O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir



Yüklə 0,98 Mb.
səhifə10/14
tarix16.11.2017
ölçüsü0,98 Mb.
#10423
1   ...   6   7   8   9   10   11   12   13   14

Dedilər: – Bunu ayırıb götürmək mümkün deyildir!

İmam Əli (ə) nəticə alaraq buyurdu ki, əgər o qanun olmasaydı, övlad və nəsəb arasında fərq qoymaq olmazdı, miras və nəsəb qanunları pozulub aradan gedərdi.

Müəllif: Mütəal Allah qadınlara səbir, həya və iffət əta etməklə bu məsələni cübran etmişdir. Belə ki, bu mətləb Əsbəğ ibni Nəbatənin həzrət Əli (ə)-dan nəql etdiyi hədisdə də qeyd olunmuşdur.

Məsədətin nəql etdiyi rəvayətdə qeyd olunur ki, "Allah-Taala hər bir qadına on kişinin səbir və müqavimətini əta etmişdir."

Əli (ə) bəsrəlilərə qələbə çalıb, əsirlərini azad etdiyi zaman o həzrətin köməkçilərindən bəziləri dedilər: – Necə olur ki, onların qanları bizə halal, lakin əsirləri haram olur?

Həzrət Əli (ə) buyurdu: – Müsəlmanların ölkəsində yaşayan şəxslərin arvad-uşaqları sizə necə halal ola bilər?! Düşmənin öz ordugahında yerə qoyduğu şeylər sizin üçün qənimət sayılır, lakin onların öz evlərində gizlətdikləri şeylər sizə halal deyildir.

Səhabələr bu sözə israr etdikləri zaman Həzrət onları sakitləşdirmək üçün buyurdu: – Ayişəyə (əsirliyə götürülmək üçün) püşk atın! Hər kəsin adına çıxsa Ayişəni ona verəcəyəm!

Bu sözü eşitdikdən sonra ayılaraq özlərinə gəldilər, tövbə və istiğfar edərək o Həzrətin yanından getdilər.

Bir kişi Əli (ə)-ın yanına gəlib dedi: – Mən həm sizi sevirəm, həm də sizin filan düşməninizi.

Əli (ə) buyurdu: – Sən indi əvərsən (bir gözlüsən); ya tamamilə kor ol, ya tamamilə görən (gözü açıq)."

Əli (ə) buyurur: – Evin damından havaya, həmçinin axar suya bövl etməyin. Hər kəs belə etsə və bir bəlaya düçar olsa özündən başqasını məzəmmət etməsin. Çünki havada və suda canlı varlıqlar yaşayır.

Ömər Kəbə evinin zinətlərini müsadirə etmək istədikdə Əli (ə) ona buyurdu: – Quran Peyğəmbər (s.ə.v.v)-ə nazil olduqda, ümumxalq əmlakı olan mal-dövlətləri dörd qismə böldü və hər birinin də harada sərf olunmasını müəyyən etdi: 1-İrs, 2-Fey, 3-Xüms, 4-Sədəqə-lər və zəkatlar. Kəbə evinin zinət əşyaları o gün də mövcud idi, (halbuki) Allah onların barəsində heç bir hökm vermədi. Belə isə, onları müsadirə etmək fikrindən keç!

Ömər Əli (ə)-ın göstərişinə əməl etdi və dedi: – Əgər Əli olmasaydı, mən rüsvay olardım.

Ömər Həcərul-Əsvədi öpən zaman ona xitab edərək dedi: – Bilirəm ki, sən adi bir daşsan və bir kəsə nə zərər çatdırırsan, nə də fayda. Əgər Peyğəmbərin sənin öpdüyünü görməsəydim, heç vaxt səni öpməzdim!

Əli (ə) ona buyurdu: – Bu daşın həm ziyanı vardır, həm də xeyri!

Ömər dedi: – Necə?!

Əli (ə) buyurdu: – Allah bəni-Adəmdən əhd-peyman aldığı zaman onlar üçün bir əhd yazdı, həmin daş da o əhdi özünə uddu. Qiyamət günündə də möminin vəfasına və kafirin inkar etməsinə dair şahidlik edəcəkdir. Bu da Həcərul-Əsvədi ləms edən zaman oxunan duanın mənasıdır: "Allahummə imanən bikə və təsdiqən bikitabikə və vəfaən biəhdikə: Pərvərdigara! Mən Sənə iman gətirir, Sənin kitabını təsdiq edir və Sənin əhdinə vəfalı qalıram."

Bir nəfər böyük bir sümük parçasını başqasının qulağına çırpdı, vurulan şəxs zərbə nəticəsində eşitmə qabiliyyətini itirdiyini iddia etdi. Əli (ə) buyurdu: – Bir il ərzində onu nəzarət altında saxlayın və bəzən ona qəfildən bir şey edin. Əgər eşitməsi sübuta yetərsə, yaxud iki adil buna şəhadət verərsə, diyə ala bilməz, əks halda eşitməməyinə dair and içərək qulağının diyəsini almalıdır.

Bəziləri dedilər: – Ya Əmirəl-möminin! Əgər (karlığından) bir il keçdikdən sonra onun eşitməsi sübut olunarsa, hökmü nədir?

İmam (ə) buyurdu: – Bunun heç bir təsiri yoxdur. Ola bilsin ki, Allah eşitmə qabiliyyətini bir ildən sonra (yenidən) ona mərhəmət etsin.

Həzrət imam Riza (ə)-ın Əli (ə)-dan nəql etdiyi rəvayətin davamında buyurulur ki, "əgər iddia olunan şey bütün eşitmə duyğularının əldən verilməsi olarsa... ağır yuxuya gedənə qədər bir müddət gözləyər və bu zaman onun üstünə çığırarlar."

Əli (ə)-dan soruşdular ki, bir nəfər başqasının başına zərbə vurmuşdur, vurulan iddia edir ki, görmə, iy bilmə və danışıq qabiliyyətini itirmişdir. Əli (ə) buyurdu: – Əgər o düz deyirsə, ona üç diyə verilməlidir.

Soruşdular: – Bunu necə bilmək olar?

Əli (ə) buyurdu: – İybilmə qabiliyyətini itirib-itirməməsini belə yoxlamaq olar ki, yarı yanmış vəziyyətdə olan bir parçanı onun burnunun altına qoyarlar, əgər o şəxs öz yerində dayanıb hərəkət etmirsə, düz demişdir, əgər başını uzaqlaşdırsa və gözlərindən yaş axsa yalan demişdir. Görmə qabiliyyətini belə yox-lamaq olar; gözlərini günəşin qarşısında açıq saxlayın, əgər ixtiyarsız olaraq gözlərini qırpsa, yalan demişdir, əks halda düz demişdir. Danışıq qabiliyyətini də belə yoxlamaq olar; dilinə bir iynə batırsınlar, əgər qırmızı qan çıxsa yalan demişdir, əgər qara qan çıxsa düz demişdir.

Bir nəfər başqasının gözünə bir zərbə vurmuş, nəticədə onun görmə qabiliyyəti zəifləmişdi, amma gözünün quruluşuna xəsarət dəyməmişdi. Həzrət Əli (ə) onu yoxlamaq üçün bir parça ilə onun sağlam gözünü bağladı, bir nəfərə də göstəriş verdi ki, yumurtanı eyibli gözünün müqabilində tutub yavaş-yavaş ondan aralansın. Nəhayət, müəyyən qədər aralandıqda vurulan şəxs iddia etdi ki, onu görmür. Həmin nöqtəyə işarə qoyub sağlam gözünü də həmin qaydada yoxladı. Sonra bu iki məsafənin arasındakı fərqi aydınlaşdırdı və həmin miqdarda ona cinayət ərşi verdi.

Bir nəfərin başına bir zərbə vurmuşdular, o Əli (ə)-ın yanına gəlib, bu zərbə nəticəsində hər iki gözünün zəiflədiyini iddia etdi. Həzrət onu bir yerdə oturtdu, bir yumurta ilə görmə qabiliyyətini dörd tərəfdən yoxladı, hər dörd tərəfdə bərabər olduğu halda onun iddiasında düzgün olduğunu bildi və qəbul etdi. Sonra onunla eyni yaşda olan bir kişini çağırıb onun yanında oturtdu, əvvəlcə onun gözünün görmə qabiliyyətini dörd tərəfdən yoxladı, sonra iki məsafənin fərqini təyin etdi və vurulan şəxsə həmin miqdarda diyə verdi. (Məsələn, əgər görmə qabiliyyəti yarıbayarı azalıbsa, gözün diyəsinin yarısı, əgər üçdə biridirsə, üçdə biri qədər və s.).

Bir qadın öz ərinin ənin olduğunu iddia edir, əri isə bunu inkar edirdi. Əli (ə) göstəriş verdi ki, qadınlar onun ərinin xəbəri olmadan həmin qadının bətninə xəluq (bir növ ətir adıdır) daxil etsinlər, sonra onun ərinə buyurdu: – Əgər alətin xəluqa çatırsa ənin deyilsən.

Bir nəfər başqasına elə bir zərbə vurdu ki, vurulan şəxsin dilinin bir miqdarı kəsildi və nəticədə bəzi hərfləri düzgün şəkildə tələffüz edə bilmədi. Münaqişəni Ömərə dedilər, amma Ömər onun hökmünü deyə bilmədi. Əli (ə) buyurdu: – Əlifba hərfləri (ərəb dilində-müt.) iyirmi səkkizdir, vurulan şəxs hərflərdən neçəsini tələffüz edə bilmirsə, həmin miqdarda da canidən cinayət ərşi alınmalıdır.

Əli (ə)-dan lal adamın necə and içdirilməsi haqda soruşduqda, buyurdu: – And olsun o Allaha ki, camaatın ehtiyaclarının hamısını aradan qaldırmayınca, məni dünyadan aparmadı. (Sonra buyurdu:) Mənim üçün bir Quran gətirin!

Quran gətirdilər, İmam (ə) lal şəxsə üz tutub buyurdu: – Bu nədir?

Lal kişi başını göyə qaldırıb Quran (səmavi kitab) olduğunu başa saldı. İmam (ə) buyurdu: – Onun qəyyumunu bura çağırın!

Qardaşını gətirdilər, İmam (ə) o kişini lal qardaşının kənarında oturtdu və buyurdu: – Ey Qənbər! Mənim üçün qələm-kağız gətir.

Qənbər qələm-kağız gətirdi, sonra lal kişinin qardaşına buyurdu ki, qardaşına de ki, səninlə düşmənin arasında qazi Əlidir. O kişi məsələni qardaşına başa saldı. Həzrət lalın boynundan vizrü-vəbalı götürən bir dua yazdı və onu suya salıb, buyurdu ki, bu suyu içsin. Lakin lal kişi suyu içməkdən imtina etdi. Bu zaman İmam Əli (ə) onu, öz borcunu qaytarmağa iltizamlı etdi.

Əli (ə) buyurub: "Əgər zalım bir adamı and içdirmək istəyirsinizsə, ona deyin ki, (and içərək) Allahın hövl və qüvvəsindən bezarlıq etsin. Əgər o, yalandan and içsə, dərhal cəzalandırılar. Amma əgər "yeganə Allaha and olsun!" - deyə and içərsə, onun cəzası dərhal çatmaz, çünki o, Allahın yeganəliyinə etiraf etmiş olur."

Qeys qəbiləsindən bir qulam öz ağası ilə Osmanın yanına getdi. Qulam dedi ki, ağası ona şiddətli bir zərbə vurmaqla gözünü kor etmişdir, lakin gözü zahirdə sağlamdır. Ağası qula dedi: – Mən gözün diyəsini sənə verirəm, qisas almaq fikrindən keç.

Qulam isə diyə almaqdan imtina edərək yalnız qisas almaqla razılaşdı. Osman bu məsələnin hökmünü verməkdə aciz qaldığı üçün onları Əli (ə)-ın yanına apardı və o Həzrətdən hökm verməsini istədi. Ağası əvvəlcə bir, sonra isə iki kamil diyə verməyə belə razı oldu ki, qisas hökmündən keçsin, lakin qulam yenə də imtina edərək yalnız qisas alınmasına israr edirdi. Bu zaman Əli (ə) onun ağasından qisas almaq məqsədi ilə bir güzgü gətirdi, onu qızdırdı, sonra bir qədər pambıq istədi. Pambığı isladıb, onun gözünün ətraf hissələrinə və göz qapağının üstünə qoydu, gözünü günəşin qarşısında saxladı və buyurdu: – Sən güzgüyə bax!.

O, güzgüyə bir qədər baxdıqda gözü kor oldu, amma gözünün quruluşuna heç bir xəsarət dəymədi.

Ayağında zəncir olan bir qul iki nəfərin yanından keçəndə onlar həmin zəncirin çəkisinin nə qədər olması ilə əlaqədar mərcləşdilər. Onlardan biri dedi: – Əgər zəncirin ağırlığı filan miqdar olmasa, arvadım üç təlaq olsun (yəni boşansın)!

Digəri deyirdi: – Əgər sənin bu ehtimalın düz olsa mənim arvadım üç təlaq olsun!

Sonra hər ikisi qulamla birlikdə onun ağasının yanına getdilər və ona dedilər: – Sən zənciri aç, biz onun çəkisini bilək.

Qulamın ağası dedi: – Arvadım boşanmış olsun, əgər zənciri ondan açsam!

Hər üçü Ömərin yanına gedərək, ondan bu məsələni həll etməsini istədilər. Ömər dedi: – Qulamın ağasının andı o iki şəxsin andından irəlidir.

Sonra dedi: – Gəlin birlikdə Əliyyibni Əbi Talibin yanına gedək, bəlkə o bu məsələ barəsində bir tədbir görsün.

İmam (ə)-ın yanına gedib, hadisəni dedilər. Əli (ə) buyurdu: – Bunun cavabı necə də asandır!

Sonra göstəriş verdi ki, böyük bir qab gətirsinlər. Zəncirə nazik ip bağlayıb, qulamın ayağı ilə birlikdə qaba qoydular, sonra qabı su ilə doldurdular. Ondan sonra buyurdu: – İpdən yapışıb zənciri yuxarı qaldırın.

Zəncir sudan tamamilə çıxana qədər yuxarı qaldırdılar. Bu zaman suyun həcmi bir qədər azaldı. Əli (ə) buyurdu: – İndi su əvvəlki səviyyəyə çatana qədər qaba dəmir qırıntıları tökün!

Bu işi etdilər, sonra buyurdu: – İndi qabdakı dəmir qırıntılarını çəkin, zəncirin çəkisi elə onların çəkisi qədərdir.

Bir nəfər Əli (ə)-ın yanına gəlib dedi: – Qarşımda bir qədər xurma var idi, birdən arvadım onlardan birini götürüb yedi. Mən and içdim ki, xurmanı yesə də, yeməsə də onu təlaq verim.

İmam Əli (ə) buyurdu: – Onun yarısını yesin, yarı-sını isə yeməyib atsın. Bu zaman sən öz andından xilas olarsan.

Bir nəfər and içmişdi ki, əgər Ramazan ayının günündə həyat yoldaşı ilə yaxınlıq etməsə, ona üç təlaq versin. Sonra Əli (ə)-ın yanına gəlib hadisəni dedik-də həzrət buyurdu: – Onu səfərə aparıb öz andına əməl et.

Bir neçə dəmirçi müştərinin təyin etdiyi ölçüdə dəmir qapı hazırladılar. Müştərilər qapını evə aparanda yolda bir nəfərlə rastlaşdılar, o, qapının ağırlığı barəsində soruşdu. Onlar dedilər ki, ağırlığı filan qədərdir, amma həmin şəxs dedi ki, bunun ağırlığı heç vaxt siz deyən qədər olmaz. Alıcılar qayıdıb satıcıdan qapının qiymətini azaltmasını tələb etdilər. Lakin satıcı bu işdən imtina etdi. Aralarında münaqişə başlandı və Əli (ə)-ın yanına getdilər. İmam (ə) onlara buyurdu: – Qapını çaya tərəf aparın! (Qapını çaya apardılar, sonra buyurdu:) Onu qayığa qoyun və qayığın suya batdığı miqdarı nişanlayın! (Bu işi etdikdən sonra buyurdu:) İndi qapını qayıqdan yerə qoyub, həmin qayığa, həmin miqdarda suya qərq olana qədər çəkisi məlum olan xurma yükləyin. (Sonra buyurdu:) Qapının ağırlığı elə xurmanın ağırlığıdır.

Bir nəfərin sinəsinə ağır bir zərbə vurmuşdular, o iddia edirdi ki, zərbə nəticəsində tənəffüsündə eyib əmələ gəlmişdir. Əli (ə)-a şikayət edib, onun mühakimə yürütməsini istədilər. Həzrət buyurdu: – Nəfəs bəzi vaxtlar burunun sağ, bəzi vaxtlar isə sol deşiyindən xaric olur. Sübh açılandan gün çıxana qədər əksər hallarda sağ deşiyindən xaric olur.

Sonra iddiaçının nəfəslərinin sayını həmin vaxtda təyin etdilər. Sabahı gün onunla eyni yaşda olan bir kişini həmin vaxtda yoxladılar, sonra ona varid olan nöqsana mütənasib olaraq canidən cinayət ərşi aldılar.

Bir nəfər Əli (ə)-ın yanına gəlib xəstəliyindən şikayət etdi. İmam (ə) ona buyurdu: – Arvadının mehriyyəsindən bir dirhəm al və onunla bir qədər bal alıb yağış suyu ilə birlikdə ye.

O şəxs Əli (ə)-ın göstərişinə əməl edib şəfa tapdı. Bunu eşidənlər bu məsələnin sirri ilə maraqlanıb dedilər: – Ya Əli! Bu barədə Peyğəmbər (s.ə.v.v)-dən bir hədis nəql olunmuşdurmu?

İmam (ə) buyurdu: – Xeyr! Mən onu Quran ayələrindən əldə etmişəm. Belə ki, bir ayədə buyurulur: "Əgər onlar (qadınlar) öz mehriyyələrindən bir miqdarını tam razılıqla sizə versələr, yeyin, halal-xoşunuz olsun!" Başqa bir ayədə isə buyurulur: "Onların (bal arılarının) qarınlarından rəngləri müxtəlif olan içməlilər çıxır ki, onda camaat üçün şəfa vardır." Başqa bir ayədə də buyurulur: "Biz asimandan bərəkətli su nazil etdik." Bu ayələrin hökmünə əsasən halal-xoş olmaq, şəfa və bərəkət onlarda cəm olmuşdur. Bunu oxuduqda xəstənin onların vasitəsi ilə sağalacağına ümidvar oldum.

Əli (ə) Allahdan yağış istəmək üçün minbərə çıxdı və ondan, istiğfardan başqa bir söz eşidilmədi. Bəziləri bunun səbəbini soruşduqda İmam (ə) buyurdu: – Məgər Allah-Taalanın belə buyurduğunu eşitməmisənmi: "Mən onlara dedim ki, Allahdan bağışlanmaq istəyin, həqiqətən O, çox bağışlayandır, sizin üçün ardıcıl olaraq (yağış) göndərir, sizə övladlarınız və mal-dövlətləriniz vasitəsilə kömək edir və sizin üçün bostanlar və su arxları qərar verir."

Sonra buyurdu: – Hansı dua istiğfardan daha üstün və bərəkəti (hər şeydən) artıqdır?!

Əli (ə) buyurur: – "Yer üzərində Allahın əzabından iki aman (vasitəsi) var idi: Onlardan biri sizin aranızdan getmişdir, çalışın ki, o birisini qoruyub saxlamaqda ciddi olasınız. Sizin əlinizdən gedəni Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-dir, aranızda qalanı isə istiğfar etmək və günahlardan bağışlanmaq istəməkdir. Çünki Allah-Taala buyurur: "(Ey Muhəmməd!) Sən onların arasında olduğun halda Allah onlara əzab göndərməz; (həmçinin) istiğfar etdikləri halda halda da Allah onları əzaba düçar etməz"

Əli (ə)-ın dostlarından biri xəstələnmişdi. Həzrət ona buyurdu: "Allah sənin xəstəliyini günahlarının tökülməsi (bağışlanması) səbəbi qərar versin. Çünki xəstəliyin (özünün) əcr və savabı yoxdur, lakin (o,) günahları ağacın yarpaqları kimi tökür. Əcr və savab yalnız dildə deyilən sözlər və əməldə baş verən işlər müqabilindədir. Allah batini pak və əməli yaxşı olan bəndələrindən hər birini istəsə behiştə aparır."

Əli (ə) buyurur: "Bütün zöhd Quranın iki cümləsində qərar tapmışdır: "... ki, əlinizdən gedənlərə qəmgin olmayasınız, sizə verilənlərə (də) sevinməyəsiniz." Hər kəs keçmişinə təəssüflənməsə və gələcəyindən fərəhlənməsə, zöhdün hər tərəfinə malik olmuşdur."

Əli (ə) buyurur: – Bu ümmətin ən yaxşı şəxsi üçün belə, Allahın əzabından əmin-amanlıq hiss etmə. Çünki Allah-Taala buyurur: "Allahın məkr və tədbirindən, xəsarətə uğrayanlardan başqası əmin-amanlıq hissi keçirməz." Bu ümmətin ən pis şəxsi üçün belə, Allahın rəhmət və mərhəmətindən ümidsiz olma, çünki Allah-Taala buyurur: "Həqiqətən Allahın rəhmətindən fasiqlərdən başqası ümidsiz olmaz."

Əli (ə)-dan şərqdən qərbə qədər olan səfər barəsində soruşdular. Buyurdu: "Günəşin bir gecə-gündüz ərzində getdiyi yol qədərdir."

Əli (ə)-dan soruşdular: – Allah-Taala bu qədər məxluqatdan necə hesab çəkəcəkdir?!

Buyurdu: – Onların (sayının) bu qədər çoxluğu ilə belə, onlara necə ruzi verirsə (o cür də hesab çəkəcəkdir).

Həmçinin soruşdular: – Onlar Allahı görmədiyi halda Allah onlardan necə hesab çəkəcəkdir?!

Buyurdu: – Allahı görmədikləri halda Allahın onlara ruzi verdiyi kimi.

Əli (ə)-dan soruşdular: – Əgər bir şəxsi otağa salıb saxlasalar (həbs etsələr), ruzisi haradan çatar?

Buyurdu: – Oradan çatar ki, ölüm onun sorağına gəlsin.

Əli (ə) buyurur: – Haqq ilə batil arasında dörd barmaq qədər məsafə vardır.

Bunun mənasını soruşduqda Həzrət dörd barmağını bağlı şəkildə qulağı ilə gözü arasında qoydu və buyurdu: – Batil odur ki, "eşitdim" deyəsən, haqq odur ki, "gördüm" deyəsən.

İmam (ə)-dan yerlə asimanın arasındakı fasilə barəsində soruşulduqda buyurdu: "Gözün işlədiyi qədər və zülmə məruz qalanın duası qədər."

İmam (ə)-dan suyun dadının necə olması barəsində soruşulduqda, buyurdu: "Su həyat dadı verir."

Əli (ə) Kufədə Peyğəmbər (s.ə.v.v)-in qatırına minib balıq satanların bazarına gəlidi və onlara buyurdu: "Pulcuğu olmayan balıq növlərini yeməyin və satmayın."

Əli (ə) buyurur: "Çinədanı, pətənəsi, ayağının xarpoştu olmayan quşların ətini yeməkdən çəkinin."

Əli (ə) buyurur: "Köpək dişləri olan heyvanların, caynağı olan quşların ətini yeməkdən çəkinin."

Əli (ə) buyurur: "Quş, uçmağa qadir olduğu müddətdən etibarən ov sayılır və onu tutan hər bir şəxs üçün halaldır."

Əli (ə) buyurur: "Heyvanın başını yalnız dəmirdən olan alətlə kəsmək rəvadır."

Əli (ə) buyurur: "Hər kəs bir şey barəsində yəqinə malik olsa, bundan sonra şəkk etsə, öz yəqininə uyğun əməl etməlidir, çünki şəkk yəqini dəf etmir və onu pozmur."

Bir nəfərin iki dəvəsi qaçmışdı, başqası da onları tutub hər ikisini bir iplə bağlamışdı. Onlardan biri boğulub öldü. Bu hadisəni Əli (ə)-a dedilər, həzrət dəvəni tutanı zamin hesab etməyərək buyurdu: "Onun xeyir iş görməkdən başqa bir niyyəti olmamışdır."

Bu barədə Peyğəmbəri Əkrəm (s.ə.v.v) və Əhli-beyt ¢-dan ümumi qaydalar varid olmuşdur, belə ki, Zürarə deyir: Allaha and olsun, mən Əbu Cəfər (ə) kimi (böyük şəxsiyyətli və elmli) bir adam görməmişdim! Çünki ondan "əti halal olan quşların əlaməti nədir?" - deyə soruşdum, buyurdu: – Uçanda qanadlarını çalan quşların ətini ye, amma uçanda qanadlarını çalmayan və açıq saxlayan quşların ətini yemə!

Soruşdum: – Meşədə gördüyüm yumurtaların hansı növü halal və hansı növü haramdır?

İmam (ə) buyurdu: – Hər iki tərəfi bərabər olan-ları yemə; bir tərəfi böyük, bir tərəfi kiçik olanları isə ye.

Həmçinin, İbni Əbi Leyladan belə nəql olunmuşdur: Bir-birilə dalaşan iki şəxs mənim yanıma gəldi. Onlardan biri deyirdi: – Bu kişi mənə kəniz satmışdır, onu soyunduranda gördüm ki, zəharının tükü yoxdur. Güman edirəm ki, anadangəlmə belədir.

İbni Əbi Leyla dedi: – Camaat bu barədə bir çıxış yolu axtarır. Sənin nədən xoşun gəlmir?

O kişi dedi: – Əgər bu eyib sayılırsa, mənim xeyrimə hökm et.

İbni Əbi Leyla onun cavabını bilmədi, amma dedi: – Bir az gözlə, gedib-qayıdaram, sənin cavabını da gətirə-rəm. İndi qarnımda bir az narahatlıq hiss edirəm.

O içəri girdi, evin o biri qapısından çıxıb Məhəmməd ibni Müslümün yanına getdi, məsələni ondan soruşdu və dedi: – Bu barədə Əbu Cəfər (ə)-dan bir hədis bilirsənmi?

Məhəmməd ibni Müslüm dedi: – Bu xüsusda bir şey xatırlamıram, lakin o həzrətdən eşitdiyim ümumi bir qanun vardır ki, belə buyurdu: "Hər şey özünün əsl xilqətindən az və ya çox olarsa, eyib sayılır."

İbni Əbi Leyla dedi: – Kifayətdir!

Sonra onların yanına gəldi və kənizin eyibli olmasına dair hökm verdi.

"Kafi" kitabında "in tubdus-sədəqati fəniimma hiyə – əgər sədəqələri müstəhəqlərə aşkarda versəniz, bu necə də yaxşı işdir!" ayəsi barəsində həzrət imam Baqir (ə)-dan belə nəql olunmuşdur: – (Bu ayədə sədəqə dedikdə) məqsəd vacib zəkatdır.

Ravi soruşdu:–Bəs "və in tuxfuha və tutuhəl-fuqəraə" (əgər onları gizlədib fəqirlərə versəniz) ayəsinin mənası nədir?

İmam (ə) buyurdu: – Burada məqsəd müstəhəb sədəqələrdir.

Məsum İmamlar (ə) fərizə və vacib əməlləri izhar etməyi, müstəhəb işləri isə gizlətməyi yaxşı və bəyənilən bir iş hesab edirdilər.

Peyğəmbər (s.ə.v.v)-dən nəql olunan fiqhi bir qaydada deyilir: "La zərərə və la zirarə fil-islam - İslamda nə (başqalarına) zərər vurmağa, nə də (başqaları tərəfindən vurulan) zərəri qəbul etməyə icazə verilmir."

Bu hədis də bir elm qapısıdır ki, ondan min qapı açılır. Hadisə belə olmuşdu: Səmərət ibni Cündəb ənsardan olan bir nəfərin mülkiyyətindəki bağda bir xurma ağacı əkmişdi. Ənsardan olan kişinin yaşadığı ev bostanın qapısında yerləşirdi. Cündəb xurma ağacının yanına getmək üçün ənsarlı kişinin evindən keçməli olurdu, amma heç vaxt ondan icazə almırdı. Ənsardan olan kişi onunla əvvəlcə mülayim rəftar edib ona xatırlatdı və ondan istədi ki, oraya getmək istəyəndə evdən icazə alsın. Cündəb bu sözü eşidərkən bərk əsəbiləşdi. Ənsardan olan kişi işi belə görəndə Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in yanına gəlib hadisəni dedi və Cündəbdən şikayət etdi. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Cündəbin bu qanunsuz işindən xəbərdar olduqda ona xəbər göndərdi ki, xurma ağacının yanına getmək istəyəndə ev sahibindən icazə alsın. Cündəb bundan imtina etdi, nəhayət Peyğəmbər (s.ə.v.v) ağaca qiymət qoyma məqamına gəldi, lakin o yenə də imtina etdi. Hətta Peyğəmbər (s.ə.v.v) onun qiymətini bir neçə qat artıqlaması ilə vermək istədi, lakin o qəbul etmədi. Axırda Peyğəmbəri-Əkrəm (s.ə.v.v) behiştdə ona bir xurma ağacı vədəsi verdi, Cündəb yenə qəbul etmədi. Bu zaman Peyğəmbər (s.ə.v.v) ənsardan olan kişiyə buyurdu: – Get, o xurma ağacını kökündən çıxardıb at! Çünki İslamda nə başqasına zərər yetirmək, nə də zərəri qəbul etmək yoxdur.

Müəllif: Doğrudan da belə bir xəbis insanın Peyğəmbər (s.ə.v.v)-in bu qədər vədələrinə iman gətirməməsi çox da qəribə deyildir!

"Tarixi Təbəri"-də 50-ci ilin hadisələri ilə əlaqədar qeyd olunur ki, Ziyad Səmərəti Bəsrəyə hakim təyin etdi, o da Küfəyə gəlib səkkiz min nəfəri qətlə yetirdi.

Ziyad ona dedi: – Heç qorxmadınmı ki, onlardan biri günahsız olsun?!

Səmərət dedi: – Onlar kimilərini öldürməkdən əsla qorxum yoxdur!

Peyğəmbər (s.ə.v.v)-in dövründə bir nəfərin öküzü başqasının ulağını vurub öldürmüşdü. Peyğəmbər (s.ə.v.v) səhabələrin arasından keçəndə şikayət edənlər o həzrətin yanına gəlib məsələni dedilər. Ömər və Əbu Bəkr də səhabələrin arasında idi. Peyğəmbər (s.ə.v.v) Əbu Bəkrə üz tutub buyurdu: – Bunların arasında mühakimə et!

Əbu Bəkr dedi: – Heç bir zəmanət yoxdur, çünki bir heyvan başqa bir heyvanı öldürmüşdür.

Peyğəmbər (s.ə.v.v) Ömərə dedi: – Sən qəzavət et!

Ömər də Əbu Bəkrin sözünü təkrarladı. Peyğəmbər (s.ə.v.v) Əli (ə)-a üz tutub buyurdu: – Onların arasında hökm et!

Əli (ə) dedi: – Əgər öküz ulağın bağlandığı yerə daxil olmuşsa (və orada vurub öldürmüşsə), öküzün sahibi ulağa zamindir. Əks halda isə zamin deyildir.

Bu zaman Peyğəmbər (s.ə.v.v) əllərini göyə qaldırıb belə dedi: "Həmd olsun o Allaha ki, mənim ailəmdən peyğəmbərlərin qəzavəti kimi hökm edən bir şəxs qərar vermişdir."

İki nəfər Ömərin yanına gəldi. Biri dedi: – Bu kişinin inəyi mənim dəvəmi vurub qarnını yırtmışdır.

Ömər dedi: – Peyğəmbər heyvanların vurduğu xəsarətlərin zəmanətə səbəb olduğunu qəbul etmirdi.

Əli (ə) Ömərə dedi: – Peyğəmbər (s.ə.v.v) belə buyurmuşdur: "La zərərə və la zirar" – yəni İslamda nə başqasına zərər vurmaq, nə də başqası-nın zərərini qəbul etmək rəva deyildir. Bu barədə hökmə gəldikdə, əgər inəyin sahibi öz malını dəvənin yolunda bağlamışsa, dəvəyə zamindir, əks halda isə zamin deyildir.

Bu məsələni araşdırdıqda məlum oldu ki, inəyin sahibi onu kənddən gətirib dəvənin yolu üzərində bağlamışdır. Ömər həzrət Əli (ə)-ın buyurduğuna görə hökm etdi və dəvənin pulunu inəyin sahibindən alıb dəvənin sahibinə verdi.

Əli (ə) Peyğəmbər (s.ə.v.v)-in tərəfindən Yəməndə nümayəndə olduğu zaman bir neçə nəfər o həzrətin yanına gəlib öz münaqişələrini irəli çəkərək dedilər ki, onlardan birinin atı qaçıb bir nəfərə təpik vurmuş və onu öldürmüşdür. Atın sahibi də şahid gətirib demiş-dir ki, at özü evdən çıxıb qaçmışdır. Əli (ə) at sahibinin zamin olmadığına dair hökm verdi. Ölənin qəyyumları Mədinəyə gəlib Peyğəmbər (s.ə.v.v)-ə dedilər: – Əli bizim barəmizdə zülm etdi və bizim adamımızın qan bahasını vermədi!

Peyğəmbər (s.ə.v.v) onlara buyurdu: – Əli zalım deyildir və zülm etmək üçün yaradılmayıbdır. Məndən sonra vilayət və xilafət ona məxsusdur. Onun sözü və hökmü haqdır, onun vilayətini inkar edən kafirdir.

Əli (ə) heyvanların gündüz çağı başqalarının əkin sahələrinə vurduqları xəsarət və zərərlərin zəmanətə səbəb olmadığını deyir və buyururdu: "Əkin sahəsinin sahibi gündüz çağı əkin sahəsinin keşiyini çəkməlidir." Lakin heyvanların gecə ikən varid etdiyi xəsarətlərin zəmanətə səbəb olduğunu buyururdu.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə