ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə9/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

       – Miss Uinton, siz burada mənim tamaşaçımsınız. Mən sizin üçün çalıram, ancaq sizin üçün. 
 
          Cip gülümsədi. 
 
        – Siz mənimlə əylənirsiniz, – o, davam elədi, – ancaq xahiş edirəm, lazım deyil. Mən sizin üçün 
ona görə çalıram ki, sizə heyran olmuşam. Mən sizə son dərəcə məftun olmuşam. Mən o çiçəkləri sizə 
göndərəndə əsla sizi təhqir eləmək fikrim olmayıb. Bu sizin sifətinizi görmək xoşbəxtliyinin əvəzində 
minnətdarlıq ifadəsi  idi. 
 
          Onun səsi titrədi, Cip başını aşağı salıb dedi: 
 
       – Bu sizin tərəfinizdən çox lütfkarlıqdır. Mən də sizə çalğınız üçün təşəkkür eləmək istəyirəm. Siz 
çox gözəl çalırsınız, doğrudan da, çox gözəl!   
 
          O, yenidən yüngülcə baş əydi. 
 
        – Mən Londona qayıdanda siz mənə qulaq asmağa gələcəksinizmi?  
 
        – Mən elə fikirləşirəm, hər bir adam sizə qulaq asmağa gələr, əgər buna nail olarsa. 
 
        – Burada mən ancaq pul xətrinə çalıram, – o qımışdı. – Mən bu yerlərə nifrət edirəm, qəlbimi 
kədərlə doldurur. Sizinlə yanaşı heykəlin yanında oturan atanız idimi?  
 
         Cip başıyla təsdiq elədi. Qız hələ Forsenin onların tərəfinə etinasızca baş əyməsini unutmamışdı. 
Forsen əlini sifətində gəzdirdi, sanki, üzündəki donub qalmış ifadəni silmək istəyirdi.   
 
       – O, həqiqi ingilisdir. Siz isə, yox, siz istənilən ölkədən ola bilərsiniz! 
 
         Cip istehza ilə baş əydi. 
 
       – Hə, hə, – o, təkidlə dedi, – mən sizin haradan, şimaldanmı, cənubdanmı olduğunuzu müəyyən 
eləyə bilmədim. Mən bura sizi görmək ümidiylə gəldim və olduqca xoşbəxtəm. Miss Uinton, mən sizin 
qulunuzam, həm də çox sadiq! 
 
        O, sürətlə, çox sakit, nədənsə həyəcanlı ciddiliklə  danışırdı, səsində əsla sünilik hiss olunmurdu. 
Sonra birdən mızıldandı: «Ax, bu adamlar!», –  yenidən yüngülcə baş əydi və yoxa çıxdı. Baronessa 
artıq kimisə onunla tanış eləməyə gətirirdi. Bu görüşdən sonra Cip düşünürdü. «Doğrudanmı, o, 
hamıyla belə başlayır?» O, sadəcə, inana bilmirdi, səmimi həyəcandan qırılan səs,    itaətkar, pərəstiş 
dolu baxışlar!  
 
         Kiməsə etibar eləməyəcək dərəcədə olduqca həssasdı, keçirdiyi aludəolma və nifrəteləmə 
hisslərinin arasındakı uyğunluğu müəyyənləşdirə bilmirdi. Bu şərh olunmurdu, hər iki hiss hardasa 
onun qəlbinin dərinliyində bir-birinə qarışır, eyni zamanda da bir-biriylə mübarizə aparırdılar. Bu, 
əlbəttə, məhəbbət deyildi, hətta məhəbbətin başlanğıcı da deyildi, bu uşaqların bütün sehrli, əlçatmaz, 
səy göstərərlərsə, hər halda, əldə eləyə biləcəkləri şeylərə olan  təhlükəli marağına bənzər bir şeydi! 
Hələ burada musiqinin cəzbedici gücü və baronessanın onun xilas olması haqdakı sözləri… Lakin 
bütün bu hisslər və düşüncələr hələlik, yalnız yaranmaq ərəfəsindəydi. Qız ola bilsin, onu bir də heç 
vaxt görməyəcəkdi. Qız, hətta bunu istədiyini də bilmirdi. 
 


                  
 
IV FƏSİL 
 
 
 
       Cip hər səhər atası ilə birlikdə Koxbrunnenin mənbəyinə gedirdi, burada atası, o cümlədən, digər 
xəstələr də iyirmi dəqiqə ərzində müalicəvi sudan içməliydilər. Atası suyu içdiyi müddətdə qız hardasa 
parkın gözəl bir guşəsində oturub, praktika üçün alman dilində olan «Reklam» jurnalından hansısa bir 
romanı oxuyurdu.  
 
      Baronessa fon Maysenin yanında qeyri – rəsmi qəbulda olandan sonra da qız burada oturmuşdu. 
Onda  Turgenevin «Bahar süları»nı oxuyurdu. Birdən qraf Roseki gördü, əlində bir stəkan su tutmuş 
halda, cığırla gedirdi. Onun hansı təbəssümlə  Forseni ona təqdim eləməsini xatırlayıb, tələsik çətirlə 
özünü gizlədi. Qız onun laklanmış yarımçəkmələrdəki qıçlarını, aşağısı dar olan rahat şalvarını, enli 
kəmər bağlamış adama xas olan küt yerişini görürdü. Düşünəndə ki, o, qadın hiyləgərliyi ilə öz 
tualetindən istifadə eləyir, ona qarşı qərəzi daha da artırdı. Kişi beləcə qadına oxşamağa necə cürət 
eləyə bilərdi? Düzdü, kimsə onun yaxşı at çapdığını, təcrübəli qılınc oynadan olduğunu və çox güclü 
olduğunu demişdi. Yanından keçəndə qız onun qayıdacağından qorxaraq, Turgenevin kitabını bağladı 
və qaçdı. Lakin qızın qamətini, yüngül yerişini sezməmək mümkün deyildi. 
 
        Növbəti səhər qız həmin oturacaqda oturub nəfəsini tutaraq, pəncərə qabağında Cemlə Saninin 
arasındakı aydınlaşdırma mənzərəsini  oxuyarkən arxadan Forsenin səsini eşitdi: 
 
      – Miss Uinton! 
 
        Onun bir əlində suyla dolu stəkan vardı, o birisində isə şlyapasını saxlamışdı. 
 
      – Mən indicə sizin atanızla tanış olmuşam. Bir dəqiqəliyə yanınızda otura bilərəmi? 
 
        Cip oturacağın kənarına doğru çəkildi və o oturdu.  
 
       – Nə oxuyursunuz? 
 
       – Hekayə, «Bahar suları». 
 
       – Bu indiyə kimi yazılmışların ən yaxşısıdır! Haradasınız? 
 
       – Cemlə Sanin, tufan vaxtı. 
 
       – Gözləyin! İndicə madam Polozova gələcək!  Gözəl yazıdır! Neçə yaşınız var, miss  Uinton? 
 
       – İyirmi iki. 
 
       – Bu hekayəni tamamilə başa düşmək üçün çox cavansınız, ancaq siz, sizsiniz! Siz hisslərinizlə 
dərk edirsiniz. Bağışlayın, adınız necədir? 
 
       – Qita. 
 


       – Qita? Elə də məlahətli səslənmir.  
 
       – Məni həmişə Cip deyə çağırırlar. 
 
       – Cip? Ax, Cip! Hə! Cip! 
 
         O, qızın adını elə təkrarlayırdı ki, sanki, bunun ona heç bir dəxli yox idi, buna görə də Cip 
hirslənmədi. 
 
       – Mən atanıza dedim ki, sizinlə görüşmək xoşbəxtliyinə nail olmuşam. O, mənə qarşı çox nəzakətli 
idi. 
 
       – Atam həmişə nəzakətlidir, – Cip soyuq tərzdə səsləndi. 
 
       – O, şampan şərabının dondurulmasında istifadə olunan buz kimidir. Elə düşünürəm, mənim 
haqqımda artıq sizə deyiblər, necə mauvais sujet  (özünü pis aparan adam – (Frans.)… 
 
          Cip baş əydi. O diqqətlə qıza baxdı və dedi: 
 
        – Bu doğrudur, ancaq mən yaxşı da ola bilərdim, daha yaxşı.  
 
         Qız ona baxmaq istəyirdi, ancaq hansısa qəribə sevinclə çuğlanmış halda, bunu bacarmırdı. Bu 
insanda, hər halda, iradənin gücü vardı və özünü onun iradəsinə tabe eləməyə hazırdı!  Əgər qız istəsə, 
onu öz qulu, iti  eləyə və cilov qayışında saxlaya bilərdi. Qıza əlini uzatmaq qalırdı ki, o, diz çöküb 
qızın əlini öpsün. Qız bircə dəfə desəydi, «bura!», o, harada olsaydı belə, qaçıb gələrdi. İlk dəfə qız öz 
gücünü hiss edirdi və bu, onun başını hərləndirirdi. Lakin Cip özünə elə də əmin deyildi, özünü qalib 
hesab elədiyi  bu anlarda dərhal da şübhələr əhvalını korladı. Sanki, Forsen onun hisslərini oxuyaraq 
dedi: 
 
        – Mənə nəsə eləməyi əmr edin, dəxli yoxdur, nə olur, olsun. Mən yerinə yetirərəm, missis Uinton. 
 
        – Onda yubanmadan Londona qayıdın. Burada siz özünüzü, sadəcə, xərcləyirsiz. 
 
      – Siz məndən mümkün olmayan şeyi xahiş eləyirsiniz, miss… miss Cip! 
 
      – Xahiş edirəm, məni belə çağırmayın… məni belə xidmətçilərim çağırırlar. 
 
      – Elə mən də sizin xidmətçinizəm. 
 
      – Ona görəmi mənim xahişimi yerinə yetirmək istəmirsiniz? 
 
      – Siz qəddarsınız! 
 
         Cip gülümsədi. O, gözlənilməyən qızğınlıqla dedi: 
 
      – Mən sizin yanınızdan heç yerə getmərəm. Heç bu haqda düşünməyin də! – Birdən o, cəld əyildi, 
qızın əlini dodaqlarına yaxınlaşdırdı və sərt dönüb getdi. Həyəcanlanmış və heyrətlənmiş Cip hələ də 
onun sərt bığlarının toxunuşu hiss olunan əlinə baxırdı. Sonra o, yenidən güldü, əcnəbilər kimi əl 
öpmək, hər halda, artıq idi. Qız yenidən kitabı oxumağa başladı, ancaq oxuduqlarının mənası ona 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə