Optika və molekulyar fizika” kafedrası “Fizika” ixtisası-050503” bakalavr hazırlığı üzrə “Mexanika” fənninin proqramı



Yüklə 33,72 Kb.
tarix05.02.2018
ölçüsü33,72 Kb.
#25462

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Baki dövlət universiteti

Fizika fakültəsi

Optika və molekulyar fizika” kafedrası

Fizika” ixtisası-050503” bakalavr hazırlığı üzrə

Mexanika” fənninin proqramı



Müəllim: F.r.e.n, dos.G.C.Abbasova, abbasova1962@mail.ru

Proqram ”Optika və molekulyar fizika” kafedrasında bəyənilmişdir

Kafedra müdiri prof.R.C.Qasımova “.......”...........2016-cı il

Fizika fakültəsinin Tədris-Metodik Şurası tərəfindən tövsiyə edilib.

Sədr.....................prof.Ə.S. Abdinov “.......”..............2016-cı il

Fizika fakültəsinin Elmi Şurasında təsdiq olunub

Elmi katib.....................prof.R.C.Qasımova “.......”..............2016-cı il

Bakı-2016

Fənnin tədrisində məqsəd

“Mexanika” fənninin tədrisində məqsəd tələbələrə mexanikanın kinematika, dinamika və statika bölmələrinə aid mövzuları daha yüksək səviyyədə tədris etməklə onlarda hər bir fiziki hadisənin baş vermə mexanizmini və mahiyyətini dərindən dərk etmək, onların riyazi təsvirini bacarmaq və öyrəndiyi fiziki qanunların həyatda tətbiqlərinə maraq və vərdiş yaratmaqdan ibarətdir.



Fənnin tədris planındakı yeri

“Mexanika” fənni “Fizika-050503” ixtisası” üzrə bakalavr hazırlığı “Tədris planı”nda “İxtisas peşə hazırlığı” fənnləri blokuna (İPF-B01) daxildir.



Fənnin tədris üsulları: Mühazirə, laboratoriya işləri, praktiki iş, fərdi işlər və kollokviumlar.

Fənnin məzmunu

Mexanİka

Mexanikaya giriş. Mexanika fənni qarşısında duran məsələlər. Mexaniki hərəkət. Fəza və zaman, onların xassələri. Koordinat sistemləri. Hesablama sistemləri.


Vektorlar. Vektorlar üzərində əməliyyatlar. İkiqat vektorial hasil.

Maddi nöqtənin kinematikası. Hərəkətin təsnifatı. Sərbəstlik dərəcəsi. Birölçülü, ikiölçülü və üçölçülü hərəkətlər. Maddi nöqtənin kinematikası. Radius-vektor, yerdəyişmə, sürət və təcil, onların vektor və koordinat formaları. Düzxətli dəyişənsürətli hərəkət. Orta və ani sürət. Əyrixətli hərəkət. Tangensial və normal təcillər.Bucaq yerdəyişməsi, bucaq sürəti və bucaq təcili.Xətti kəmiyyətlərlə bucaq kəmiyyətləri arasındakı əlaqələr.

Dinamika. Nyutonun birinci qanunu. Ətalət hesablama sistemi. Qaliley çevirmələri, onların invariantları. Sürətlərin klassik toplanma qaydası.

Nyutonun II qanunu. Kütlə. Qüvvə. Hərəkət tənliyi və onun tətbiqləri. Nyutonun III qanunu. Impuls(hərəkət miqdarı) və onun saxlanma qanunu. Maddi nöqtələr sistemi. Kütlə mərkəzi. Kütlə mərkəzi sistemi. İmpulsun saxlanma qanununun tətbiqi. Reaktiv hərəkət. Dəyişən kütləli cismin hərəkəti. Meşerski tənliyi. Siolkovski düsturu.



Mexaniki qüvvələr. Fundamental qüvvələr. Sürtünmə qüvvəsi. Sükunət sürtünmə qüvvəsi, sürüşmə sürtünmə qüvvəsi, diyirlənmə sürtünmə qüvvəsi. Elastiki qüvvə. Huk qanunu. Cazibə qüvvəsi. Ümumdünya cazibə qanunu.Cazibə sabiti və onun təyini üsulları. Qravitasiya kütləsi. Ətalət və qravitasiya kütlələri arasındakı əlaqə.Ağırlıq qüvvəsi təcili.Sərbəstdüşmə.

Kepler qanunları və ümumdünya cazibə qanunu. Cazibə sahəsində hərəkət. Cazibə sahəsində hərəkət edən cismin tam enerjisi. Məhdud və qeyri-məhdud hərəkətlər. Qapalı və açıq trayektoriya üzrə hərəkət. Planetlərin hərəkəti. İki cisim məsələsi. Cazibə sahəsinin qeyri-bircinsliyi. Qabarma və çəkilmələr.



İş, güc və enerji. İş, güc və onların vahidləri. Sabit qüvvənin gördüyü iş. Ağırlıq qüvvəsinin gördüyü iş. Konservativ və qeyri-konservativ qüvvələr. Elastiki qüvvənin gördüyü iş. Sürtünmə qüvvəsinin işi. Potensial sahədə görülən iş. Enerji. Kinetik və potensial enerji. Potensial enerji ilə qüvvə arasında əlaqə. Tam mexaniki enerjinin saxlanma qanunu. Enerji və impulsun saxlanma qanunlarının tətbiqləri. Kürələrin plastik, qeyri-elastik və elastik toqquşmaları. Kütlə mərkəzi sistemi. Yerin cazibə sahəsində görülən iş. Kosmik sürətlər.

Qeyri-ətalət hesablama sistemində hərəkət.Qeyri-ətalət(inersial) hesablamasi stemləri. Düzxətli hərəkət edən qeyri-ətalət hesablama sistemləri. Ətalət qüvvəsi. Çəkisizlik və ağırlaşma. Fırlanan hesablama sistemləri. Mərkəzdən qaçma ətalət qüvvəsi. Ağırlıq qüvvəsinin məhəlli coğrafi enliyindən asılılığı. Fırlanan sistemə nəzərən hərəkətdə olan cismə təsir edən qüvvələr. Koriolis qüvvələri. Yer səthində hərəkət. Füko rəqqası. Ekvivalentlik prinsipi. Qeyri-ətalət hesablama sistemlərində saxlanma qanunları.

Fırlanma hərəkəti dinamikası. Bərk cismin irəliləmə və förlanma hərəkətləri. Bərk cismin tərpənməz ox ətrafında fırlanma hərəkəti. Qüvvə momenti. Nöqtəyə və oxa nəzərən qüvvə momenti. Cüt qüvvə və onun momenti.Oxa nəzərən ətalət momenti. Bərk cismin fırlanma hərəkəti dinamiklasının əsas tənliyi. Bəzi cismlərin ətalət momentinin hesablanması. Hüygens-Şteyner teoremi. Ətalət momenti və ətalət ellipsoidi. Fırlanan cismin kinetik enerjisi. İmpuls(hərəkət miqdarı) momenti və onun saxlanma qanunu. Sərbəst oxlar, baş ətalət oxları. Giroskop. Giroskopik effekt. Giroskopik qüvvə. Giroskopun presessiyası.

Maye və qazların mexanikası. Mayelərdə təzyiq. Sükunətdə olan maye daxilində təzyiqin paylanması. Pasqal qanunu. Arximed qanunu, onun fiziki izahı.Maye və qazların hərəkəti. Axın xətti və axın borusu. Axının kəsilməzlik qanunmu. Bernulli tənliyi. Real mayenin hərəkəti. Puazeyl düsturu və Puazeyl qanunu. Maye və qaz daxilində cisimlərin hərəkəti. Alın müqavimət qüvvəsi və qaldırıcı qüvvə. Maqnus effekti.

Rəqslər və dalğalar. Rəqsi hərəkət. Harmonik rəqsi hərəkət. Riyazi və fiziki rəqqaslar. Harmonik rəqsin sürəti, təcili və enerjisi. Sərbəst rəqslər.Bir düz xətt üzrə baş verən harmonik rəqslərin toplanması. Döyünmə. Qarşılıqlı perpendikulyar istiqamətlərdə baş verən harmonik rəqslərin toplanması. Sönən rəqslər. Sönmə dekrementi. Məcburi rəqslər. Parametrik rezonans. Amplitud və faza rezonans əyriləri. Keyfiyyət əmsalı. Avtorəqslər. Əlaqəli rəqslər. Mürəkkəb rəqslərin harmonik toplananlara ayrılması.

Elastik mühitdə rəqslərin yayılması. Dalğalar. Dalğanın tənliyi. Qaçan dalğada yerdəyişmə və deformasiyanın yayılma sürəti. Dalğa tənliyi. Dalğanın enerjisi. Enerji seli sıxlığı vektoru. Dalğaların interferensiyası. Koherentlik. Durğun dalğalar. Durğun dalğalarda enerji çevrilməsi.



Xüsusi nisbilik nəzəriyyəsinin əsasları. Nisbilik nəzəriyyəsinin təcrübi əsasları. Lorens çevirmələri və onlardan alınan nəticələr.Hərəkət edən cismin uzunluğunun qısalması.Hərəkət edən saatın yavaşıması. Sürətlərin relyativistik toplanma qaydası. Relyativist kütlə,impuls və enerji.

Əsas ədəbiyyat



  1. Qocayev N.M. Ümumi Fizika kursu I c., BDU, 2006, 468 s.

  2. Qocayev N.M. Ümumi Fizika kursu I hissə, Mexanika, Bakı, Maarif, 1978, 264 s.


Əlavə ədəbiyyat

  1. Стрелкoв С.П. Механика М. М. Высшая шкoла, 1960, 312с.

  2. Сивухин Д.В. Курс физики I тoм, Механика, М.Наука,1989, 576с.

  3. Фейнман Р., Lейтoн Р., Сэндс М. Лекции пo физике I т. М. Мир, 1976, 541с.

  4. Киттель Ч., Нийт У., Рудерман М. Курс физики, I т., Механика, М. Наука, 1983, 446 с.

  5. Louis N. Hand, Janet D. Finch, Analytical Mechanics, Cambridge University Press, 1998, 575 p.

  6. Stephen T. Thornton, Jerry B. Marion, Classical Dynamics of Particles and Systems, Thomson Brooks/Cole, 2004, 656 p.

7.Əhmədov F.A. Ümumifizika. Mexanika, molekulyar fizika, BDU, 2006, s. 350

8.Матвеев А.Н. Механика и теoрияoтнoсительнoстиМ.Высшаяшкoла, 1986, 320с.

9.David Halliday, Robert Resnick, Kenneth Krane, Fundamentals of Physics, Wiley, 1998, 1332 p.

10.Raymond A. Serway, John W. Jewett, Physics for Scientists and Engineers, Thomson/Brooks Cole, 2004, 6th Edition, 1381 p.

11.Hugh D. Young, Roger A. Freedman, University Physics, Addison Wesley, 12th Edition, 2008, 1620 p.


Yüklə 33,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə