Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə6/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   2   3   4   5   6   7   8   9   ...   77

olmasına baxmayaraq, madam Voke Qorionun sifətinin xoş və tamamilə abırlı olduğunu etiraf edirdi. 
Bundan başqa, onun ətli, uzunsov baldırlarında və uzun, iri burnunda dul arvadın, görünür çox əziz 
tutduğu gizli məziyyətlər də hiss olunurdu. Qorionun bu gizli məziyyətlərini onun ay kimi girdə üzü 
üstəlik olaraq isbat edirdi. Qorio ata madam Vokenin nəzərində bütün varlığını hissə çevirə biləcək 
möhkəm əzələli bir heyvana bənzəyirdi. Qanad kimi iki tərəfə daranmış və səhər tezdən evə gələn 
politexnik məktəbin dəlləyi tərəfindən pudralanmış saçları alçaq alnı üzərində beş çiçək hörüyü kimi 
sallanaraq, üzünü qəşəng bir çərçivə arasına alırdı. Qorio bir az kobud olsa da, özünü o qədər ciddi tutur, 
tütün qabından tütünü o qədər səxavətlə götürür və ürəyi istədiyi qədər makuba* doldura biləcəyinə elə 
əmin görünürdü ki, madam Voke Qorionun bu mənzilə köçdüyü günün axşamı, yatağına uzan rkən, duzlu 
donuz piyində bişən kəklik kimi, kəfənindən ayrılmaq və Qorionun arvadı kimi yenidən dirilmək arzuları 
atəşində qıvrılırdı. Ərə getmək, pansionu atmaq, varlı şəhər əhalisinin bu ən yaxşı nümayəndəsi ilə qol-
qola verib gəzmək, öz məhəlləsində şöhrətli bir qadın olmaq, yoxsullara sədəqə toplamaq, bazar günləri 
Şuaziyə, Suaziyə və Jantilyiyə* gəzməyə getmək, pansionerlərdən birinin iyul ayında bağışlaya biləcəyi 
kontramarkanın intizarındansa, kefi istədiyi zaman teatra getmək, lojaya bilet almaq kimi bayağı Paris 
ailə həyatının Eldoradosu* artıq onun üçün bir xülya oldu. O, su-su topladığı qırx min franka malik 
olduğunu kimsəyə açıb söyləməzdi. Heç şübhəsiz, sərvət etibarilə o, özünü tamamilə əlverişli bir gəlin 
hesab edirdi. 
Madam Voke öz-özünə: 
– Başqa xüsusiyyətlərə gəlincə, mən tamamilə qocaya layiqəm, – dedi və qu tükü döşəyi üstündə dərin iz 
buraxan gözəlliklərini, sanki, bir daha etiraf edərək, o biri böyrü üstə çevrildi. Yoğun Silviya hər səhər bu 
izləri döşəyin üzərində görərdi. 
Madam Voke bu gündən sonra, tamam üç ayın ərzində daim cənab Qorionun dəlləyinə müraciət edərdi. 
O, pansionu ziyarət edən ehtiramlı şəxslərə uyğun olaraq, evdə müəyyən bir görkəm yaratmaq bəhanəsi 
ilə özünə bəraət qazandıraraq, bəzək üçün bəzi xərclərə belə yol vermişdi. O, var gücü ilə pansionerlərin 
tərkibini dəyişməyə çalışır, artıq öz pansionuna ancaq hər cəhətdən layiq adamlar buraxmaq niyyətində 
olduğunu hər yerdə dönə-dönə söyləyirdi. Yanına bir başqası gələr-gəlməz, o, dərhal bütün Parisdə ən 
məşhur və hörmətli tacirlərdən biri olan cənab Qorio ilə lovğalanar və qocanın ona hörmət edib 
pansionuna düşdüyünü fəxrlə söylərdi. Madam Voke “VOKENİN EVİ” sərlövhəsi ilə xüsusi prospektlər 
nəşr etdirmişdi. Bu prospektlərdə daha sonra qeyd olunurdu ki, “Vokenin evi”  atın məhəlləsində ən 
qədim və ən hörmətli bir ailə pansionudur. Pansionun qarşısında Qobelen manufakturası dərəsinə 
olduqca xoş (dördüncü mərtəbədən!) mənzərə açılır, burada sevimli bir bağça var, bağçanın axırında isə 
cökə xiyabanı uzanır. Pansionun sakit yerdə olduğundan və yaxşı havasından da bəhs olunurdu. Bu 
prospektin sayəsində qrafinya de l’Ambermenil madam Vokenin pansionuna gəlmişdi. Qrafinya otuz altı 
yaşlı qadın idi. O, dava meydanında ölən generalın dul arvadı kimi pensiya hüququna malik olduğundan, 
pensiya təyin və təsdiq edilməsi haqqında başladığı işin qurtarmağını gözləyirdi. Madam Voke xörəkləri 
yaxşılaşdırdı, təxminən altı ay müddətində ümumi otaqların qızdırılmasına xüsusi əhəmiyyət verdi və 
prospektdə vəd etdiyi şeylərə vicdanla əməl elədi. Hətta xərcin üstünə öz pullarından belə qoydu. Bunun 
nəticəsində madam Vokeyə “əziz dostum” deyə xitab edən qrafinya, Mare* məhəlləsində yaşayan iki 
dostunu – baronessa de Vomerlandla polkovnik qraf Pikuazonun dul arvadını belə, bu pansiona 
köçürməyi vəd etmişdi. Qrafinyanın bu dostları “Vokenin evi”nə nisbətən bahalı bir pansionda 


yaşayırdılar;  ununla belə, hərbi dəftərxana onların işlərini qurtardıqdan sonra bu xanımların vəziyyəti 
çox yaxşılaşacaqdı. O deyirdi: “Ancaq dəxtərxanalar onların işini hey süründürür”. Nahardan sonra hər iki 
dul qadın madam Vokenin otağına çəkilərək, laqqırtı vurar, qarağat şirəsindən içərək, yalnız ev sahibəsi 
üçün saxlanılan çərəzdən yeyərdi. Qrafinya de l’Ambermenil ev sahibəsinin Qorio haqqında 
mülahizələrini tamamilə bəyənər, bunun çox gözəl fikir olduğunu söyləyərdi: lakin o, elə birinci gündən 
bu əhvalatı başa düşmüşdü. Qrafinyanın rəyinə görə, Qorio birinci növ kişilərdən sayılmalıdır. 
Madam Voke ona deyirdi: 
– Ah, mənim əzizim! Bu kişi palıd kimi möhkəmdir, özünü çox yaxşı saxlamışdır, qadına hələ çox zövq 
vermək iqtidarındadır. 
Qrafinya alicənablıq hissi ilə madam Vokeyə dul arvadın tələblərinə o qədər də uyğun olmayan geyim və 
bəzəyi haqqında bəzi göstərişlər belə verdi. “Siz döyüşə hazır vəziyyətdə olmalısınız”, – dedi. Bir çox 
haqq-hesabdan sonra dul arvadların ikisi də Pale-Royala* gedərək, Taxta qalereyada lələkli şlyapa və 
cutqu aldı. Qrafinya öz rəfiqəsini həvəsləndirərək, “Balaca Janeta” mağazasına apardı. Burada onlar şərf 
və paltar seçib götürdülər. Bu döyüş ləvazimatı işə salındıqdan və dulcığaz başdan-başa silahlandıqdan 
sonra madam Voke tamamilə “Bef a lya mod”* restoranının lövhəsinə bənzədi. Buna baxmayaraq, o, 
yenə də yaxşılığa doğru xeyli dəyişmiş olduğunu zənn edərək qrafinyaya minnətdar olduğunu duyub, 
əliaçıq olmasa da, yadigar olsun deyə     iyirmi franklıq bir şlyapa bağışladı. Sözün doğrusu, o, qrafinyadan 
ancaq bir xidmətkarlıq tələb etmək niyyətində idi: qrafinya Qorionu danışdırmalı və Vokeni yaxşı bir 
şəkildə ona nümayiş etdirməli idi. Qrafinya de l’Ambermenil bu işdən dostcasına yapışaraq, qoca 
vermişel fabrikantının başına fır-fır fırlanırdı. Nəhayət, onunla söhbət etməyə müvəffəq oldu. Bu işdə 
onun yeganə arzusu vermişel fabrikantını yalnız özü üçün ələ keçirmək idi. Fəqət bütün sui-qəsdlərinin 
Qorio atanın utancaqlığına, bəlkə də, müqavimətinə rast gəldiyini gördüyü zaman, qrafinya qocanın 
yontalanmamış olduğuna hiddətlənərək otaqdan çıxdı. 
O, öz rəfiqəsinə dedi: 
– Bu adamdan heç şey qopara bilməyəcəksiniz, mənim mələyim. Onun heç şeyə inamı yoxdur, lap 
gülüncdür, axmaq adamdır, lap heyvan kimidir, xəsisdir, əziyyətdən başqa ondan heç bir şey gözləmək 
olmaz. 
Qrafinya de l’Ambermenillə cənab Qorio arasında baş verən bu hadisədən sonra qrafinya artıq onunla bir 
evdə belə yaşamaq istəmədi. Ertəsi gün qrafinya, pansionda qaldığı altı ayın haqqını belə verməyi 
unudaraq, beş frankdan artıq qiymətə getməyəcək zirzibilini qoyub, evi tərk etdi. Madam Voke onu 
axtarıb tapmaq üçün çox əlləşdisə də, Parisdə qrafinya de l’Ambermenil haqqında heç bir məlumat ala 
bilmədi. O, tez-tez bu kədərli hadisədən danışar, pişikdən belə inamsız olmasına baxmayaraq, həddən 
artıq insanlara etimad göstərdiyinə görə göz yaşı tökərdi. Madam Voke bu cəhətdən öz yaxın adamlarına 
inanmayan, lakin ilk təsadüf etdiyi adama aldanan bir çox insanlara bənzəyirdi. Bu, son dərəcə qəribə bir 
əxlaqi xüsusiyyətdir, lakin hər halda, elə bir həqiqətdir ki, onun köklərini insan qəlbində axtarıb tapmaq o 
qədər də çətin deyildir. Bəlkə də, bəzi insanlar birlikdə yaşadıqları şəxslərin hüsn-rəğbətini heç bir şeylə 
qazanmaq iqtidarında olmadıqlarından, onların qarşısında qəlblərindəki boşluğu göstərdikdən sonra 
ətrafında dolaşan şəxslərin haqlı olaraq gizlicə ciddi bir hökm verdiklərini hiss etməyə başlayırlar. Lakin 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə