Novruz bayramı münasibətilə



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix08.03.2023
ölçüsü0,64 Mb.
#102120
1   2   3   4   5   6   7   8   9
novruz2

 
 
Bir əlində günəş tutub, 
Bir əlində səhər yeli 
Bir əlində aydın səma, 
Bir əlində yağış seli.
Bahar gəlir yurdumuza. 
Bir il onu gözləmişik
Çəmənlərə döz, demişik, 
Biz baharı gözləmişik. 
Belə uzun qış görmədim 
Mən ömrümdə bu qış kimi. 
Köksüm altda vuran ürək 
Çapalayıb bir quş kimi. 
II Oxucu:
Döz,demişəm. 
Döz, demişəm, Novruz gələr, 
Qar altında baş qaldırar novruzgülü. 
Boz buludlar parçalanar,
Göy açılar, 
Asimanın sinəsində 
Yanar şam-şam “ulduz gülü”... 
Döz demişəm ürəyimə, 
Bahar gələr, 
Yola,rizə su çiləyər ağ buludlar, 
Baş qaldırar təzə otlar. 
II Oxucu:
Zirvədəki qayalardan 
Buz əriyir damcı-damcı,gilə-gilə, 
Günəş silər buludların göz yaşını gülə-gülə, 
Saqqalından “yaş” süzülən 
Qışın halı yaman olar. 
Qoca dünya cavan olar... 
Qollarını geniş açar, 
Sinə dolu nəfəs alar qara torpaq. 
Düymə-düymə gülümsəyər 
Üstü qırov tutan budaq. 
III Oxucu:
 
Bahar gələr, 
Sünbüllərə sığal çəkər səhər yeli. 


11 
Təzə dünya gülə-gülə qarşılayar 
Təzə günü,təzə ili... 
Dmcılardan irmaq olar, 
Sellər gələr,çaylar daşar. 
Arzular da təzələşər, 
Ümidlər də təzələşər. 
Uçub gələr qayçıquyruq qaranquşlar, 
Cığırları yuyur yenə gur yağışlar. 
Üç ay qışı yeyib yatan 
Köhnələri çəkmə düzə. 
Qoç igidlər,ilham verin nəğməmizə. 
Qarşılayaq ilk baharı,.... 

Aparıcılar səhnəyə daxil olur. 
I aparıcı:
El-oba arasında çillələr qış ayına təsadüf etdiyindən adamlar 
qışın soyuqluğuna sərtliyinə dözümlü olduqlarını göstərmək 
üçün müxtəlif ayinlər icra etmişlər. “Çillə kəsmək”, “Çillə 
suyu”, “Çillə qarpızı” belə ayinlərdən sayılır. Repressiyaya 
məruz qalmış İstiqlal şairi sayılan Əhməd Cavad yaradıcılığında 
Novruz bayramı ilə bağlı “Çillə şərqisi”, ”Yaza xitab”, “Böyük 
çillə”, “Boz ay”, “Yel baba” silsilə etnoqrafik şerləri vardır. 
Novruz bayramı günlərində oynanılan xüsusi meydan 
tamaşaları vardır. “Salam Əlik Say Bəylər” sayaçı meydan 
tamaşasını təqdim edirik. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə