Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı



Yüklə 145,5 Kb.
səhifə7/7
tarix03.05.2023
ölçüsü145,5 Kb.
#108141
1   2   3   4   5   6   7
Muradlı Murad

Marketinq bölməsinin hüquq şöbəsi ilə qarşılıqlı əlaqəsi. Hüquq şöbəsinin işçiləri marketinq bölməsi ilə birlikdə müəyyən fəaliyyət növlərinin hə­yata keçirilməsində, xüsusən də idxal-ixrac əməliyyatlarının yerinə yetirilməsində, məhsulgöndərmələrə dair müqavilələrin bağlanmasında iştirak edir; marketinq bölməsini maraqlandıran qanunların, qanunvericilik aktlarının və hüquq nor­ma­la­rın tələblərini və onların tətbiqi qaydalarını onlara izah edir və marketinq xidməti işçilərinin hüquqi savadının artırılması üzrə tədbirlər həyata keçirir və müəyyən məsələlər üzrə onlara məsləhət və tövsiyələr verir-lər.
Marketinq bölməsi isə hüquq şöbəsinin işçilərinə marketinq fəaliyyətinə dair izahlar və məsləhətlər verirlər.
Marketinq xidmətinin kadrlar şöbəsi ilə qarşılıqlı əlaqəsi. Marketinq bölməsi kadrlar şöbəsi ilə birlikdə ştat cədvəlini və hər bir ştatın vəzifə təlimatlarını hazırlayır, onların səlahiyyət və məsuliyyətini müəyyən edir, yüksək ixtisasa və biliklərə, istehlakçı ilə ünsiyyət yaratmaq bacarığına malik olan işçilər axtarır, onlarla sorğular aparır, onları müxtəlif testlərdən keçirir və bunların nəticəsindən asılı olaraq onları işə qəbul edir, onları təlimat-landırırlar, işçilərinin ixtisasının artırılmasına və yeni ixtisaslara yiyələnməsi üzrə tədbirlər hazırlayır və həyata keçirirlər, işçilərin mükafatlandırılması və vəzifələrinin artırılmasına dair rəhbərliyə təkliflər verirlər.
Müəssisənin marketinq xidməti kadrlar şöbəsinə kadrlara olan tələbat haq­qın­da, marketinq fəaliyyətinin xarakteri və xüsusiyyətləri, bu sahədə işləyən mü­tə­xəssislərin ixtisaslarına, bilik və bacarıqlarına, hansı işləri yerinə yetirəcəyi haq­da məlumatlar verir və bu sahədə onların biliklərinin artırılması üzrə tədbirlər həyata keçirirlər.


Yüklə 145,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə