaratmağı  və s. göstərmək olar. 

Bu m


əktəb: 

-   psixologiya; 

-   ictimai münasib

ətlər; 


 insan amili

-   hakimiyy

ət və nüfuz; 

-   motivl

əşdirmə (həvəsləndirmə); 

-   


işin məzmunu və iş şəraiti; 

- r


əftar (qarşılıqlı münasibət) və səriştə amillərini  menecmentə gətirdi və 

onların nəzərə alınmasını zəruri  etdi. 



IV. Müasir idar

əetmə  və  ya kəmiyyət məktəbi (1950-ci illərdən 

indiy

ə kimi)  

  Riyaziyyat, statistika, kibernetika, informatika elml

əri və onlarla bağlı 

olan  dig

ər bilik sahələri menecment nəzəriyyəsinin inkişafında böyük rol oy-



156 

 

na



mışlar.  Riyazi  üsulların və  modellərin tətbiqi, sözün əsl mənasında, 

t

əşkilatın əməliyyat problemlərinə elmin tətbiqidir.  



Müasir idar

əetmə  və  ya kəmiyyət məktəbi modellərin  qurulması, 

kompüterl

ərin tətbiqi, yüksək rabitə  texnologiyası,  iqtisadi-riyazi  üsulların 

t

ətbiqini menecmentə gətirdi və çox böyük dəqiqliklə həyata keçirdi. 



Bu m

əktəb: 


-  

kibernetikanı; 

-  

informatikanı; 



-  iqtisadi-

riyazi üsulları və modelləri; 

-  

kompüter texnologiyasını; 



-  mür

əkkəb rabitə texnologiyasını və s. elmi-texniki yenilikləri bərqərar 

etdi.  

Müasir dövrd

ə  «menecment»  termini  altında  daha  çox  rəhbərlik və 

t

əşkilati  sistemlərdə  təsərrüfat fəaliyyətinin idarə  olunması  prosesləri, 



perspektiv v

ə  cari  planlaşdırma,  istehsalın    təşkili  və  məhsulun realizə 

olunmasının  proqram-məqsədli idaretmə  sistemi xarakterizə  olunur.  Onun 

t

əşkili və idarəolunması aşağıdakı məsələlərin həllinə yönəldilmişdir: 



-

istehsalın və məhsulların rəqabətqabiliyyətinin təşkili; 

- istehsal prosesinnin t

əkmilləşdirilməsi; 

-yeni elmi 

əsaslandırılmış texnologiyaların tətbiqi; 

-m

əhsulun keyfiyyətinin artırılması; 



-istehsal x

ərclərinin azaldılması. 

Menecmentin m

əqsədi gəlir əldə etmə  və ya onu artırılması, təsərrüfat 

f

əaliyyətinin səmərəliliyinin yuksəldilməsi, bazar tələbatının  ödənilməsi, 



sosial m

əsələlərin həlli vasitəsi kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan  bir neçə 

f

əaliyyəti əks etdirir:  Bunlar aşağıdakılardır:  



istehsalın (kollektivin) təşkili  və idarəolunması; 

-v

əzifələrin qoyuluşu və təshih edilməsi; 



iş mərhələlərinin hazırlanması; 

- q

ərarların qəbulu; 



-

kommunikasiyaların  (informasiyanın  metodları  və  ötürülmə  formaları)  

qaydaya s

alınması;  

-prosesl

ərin tənzimlənməsi; 

-

informasiyanın toplanılması və işlənilməsi;  



-

işin nəticələrinə yekun vurulması. 

Menecmenti   h

əmçinin, fənlərarası sahə (idaretmə təfəkkürü), idaretmə 

bacarığı və təcrübəsi kimi də tərif etmək olar. 

Son ill


ər kimi bütün sferalarda olduğu kimi, kitabxana fəaliyyətində də 

menecmentd

ən  geniş  istifadə  olunur.  Bu gün kitabxana menecmenti yeni  

elmi f


ənn  kimi  kitabxanaların  idaretmə  fəaliyyətininin müxtəlif aspektlərini 

açır və çoxspektrlı konsepsiyalar şəklində təqdim olunur (4). 




157 

 

Professor A.X



ələfovun  qeyd  etdiyi  kimi,  "Müasir  şəraitdə 

c

əmiyyətimizdə  bazar  iqtisadiyyatının  tətbiqi bütün sahələrdə  olduğu  kimi 



kitabxana  işinin  idarə  edilməsi sahəsində  də  menecmentin tətbiqinə  böyük 

ehtiyac  meydana  çıxarmışdır.  Çünki  kitabxana  işinin  idarə  edilməsində  elə 

sah

ələr var ki, bunlar menecmenti öyrənmədən, onun müddəalarından istifadə 



etm

ədən keçinə bilməz» (3.284).  

Kitabxana  sferasında  menecment-bir yüksək  intellektli  şəxsin və  ya 

t

əşkilati  strukturun  kompleks  məqsədyönlü intellektual və  təsərrüfat 



f

əaliyyətidir. O, kitabxananın idarəetmə prosesini, onun fəaliyyətinin səmərəli 

t

əşkilini,  kitabxanaçılar  arasında  funksiyaların  və  məsuliyyətin 



bölüşdürülməsini,  kitabxana  resurslarının  (maddi-texniki, texnoloji, maliyyə, 

informasiya, 

kadr  resursları)  səmərəli seçimini və  istifadəsini,  çoxvariantlı 

kitabxanadaxili q

ərarların qəbul edilməsini, iş üslubunun müəyyən edilməsini 

v

ə s. nəzərdə tutur. Qeyd etmək lazımdır ki,  kitabxanaşünaslıqda  «kitabxana 



menecmenti»  termini  «kitabxanaların  idarəolunması»nın  sinonimi  deyil, 

inzibatçılıq, nəzarət anlayışlarını əvəz eləyən yeni bir anlayış kimi qəbul edilir.  

Kitabxana  işində  «idarəetmə» və  «menecment» terminləri  yalnız 

ümumişlək mənada bir-birinin  sinonimi  hesab  olunur.  Kitabxanaşünaslıq  

sah

əsinin terminlər sistemində bu anlayışların mənası  bir-birindən fərqlənir. 



Kitabxana  işinin  idarəolunması  özündə  texniki, texnoloji obyektləri, 

iqtisadiyyatı və təsərrüfatlaşmanı əks etdirməklə daha böyuk məna kəsb edir. 

Kitabxananın qarşıya qoyulmuş məqsədlərin həllinə yönəldilən və  menecment 

prinsipl


ərindən istifadə  edən idarəetmə  metodologiyasının  istifadəsi üçün isə 

«kitabxana menecmenti» termini daha m

əqsədəuyğun hesab olunur.  

Bu  fikir ilk d

əfə  öz  əksini 1987-ci ildə  Deli Universitetinin 

Kitabxanaç

ılıq və informatika fakultəsinin professoru K. Kumarın «Kitabxana 

inzibatçılığı və menecment adlı kitabında tapmışdır (7. 38-39). 

1997-ci ild

ə  isə  D.Ueynqand «Müasir kütləvi  kitabxanaların 

idar

əolunması. İnkişaf strateqiyası» adlı  kitabında  sərt tabeçilik prinsipləri ilə 



daxili ierarxik struktura malik  

ənənəvi idaretmə sistemi ilə yeni istehlakıçıya  

istiqam

ətlənmiş  idaretmə  metodunu  müqayisə  etmişdir.  O  qeyd  edirdi  ki, 



«menecerl

ər idaretmə prosesini az irəliləyəbilən perspektivdən azad edib,  yeni  

d

əyişən mühitin tələbatını  ödəmək  və  innovasiya fəaliyyətinin 



çiç

əklənməsinə xidmət etmək imkanı əldə etmişlər» (9). 

1990-

cı  illərin  birinci  yarısından  başlayaraq,    Rusiya  kitabxanaşınas 



aliml

əri V.K.Klüyev, E.M.Yastrebova, İ.K.Djereliyevskaya, S.P.Petrikina, N. 

İ.Tülina,  İ.M.Suslova  E.V.Klepper,  Y.F.  Çernyakova    və  b. kitabxana 

menecmenti  konsepsiyasını  işləməyə  başladılar.  Bu  konsepsiyalar içərisində 

İ.M.Suslovanın elmi baxışları xüsusi yer tuturdu. 

 Professor Y.M.Suslova kitabxana menecmentinin mahiyy

ətini 

kitabxanaların  idarə  olunması  sahəsində  dünya nəzəriyyəsi və  təcrübəsində 




158 

 

formalaşmış  prinsiplər, funksiyalar və  metodların  tətbiq edilməsinin müasir 



konsepsiyası kimi xarakterizə edirdi (8.16-20). 

Kitabxanalar  mür

əkkəb sosial-iqtisadi sistem kimi kitabxana 

menecmentinin obyekti hesab olunur.  «Kitabxana menecmenti» termini il

ə  

kitabxana



nın  sosial-praktiki fəaliyyətinin xüsusi  forması,  bu  sferanının 

öyr


ənilməsi və onun  həyata keçirilməsi üçün praktiki tövsiyələrin işlənilməsi 

v

əzifəsini həyata keçirən elmi fənn ifadə  edilir. Kitabxana menecmentinin 



n

əzəri fənn  kimi  spesifikasını  hər  şeydən öncə  onun praktiki məsələlərə 

istiqam

ətlənməsi müəyyənləşdirir.  Bundan  əlavə, kitabxana menecmentinin 



əsas özəlliyi  ondadır  ki,  o  menecmentin  müxtəlif elm sahələri  üçün    işlənib 

hazırlanmış elmi bilik və konsepsiyaların milli və xarici kitabxanaşünaslıqda  

geniş şəkildə istifadəsinə icazə verməklə,  həm də fənlərarası  xarakter daşıyır. 

Başqa  sözlə,    kitabxana  menecmenti  konsepsiyasında  ideoloji  və  ya dar 

professional ç

ərçivəli məhdudiyyətlər  yoxdur. Bu mənada da  müasir 

kitabxanaların idarəetmə fəaliyyətində kitabxana menecmentinin təməlini  bir 

çox elml


ərin nailiyyətlərinin tətbiqinin  nəzəri əsasları təşkil edir. 

Kitabxana f

əaliyyətinin idarəolunmasında  menecmenin  nəzəri və 

metodoloji mövqel

ərinin tətbiqi kitabxana sferasında baş verən mürəkkəb  və 

birm


ənalı  olmayan  proseslərin  obyektiv xarakteri ilə  şərtləndirilən yeni 

idaretm


ə  qərarlarının yaratdığı axtarışdır.  

Kitabxana menecmenti  ilk növb

ədə,    yalnız  kitabxana  işinə  aid olan 

spesifik qanun v

ə  qanunauyğunluqları,  bu  qanunauyğunluqların  hərəkət 

mexanizmini v

ə  aşkara  çıxma  formalarını  öyrənir.  Onun  başlıca  məqsəd və 

v

əzifəsi kitabxanalarda mühafizə  edilən  informasiya  daşıyıcılarından, 



kitabxanaların  imkanlarına  əsaslanmaqla bəşəriyyətin informasiya 

potensialından səmərəli istifadə olunmasını təmin etməkdən ibarətdir (3. 5). 

Başqa sözlə, menecment kitabxananın daha az maddi, əmək və maliyyə 

ehtiyatlarından  istifadə  edərək səmərəliliyi yüksəltmək və  mənfəəti  artırmaq 

m

əqsədi ilə  həyata keçirdiyi idarəetmə  fəaliyyəti, bu idarəetmə  fəaliyyəti ilə 



bağlı  bütün  funksiyaların,  metodların,  prinsiplərin,  strategiyaların  və 

formaların məcmusu kimi başa düşülür.  

Menecment  kitabxana  sferasının  öyrənilməsində  və  idarəetməyə  dair  

praktiki tövsiy

ələrin  hazırlanmasında  mühüm  rol  oynayır.

 

Menecment 



n

əzəriyyəsinin  aktiv  şəkildə  tədqiq  olunması    müasir  kitabxanaşünaslığın  

bütün t

ərəfləri üçün stimul verici əhəmiyyət kəsb edir. Bir tərəfdən  



kitabxanaşünaslığın  ənənəvi elm sahələrində  işlənilmiş  əsas metodoloji 

mövqel


ərinin  əhəmiyyətinin qiymətlənldiriliməsi  üçün  imkanlar  açılır.  Digər 

t

ərəfdən isə,   yeni xüsusi  metodoloji araşdırma tələb edən  yeni problemlər 



meydana  çıxır.  Belə  problemlərə  əsasən    strateqiyasının  işlənilməsi, 

innovasiya prosesl

ərinin idarəolunması,  adaptasiya  oluna  bilən təşkilati 



159 

 

struktur



ların yaradılması, kitabxana fəaliyyətinin sosial-psixoloji aspektlərinin 

idar


əolunması  və s.  şamil edilir. (6. 36-40) 

Müasir idaretm

ənin dünya menecmentinin nailiyyətləri  əsasında  

kökünd


ən dəişliməsi o qədər tələb  olunan  olmuşdur  ki,    ötən illər  ərzində  

kitabxanalarda  menecment  konsepsiyasının  inkişafı  əhəmiyyətli nəticələr 

verm

əyə başlamışdır: 



1.  Kitabxana f

əaliyyətinin idarəolunmasının  problem  məqamlarının  həllinə  

yeni yanaşmalar aşkarlanmışdır. 

2. 


İdaretmə  mexanizmlərinin yenidən təşkilinin  konstruktiv    yolları 

əyyənləşdirilmişdir.  



3.  Elmi m

əktəb  formalaşmışdır.  Bu  məktəb çərçivəsində  bir  sıra  nəşrlər 

hazırlanmış və dissertasiyalar müdafiə olunmuşdur.  

4.  idaretm

ənin tədrisi ilə  bağlı      ali  məktəb  proqramı  yenilənmiş,  kurslar 

yaradılmışdır.  Bu  kurslara  əsas fənlərlə  yanaşı,  kitabxana-informasiya 

marketinqi, kitabxananın strateji menecmenti, idaretmə sistemlərinin təşkilati 

inkişafı, kitabxanaların idaretmə psixologiyası və s daxil edilmişdir.  

İdaretmə fəaliyyətinin ən uğurlu nümunələrini əks etdirən menecment 

n

əzəriyyəsi  daim  inkişafda  və  axtarışdadır.  O,    kitabxanalarda  biliklərin 



idar

əolunmasının  müasir  streqiyası  kimi  böyük  əhəmiyyətə  malikdir.  Buna 

gör

ə  də  kitabxana menecmenti kitabxana-informasiya infrastrukturunun 



ayrılmaz  sahəsi kimi  daim təkmiləşdirlməli və  prioritet idaretmə 

strategiyasına çevrilməlidir. 

 

ƏDƏBİYYAT 

 

1. İmran A.M. Menecment: Dərslik. – B.: Nurlan.- 2007.- 268s. 

2.  İsmayılov  X.İ.  Kitabxana menecmentinin əsasları:  Dərs vəsaiti.-  Bakı  Universiteti 

N

əşriyyatı. 2005.-197 s. 



3. X

ələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik: III hissə: Kitabxana işi haqqında təlim.-B.. 

2003. 

4. 


Кузоро К.А. Менеджмент и маркетинг библиотечно-информационной деятельности: 

опыт  исследования  отечественном  библиотековедении.-Вестник  Томского  Государ-

ственного Университета  (Культурология и искусствоведение).- 2011.-№ 2. 

5. 


Основы менеджмента / Под ред. А. И. Афоничкина. — СПб.: Питер, 2007. - 528 с.: ил. 

(Серия «Учебник для вузов»). 



6. 

Суслова И.М. Клюев В.К. Менеджмент библиотечно-информационной деятельности: 

учеб. для вузов культуры и искусств / И.М. Суслова, В.К. Клюев; под общ. ред. И.М. 

Сусловой; МГУКИ. - СПб.: Профессия, 2009.- 600 с.   

7.

Суслова  И.М.  Менеджмент  библиотечно-информационной  деятельности  :  учеб.  Для 



вузов культуры и искусств / И.М. Суслова, В.К. Клюев ; под общ. Ред. И. М. Сусловой ; 

МГУКИ.- СПб.: Профессия, 2010.- 600 с.  

8.Cycлoвa  И.M.  Библиотечный  менеджмент:  coвpeмeннaя  кoнцепция  ynpaвлeния  // 

Библиотека.-1995.- №2. 

9.Уэйнганд Д.Э. Управление современной публичной библиотекой. Стратегия развития. 

М.: Рудомино, 1997-222с. 




160 

 

 



О.АГАМИРЗАЕВ 

 

 



МЕНЕДЖМЕНТ КАК НОВАЯ СТРАТЕГИЯ УПРАВЛЕНИЯ 

БИБЛИОТЕКОЙ 

 

РЕЗЮМЕ 

 

В  статье  рассматривается  теоретические  и  организационные  вопросы 

информационно-библиотечного менеджмента.  

 

O.AGAMIRZAYEV 

              



MANAGEMENT AS A NEW STRATEGY OF  

GOVERNANCE BY LIBRARY 

 

SUMMARY 

 

Theoretic and organizational questions of the information bibliographic management 

is considered in the article.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 70,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə