Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə206/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   202   203   204   205   206   207   208   209   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 

433 



 

1863-cü  ildə  türkmənlər  arasındakı  səyahatini  həyata  keçirən  türkoloq 

A. Vamberinin siyahısında bir çox oymaqların obaları verilməmişdir. 

General  Petruşeviçin  siyahısı  da  (1878)  xüsusilə  yomut  və  göklənlərin 

oymaq təşkilatları baxımından dəyərlidir. Onun siyahısı həm şəxsən özünün 

yerində apardığı araşdırmalara, həm də Astarabaddakı konsul Bakulinin təs-

bitlərinə əsaslanır. 

Siyahılarda  oymaqlara  mənsub  obaların  adları  və  oturduqları  yerlərdən 

bir çoxlarının doğru təsbit edilməmiş olduğu görülüyor. Ancaq mənim üçün 

də  bu  adlardan  mühüm  bir  qisminin  doğru  oxunuşlarını,  xüsusilə  əlimdəki 

materialın məhdud olmasından dolayı, tapmaq mümkün olmamışdır. Bu si-

yahılardakı boyların qolları və obaları arasında diqqətimizi və ilgimizi çəkən 

az isim vardır. Bunların çoxu da oğuz boylarının adlarıdır. XVI əsrdəki Aba 

bəyin oxlu (ohlu) oymağı varlığını itirdiyi üçün siyahılarda yer almır. 

“Şərəceyi-tərakimə”də yomut, təkə, ərsarı, sarıq, yəmrəli kimi oymaq və 

ya topluluqların oğuz salur boyundan gətirildikləri söylənmiş və sxemlərdə 

də göstərilmişdir. Bu xüsus nə dərəcədə doğrudur, bir şey söyləmək olmaz. 

Salurdan çox gəridə olmaq üzrə, Xəzərarxası türkmənləri arasında sayca 

ikinci sıranı çavuldurlar (çavdur) alır. Bunlar, görüldüyü kimi, iğdır və soy-

naçılarla birlikdə Həsən əli adı altında ayrı bir topluluq təşkil etmişlər. 

Həsən  eli  digər  oymaqlar  kimi  Manqışlaqdan  ayrılmayaraq  kalmıklara 

tabe olmağı qəbul etmişdir. Hətta kalmıklar bu eldən bir qisminı Şimali Qaf-

qaza  köçürmüşlər.  Bu  köçürülənlərə  sonralar  Stavropol  türkmənləri  deyil-

diyini bilirik

1



Çavuldur Çaka Anadolunun fəthi xatirələrində anılan bəylərdən biridir. 



Ancaq  iğdırların  adına  nə  dastani  əsərlərdə,  nə  də  tarixi  qaynaqlarda  rast 

gəlinir. Əvəzində iğdırların XVI əsrdə Anadoluda 43 yer adına sahib olaraq 

onun cu yeri tutduqları, eyni əsrdə İç-el və digər bölgələrdə onlara mənsub 

bir çox oymaqların yaşadıqları da müşahidə olunmuşdur. 

Göründüyü kimi, göklən obaları arasında kayı, bəydili və bayındır kimi 

oğuz boy adını daşıyan təşəkküllər var və bu topluluğun ən önəmli qismini 

onlar  meydana  gətirirlər.  Göklənlərin  xatirələrinə  görə  onlar,  Dodurğa  və 

Əli Dağlı adlı iki qardaşdan törəmişlər. Altı göklən obasından üçü (bayındır, 

kırık  və  yonyak  sağrı)  Dodurğanın,  digər  üçü  isə  (kayı,  ay-dərviş  və  çakır 

bəydili) Əli Dağlının nəslidir. Buradaki Dodurğa adı diqqətimizi çəkir. Çün-

ki  bu adda bir oğuz boyu vardır. Əyər bu adın  təsbitində bir xəta  yox isə, 

                                                           

1

 Bu  türkmənlərin  daha  öncələri  kalmık  xanı  Munçak  (Monçak)  zamanında  (1667-1670) 



köç etməyə haşladıqları və bu köçün türkmənlərin öz istəkləri ilə həyata keçirildiyi də söy-

lənir (Barthold, həmin əsər, s. 157). Türkmənlər kalmıkların 1771-ci ilin qışında Orta Asi-

yadakı  yurdlarına  dönüş  yürüyüşünə  də  qatılmaq  zorunda  buraxılmışlar.  Bunlardan  ancaq 

bir qismi geri dönə bilmişdir (həmin əsər, s. 157-158). 




FARUQ SÜMƏR 

 

434 



 

göklənlərin  bir  qolu  (heç  olmazsa  onun  iki  oymağı)  dodurğalardan  gəlmiş 

ola bilər

1



Göklənlər arasında yaşayan və oğuz boy adını daşıyan təşəkküllərin əha-

lisi çox deyildir. Onun üçün bu təşəkküllərin adları tarixi qaynaqlarda nadi-

rən keçir və ya heç keçmir. Əsasən göklənlərin əhalısi digər topluluqlara nə-

zərən  çox  azdır,  göründüyü  kimi,  1880-ci  illərdə  4.000  ailə  olaraq  hesab-

lanmışdır. 

XVI əsrdə Astarabad bölgəsindəki türkmən oymaqları arasında var olan 

eymürlərə (eymir)  gəlincə, bunlar siyahılarda  yomuta bağlı olaraq  göstəril-

mişdir. Eymürlərin daha sonra zəif bir duruma düşüncə  yomuta bağlandığı 

anlaşılır. Yenə yomut obaları arasında iğdır adlı bir təşəkkül də görünür.  

Siyahılarda  yer almayan Xorasanda Nəsa civarındaki  qaradaşlıların  ya-

zırlar olduqlarını bilirik. Bu yazırların orada bir bəylik qurduqları görülmüş-

dü.Xorasandaki qara bayatlar çağatay oymaqları arasında zikr edilir

2

.  Bun-


dan qara bayatların səfəvilərdən öncə, gərəyli və cəlayirlər kimi çağatayların 

idarəsi  altında  olduqları  anlaşılır.  Qara  bayatların  adları  “Şəcəreyi-təraki-

mə”də də keçmir. Bundan dolayı, daha öncə də işarət edildiyi üzrə, bu ba-

yatların  çağatay  ulusu  arasındakı  bayautlar  (bayağut)  olduğunu  quvvətlə 

ehtimal edirik. 

Anlaşılacağı  üzrə,  Xəzərarxası  türkmənlərinin  böyük  topluluqları  və 

bunların qolları ilə obalarınınki kimi adlar daşıyan oymaqlar Türkiyədə çox 

az  və  nadirən  görünə  bilir.  Türkiyədəki  Qaraman  eli  və  Təkə  eli  (Antalya 

bölgəsinin əski adı) adlarındakı Qaraman və Təkənin şəxslərdən gəldiyi bi-

lindiyi  halda,  bu  yer  adları  ilə  Xəzərarxası  türkmənlərindəki  salurun  qara-

man obası və təkə topluluğu arasında heç də doğru olmayaraq bir münasibət 

olduğu düşünülmüş və hətta Qaraman oğullarının salurlardan çıxdıqları eh-

timali belə ortaya atılmışdır. 

 

 



 

 

 

 

 

 

 

 

 

                                                           

1

 Daha  öncə  də  işarət  edildiyi  kimi,  siyahıların  birində  bu  ad  dodourg,  digərində  isə  dou-



dougah şəklində görünür. 

2

 İskəndər bəy. Tarixi-aləm-arayi-Abbasi, II, s. 1087. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə