oriJİnal məqaləLƏR



Yüklə 55,9 Kb.
Pdf görüntüsü
tarix11.06.2018
ölçüsü55,9 Kb.
#48060


30

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.7-007.681

Qasımov E.M., İbadova N.T.

PSEVDOEKSFOLİATİV QLAUKOMANIN MÜALİCƏSİNDƏ 

LATANOPROSTUN İSTİFADƏSİNİN KLİNİKİ EFFEKTİVLİYİ

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azərbaycan

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı, Azərbaycan

Açar sözlər: göz daxili təzyiq, qlaukoma, latanoprost, prostaqlandinlər

Avropa Qlaukoma Cəmiyyətinin məlumatına görə prostaqlandinlər / prostamidlər bugünkü gündə qlaukomanın 

medikamentoz  müalicəsində  ilk  seçilən  preparatlardır  [1].  Hesab  olunur  ki,  F2a  prostaqlandini  siliar  əzələnin 

prostaqlandin  reseptorlarına  təsir  göstərməklə  siliar  əzələsinin  ekstrasellyulyar  matriksinin  strukturunu  dəyişir 

(əzələ  hüceyrələrinin  formasının  dəyişməsi,  kollagenin  səviyyəsinin  enməsi,  metalloproteinazın  səviyyəsinin 

yüksəlməsi) və siliar əzələnin relaksasiyasına, bir sözlə uveoskleral axının yaxşılaşmasına səbəb olur [2-4]. Hal-

hazırda konservantsız prostaqlandinlərin istifadəsi təklif olunur, o cümlədən prostaqlandin tərkibli göz sistemlər-

implantlar və prostaqlandin tərkibli biodeqradasiya prosesinə malik olan nano-vərəqlər hazırlanmışdır [5-11]. 

Latanoprost F2α prostaqlandinin ilk sintetik analoqu olub, oftalmohipertenziyanın və qlaukomanın müalicəsində 

istifadə olunmağa başlamışdır. Göz daxili mayesində maksimal konsentrasiyası preparatın gözə damızdırılmasından 

1-2 saat sonra müşahidə olunur. Hesab olunur ki, latanoprost preparatı bimatoprost və travoprost preparatlarından 

daha yaxşı təsir gücünə malikdir [12]. Hazırda daha yaxşı keçiricilik qabiliyyətinə malik, tərkibində benzalkonium 

xlorid  konservantı  olmayan  yeni  latanoprost  preparatı  hazırlanmışdır [13].  Qlaukomanın  müxtəlif  formalarının 

müalicəsində latanoprost preparatının effektivliyi və keçiricilik qabiliyyəti üzrə tədqiqatlar aparılır [14-18]. 

Uveoskleral axının vəziyyəti qlaukomanın formasından asılıdır, müvafiq olaraq onun intensivliyinə farmakoloji 

təsir  imkanları  müxtəlifdir.  Johnson  T.V.  müş.müəl.  qeyd  edir  ki,  psevdoeksfoliasiyalı  gözlərdə  uveoskleral 

axın  psevdoeksfoliasiya  müşahidə  olunmayan  gözlərlə  müqayisədə  bir  qədər  aşağıdır  [19].  Psevdoeksfoliativ 

qlaukomanın müalicəsində latanoprostun effektivliyi və keçiricilik qabiliyyəti üzrə məlumatlar məhduddur. 



Məqsəd - psevdoeksfoliativ qlaukomanın müxtəlif mərhələlərinin müalicəsində Ksalatan (latanoprost 0,005%) 

preparatının klinik effektivliyini və keçiricilik qabiliyyətini qiymətləndirməkdir.



Material və metodlar

Hazırki prospektiv tədqiqata birincili psevdoeksfoliativ qlaukoma diaqnozu qoyulmuş 36 pasiyent (62 göz) 

cəlb  olunmuşdur  ki,  onlara  ksalatan  preparatının  gün  ərzində  birdəfəlik  damızdırma  formasında  prostaqlandin 

terapiyası təyin edilmişdir. Bütün xəstələrdə tam oftalmoloji müayinə (vizometriya, perimetriya, biomikroskopiya, 

qonioskopiya,  tonometriya,  paximetriya,  oftalmoskopiya)  kompleksi  həyata  keçirilmişdir.  Göz  daxili  təzyiqin 

(GDT) ölçülməsi applanasiya tonometriya vasitəsi ilə (Maklakov üsulu ilə) aparılmışdır. Pasiyentlərin hər birində 

GDT üç ölçülməsinin nəticəsində orta göstərici hesablanırdı. Perimetriya TOMEY AP-2000 aparatında aparılmış, 

Hodapp–Parrish–Andersonun  təsnifatına  görə  orta  deviasiya  indeksinin  (mean  deviation,  MD)  əsasında  görmə 

dairəsinin daralma səviyyəsi üzrə qlaukoma prosesinin inkişaf mərhələsi ayırd edilirdi: başlanğıc mərhələsi MD 

≤ - 6 dB, inkişaf mərhələsi - -6 dB < MD ≤ - 12 dB, ifrat inkişaf etmiş mərhələ - > - 12 dB [20]. 

Pasiyentlərin müayinəsi 2 həftə, 1 ay, 3 ay, 6 ay, 12 ay müddətindən sonra aparılmışdır. Müşahidələrin aparıldığı 

müddət  ərzində  GDT,  mərkəzi  və  periferik  görmə,  əlavə  antiqlaukomatoz  preparatların  təyininə  yaranmış 

zəruriyyət,  o  cümlədən  preparatın  yan  təsirlərin  baş  vermə  tezliyi  kimi  parametrlər  dəyərləndirilmişdir.  Qeyd 

olunan göstəricilərin təhlili qlaukomanın inkişaf mərhələləri nəzərə alınmaqla aparılmışdır. 

Orta  kəmiyyətlərin  hesablanması  (М  ±  m,  burada  М  –  orta  qiymət,  m  –  standart  sapma)  Microsoft  Excel 

proqramının istifadəsi ilə həyata keçirilmişdir.



Nəticələr və onların müzakirəsi

Xəstələrin (36 nəfər) orta yaş həddi 48,75±12,14 (40-75) təşkil etmiş, onlardan 24 (66,7%) qadın, 12 (33,3%) 

isə kişi olmuşdur. Müayinə olunan gözlərin 18 (29%) – başlanğıc, 24 (38,7%) – inkişaf etmiş və 20 (32,3%) isə 

–  ifrat  inkişaf  etmiş  qlaukoma  aşkar  edilmişdir.  Bununla  belə  pasiyentlərin  26-da  (72,2%)  ikitərəfli  qlaukoma 

prosesi müşahidə edilirdi. 

GDT orta səviyyəsi 35,4 ± 2.5 mm c.s (27.0 –52 mm c.s.) təşkil etmişdir. Müalicədən qabaq GDT səviyyəsinə 

görə gözlər üç qrupa ayırd edildi: ≤ 27 mm c.s., > 28 mm c.s. < 31 mm c.s və ≥ 32 mm c.s. Qlaukomanın inkişaf 

mərhələrini nəzərə alınmaqla gözlərin GDT səviyyəsinə görə bölünməsi cədvəl 1-də təsvir olunub.




31

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

Cədvəl 1


Qlaukomanın inkişaf mərhələlərini nəzərə alınmaqla gözlərin GDT səviyyəsinə görə bölünməsi

Qlaukomanın inkişaf mərhələri

Başlanğıc

İnkişaf etmiş 

İfrat inkişaf etmiş

gözlərin sayı

mütləq 

%

mütləq 

%

mütləq 

%

Müalicədən qabaq GDT-nin orta səviyyəsi , mm.c.s

 ≤ 27

12

66,7%



6

25,0%


-

-

 > 28 < 31 

27,8%


14 

58,3%


8

40,0%


 ≥ 32

5,6%



16,7%


12 

60,0%)


Ksalatan preparatı təyin olunduğu gündən iki həftə sonra GDT orta hesabla 10,3 (29%) mm.c.s enmişdir. Bu 

nəticəni digər müəlliflərin gəldiyi nəticələrlə müqayisə edək, latanoprost fonunda 12 həftədən 6 aya qədər aparılan 

müşahidə müddətində GDT ilkin səviyyədən 25% - 29.9% enmə təşkil etmişdir [12-21].

Qlaukomanın başlanğıc, inkişaf və ifrat inkişaf etmiş mərhələsində olan 5 (27,8%), 14 (58,3%), 19 (96,4%) 

gözlərdə  müşahidənin  aparıldığı  müddət  ərzində  əlavə  antiqlaukomatoz  preparatların  təyini  tələb  olunurdu, 

bununla belə, əlavə hipotenziv damcılar müşahidənin ilk 6 ayında 30 (48,4%) gözə təyin olunmuşdur. 15 (24,2%) 

gözdə medikamentoz yolla GDT normallaşdırmaq mümkün olmadığından antiqlaukomatoz cərrahi əməliyyatının 

keçirilməsi tövsiyə olunmuşdur. Bu formada müxtəlif səviyyəli ilkin GDT 40 mm.c.s. çatan gözlərin 24 (38,7%)-də 

latanoprost monoterapiyası fonunda 12 ay müddətində pasiyentlərin həkimin təyinatına (diaqram 1) düzgün əməl 

etməsi  nəticəsində  GDT  təhlükəsiz  səviyyəsinə  nail  olunması  və  saxlanılması  mümkündür.  Qlaukomanın  ifrat 

inkişaf etmiş mərhələsində və GDT ≥ 40 mm.c.s səviyyəsi şübhəsiz ki, kombinəolunmuş hipotenziv terapiyanın 

təyin olunması və ya antiqlaukoma əməliyyatının aparılması üçün göstəricidir.

Müşahidənin  aparıldığı  müddət  ərzində  yalnız  latanoprostdan  istifadə  edən  pasiyentlərin  2-də  (16,7%) 

konyunktival inyeksiya, göz və kiprik ətrafı nahiyədə dərinin piqmentasiyası, hipertrixoz, gözün birinci dərəcəli 

quruluğu və qıcıqlanma kimi yan təsirlər müşahidə edilirdi (cədvəl 2).

Tor  qişası  damarlarının  mikrosirkulyasiyanın  dəyişdirilməsinin  mümkünlüyü  haqqında,  xüsusən  onların 

latanoprostun  təsiri  altında  daralması  ziddiyyətli  mülahizələr  mövcuddur  ki,  bu  da  qlaukoma  prosesinin 

stabilləşdirilməsi prosesində son dərəcə arzu olunmazdır [21].

40

35

30



25

20

15



GD

T-

nin orta s



əviyy

əsi


Müalicədən

qabaq


Müalicənin 2-ci

həftəsində

Müalicənin 1-ci

ayında


Müalicənin 3-cü

ayında


Müalicənin 6-cı

ayında


Müalicənin 12-ci

ayında


10

5

Şək. 1. Latanoprost monoterapiyasında olan xəstələrin gözlərində müalicə



təyin edildikdən sonra müxtəlif dövrlərdə GDT orta səviyyələri


32

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

Cədvəl 2


Latanoprostun əsas yerli yan təsirlərinin xarakteristikası

Ksalatanın əsas yerli yan təsirləri

Pasiyentlərin sayı, %

Konyunktival inyeksiya

1 (8,3)

Göz və kiprik ətrafı nahiyədə dərinin piqmentasiyası



1 (8,3)

Hipertrixoz

1 (8,3)

Gözün birinci dərəcəli quruluq sindromu və qıcıqlanma



1 (8,3)

Yalnız latanoprostdan istifadə edən pasiyentlər üzərində aparılan müşahidə zamanı 24 gözdə qlaukoma prosesinin 

inkişaf  etmə  əlamətləri  aşkar  etməmişik.  Lakin  ədəbiyyatda  prostaqlandinlərin  istifadəsinin  digər  yan  təsiri, 

periorbitopatiya (dermatoxalyazis, blefaroptoz, üst palpebral büküşün dərinləşməsi) haqqında məlumat mövcuddur 

[22-24], bizim apardığımız tədqiqatda latanoprost terapiyası fonunda belə fəsadlar müşahidə edilməmişdir. 

Yekun

Ksalatan  yerli  yan  təsirlərinin  baş  vermə  azlığı  ilə  GDT  ilkin  səviyyədən  29%  qədər  endirməyə  imkan 

verən kliniki təsirə malikdir. 12 ay ərzində aparılan müşahidə zamanı latanoprost monoterapiyasının tədbiqinin 

müvəffəqiyyət tezliyi 38,7% təşkil etmişdir. 

ƏDƏBİYYAT 

1. 


European Glaucoma Society, Terminology and Guidelines for Glaucoma, 4th edition, 2014, Chapter 3, 

p.122-143.

2. 

Nilsson  S.F.E.,  Drecoll  E.,  Lütjen-Drecoll  E.  et  al.  The  prostanoid  EP2  receptor  agonist  butaprost 



increases uveoscleral outflow in the cynomolgus monkey // Invest. Ophthalmol. Vis. Sci., 2006, v.47, 

p.4042-4049.

3. 

Sakurai  M.,  Higashide  T.,  Ohkubo  S.  et  al.  Association  between  genetic  polymorphisms  of  the 



prostaglandin  F2α  receptor  gene,  and  response  to  latanoprost  in  patients  with  glaucoma  and  ocular 

hypertension // Br J Ophthalmol., 2014 v.98(4), p.469-73. 

4. 

Ocklind A. Effect of latanoprost on the extracellular matrix of the ciliary muscle: a study on cultured 



cells and tissue sections // Exp. Eye Res., 1998, v.67, p.179-191.

5. 


Qasımov  E.M.,  Ibadova  N.T.  Birincili  açıq  bucaqlı  qlaukomanın  müxtəlif  formalarının  müalicəsində 

uveoskleral axının artırılmasının rolu (ədəbiyyat icmalı) // Oftalmologiya, Bakı, 2014, N2(15), s.91-97.

6. 

Demirel  S.,  Doganay  S.,  Gurses  I.  et  al. Toxic-inflammatory  effects  of  prostaglandin  analogs  on  the 



ocular surface // Ocul Immunol Inflamm., 2013, v.21(1), p.13-8. 

7. 


Franca J.R., Foureaux G., Fuscaldi L.L. et al. Bimatoprost-loaded ocular inserts as sustained release drug 

delivery systems for glaucoma treatment: in vitro and in vivo evaluation // PLoS One, 2014, v.9(4), p.30, 

e95461. 

8. 


Kim E.J., Kim Y.H., Kang S.H. et al. In vitro effects of preservative-free and preserved prostaglandin 

analogs on primary cultured human conjunctival fibroblast cells // Korean J. Ophthalmol., 2013, v.27(6), 

p.446-53. 

9. 


Petrov  SIu. Tafluprost  –  a  novel  prostaglandin  F2alpha  analogue  // Vestn.  Oftalmol.,  2014,  v.130(5), 

p.85-95.


10.  Jessen  B.A.,  Shiue  M.H.,  Kaur  H.  et  al.  Safety  assessment  of  subconjunctivally  implanted  devices 

containing latanoprost in Dutch-belted rabbits // J. Ocul. Pharmacol. Ther., 2013, v.29(6), p.574-85. 

11. 

Kashiwagi K., Ito K., Haniuda H. et al. Development of latanoprost-loaded biodegradable nanosheet as 



a new drug delivery system for glaucoma // Invest. Ophthalmol. Vis. Sci., 2013, v.19, 54(8), p.5629-37.

12.  Mishra  D.,  Sinha  B.P.,  Kumar  M.S.  Comparing  the  efficacy  of  latanoprost  (0.005%),  bimatoprost 

(0.03%), travoprost (0.004%), and timolol (0.5%) in the treatment of primary open angle glaucoma // 

Korean J. Ophthalmol., 2014, v.28(5), p.399-407. 

13.  Alm A. Latanoprost in the treatment of glaucoma // Clin Ophthalmol., 2014, v.26(8), p.1967-1985.

14.  Egan P., Harris A., Siesky B. et al. Comparison of intraocular pressure in glaucoma subjects treated with 

Xalatan versus generic latanoprost // Acta. Ophthalmol., 2014, v.92(5), p.e415-416. 

15.  Garway-Heath  D.F.,  Crabb  D.P,  Bunce  C.  et  al.  Latanoprost  for  open-angle  glaucoma  (UKGTS):a 

randomised, multicentre, placebo-controlled trial. December 19, 2014 http://dx.doi.org/10.1016/S0140-

6736(14)62111-5




33

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

16.  Gumińska M., Kłysik A., Siejka A. et al. Latanoprost is effective in reducing high intraocular pressure 

associated with Graves’ ophthalmopathy // Klin. Oczna., 2014, v.116(2), p.89-93.

17.  Konstas A.G., Quaranta L., Katsanos A. et al. Twenty-four hour efficacy with preservative free tafluprost 

compared with latanoprost in patients with primary open angle glaucoma or ocular hypertension // Br. J. 

Ophthalmol., 2013, v.97(12), p.1510-5. 

18.  Li  J.,  Lin  X., Yu  M.  Meta-analysis  of  randomized  controlled  trials  comparing  latanoprost  with  other 

glaucoma medications in chronic angle-closure glaucoma // Eur. J. Ophthalmol., 2015, v.25(1), p.18-26. 

19.  Johnson T.V., Fan S., Camras C.B. et al. Aqueous humor dynamics in

exfoliation syndrome // Arch. Ophthalmol., 2008, v.126, p.914–920.

20.  Hodapp E., Parrish R.K., Anderson D.R. Clinical Decisions in Glaucoma. St Louis: Mosby; 1993, p.53–

61.


21.  Kremmer S., Iliadou M., Anastassiou G. et al. Influence of latanoprost on retinal microcirculation in 

glaucoma // Open Ophthalmol. J., 2014, v.3(8), p.60-66. 

22.  Maruyama K., Tsuchisaka A., Sakamoto J. et al. Incidence of deepening of upper eyelid sulcus after 

topical use of tafluprost ophthalmic solution in Japanese patients // Clin. Ophthalmol., 2013, v.7, p.1441-

1446. 

23.  Sakata R., Shirato S., Miyata K. et al. Recovery from deepening of the upper eyelid sulcus after switching 



from bimatoprost to latanoprost // Jpn. J. Ophthalmol., 2013, v.57(2), p.179-84. 

24.  Tan J., Berke S. Latanoprost-induced prostaglandin-associated periorbitopathy // Optom. Vis. Sci., 2013, 

v.90(9), p.e245-247. 

Касимов Э.М., Ибадова Н.Т.

КЛИНИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ ПРИМЕНЕНИЯ ЛАТАНОПРОСТА В 

ЛЕЧЕНИИ ПСЕВДОЭКСФОЛИАТИВНОЙ ГЛАУКОМЫ



Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, Баку, Азербайджан

Республиканская Клиническая Больница им. Миркасимова, Баку, Азербайджан

Ключевые слова: внутриглазное давление, глаукома, латанопрост, простагландины

РЕЗЮМЕ


Цель  –  оценить  клиническую  эффективность  и  переносимость  препарата  ксалатан  (латанопрост 

0,005%) в лечении различных стадий псевдоэксфолиативной глаукомы.



Материал и методы

В данное проспективное исследование были включены 36 пациентов (62 глаза) с первично-диагности-

рованной псевдоэксфолиативной глаукомой, которым была назначена простагландиновая терапия в форме 

однократного закапывания препарата ксалатан.



Результаты

Средний срок наблюдения составил 12 месяцев. Средний уровень исходного ВГД составлял 35,4 ± 2.5 

мм рт. ст. (27.0 –52 мм рт. ст.). Уровень ВГД в среднем снизился на 10,3 (29%) мм. рт. ст. от исходного через 

2 недели после назначения ксалатана. В 5 (27,8%), 14 (58,3%), 19 (96,4%) глазах с начальной, развитой и 

далекозашедшей стадиями глаукомы, соответственно, потребовалось назначение дополнительных антигла-

укоматозных препаратов на протяжении всего срока наблюдения. В 15 (24,2%) глазах не удалось нормали-

зовать ВГД медикаментозно, что послужило показанием к проведению антиглаукоматозной операции. У 

2 (16,7%) пациентов, использующих исключительно латанопрост на протяжении всего срока наблюдения, 

наблюдались местные побочные реакции.

Заключение

Ксалатан обладает выраженной клинической эффективностью, позволяя снизить исходное ВГД на 29%, 

при минимальной частоте местных побочных эффектов. Частота успеха применения монотерапии латано-

простом составляет 38,7% случаев при сроке наблюдения 12 месяцев.




34

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

Kasimov E.M., Ibadova N.T.

CLINICAL EFFICACY OF LATANOPROST IN THE TREATMENT OF 

PSEUDOEXFOLIATION GLAUCOMA



National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Republic Clinical Hospital named after Mirkasimov

Key words: intraocular pressure, glaucoma, latanoprost, prostaglandins

SUMMARY


Aim  –  to  assess  the  clinical  efficacy  and  tolerability  of  Xalatan  (Latanoprost  0,005%)  in  the  treatment  of 

different stages of pseudoexfoliation glaucoma (PEX glaucoma).



Materials and methods

36 patients (62 eyes) with primary diagnosed PEX glaucoma who were prescribed Xalatan once daily were 

included in this prospective study.

Results

The mean follow-up period was 12 months. Mean baseline IOP was 35,4 ± 2.5 mmHg (27.0 –52 mmHg). The 

mean reduction of IOP was 10,3 (29%) mmHg at 2 weeks after initiating treatment with Xalatan. In 5 (27,8%), 

14  (58,3%)  and  19  (96,4%)  eyes  with  early,  moderate  and  advanced  glaucoma,  respectively,  prescription  of 

additional antiglaucomatous drops was needed during follow-up. In 15 (24,2%) eyes IOP could not be controlled 

medicamentously and antiglaucomatous surgery was required. Local adverse effects of latanoprost were recorded 

in 2 (16,7%) patients.

Conclusion

Xalatan is clinically effective in the treatment of PEX glaucoma, as it provides 29% reduction from baseline 

IOP with a low rate of local adverse effects. Success rate of Xalatan monotherapy is 38,7% at 12 months. 

Для корресподенции:



Касимов Эльмар Мустафа оглы, доктор медицинских наук, профессор, директор

Ибадова Наида Тельман кызы, врач-офтальмолог Отделения Офтальмологии

Республиканской Клинической Больницы им. Миркасимова 

Тел.: (99412) 569-91-36, (99412) 569-91-37 

Адрес: AZ1114, г.Баку, ул. Джавадхана, 32/15 

Email: administrator@eye.az : www.eye.az 


Yüklə 55,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə