Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə11/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

 
24 
bu nöqtələrin cismin enində qalması üçün bir-birini çəkməsi, cəzb etməsi gərəkdir, yoxsa nöqtələr uçub 
gedər, en də qalmaz. İkinci yandan, bu nöqtələr bir-birini çəkəndə, itələyici hərəkət (təsir) də olmasa, 
nöqtələr bir-birinə çəkilib yığılarlar və yenə nəsnə ensiz bir nöqtəyə çevrilər. 
Demək, çəkmək və itələmək etgiləri (təsirləri) cisimlərin məkan biçimində ola bilməsinə əsas verir. 
Götürək hərəkəti. Hərəkət ya eninə, ya uzununa, ya da hündürlüyə doğru ola bilər. Deməli, məkan da 
hərəkətin şərtidir. Hərçənd sual çıxır: bəs düşüncənin hərəkəti? Axı, düşüncə idealdır, yəni nəsnə deyil, 
deməli, məkan biçimində də deyil. Bəs məkan biçimində deyilsə, necə hərəkətdə olur? 
Daha sonra. Düşüncə, bilinc, şüur məkan biçimində deyilsə, onun haqqında necə keyfiyyətdən, 
kəmiyyətdən danışmaq olar? Axı, bu kateqoriyalar məkan biçimində olan əlamətlərlə bağlıdırlar. Bu haqda 
sonra uyğun bölmələrdə danışmalı olacağıq. Burada isə deyək ki, hər halda materiyada məkan və hərəkət 
bir-birindən ayrılmazdır. 
O ki qaldı zamana, - zaman hərəkətin davamlılıq ölçüsüdür (hərəkət nə qədər çəkdi? Neçə saat davam 
etdi?). Deməli, zaman hərəkətlə bağlıdırsa, hərəkətin araçılığı ilə məkanla da bağlıdır. 
Ancaq düzü, materiyanın mikrodünya qatına düşəndə bu bağlantılar xeyli ağlabatmaz şəkil alır. 
Marksizm üçün materiyanı məkan, zaman, hərəkət biçimində var olan nəsnələr toplusu kimi götürmək, 
bu kateqoriyanı xeyli kəsərli etdi. Yəni materiya kateqoriyası gerçəklikdə nəsnələrin, hadisələrin biri-
birindən törəməsi, biri-biri ilə çəkişməsi, tərsləşməsi, uyğunlaşması kimi gedişləri əsaslandırmağa qulluq 
etdi. Materiyanı törədici, yaradıcı gücdə görmək istəyənlərə bütün bunlar çox yardımçı oldu. 
Dialektik materializmin ontologiyada (olanlar haqqında öyrətimdə, təlimdə) idealizmə başlıca cavabı 
nədir? Odur ki, materiya bu ağacları, bu göyü, bu yeri, bu kosmosu törətmək üçün qıraq, özgə gücə möhtac 
deyil. O özü həm də dayanmaz hərəkətdir. Hərəkət zamanı isə nəsə dağılır, nəsə qurulur, iki qurulan 
birləşib üçüncünü törədir və belə-belə bitkilər, heyvanlar, insanlar aləmi yaranır, gəlişir. Ayrı-ayrı elmlər 
tapdıqları qanunlarla bütün bunların necə baş verdiyini xeyli dəqiq doğruluqla göstərirlər. 
Düzdür, Dialektik materializmi bir az rahatsız edən odur ki, bir çox idealistlər də materiyanın bu cür 
hərəkətdə olmasına inanırlar, həmin hərəkətlərin qanunauyğun olduqlarını da qəbul edirlər. Artıq, 
çoxdandır ki, idealist fəlsəfə Tanrını dünyada istədiyi qədər möcüzə göstərən qüdrətli güc kimi tanıtmış 
mifoloji təsəvvürlərdən, primitiv dinlərdən ayırmışdır. Artıq, çoxdandır ki, bir çox idealist filosoflar ideal 
olanı o taya, maddi olanı bu taya qoyub aralarında yadlaşdırıcı uzaqlıq salmırlar. Hegel deyirdi ki, təbiət 
Ruhun qrimasıdır, yəni bizim qutumuzda olan dəyişgilər necə üzümüzdə bilinirsə, eləcə də Ruhun 
tapıntıları (yəni ideyalar, anlayışlar və s.) həməncə materiyada nəsnə şəklində bilinir. 
Sadəcə, bir çox idealistlər materiyadakı olmaları, etmələri yönəldən (idarə edən) qanunların toplusunu 
materiyanın hər nöqtəsini örtmüş Qutun özündən gəlmə sayırlar. Belə hesab edirlər ki, Qut və ya İdeal olan 
və ya gerçəkliyin substansiyası (əsası) olan Düşüncə, Ağıl materiyaya qanunları verməklə onu hərəkətdə 
olmağa, törədici olmağa zorunlayır. 
Dialektik materializm ona görə də hər yerdə deyir ki, təbiətin qanunları da maddidir, materialdır. 
İdealizm isə təbiətdəki qanunları ideal substansiyaya bağlayır. 
Burada idealizmin məntiqi belədir: «A» qanunu. O, A1, A2, A3, A4 proseslərini idarə edir, məhz «bu 
cür» olmağa yönəldir. Deməli, əgər eyni vaxtda A1 prosesi Amerika qitəsində, A2 prosesi Asiyada, A3 
prosesi Ayda baş verirsə, «A» qanunu bircəliyində qala-qala (o qanundur, axı) eyni anda bir-birindən çox 
uzaq nöqtələrdə iştirak edir. Əgər «A» qanunu maddi olsaydı, onda maddiliyin əsas göstəricisinə görə 
məkanlı olardı, yəni nəsə bir yeri öz eni, uzunu, hündürlüyü ilə tutardı. Ona görə də bir yerdə «oturduğu» 
an başqa bir uzaq nöqtədə ola bilməzdi. Halbuki bizim göstərdiyimiz örnəklərdə «A» qanunu bircəliyini 
saxlaya-saxlaya, hissələrə bölünmədən, çoxluğa çevrilmədən eyni anda uzaq-uzaq nöqtələrdə iştirak dir. 
Yalnız məkansız, ideal olan Bircəliyində qala-qala, ola-ola eyni anda bir nöqtədə ola bilir, məsələn, İslamda 
Allah belədir: Bir Allah eyni anda gerçəkliyin bütün nöqtələrindədir. Deməli, maddi aləmi yönəldən 
qanunlar idealdırlar. 
 
 


 
25 
Marksist fəlsəfədə materiya kateqoriyasının çatışmazlıqları 
 
Ancaq Dialektik materializmdəki materiya kateqoriyasının öz paradoksları, öz çətinlikləri var. 
Lenin «Materializm və empriokritisizm» kitabında materiyanın tanımını (tərifini) verəndə bu tanıdıcıları 
sayır: birincisi, materiya kateqoriyadır. Belənçi deməklə, görünür, o, XVIII yüzilin ünlü ingilis filosofu 
Berkliyə cavab vermək istəyirdi. Berklinin sualı belə idi: materiya anlayışı deyir ki, gerçəklik var, burada 
nəsnələr nə qədər fərqlənsələr də hamısı maddidir. Deməli, nəsnələrin əsası (substansiyası) maddədir, 
materiyadır. Deməli, materiya var. Onda göstərə bilərsinizmi materiyanı?  
Doğrudan da, adam ayrı-ayrı cisimləri göstərə bilər, materiyanı isə göstərə bilməz. 
Berkliyə görə, nəyinsə olduğunun bir tanıdıcısı da onun qavrayışa bilinməsidir. Materiyanı isə qavramaq 
mümkün deyil, deməli, o yoxdur. 
Lenin sanki buna cavab olaraq yazmışdı: materiya kateqoriyadır, yəni ancaq bizim şüurumuzda anlayış 
kimi var. Bu anlayış olanların nəsə bir əsas cəhətini, tanıdıcısını göstərir və onu anladır. 
Materiya kateqoriyası nələri göstərir, nələri deyir? 
Birincisi, deyir ki, obyektiv gerçəklik var. «Obyekt» latın sözüdür, ilk anlamı «irəli atıram», «qarşıya 
qoyuram» olub, sonra isə təxminən cisim sözünə yaxınlaşıb. Bir az da keçib, «obyektivlik» bizim 
şüurumuzdan asılı olmadan «özü-özünə, doğrudan da olan» anlamlarını verib. 
Deməli, Leninin verdiyi tanıma görə materiya kateqoriyası bildirir ki, obyektiv gerçəklik var, özü də bu 
gerçəklik insana duyuları ilə verilir. Bu duyularda onun oxşartısı, şəkli çıxarılır, ancaq o, bu duyulardan 
asılı olmayaraq öz varlığında qalır. 
Yaxşı tərifdir, ancaq «ammaları» da yox deyil. Götürək duyularımızdan asılı olmayan obyektiv 
gerçəkliyi. Heyvanların psixikası da duyularımızdan asılı olmadan var, özü də duyularımızla bizə oxşartısı, 
şəkli verilir. Məsələn, heyvanın davranışına araşdırıcı baxıb, onun psixiki durumunu, istəklərinin necəliyini 
göz qabağına gətirir. 
Düzdür, bu deyilənə qarşı çıxmaq olar ki, Lenində başqa cürdür. O söyləyir ki, obyektiv gerçəkliyin 
duyularda «fotosu», şəkli çıxarılır. 
Ancaq burada gərək bir düzəliş verəsən. Bizim duyularda obyektiv gerçəkliyin yox, ondakı nəsnələr 
qrupunun, gerçəkliyin nəsə bir bölümünün, kəsiminin (məsələn, göy qübbəsinin) şəkli, görkü çıxarıla bilər. 
Özü də bizim duyular bütün bunların üzdə olan tərəflərinin şəklini çıxarmaqla içəridə, arxada olandan 
soraq alır. Oxşar olaraq araşdırıcı heyvanın etdiklərinin şəklini duyusunda çıxarıb, onunla heyvanın nə 
istədiyindən, psixikasından soraq alır.  
Deməli, materiya ilə bağlı obyektivlik kateqoriyasından tutsan, gərək heyvanların psixikasını da 
materiyaya qatasan. Halbuki elə Leninin özünə görə də heyvanların psixikası maddi deyil. Onlar da 
idealdır.  
Daha sonra, dini dünya modelini də materiyanın bu anlamı ilə uyuşdura bilərik. Məsələn, deyə bilərik 
ki, Tanrı obyektiv gerçəklikdir, yəni bizdən asılı olmadan var və obyektiv gerçəkliyini bir də o doğruldur ki, 
duyularımızda bizə verilir, şəkli alınır və s. 
Soruşanda «necə?» deyə bilərik: təbiətdə hər cisim və hadisə Tanrının yaradıcılığını özündə göstərən 
«heykəllər», «şəkillərdir». Biz dünyanı duyanda nəsnələrin şəkillərini almaqla onları içəridən bürümüş 
yaradıcı Qutu da görürük, gözümüzün qabağına gətiririk. Əgər bu, gözümüzün qabağına gətirdiyimiz 
həmin Qutun özü yox, onun haqqında güman etdiyimiz görk olursa, eyibi yox. Çağdaş fizikada atomun 
içindəki elementlər düzümünü göstərən şəkil (model) də deyə bilmərik ki, atomun içini necə varsa, elə 
göstərir.  
Lenin «materiya kateqoriya kimi obyektiv gerçəkliyi göstərir» deyəndə bununla elmin gələcəyini 
qabaqlamaq istəyirdi. Yəni bildirirdi ki, gələcəkdə elm ən ağlagəlməz hadisələr tapa bilər, ancaq Dialektik 
materializm həmişə onları maddi, materiyaya aid sayacaq, çünki onlar obyektiv olaraq, doğrudan da 
varlarsa, deməli, materialdırlar. Axı, Leninin verdiyi tanıma görə materiyaya aid olanların əsas tanıdıcısı 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə