FARUQ SÜMƏR
22
cə, onların böyük əksəriyyətində türklər məskun idi. Kəndlilərə XIII əsrin
ikinci yarısında türk də (ərəbcə cəmdə: ətrak) deyilirdi. İraq, Suriya və Misir
şəhərlərində xalq ərəbcə danışdığı halda «ərəb» sözü ilə ancaq köçəri ərəb-
lərin nəzərdə tutulduğunu xatırlasaq, bu ad türklərə dövlətin mülki təşkila-
tında vəzifə tutan iranlı məmurlar tərəfindən verilmiş kimi görünür. Bu min-
valla «türk» sözü həm də «kəndli» mənasına gəldi ki, osmanlı dövründə, xü-
susilə XVII əsrdən etibarən osmanlı məmur və ziyalıları tərəfindən də hə-
min mənada işlədilmişdir.
Səlcuqlular dövründə üçüncü ünsürü türkmənlər, yəni köçəri türk icması
meydana gətirirdi. Onlar çox zaman öz qövmi adları ilə, yəni türkmən sözü
ilə xatırlanırdı. Türkmənlər əhali baxımından olduğu qədər siyasi baxımdan
da çox qüvvətli ünsür idilər.
Türkmənlər, yəni köçəri türk ünsürü Anadoluda monqol hakimiyyətinə
qarşı hər yerdə qorxu bilmədən mübarizə aparmışlar. Çünki onlar oturaq
türk ünsürünün əksinə mübarizə üçün lazımi təşkilata, inzibata və döyüş ru-
huna sahib idilər. Oturaq türk xalqına gəlincə, onların öz aralarında birləşə-
rək qüvvətli bir mübarizə cəbhəsi yaratmaları mümkün olmurdu. Əgər türk-
mənlər olmasaydı, Anadoluda monqol hakimiyyətinin daha uzun müddət
davam edəcəyi mümkün olduğu kimi, ölkə xarici istila və fütuhatlara qarşı
həmişə müdafiəsiz qalacaqdı.
Köçəri türk ünsürünün öz içindən çıxmış səlcuqlu xanədanı ilə münasi-
bətləri dövlətin qurulmasından sonra pozulmuşdu. Bunun başlıca səbəbi səl-
cuqlu xanədanının digər islam sülalələri kimi muzdla tutulmuş, çoxusu da
başqa türk qövmlərinə mənsub məmlüklərdən, yəni qullardan seçmə ordular
təşkil etmələri və dövlətin yüksək hərbi vəzifələrini onlara vermələridir. Xa-
nədan bu seçmə orduya sahib olduqdan sonra qövmdaşları olan türkmənlərə
büsbütün deyilə biləcək bir şəkildə əhəmiyyət verməmiş, onları sanki unut-
muşdur. Hadisəyə səlcuqluların, sonra isə osmanlıların qullardan ibarət seç-
mə ordulardan istifadə etmələrinə türk ünsürünün zəifləməsinin qarşısını
alan amillərdən biri kimi baxmaq bəlkə də mümkündür. Ancaq bütün ali və-
zifələrin bu seçmə orduya mənsub insanların əlində olması hərbçi bir qövm
olan türklər arasında geniş etirazlar doğurmuşdur. Bu etirazlar səlcuqlu döv-
lətinin zəifləməsində və yıxılmasında mühüm bir amil təşkil etdiyi kimi, os-
manlı imperiyasının gücunü itirməsinə, türk xalqının böyük fəlakətlərə uğ-
ramasına və Anadoluda böyük dağıntıların meydana çıxmasına da səbəb ol-
muşdur. Digər tərəfdən, səltənət varisliyi işinin dəyişməz bir qaydaya bağ-
lanmamış olması da daxili müharibələrin baş verməsinə, türk dövlətlərinin
zəifləməsinə və süqutuna səbəb olan başqa mühüm bir amil idi. Bunlarla
yanaşı, əmirlərin və bəylərin öz hökmdarlarından inciyərək itaətsizlik gös-
tərmələri və üsyan etmələri də tez-tez müşahidə edilən hadisələrdəndir. Bəs
bütün bunlara baxmayaraq necə olmuşdur ki, türklər bu qədər uzun müddət
OĞUZLAR (TÜRKMƏNLƏR)
23
siyasi hakimiyyətlərini davam etdirə bilmişlər? Şübhəsiz ki, bu hal onların
yalnız hərbi qabiliyyətləri və ana yurddan müntəzəm surətdə canlı qüvvə al-
maları ilə izah edilə bilməz. Monqol istilası qədim türk aləmini tamamilə or-
tadan qaldırmaqla, Türküstan və Orta Şərqdə qorxunc qırğınlar və dağıntılar
törətməklə qalmamış, abad və varlı Anadolunun da iztirablı bir dövr keçir-
məsinə səbəb olmuşdur. Bununla bərabər, monqol istilasının və haknmiyyə-
tinin Qərb türklüyü baxımından bir çox müsbət, mühüm nəticələri də olmuş-
dur. Əvvəlcə də göstərildiyi kimi, oğuz, yaxud türkmən qövmünün Türküs-
tanda və İranda yaşayan elatlarının çoxusu bu istila nəticəsində Anadoluya
gəlmişdi. Bu minvalla Anadolu maddən və mənən qüvvətli bir şəkildə oğuz
türklüyünün yurdu vəsfini qazanmışdır. Digər tərəfdən, monqollar özləri ilə
birlikdə başqa türk qövmlərinə mənsub çoxlu adam gətirmişdilər ki, onlar da
Yaxın Şərq türklüyünü qüvvətləndirmişlər. Üçüncüsü, Yaxın Şərqdə türk
mədəniyyətinin ərəb və fars mədəniyyətləri yanında üçüncü bir mədəniyyət
olaraq qüvvətlə yer tutması monqol hakimiyyəti dövründə müşahidə edilir.
Bu arada İrandakı monqol sarayında qüvvətli bir türklük şüuru doğmuş və
bunun nəticəsində yaranan əsərlər Qərb türklərində, yəni türkmənlərdə də
qövmi duyğuların daha şüurlu, daha yayğın səciyyə qazanmasında mühüm
amil olmuşdur.
Səlcuqlular və osmanlılar arasındakı dövr bəyliklər dövrüdür. Bu dövrün
başlıca məziyyəti səlcuqlular zamanında alınmamış torpaqların fəth edilməsi,
türk əhalisinin və mədəniyyətinin şəhərlər başda olmaq üzrə çox qüvvətli bir
mövqe qazanması, türkcənin ədəbi və rəsmi dil kimi fars dilinə qarşı rəqib-
siz bir mərtəbəyə yüksələcək dərəcədə inkişaf etməsidir. Digər tərəfdən,
Anadolunun böyük bir qismi əcnəbilərin qibtə edəcəyi bolluq içindəydi. Hər
biri bir vilayətin sahibi olan bəylərin ölkələrini abad etmək üçün əllərindən
gələni əsirgəmədikləri müşahidə olunur.
Xalis oğuz-türkmən olan osmanlı xanədanının Anadoluda gördüyü iş
Bursadan Boğaziçinə qədər olan Mərmərə bölgəsini fəth etməsidir. Osmanlı
xanədanı tarix səhnəsinə çıxdığı zaman Anadoludakı türk cəmiyyəti çoxdan
formalaşmışdı. Bu xanədan türk cəmiyyətinin başçısı olanda hər şeyi hazır
şəkildə qəbul etdi. Osmanlılar qərbdə, Rumeli tərəfdə fütuhatlarla məşğul
ikən, qaraqoyunlular da şərqdə Teymurun istilası səbəbilə İran istiqamətində
gecikən fəthlərini XV əsrin əvvəllərindən etibarən həyata keçirməyə başla-
dılar. Beləliklə, Anadoluda hər iki tərəfdə fəth etmə yolu ilə yayılma hə-
rəkatı başlandı. Qərb yönündəki yayılmanı Qərbi Anadolu, Mərmərə bölgəsi
və qismən də Orta Anadoludakı türk oymaqları və oturaq türklər, İran istiqa-
mətindəki yayılmanı isə Şərqi və Cənub-Şərqi Anadoludakı türk oymaqları
canlı qüvvə ilə bəsləyirdi. Bu yayılmaların əhali artıqlığı və iqtisadi sıxıntı-
larla əlaqədar olmadığı aydındır. Çünki Anadolunun XVI əsrdəki əhalisinin
4-5 milyondan çox olmadığı məlumdur. İran istiqamətindəki köç hərəkatı