Ödənilməsi deməkdir


Mövzu: Mzhsulun keyfiyyətinin təmini və idarə tdilməsi



Yüklə 0,65 Mb.
səhifə4/7
tarix31.08.2018
ölçüsü0,65 Mb.
#65537
növüDərs
1   2   3   4   5   6   7

Mövzu: Mzhsulun keyfiyyətinin təmini və idarə tdilməsi.

Keyfiyyət üzrə beynəlxaiq standartlar.
Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003
Plan:
1. Məhsulun keyfiyyətinin təmin və idarə olunması haqqında anlayışlar

2 Məhsulun keyfiyyət göstəriciləri.

3 Məhsulun keyfiyyətinin idarə olunması.

4. Məhsulun keyfiyyəti üzrə beynəlxalq standartlar.


Son zamanlar bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq istehsal edilən məhsulun keyfiyyəti, etibarlılığı, təhlükəsizliyi və rəqabət qabiliyyəti kimi anlayışlara tez-tez rast gəlirik. Məhsulun sertifıkatlaşdırılması və istehlakçıların hüquqlarının təmin edil-məsi məsələləri də ön plana çəkilir.

Bu onunla əlaqədardır ki, keçmiş SSRİ-nin Dövlət Plan Komitəsi və dövlət təchizatı dövründə müəssisələr istehsal etdikləri məhsulların keyfiyyətinə və satılmasına görə çox da narahat ol-murdular. Çünki həmin məhsullar fond tapşırıqları əsasında planlı şəkildə müəssisələr və təşkilatlar arasında qabaqcadan bölünürdü. İndiki bazar iqtisadiyyatına keçid dövründə isə keçmiş SSRİ mə-kanına daxil olan ölkələrin istehsal göstəriciləri dərin iqtisadi böhran nəticəsində kəskin şəkildə aşağı düşmüşdür. İstehsal edi-lən məhsulların əksəriyyəti isə nə daxili, nə də xarici bazarlarda keyfiyyət göstəricilərinə və qiymətinə görə rəqabət apara bilmir və münasib qiymətə satılmır.
2

Bu cür şəraitdə əgər müəssisələr istehsal etdikləri məhsulların və təklif etdikləri xidmətlərin rəqabət qabiliyyətini təmin edə bilməsələr, onları müflisləşməkdən heç bir sərmayə qoyuluşu xilas edə bilməz. Məhsulun rəqabət qabiliyyətinin əsasnı onun keyfıyyət göstəriciləri, qiyməti, təchizat müddəti,

etibarlılığı, servis xidmətləri və bir sıra başqa amilər müəyyən edir. Lakin bunların içində məhsulun keyfiyyət göstəriciləri əsas yer tutur.
Məhsulun keyfiyyəti və onun idarə edilməsi haqda anlayışlar

Keyfiyyətin tə'min edilməsi üçün müvafıq maddi baza, yüksək ixctisaslı işçi personalı ve keyfıyyətin dəqiq, opreativ ildarə edil-məsi tələb edilir.

Məhsulun keyfıyyətinin təmin edilməsi və idarə olunması nə deməkdir?

Keyfiyyət anlayışı çox genişdir. Buraya insanların işgüzarlıq keyfiyyəti, məhsulun, xidmətlərin, işlərin keyfiyyəti, insanların həyatının keyfiyyəti və s. daxildir.

Akademik A.V.Qlıçev həyatrn keyfiyyətinin tərkib hissələrini aşağıdakı kimi təsvir edir: həyat tərzinin keyfıyyəti, təhsil və mədəniyyət, ictimaiyyətdə mənəvi-əxlaqi-psixoloji mühit, vetəndaşlığın sağlamlığı və uzu-nömürlüyü, təbiət mühiti - ekologiya, maddi mühit - malların və xidmətlərin keyfiyyəti.

BMT-nin qərargah-mənzilində mütəmadi olaraq müxtəlif ölkələrin həyat tərzinin keyfiyyətinin səviyyəsinin analizi aparılır. Bu məlumatlara asasən insanla-rın inkişaf tərzinin indeksi üzrə birinci on bir yeri sıra ilə aşağıdakı ölkələr tutur: Yaponiya, Kanada, Norveç, İs-veçre, İsveç, ABŞ, Avstraliya, Almaniya, Niderland, Fransa, İng-iltərə. Qeyd etmək lazımdır ki, 1990-cı ildə keçmiş SSRİ bu gö-stəriciyə görə 33-cü yeri, 1996-cı ildə isə onun varisi Rusiya 57-ci yeri tuturdu.

Digər tərəfdən 1980-ci illərdə dünya iqtisadiyyatında istehsa-lın ümumi həcminin orta hesabla 80%-i ABŞ-da, Avropa ölkələrində və Yaponiyada cəmlənmişdir. 1990-cı illərin sonunda Çin, Hindistan və digər inkişafda olan ölkələrdə bu göstəricilərin art-ması ilə yuxarıda göstərilən ölkələrin payı 70%-ə enmişdir. Buna baxmayaraq elm tutumlu istehsal sahələrində (maşınqayırma, av-
3

tomobil, silah, senaye avadanlığı istehsalı, elektronika, aviakos-mik sənaye və b.) ABŞ, Avropa ölkələri və Yaponiya hələ də ən qabaqcıl ölkələr hesab edilir.

Həyat tərzinin keyfiyyətinə təsir edən ən güclü amil insanları əhatə edən maddi mühitdir. Maddi mühitin isə əsasını məhsulla-rın və xidmətlərin keyfıyyət göstəriciləri təşkil edir. Нәг bir ölkə üçün bu amil həmişə aktual olaraq strateji problem hesab edilir.

Məlumdur ki, istehsal sahələrindən əldə edilən gəlir məhsulun maya dəyəri ilə satış qiymətinin fərqindən və satış həcmindən yaranır. Ona görə dünya bazarlarnda eyni çeşidli malların daha yüksək keyfiyyət göstəriciləri və münasib qiymətləri onların rə-qabət qabiliyyətini və onlara olan tələbatı artırır, əmtəə-pul dövriyyəsini sürətləndirir, nəticədə əldə edilən gəlir də artmış olur.

İstehlakçılar satışdan malları alan zaman onların texniki xarakteristikalarına, asan və zəmanətli istifadə eldilməsinə, uzu-nömürlülüyünə, onlara xidmətetmə şəraitinə, yaraşıqlı xarici görünüşünə, qablaşdırılmasına, nəqletdirilməsinə və b. göstərici-lərinə fikir verərək əmtəəni istehlak dəyərinin təyin olunmuş qiyməti ilə

müqayisə etdikdən sonra almağa qərar verir. Deməli, malların bazarlarda yaxşı satılması üçün alıcı, yaxud istehlakçı, onun zəmanətii keyfiyyət göstəricilərinə və ona münasib olan qiymətinə önəm verir və ya əmin olmalıdır.

Beləliklə, malların keyfıyyət göstəriciləri onların teyinatına uyğun olan xüsusiyyətlərinin, forma və konstruksiyalarının, xarici görünüşlərinin, texniki xarakteristikalarının, istifadə şəraitinin birlikdə cəmi ile müəyyən edilir. Əmtəənin faydalılığı isə, əsasən onun texniki xarakteristikası ilə müəyyən olunur.

Digər tərəfdən qeyd edilməlidir ki, məmulatın texniki xarak-teristikasının və digər keyfiyyət göstəricilərinin yüksəldilməsi onun maya dəyərini və digər xərclərini artırır. Deməli, həmin məmulatın bazarda satış qiyməti də artır. Ona görə istehsaldan qabaq ciddi marketinq tedqiqatları aparılaraq bazara çıxarılan məhsulun miqdarına tələbat, istehsalçı tərəfindən məmulatın keyfıyyət göstəricilorinə qoyulan tələblər, maya dəyəri və mümkün ola bilən satış qiyməti öyrənilməlidir. Dünya bazarla-rında
4

məmulatm satış qiyməti müəyyən edildikdə əhalinin həyat tərzinin səviyyəsi, onun ауп-ayrı qruplarının alıcıhq qadiliyyətləri nəzərə alınmalıdır.

Məsələn, hazrkı dövrdə dünya bazarlarında ən ucuz və aşağı keyfiyyət göstəriciləri olan, Çində istehsal edilən istehlak malları az təminatlı əhali tərəfindən kütləvi şəkildə аlınıг. Bu cur hal-larda həmin malları istehsal edən Çin müəssisələri

Dünya patent qanunlarını və əqli (intellektual) mülkiyyət qanunlarını pozaraq onlarla rəqabət aparan və eyni çeşidli mallar istehsal edən xarici şirkətlər tərəfındən тәһlükə proseslərinə cəlb olunurlar.

Məmulatın keyfiyyət göstəriciləri qabaqcadan - hələ layihələndirmə mərhələsində proqramlaşdılır və konstruktor sənədlərində nəzərdə tutulur. Lakin təcrübə göstərir ki, çox zaman məmulatı həmin texniki sənədələrə tam uyğun istehsal etmək mümkün olmur. Əgər istehsal edilən məmulatların hər bir par-tiyası yoxlanılarsa, onun keyfıyyət göstəricilərinin tələb olunan qiymətlərə nisbətən səpələnməsi müşahidə edilər. Deməli, bəzi məmulatların keyfiyyət göstəriciləri normadan kənara çrxrr.

İstehsal edilən məmulatların keyfryyət göstəricilərinin kon­struktor sənədlərində müəyyən edilən normalara uyğunluq dərəcəsi, onların texniki tələblərinə uyğunluq dərəcəsi hesab edilir. Ona gorə də istehsal edilən məmulatların texniki tələblərə uyğunluq dərəcəsininin yüksək səviyyəsinə nail olmaq üçün onların defektlik faizi aşağı olmalıdır.

Adi halda müəssisədə istehsal zamanı məmulatların defektliliyini aşağı salmaq üçün ona nəzarət edən sistemi gücləndirmək və xərclərini artırmaq lazım gəlir. Nəzarət nə qədər ciddi olarsa, məmulatların defektliliyi о qədər aşağı düşər. Lakin bu zaman nəzarət xərcləri artar. Burada məmulatların texniki tələblərə uyğunluq dərəcəsini keyfiyyətə nəzarət sisteminin xərcləri hesabına qaldırmaq lazım gəlir. Ona görə də məmulatların keyfiyyət-nin idarə edilməsi sistemi daim təkmilləşdirilərək həmişə diqqət mərkəzində saxlanır.

5

Məhsulun keyfiyyətinin idarə edilməsi nədən ibarətdir? Müəssisələrdə istehsal prosesində məhsulun keyfıyyətinin idarə edil­məsi dövrü xarakter daşıyır: planlaşdırma-yerinə yetirmə-nəzarət-idarəetmə.

Planlaşdırma funksiyasımüəssisənin rəhbərliyi tərəfmdən bazarların öyrənilməsinin, kapital qoyuluşlarının səmərəlilik əm-salının, müəssisənin texniki səviyyəsinin, məhsulun gözlənilən maya dəyərinin və satış həcminin, keyfiyyətə

nəzarət sisteminin effektliliyinin öyrənilərək təhlil edilməsi nəticəsində stra-tegiyanın və taktikanın müəyyənləşdirilməsini və istifadə edil-məsini nəzərdə tutur.

Konstruksiyanın planlaşdırılan keyfıyyət göstəriciləri onun çertyojlarında, texniki şərtlərində və digor texniki sənədlərdə öz əksini tapir. Həmin texniki sənədlər məhsulun istehsalı zamanı məcburi normativ göstərişlər kimi rəhbərliyə götürülür.

Үеггпә yetirmə funksiyası - konstruksiyanın planlaşdırılmış keyfiyyət göstəricilərinin hazır məhsulda öz əksini tapmasmdan ibarətdir. Həmin funksiyaya texnoloji prosesin layihələndirilməsi, istehsal prosesinə uyğun avadanlığın seçiüb

müəyyənləşdirilməsi, optimal iş prosesinin və keyfiyyətə nəzarət metodunun müəyyən edilməsi və s. daxildir. Bundan əlavə iş icraçılarının təlimi və məşqi də

həmin funksiyaya aid edilir. Bütün bu işlər kompleksi məhsulun texniki tələblərə maksimum dərəcədə uyğunluğunun təmin edilməsinə xidmət edir.

Nəzarət funksiyası -məhsulun hazırlanması dövründə və ba-zara satışa çıxardıqdan sonra yerinə yetirilir. İstehsal dövründə məhsulun, yaxud onun ауrı-ауrı hissələrinin texniki tələblərə uy-ğunluğu daim yoxlanır, uyğun gəlmədikdə lazımi tədbirlər görü-lür. Məhsulun satış dövründə ona olan tələbat və alıcıların xüsusi qeydləri öyrənilir, nəticələri istehsal dövründə nəzərə alınır.

İdarəetmənin təsiri funksiyası - məhsulun satışı üzrə tədbir-lərin yerinə yetirilməsini, satış strategiyasının müoyyənləşdiril-məsini, ona texniki xidmətlərin (servisin) aparılması üzrə tədbir-lərin görülməsini nəzərdə tutıır. Bundan başqa bazarda satılan malların keyfiyyət göstəricilərinə dair alıcıların qeydləri toplanır, təhlil edilir, məhsulun keyfıyyətinin daha da yüksəldilməsi yolları araşdırılır.

6

Burada satılan malın keyfiyyəti barədə hər bir məlumatın böyük əhəmiyyəti vardrr. Beləliklə, müəssisələrin rəhbərliyinin funksiyalarına istehsal prosesinin və məhsulun satışının təşkilin-dən başqa bazar haqda dəqiq informasiyanın toplanması

və təhlili, alınan nəticələrin məhsulun layihələndirilməsi zamanı nəzərə alınması da daxildir.

Məhsulun keyfiyyəti üzrə beynəlxalq standartlar

Məhsulun keyfiyyətinin idarə olunmasının dünya təcrübəsi 1987-ci ilin mart ayında Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən qəbul edilmiş İSO 9000 seriyalı beynəlxalq standartlar paketində cəmləşdirilmişdir.

Bu günə qədər həmin seriyalı beynəlxalq standartların obyekt-ləri sırası xeyli genişlənmiş və bu sıra keyfiyyət elementləri sis-temindən başqa, onların seçilmə kriteriyaları və keyfiyyətin təmin edilmə sistemlərinin modellərini, onların yoxlanma üsul-larını, ekspert auditorların ixtisas dərəcəsinin təyin edilmə krite­riyalarını da əhatə edir. Bundan başqa xidmətlərin, işlənilən materialların, proqram təminatının keyfiyyətinin idarə edilməsi üzrə də beynəbcalq standartlar qəbul

edilmişdir. Metodik istiqamətlərdə də xeyli işlər görülmüşdür.

Bu işlərin nəticəsidir ki, İSO 9000 seriyalı beynəlxalq stan­dartlar keyfıyyə-tin təmin edilməsi üzrə «standartlar ailəsi» adlandırılır.

İSO 9000 seriyalı beynəlxalq standart dörd variantdan ibarətdir:

-İSO 9000-1 - «Konkret standartlann seçilməsi və istifadə olunmasına dair rəhbər göstərişlər;

-İSO 9000-2 (İSO 9001, İSO 9002, İSO 9003) “Standartların istifadə edilməsinə dair ümumi rəhbər göstərişlər”;

-İSO 9000-3 - «Proqram təminatı üzrə (onun işlənməsində, təchizatında və xidmətində) İSO 9001 standartının istifadə edil-məsinə dair rehbər göstərişlər);

-İSO 9000-4 –“Etibarlılıq proqramının idarə edilməsi üzrə rəhbər göstəriş-

lər”;
7



Öz növbəsində İSO 9000-4 standartı da dəqiqləşdirilərək aşağıdakı standartlara bölünmüşdür:

-İSO 9004-1 - «Keyfiyyət sisteminin te'min edimıəsi elementlerinin izahatı»;

-İSO 9004-2 –“Xidmətlərin keyfiyyət sistemləri üzrə rəhbər göstərişlər”;

-İSO 9004-3 –“İşlənilən materialların keyfıyyət göstəriciləri üzrə rəhbər göstərişlən”;

-İSO 9004-4 -«Keyfiyyətin yaxşılaşdırılması üzrə rəhbər gö-stərişlər».

Bu standartların içərisində İSO 8402 - «Keyfiyyətin idarə edilməsi və təmin edilməsi Lüğət » - xüsusi qeyd edilməlidir. Burada həmin sahədə qəbul edilmiş terminlər və təriflər veril-mişdir.

Son zamanlar beynəlxalq standartların göstərilən seriyaların-dan əlavə İSO 10000 seriyalı standartlar da qəbul edilmişdir:

İSO 10005 –“Keyfıyyətin proqramı üzrə rəhbər göstərişlər” ;

İSO 10006 -«Layihənin idarə edilməsində keyfiyyət üzrərəhbər göstərişlər»;

İSO 10007 - «Konfiqurasiyanın idarə edilməsi üzrə rəhbər göstərişlər»;

İSO 10011-1 - «Keyfıyyət sisteminin yoxlanması üzre rəhbər göstərişlər»;

İSO 10011-2 - «Keyfiyyət sisteminin yoxlanması üzrə ekspert-auditorların ixtisas kriteriyaları;

İSO 10011-3 - «Yoxlama proqramları üzre rəhbərlib>;

İSO 10012-1 - «Ölçü avadanlığmm metroloji yararlığının təs-diq edilməsi sistemi;

İSO/PMK 10012-2 - «Ölçmə prinsipinin idarə edilməsi»;

İSO 10013 - «Keyfiyyətin idarə olunmasının işlənməsi üzrə rəhbər göstərişlər»;

İSO/PMK-10014 - «Keyfiyyətin iqtisadi elementlərinin idarə edilməsi üzrə rəhbər göstərişlər»;

İSO/PSK-10015 – “Kadrların fasiləsiz hazırlanması və təhsil alması üzrə rəhbər göstərişlər” ;
8

İSO/RP-10016 - «Nəzarətin və sınaqların protokolları. Nəticələrin təqdim edilməsi»;

İSO/RP-10017 - «İSO 9000 standartlar ailəsində statistik me-todların tətbiqi üzrə rəhbərlik».

İSO yuxanda göstərilənlərdən əlavə ekologiyanın standartlaş-drılması sahəsində də müəyyən işlər görür. 1993-cü ildə onun strukturunda «Ətraf mühitin

keyfiyyətinin idarə edilməsi» İSO TK 207 texniki komitəsi yaradılmışdır. Həmin komitənin tərki-bində altı yarımkomitə fəaliyyət göstərərək aşağıdakı istiqamət-

lərdə işləyirlər: -ekoloji idarəetmə sistemlərinin yaradılması; ekoloji audit; ekoloji markalaşdırma; ekolojilik xarakteristikalarının qiymətləndirilməsi və s.

Komitənin fəaliyyəti nəticəsində İSO 14000 seriyah beynəl-xalq ekoloji standartlar qəbul edilmişdir. Onlardan İSO 14001 -«Ətraf mühitin mühafizəsi sahəsində idarəetmə sistemləri» əsash standartı və İSO 14004 - «Ətraf mühitin mühafizəsi» sahəsində idarəetmə sistemləri. Prinsiplər, sistemlər və müşayiət edilən texnologiyalar» tövsiyə xarakterli normativ standartı qeyd etmək olar.

İSO 14000 seriyalı beynəlxalq standartlar aparıcı xarici ölkə­lərdə geniş tətbiq edilir və ekologiya sahəsində sertifikatlaşdır-mada normativ baza kimi istifadə olunur. Aİ-na daxil olan ölkələr 1993-cü ildən ətraf mühitin yoxlanması və idarə edilməsi üzrə (EMAS) Proqram qəbul etmişlər.

Mühazirə 9
Mövzu: Məhsulun və xidmətlərin sertifikatlaşdırılması,

onun mahiyyəti

Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003
Plan:

1. Sertifikatlaşdırmanın mahiyyəti.

2. Sertifikatlaşdırmanın İSO/BEK rəhbərliyinə görə tərifi.

3. Sertifikatlaşdırma sxeminin strukturu.

4. Uyğunluq sertifikatı və nişanı.

Seıüfikatlaşdırmanın mahiyyəti
Sertifıkatlaşdırma sözü latın dilindən (sertifıko) tərcümədə təsdiq edirəm, sübut edirəm deməkdir.

Sertifıkatiaşdırma termini və proseduru son illər geniş yayılmağa başlamışdrr. İlk dəfə sertifikatlaşdırma anlayışı 1982-ci ildə Beynəlxalq Standartlaşdrrma Təşkilatı İSO tərəfindən açıqlanmışdır.

İSO/BEK 2:1982 rəhbərliyində sertifıkatlaşdrrma anlayışı aşağıdakı kimi açıqlanmışdrr: «Məhsulun, yaxud xidmətin müəyyən standartlara və digər normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən, səlahiyyətli və səriştəli orqan tərəfındən uyğunluq sertifikatı və yaxud nişanı verilmə prosesinə sertifikatlaşdırma deyilir».Sonralar sertifikatlaşdırma anlayışı daha da dəqiqləşdirilmişdir. Yuxanda göstərilən rəhbər sənədin 1986-cı il redaksiyasında sertifıkatlaşdırma termininə aşağıdakı əlavə açıqlamalar verilmişdir:

2

1. Sertifikatlaşdırma ümumi termin olaraq məhsulların, texnoloji proseslərin, yaxud xidmətlərin müəyyən tələblərə uyğunluğunun üçüncü tərəfin iştirakı ilə təsdiq edilməsini nəzərdə tutur.



2. Keyfıyyət sisteminin qiymətləndirilməsi sahəsində əldə edi1ən proses keyfiyyətin sertifıkatlaşdırma sistemi anlayışına yenidən baxılmasını tələb edir (istehlakçıların, təchizatçının imkanlarınm sertifikatlaşdırılması).

Sertifikatlaşdrma prosedurunda «üçüncü tərəf» kimi müstəqil, səriştəli, səlahiyyətli təşkilat nəzərdə tutulur. Həmin təşkilat alış-satış iştirakçıları üçün məhsulun, xidmətin keyfiyyətinin qiymətləndirilməsini həyata keçirir. Burada birinci tərəf məhsulun istehsalçısı, satıcısı, ikinci tərəf isə məhsulun alıcısı, istehlakçısı kimi nəzərdə tutulur.

İSO/BEK 2:1986 rəhbərliyi məhsulun uyğunluğu anlayışını açıqlayan terminləri göstərir. Məsələn, uyğunluq - «qəbul edilmiş tələblərin məhsul ilə, texnoloji proseslərlə, yaxud xidmətlərlə ödənilməsi» deməkdir. Burada uyğunluğun iki müxtəlif forması göstərilir: uyğunluq barədə təqdimat və uyğunluğun sertifıkatlaşdırılması.

Uyğunluq barədə təqdimat «Sertifikatlaşdırma sistemindən kənar təchizatçı tərəfindən onun özünün tam məsuliyyəti altında məhsulun, texnoloji prosesin, xidmətin müəyyən standartın, ya­xud digər normativ-texniki sənədin tələblərinə uyğun gəlməsi barədə verilən təqdimat hesab edilir».

Bu tərifdən müəyyən etmək olar ki, «Uyğunluq barədə təqdimata» görə təchizatçı heç bir hüquqi, inzibati, yaxud iqtisadi məsuliyyət daşımır.

İSO/BEK 2:1986 rəhbərliyində göstərilir ki, «məhsulun, tex­noloji prosesin, yaxud xidmətin müəyyən standartın, digər nor­mativ-texniki sənədin tələblərinə uyğun gəlməsini yoxlayan, səlahiyyətli, səriştəli orqan kimi üçüncü tərəf hesab edilən tərəfin adekvat zəmanət vermesi prosesi uyğunluğun sertifikatlaşdırılması hesab edilir.

Bu tərifdən görünür ki, «uyğunluğun sertifıkatlaşdırılması» müstəqil səlahiyyətli və səriştəli təşkilat tərəfindən aparılır və həmin üçüncü tərəf yoxlamanın

3

müsbət nəticəsində özünün məsuliyyəti altında məhsula, texnoloji prosesə, yaxud xidmətə uyğunluq sertifikatı, yaxud uyğunluq nişanı verir.



Burada qeyd olunmalıdır ki, məhsulun seriyalı kütləvi istehsalı və arası kəsilməyən yoxlanması zamanı belə onun bir qisminin qoyulan tələblərə uyğun gəlməməsi ehtimalı var. Ona görə də, belə hal üçün «uyğunluğun həqiqiliyinin adekvat dərəcəsi» anlayışı qəbul edilmişdir və orada kütləvi istehsal zamanı tələblərə uyğun gəlməyən məhsulların əmələ gəlmə ehtimalı göstərilir.

İSO/BEK 2(1996) rəhbərliyinin son redaksiyasında sertifikatlaşdırma anlayışı aşağıdakı kimi verilmişdir: «Sertifikatlaşdırma -istehsal fəaliyyətinin nəticəsinin, məhsulun, işin (prosesin), yaxud xidmətin qəbul edilmiş normativ tələblərə uyğun gəlməsinin üçüncü tərəf vasitəsilə rəsmi sənədləşdirmə ile təsdiq edilməsi prosesi hesab edilir».

Üçüncü tərəf (məsələn, sınaq laboratoriyası) öz səriştəliliyini, obyektivliyini və səlahiyyətliliyini təsdiq etmək üçün akkreditasiya prosedurunu keçməlidir, yəni müvafiq növ nəzarətin və sınaqların keçirilməsi üçün ona səlahiyyət verilməlidir, nəticələri isə rəsmi tanınmalıdır.

Sertifıkatlaşdırmanın təşkilat sistemi uyğunlugun təsdiqi prosedurunun ikinci ən vacib terminidir. Bu termin ISO/BEK 2 rəhbərliyinin sonuncu redaksiyasmda belə açıqlanrr: «uyğunluq -sertifıkatlaşdırmanın aparılması üçün özünün xüsusi prosedur qaydaları və rəhbərliyi olan sistemdir». Bu tərifdə göstərilir ki, sistem çərçivəsində sertifıkatlaşdırma ümumi qəbul edilmiş vahid qaydalar əsasında aparılmalıdır. Bu tərifə əlavə edilən xüsusi qeyddə göstərilir ki, sertifikatlaşdırma üç səviyyədə aparıla bilər: milli, bölgə və beynəlxalq.

Sertifıkatlaşdırmanın sxemi - üçüncü vacib termin hesab edilir. Bu terminlə müəyyən edilən anlayış aşağıdakı kimidir: ”eyni standartların və qaydaların şamil edildiyi konkret məhsula, texno­loji prosesə, yaxud xidmətə tətbiq edilən sertifikatlaşdırma sxemi ” .

4

Sertifıkatlaşdırma anlayışını daha dərindən açıqlamaq üçün İSO/BEK 2 rəhbərliyində göstərilən daha iki terminə baxaq: uyğunluq sertifikatı və uyğunluq nişanı.



Uyğunluq sertifikatı - sertifikatlaşdırma sistemi qaydalarına uyğun olaraq verilən sənəddir. Bu sənəddə göstərilir ki, həmin məhsul, texnoloji proses, yaxud xidmət müəyyən standartların, yaxud digər normativ sənədlərin tələblərinə uyğundur.

Burada qeyd etmək yerinə düşər ki, sertifikatlaşdırma prosesində sertifikatlaşdırma obyekti (məhsul, proses, xidmət və s.) eyniləşdirilməlidir, yəni sertifikatlaşdırma prosesi yalnız həmin obyekt üzərində aparıla bilər, başqasında yox.



Uyğunluq nişanı {sertifikatlaşdırma nişani) - qanunla mühafizə edilən nişan olmaqla hərflərin, rəqəmlərin, qrafık simvolların birləşdirilməsindən ibarətdir. Həmin nişan sertifikatlaşdırma sistemində qəbul edilmiş qaydalara uyğun istifadə edilərək verilmiş məhsulun, texnoloji prosesin, yaxud xidmətm konkret standartla­rın, yaxud digər normativ sənədlərin onlara qoyulan tələblərinə uyğun gəlməsini göstərir.

Yuxanda göstərilən təriflərdən belə bir nəticə çıxarmaq olur ki, sertifikatlaşdrrma məhsulun, yaxud xidmətin keyfiyyət səviyyəsini tə'min etməklə əlaqəli deyil. O, yalmz istehlakçıya məhsulun (yaxud xidmətin) standartların, yaxud digər normativ sənədlərin həmin məhsula (yaxud xidmətə) olan tələblərinə tam uyğun gəlməsinə zəmanət verir.

Sertifıkatlaşdırmaya nisbətən daha çevik və ümumi sistem olaraq beynəlxalq təcrübədə geniş istifadə ediiən -uyğunluğun təsdiqi sistemidir. Sertifikatlaşdırmadan fərqli olaraq uyğunluğun təsdiqini birinci tərəf hesab edilən təchizatçı, üçüncü tərəf hesab edilən sertifikatlaşdrrma orqanı ilə birlikdə, yaxud ayrılıqda yerinə yetirə bilər. Uyğunluğun təsdiqi kataloqda, malları müşayiət edən istismar sənədlərində, etiketdə bildiriş kimi çap edilə bilər.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə