Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
E) Mədə altı vəzin makrokistik adenoması 
 
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» -  Москва, 2004, 516 с. 
 
36) Mədəaltı vəzin xərçəngi zamanı  hansı orqan ilk növbədə  metastazla 
zədələnir? 
A) Sümük 
B) Baş beyin 
C) Böyrəküstü vəzilər 
D) Ağciyərlər 
E) Qaraciyər 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s. 
 
37) Mədəaltı vəzin başının xərçəngi zamanı aşağıdakı simptomlardan hansı  
daha çox rast gəlinir? 
 
A) Dərinin və görünən selikli qişaların sarılığı 
B) Ürəkbulanma 
C) Bədən hərarətinin qalxması 
D) Qarında küt ağrı 
E) Ümumi zəiflik 
 
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» -  Москва, 2004, 516 с. 
 
38) Mədəaltı vəzin xərçəngində daha çox rast gələn histoloji forma hansıdır ? 
 
A) İnsulinoma 
B) Andenokarsinoma 
C) Asinarhüceyrəli xərçəng 
D) Yastıhüceyrəli xərçəng 
E) Apudoma 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s. 
 
39) Mədəaltı vəzin baş hissəsinin xərçəngi üçün  sarılığın hansı növü daha çox 
xarakterikdir ? 
 
A) Hemolitik parenximatoz 
B) Hemolitik 
C) Obstruktiv 
D) Parenximatoz 
E) Yuxarıda sadalananların hamısı 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s. 
 


 
 
40) Mədəaltı vəzin cisminin və quyruq hissəsinin xərçəngində daha çox rast 
gələn simptom hansıdır ? 
 
A) Qusma 
B) İshal 
C) Bədən hərarətinin qalxması 
D) Sarılıq 
E) Epiqastral nahiyyədəki daimi, sızıldayıcı ağrı 
 
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» -  Москва, 2004, 516 с. 
 
41) Mədəaltı vəzin xərçənginin TNM – təsnifatında 12 barmaq bağırsağa sirəyət  
T – simvolla necə qimətləndirilir ? 
 
A) Тx 
B) Т1b 
C) Т3 
D) Т2 
E) Т1a 
 
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» -  Москва, 2004, 516 с. 
 
42) “Kurvuazye” simptomunun əlamətləri hansılardır ? 
 
A) Öd kisəsi nahiyyəsində ağrılı palpasiya 
B) Qaraciyərin böyüməsi 
C) Kəskin ağrılı ,böyümüş öd kisəsi 
D) Sarılıq fonunda ağrısız, böyümüş öd kisəsi 
E) Sarılıq fonunda bədən hərarətinin qalxması 
 
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» -  Москва, 2004, 516 с. 
 
43) Mədəaltı vəzin və Fater məməciyinin xərçəngi zamanı hansı laborator testlər 
daha informativdir? 
 
A) Qanın ümumi analizi 
B) Biokimyəvi  göstəricilər ( ALT , AST , xolesterin və.s) 
C) α- fetoproteinin təyin edilməsi 
D) Kanser – embrional antigen (CEA) 
E) Karbohidrat antigeni (CA 19.9) 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s. 
 
44) Biliopankreatoduodenal  sahə orqanlarına hansılar aiddir? 
 


 
 
A) Qaraciyər, qaraciyərxarici öd yolları, öd kisəsi, Fater məməciyi, 12-barmaq 
bağırsaq 
B) Qaraciyərdaxili öd yolları, öd kisəsi, 12-barmaq bağırsaq, mədəaltı vəz, qaraciyər 
C) Mədəaltı vəz, qaraciyər, 12-barmaq bağırsaq, öd kisəsi, dalaq 
D) Mədəaltı vəz, qaraciyər, 12-barmaq bağırsaq, mədə, öd kisəsi 
E) Fater məməciyi, 12-barmaq bağırsaq, mədəaltı vəz, öd kisəsi, qaraciyərxarici öd 
yolları 
 
Ədəbiyyat: Петерсон Б.Е. «Атлас онкологических оперций» - Москва, 1987, 536 
с. 
 
45) Mədəaltı vəzi xərçənginin müasir dövrdə radikal  müalicə üsulu hansıdır ? 
 
A) İmmunoterapiya  
B) Kimya – şüa müalicəsi  
C) Kimyaterapiya  
D) Cərrahi müalicə  
E) Şüa müalicəsi 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s 
 
46) Biliopankreatoduadenal zona orqanlarının xərçəngi zamanı daha çox 
istifadə olunan radikal cərrahi əməliyyat hansıdır ? 
 
A) Qastropankreatoduodenal rezeksiya 
B) 12-barmaq bağırsağın ekstirpasiyası 
C) Qastrektomiya 
D) Fater məməciyinin genişləndirilimiş rezeksiyası 
E) Splenektomiya 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
47) Mədəaltı vəzin xərçənginin şüa müalicə metodu hansı müalicə metoduna 
aiddir? 
 
A) Şərti - radikal 
B) Radikal 
C) Müştərək 
D) Kombinəolunmuş 
E) Palliativ 
 
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» -  Москва, 2004, 516 с. 
 
48) Peritonarxası şişlərin kliniki təzahürü ilk növbədə şərtlənir: 
 


 
 
A) Şişin lokalizasiyası ilə 
B) Şişin ölçüləri ilə 
C) Şişin histoloji strukturası və ölçüləri ilə 
D) Şişin histoloji strukturası ilə 
E) Şişin ölçüləri və lokalizasiyası ilə 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
49) Mədə - bağırsaq traktının və sidik çıxarıcı sisteminin rentqenkontrast 
müayinəsi  peritonarxası şişlərinin diaqnostikasında nəyə imkan verir? 
 
A) Şişin orqan məxsusluğunu və ya  qeyri orqan xarakterli olmasını təyin etmək 
B) Şişin morfoloji tərkibini təyin etmək 
C) Şişin histoloji tərkibini təyin etmək 
D) Şişin periton daxili və peritonxarici lokalizasiyasını təyin etmək 
E) Şişin qonşu orqanlara yayılmasını təyin etmək 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
50) Peritonarxası qeyriorqan mənşəli bədxassəli şişlərdə histologi guruluşuna 
görə ən çox hansı rast gəlinir? 
 
A) Leyomiosarkoma 
B) Miksoma 
C) Rabdomiosarkoma 
D) Liposarkoma 
E) Fibrosarkoma 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
51) Peritonarxası şişlərin klinik gedişini  necə səciyyələndirmək mümkündür? 
A) Uzunmüddətli simptomsuz periodla və tez-tez residiv verməsi ilə 
B) Erkən və tez- tez  metastazvermə ilə 
C) Tez – tez residiv verməsi ilə 
D) Uzunmüddətli simptomsuz gedişlə 
E) Residiv zamanı şişn bədxassəli əlamətlərinin artması ilə 
 
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 
с. 
 
52) Peritonarxası şişlərdə şişin yerli yayılmasının qiymətləndirilməsi üçün daha 
informativdir: 
 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə