Newsletter



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü1,91 Mb.
#52074


BOS XƏBƏR BÜLLETENİ 

QIŞ 2018


 

 



 

 

 



 

Baku-Oxford  

School

 

 

 

 



 

 

 



WWW.BAKUOXFORDSCHOOL.COM             E-MAIL: INFO@BOS.EDU.AZ 

 

TEL: +99412 4041330    FAX: +99412 4041329 

BOS  heyətinin  Yeni  İlini  təbrik edir, 2018-ci 

ildə uğurlar arzulayırıq! 

 

Bir  çoxunuz  yəgin  artıq  bilirsiniz  ki, 



məktəbimiz  Beynəlxalq  Məktəblər  Şurasının 

(COIS)  tam  akkreditasiyasını  almışdır  və  tez 

bir  zamanda  Məktəb  və  Kolleclər  üzrə  Yeni 

İlgiltərə  Assosiasiyasının  (NEASC)  tam 

akkreditasiyasını 

almağı 


barədə 

rəsmi 


açıqlama gözləyir.  Bu iki nüfuzlu təşkilatların 

tam  akkreditasiyasını  alan  məktəblər  davamlı 

olaraq  inkişaf  edən,  beynəlxalq  standartlara 

uyğun təhsil verən və məktəbin bütün sahələri, 

həm akademik həm də idarəçilik sahələri üzrə 

ən  yüksək  nailiyyətlər  nümayiş  etdirən 

məktəblər olurlar.  Biz Azərbaycanda bu ikili 

akkreditasiyanı almış yeganə məktəb olacayıq. 

 

Məktəbimizin qazandığı nailiyyət nəticəsində, 



davamlı olaraq özümüzü doğrultmalı və inkişaf 

edərək  hər  5  ildən  bir  bu  prosesdən  keçib, 

akkreditasiyanı  yeniləməliyik.    Dünyada  ən 

keyfiyyətli  məktəblər  akkreditasiya  şərəfinə 

layiq  görülüblər  və  artıq  bizim  məktəb  də, 

həmin  nüfuzlu  məktəblər  sırasına  daxil 

olubdur.  Bütün  məktəb  kollektivini,  eyni 

zamanda  cəmiyyətimizi  qazandığımız  uğur 

münasibəti ilə ürəkdən təbrik edirik!

 

Akkreditasiya haqqındakı rəsmi məktubdan bir 



hissəni nəzərinizə çatdırırıq: 

 

‘Bir 



məktəbə 

akkreditasiya 

qərarı 

verməmişdən  öncə  CIS,  məktəbə  səfər  edən 



komissiya 

nümayəndələrinin, 

məktəbin 

akkreditasiyası standartlarına cavab verdiyinin 

canlı şahidi olaraq, yerində sübuta yetirdikləri 

və  hesabatda  göstədikləri  əsas  təriflərə 

(məktəbin  üstün  cəhətlərinə)  nəzər  yetirir  və 

onları əsas götürür. Bu məktəbə akkreditasiya 

verərək,  komissiya  üzvlərinin  qeyd  etdikləri 

təriflər  və  məktəbin  güclü  tərəfləri,  zəif 

tərəflərdən çox olduğu üçün CIS bunu xüsusi 

olaraq  vurğulamaq  istəyir.  Məktəbin  özünü 

doğrultma  prosesinin  vaxtında  tamamlanması 

və  davamlı  inkişaf  edərək  akkreditasiya 

tələblərinin 

yüksək 


səviyyədə 

yerinə 


yetirilməsi 

CIS 


tərəfindən 

yüksək 


qiymətləndirilir. Məktəbin bütün sahələri üzrə 

olan 


inkişaf 

səfər 


zamanı 

sübuta 


yetirilmişdir.  Məktəbin güclü tərəflərini qeyd 

edərək,  bütün  şagirdlər  üçün  yaradılmış  dil 

imkanları, 

mültikulturalizm 

və 

qlobal 


vətəndaşlıq 

hissi, 


uşaqların 

qorunması 

qaydaları, 

bilavəsitə 

sağlamlıq 

və 


təhlükəsizliyə  göstərilən  diqqəti  xüsusi  ilə 

vurğulamaq  istəyirik.  Azərbaycanın  hazırki 

iqtisadi durumuna baxmayaraq, bu qədər qısa 

müddətdə,  akkreditasiya  üçün  başlayan 

prosesdə  əldə  etdikləri  nailiyyət  və  inkişafa 

görə 


məktəbin  direktoru  və  Müşahidə 

Şurasının  birgə  çalışması  və  dəstəyi 

giymətləndirilən  ən  üstün  cəhətlərdən  biri 

olmuşdur. Məktəbin belə bir üstünlüyü təqdirə 

layiqdir.’

 

Komissiya üzvlərinin yazdıqları son hesabatın 



yekunundan bir hissəni nəzərinizə çatdırırıq:

 

Şagirdlərin  təhsilinə  göstərilən  diqqət  bütün 



tədris  bölmələri  üzrə  dərs  materialları  və 

pedaqoji 

üslublarla 

sübuta 


yetirilmişdir.    Komissiya  üzvləri  inanırlar  ki, 

özünü  doğrultma  prosesində  bütün  baş  verən 

dəyişikliklər  məktəbin  təşəbbüsü  və  əməyi 

nəticəsində  baş  vermişdir.  Tələb  olunan 

məlumatlar toplanmış, analiz edilmiş və bütün 

siniflər üzrə aparılan təlim və tədris prosesinin 

müşahidəsi üçün istifadə edilmişdir. Məktəbdə 

şagirdlərin rifahına ciddi yanaşılır. Pedaqoji və 

inzibati 

heyətin 


təkmilləşməsi 

üçün 


peşəkarlığın inkişafı proqramları təşkil olunur. 

Müxtəlif tədbirlər vasitəsi ilə düzgün vərdişlər 

aşılanır.  Şagirdlərin  sağlam  və  təhlükəsiz 

olmaları üçün lazımi işçi və şərait yaradılıbdır.

 

Komissiya  üzvlərinin  qeyd  etdikləri  tərif  və 



məsləhətlər məktəbin təəccüblənməsinə səbəb 

olmamışdır.    Vurğulanan  əsas  təriflər  qısa 

müddət  ərzində  məktəbin  nail  olduğu 

dəyişikliklər  olmuşdur.      Verilən  məsləhətlər 

isə,  bütün  məktəb  heyətinin;  rəhbərlik, 

akademik  və  inzibati  heyət,  valideyn  və 

şagirdlərin iştirak etdiyi müzakirələr və yazılı 

hesabatlardan götürülmüşdür.

 

 

 



 

 

 



 

Baku-Oxford School Qış Xəbərləri  

2017 – 2018 Tədris İli 

 

 

 

  



BOS XƏBƏR BÜLLETENİ       

QIŞ 2018 

 

 

 



BOS-da  bütün  heyət,  harda  olduqlarını,  nəyə 

cəhd  etdiklərini  və  birgə  çalışaraq  nəyi 

hədəflədiklərini çox yaxşı bilirlər.  Komissiya 

üzvlərinin  yazdığı  hesabat  məktəbin  özü 

haqqında  məlumatlı  olduğunu  doğrulayır. 

Komissiya  üzvləri  əminliklə  bildirmək 

istəyirlər  ki,  səfər  zamanı  məktəb  tərəfindən 

göstərilən  həvəs  və  fədakarlıq  məktəbin 

davamlı inkişafına zəmin verəcəkdir.

 

Komissiya  üzvlərinin  yazdığı  hesabatdan 



sadəcə  bir  hissəni  sizinlə  bölüşə  bildik,  əlavə 

məlumatları  zamanla  sizinlə  paylaşacayıq. 

Sadəcə  bildirmək  isitəyirik  ki,  komissiyanın 

yazdığı  hesabat  təriflərlə  dolu  məktəbimiz 

haqqında müsbət rəylərdən ibarət bir sənəddir 

və  biz  buna  son  bir  neçə  il  ərzində  nail 

olmuşuq.

 

TWITTER VƏ FACEBOOK



  

Məktəb 


fəaliyyətini, 

tədris 


prosesini 

yaddaşlara  salmaq  üçün  mütəmadi  olaraq 

şagirdlərdən ibarət maraqlı fraqmetlərin şəklini 

və  ya  videosunu  çəkirik.  Bütün  şəkil  və 

videolar 

şagirdlərin  nailiyyəti,  proqresi, 

öyrənməyə  həvəsinin  artırılması  və  məktəb 

həyatının  şagirdlər  üçün  maraqlı  olması  üçün 

istifadə  olunur.    Biz  bu  şəkil  və  videolardan 

məktəb  daxilində  istifadə  edirik,  lakin  onlar 

başqa məqsədlər üçün də istifadə oluna bilər, 

məsələn:


 

∙ məktəbin jurnal və nəşr materiallarında 

 

∙ məktəbin internet səhifəsində 



 

∙  məktəbin  rəsmi  Twitter  və  ya  Facebook 

səhifələrində

 

 



Bir  çox  valideyn  çox  istəyər  ki,  uşaqlarının 

şəkilləri  bu  kimi  vasitələrdə  istifadə  olunsun. 

Lakin,  övladının  şəklini  məktəbin  internet 

səhifəsi, jurnalı, Twitter səhifəsi və ya bu kimi 

səhifələrdə  istifadə  olunmasını  istəməyən 

valideyn tədris bölməsi ilə əlaqə saxlayaraq öz 

etirazını bildirə bilər.

 

Məktəbin  sosial  şəbəkələrinə  olan  linki  qısa 



müddətdə aktivləşdirib sizə göndərəcəyik.

 

Gözlənilən bu tarixləri özünüz üçün qeyd edin:



 

2 fevral: 1-ci yarım ilin nailiyyət hesabatları 

sizə göndəriləcəkdir 

 

5 fevral: 2-ci yarım ilin ilk günü və valideyn-



müəllim görüşləri 

 

Bir daha hamınızın yeni ilini təbrik edirik!



 

Alexander Simester 

Məktəbin Direktoru 

 

 

Erkən-İlkin Hazırlıq Mərhələsi 



 

 

Yeni  iliniz  mübarək!  Qış  tətili  sona  çatdı  və 



hamızı yenidən salamlayırıq. 

 

 



Tətildən  əvvəl  hazırlıq  bölməsi  şagirdləri 

müxtəlif  tədbirlərdə  iştirak  etmiş  və  bir  çox 

biliklərə 

yiyələnmişdirlər. 

Nursery 

və 


Foundation  1  sinifləri  təbiətimizdə  mövcud 

olan  müxtəlif  heyvan  növləri  haqqında 

öyrənmiş, eyni zamanda Foundation 2 sinifləri 

bizi  əhatə  edən  materiallar  və  planetimizdəki 

təkrar-istifadənin 

vacibliyi 

haqqında 

öyrənmişdirlər. 

 

 

Hal-hazırda yeni dərs planımızı tətbiq edirik və 



aşağıda  qeyd  etdiyimiz  mövzuları  müxtəlif 

fənlər vasitəsi ilə şagirdlərimizə öyrədirik:

 

Nursery: ‘Dinozavr detektivləri’



 

Foundation 1: ‘Havanın möcüzələri’ 

 

Foundation 2: ‘Biri vardı, biri yoxdu’



 

 

 



2017-ci  ilimizi  şagirdlərimizin  möhtəşəm 

çıxışları ilə başa vurmuşuq. Uşaqlarımız yeni il 

şənliklərində  mahnı  və  rəqslə  səhnə 

almışdırlar.  Onları  rəngarəng  kostyumlarda 

səhnədə 

görmək 


çox 

maraqlı 


idi. 

Şagirdlərimizin 

möhtəşəm 

ifalarını 

hazırlamaqda  kömək  edən  müəllim  və 

asisstentlərimizə, 

bilavasitə 

onları 


dəstəkləməyə gələn valideyn və qonaqlarımıza 

təşəkkür  edirik.  Çıxışlardan  sonra  Şaxta  baba 

və 

qarqızın 



gəlişi 

uşaqlarımızı 

çox 

sevindirmişdi,  lakin  səhnədən  sizin  onları 



izləməyiniz daha çox sevincə səbəb olmuşdur!

 

Müəllim  heyətimizlə  birinci  yarım  ilin 



nailiyyət  hesabatlarını  yazırıq  və  çox  sayda 

şagirdimizin mütəmadi olaraq dərsdən qalması 

və  ya  gecikməsini  görürük.  Belə  hallar 

uşaqların  öyrənməsi  və  nailiyyətinə  çox  təsir 

edir. Əgər övladınız sağlıq probleminə görə iki 

gündən artıq dərs buraxır sa, həkimdən arayış 

gətirməyinizi  xahiş  edirik.  Hər  bir  şagirdin 

dəvamiyyətini  qeyd  etdiyimiz  üçün,  dərs 

buraxmaların  səbəbini  əsaslandırmalıyıq  və 

şagirdin    şəxsi  işinin  içində  saxlamalıyıq. 

Xatırlatmaq istəyirik ki, dərs günümüz hər gün 

səhər  saat  8:45  də  başlayır  ki,  şagirdlər 

rahatlaşıb  sinifdə  yerlərini  ala  bilsinlər.  Dərs 

gününə  gecikən  uşaqlar  dərsi  bolür  və  bütün 

sinfin fikrinin yayınmasına səbəb olurlar. 

 

Fürsətdən istifadə edərək, kollektivimizin yeni 



asisstentlərini:  Mis  Nigar  (Elephants),  Mis 

Sabina  (Starfish)    və  Mis  Sabina  (Giraffes) 

salamlayırıq.  Belə  həvəsli  və  uşaqların 

dilindən  yaxşı  anlayan  insanlarla  işləmək 

bizim üçün çox xoşdur. 

2018-ci  ildə  hamınıza  xöşbəxtlik  və  sağlıq 

arzulayırıq. 

  

Clare Ranns



 

Erkən-İlkin Haırlıq Mərhələsinin Rəhbəri 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


BOS XƏBƏR BÜLLETENİ       

QIŞ 2018 

 

 

 



İbtidai Məktəb Xəbərləri 

 

 



 

 

Hörmətli valideynlər,

 

 

Qış  fəsli  akademik  cəhəddən  şagirdlərimiz 



üçün önəmli bir mərhələnin gəlişini xəbər verir 

və  şagirdlərimiz  nailiyyətlərinə  daha  çox 

diqqət  yetirməlidirlər.  Sinif  rutini  artıq  təşkil 

olunub,  uşaqlar  yeni  müəllimlər  və  sinif 

yoldaşlarına  uyğunlaşıblar  və  enerjiləri 

boldur.   Hava şəraitinin soyuması ilə əlaqədar, 

hal-hazırda  Bakının  küçələri  əlverişli  deyildir 

və şagirdlərimiz çox vaxtlarını evdə keçirirlər. 

Valideynlərə  tövsiyyə  etmək  istəyirəm  ki,  bu 

ideal  zamanlamadan  istifadə  etsinlər  və 

uşaqların məktəbdə öyrəndikləri bilikləri evdə 

təkmilləşdirsinlər.  Uşaqlarınıza  akademik 

cəhətdən  dəstək  olmaq  istəyirsiniz  sə, 

edəcəyiniz ən doğru şey hər axşam övladınızla 

birgə  kitab  oxuyun  və  mütəmadi  olaraq 

məktəbdə nə öyrəndikləri haqqında soruşun və 

müzakirələr aparın. Bəzən elə olur ki, uşaqlar 

evdə  məktəb  haqqında  danışmaq  istəmirlər, 

xüsusi ilə dərsdən evə gələn zaman, lakin sizi 

əmin  edirik  ki,  onların  hamısı  tərifi  sevir  və 

həvəslənirlər. Arada vaxt  tapıb uşaqlardan ev 

tapşırıqlarını  soruşun,  məsələn  Humanities 

fənni  üzrə  onlara  müxtəlif  tapşırıqlar  üzrə 

birini  seçmək  imkanı  verilir  və  seçim  etmək 

üçün  onlara  evdə  kömək  edə  bilərsiniz.    Siz 

övladınızla  dərs  haqqında  danışanda,  onlara 

məsləhət  verəndə  təhsilin  nə  qədər  vacib 

olduğunu  anlayırlar  və  eyni  zamanda  siz 

uşaqların  məktəbdə  nə  öyrəndikləri  haqqında 

məlumatlı olursunuz.

 

 

 



  

 

 



 

 

 



Baku-Okford  Skulda  həyat  boyu  öyrənən 

şəxsiyyətlər  yetişdirməyə  çalışırıq  və  buna 

görə şagirdlərdə öyrənmə vərdişləri və lazımi 

bilikləri  aşılayırıq.  Övladlarınıza  nümunə 

olaraq 

onlara 


əvvəlcədən 

işlərini 

planlaşdırmağı,  vaxtında  yerinə  yetirməyi, 

tələb olunandan artıq işləməməyi, ətraf-mühiti 

qorumağı  və  təmiz  saxlamaq  kimi  vərdişləri 

ibtidai  sinifdən  başlayaraq  öyrədə  bilərsiniz. 

Adətən,  ibtidai  sinif  şagirdləri  böyüklərdən 

asılı olur, buna görə erkən yaşlardan siz onları 

sərbəstliyə 

öyrətməlisiniz,  öz  əşyalarını 

yerləşdirməyi,  çantalarını  yığmağı,  məktəb 

gündəliyindən istifadə etməyi, sərbəst geyinib- 

soyunmağı öyrənməli və beləliklə orta məktəb 

çağına  hazırlaşmalıdırlar.    Bununla  yanaşı, 

şagirdlər punktual olmağı, sağlıqlı qidalanmağı 

və 


vaxtında 

yatmaq 


kimi 

vərdişlərə 

öyrəşməlidirlər. Burda sadaladığımız vərdişlər 

uşaqlara sadəcə məktəbdə deyil həyatları boyu 

faydalanacaqları 

keyfiyyətləri  qazandıracaqdır.

  

 

Davamlı dəstəyiniz üçün təşəkkür edirik və 



hamınızın yeni ilini təbrik edirik.

 

 



Graham Tait  

İbtidai Məktəbin Rəhbəri 

 

Xalça Müzeyinə səfər – 2-ci siniflər

 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Heydər Əliyev Mərkəzinə səfər–1-ci sinif 

 

 

 

Yeni il şənlikləri 

 

 

 



 

 

 



 

   

 

 

 

  


BOS XƏBƏR BÜLLETENİ       

QIŞ 2018 

 

 

 



 Tam-Orta Məktəb 

Xəbərləri  

 

 



2018-ci ildə hamınızı xoş gördük!  

Müasir dillər həftəsi 

 

BOS-da beynəlmiləlçilik  və  mültikulturalizmi 

təbliğ etmək üçün Müasir Dillərə həsr edilmiş 

həftəni qeyd etmək vərdişə çevrilmişdir. Həftə 

ərzində bir sıra maraqlı tədbirlər keçirilmişdir, 

onlardan  poeziya  gecəsi,  nəşr  müsabiqəsi  və 

olimpiadalar vasitəsi ilə şagirdlərimiz müxtəlif 

ölkə  və  millətlərin  mədəniyyət  və  dəyərləri 

haqqında öyrənmişdirlər. Müasir dillər həftəsi 

şagirdlərimizin  ifasında  konsert  proqramı  ilə 

sonlandırılmışdır. 

 

Konsert 



zamanı 

şagirdlərimiz  İspan,  Fransız,  və  Alman 

dillərində  mahnı  və  çıxışlarla  iştirak 

etmişdirlər və tamaşaçıların müsbət alqışlarını 

qazanmışdırlar.  Gürcüstanda  Goethe  İnstitutu 

tərəfindən  təşkil  edilmiş  qış  düşərgəsində 

iştirak  edən  bir  qrup  şagirdimiz  prezentasiya 

etmişdir və bu da  digər şagirdlərimizi  növbəti 

layihədə iştirak etmək üçün sövq etmişdir.

 

 



 

 

 



 

Banana Prodakşn  

Bir qrup 7-ci sinif şagirdi könüllü olaraq ibtidai 

siniflər  üçün  yeni  il  ərəfəsi  tamaşa  qoymağı 

təklif  etmişdirlər.  Banana  Prodakşn  Arina 

Xayeva,  Ayla  Əliyeva,  Nübar  Cəbrayıllı  və 

Nəzrin  Məmmədova  tərəfindən  yaradılmışdır. 

Bu layihədə şagirdlərimiz ibtidai siniflər üçün 

çox  həyəcanlı  səyahət  turu  hazırlamışdır  və 

nəticədə  uşaqlar  gediləcək  maraqlı  ölkələr 

haqqında  məlumat  toplamış  və  təcrübəli 

səyahətçi olmanın incəliklərini öyrənmişdirlər. 

Təqdimat  turunun  sonunda  lotereya  və 

müsabiqənin  qalibləri  hədiyyə  olaraq  bir 

büküm banan qazanmışdırlar.

 

 

Film Gecəsi 



Keçən  ilin  son  ayı  məktəbimizə  şənlik  və 

bayram  əhval  ruhiyyəsi  gətirmişdir.  Yeni  ili 

qeyd etmək üçün Şagird Şurası məktəbimizdə 

20-21 dekabr tarixlərində “Evdə Tək” filminin 

səhnəyə  qoyulmasını  təşkil  etmişdir  və  tədbir 

uğurla 


başa 

çatmışdır. 

 

O Səs 

22 dekabr tarixi xüsusi bir gün idi. Həmin gün 

məktəbin son günü, eyni zamanda BOS-da ilk 

dəfə  olaraq  “O  Səs”  mahnı  yarışması 

keçirilmişdi.    Mahnı  yarışmasının  hər  bir 

iştirakçısı  çox  həyəcanlı  idi,  çünki  ilk  dəfə 

olaraq  məktəbimizin  səhnəsindən  öz  səs 

bacarıqlarını 

nümayiş 

etdirmə 


imkanı 

qazanmışdırlar.  Səhnədə  solo,  duet  və 

qrupların  çıxışları  nümayiş  etdirilmişdir  və 

şagirdlərimizin 

çıxışları 

məktəb 


yoldaşlarından  ibarət  tamaşaçılar  tərəfindən 

möhkəm 


alqışlarla 

dəstəklənmişdir. 

İştirakçıların  ifasını  dəyərləndirən  münsiflər 

heyətinin  işi  çox  çətin  idi,  çünki  bütün  ifalar 

möhtəşəm  idi.  7-ci  sinif  şagirdləri  Kamilla 

Məmmədova və Mədinə Quliyevanın ifasında 

səslənən  duet  daha  çox  səs  toplayaraq 

müsabiqənin qalibi olmuşdur.

 

 

 



 

Enriçment (İngilis dilinin 

zənginləşdirilməsi proqramı) 

 

Məktəbimizin  Enriçment  komandası  birinci 

yarım  ilin  sonunda  qadın  hüquqlarına  aid  bir 

çox  mühüm  mövzuları  əhatə  etmişdirlər  və 

onlardan;  qadınların  dünyada  az  bilinən 

əhəmiyyətləri,  birinci  və  ikinci  dünya 

müharibəsi zamanı qadınların rolu,  Suragit və 

Sufragetlər, 

Cins 

bərabərliyi, 



dünyada 

qadınların  hüquqları,  Qızların  Beynəlxalq 

günü ilə Qadınların Beynəlxalq günü arasında 

olan  fərq,  Feminizm  və  sairə  kimi  mövzular 

əhatə olunmuşdur.

 

Layihənin təcrübi sübütlarını əldə etmək üçün 

enriçment 

komandası 

Bakı 

Olimpik 


Stadionuna Azərbaycan Milli Komandasındadı 

qadın futbolçuları ilə görüşməyə getmişdirlər. 

Bu səfər nəticəsində Enriçment şagirdləri sübut 

etmişdirlər  ki,  istənilən  arzu  çin  ola  bilər, 

sadəcə güclü iradə və özünə güvən  lazımdır. 

“Qadın Hüquqları” mövzusundakı layihələrini 

başa  vurmaq  üçün,  enriçment  şagirdləri  əldə 

etdikləri  məlumat  və  təcrübələri  prezentasiya 

vasitəsi ilə öz sinif yoldaşları və müəllimləri ilə 

bölüşmək üçün məktəbin akt zalında nümayiş 

etdirmişdirlər.  Bundan  başqa,  şagirdlərimizə 

canlı nümunə olduqlarına görə, onlara təşəkkür 

etmək  üçün  milli  komandamızdakı  qadın 

futbolçuları  həmin  gün  məktəbimizə  dəvət 

olunmuşdurlar.

 

Dünyada  baş  verən  belə  bir  qlobal  məsələni 



enriçment proqramında müzakirə etməyimizin 

məqsədi, gənc nəslimizin bu kimi haqsızlıqlar 

qarşısında aciz qalmamaları və bilikli olmaları 

üçündür.    Bu  kimi  məsələlərə  münasibət 

bildirmələri  və  tərəflərini  seçmə  hüquqlarını 

anlamaları  üçün  uşaqlar  yeniyetmə  çağından 

məlumatlı olmalıdırlar.

 

Şirvanşahlar Sarayına səfər 



 

Tədris proqramının bir hissəsi olaraq 7-ci sinif 

şagirdləri 

Şirvanşahlar 

Sarayına 

səfər 


etmişdirlər.  Azərbaycan  tarixi  dərslərində 

Şirvanşahlar Sarayı haqqında öyrəndiklərindən 

sonra,  şagirdlərimiz  İçəri  Şəhərdə  yerləşən 

həmin tarixi abidəni çanlı görmək və Şirvanşah 

hanədanlığı  haqqında  daha  detalları  bilgilər 

əldə etmək imkanı qazanmışdırlar. 

 

 

 



 


BOS XƏBƏR BÜLLETENİ       

QIŞ 2018 

 

 

 



İçtimaiyyətə Xidmət Klubunun Xəbərləri 

 

Şagirdlərimizi 

təkmilləşdirmək 

və 


döş 

xərcəngi  haqqında  məlumatlandırmaq  üçün 

milli  ankoloji  mərkəzdən  məktəbimizə  iki 

qonaq  spiker  dəvət  etmişdik.    Qonaqlardan 

biri,  mamoloq  Nigar  Mehtiyeva  döş 

xərcənginin  əmələ  gəlməsi  və  qadınlar 

arasında  yayılması  haqqında  şagirdlərimizə 

məlumat 


vermişdir. 

İkinci 


qonağımız, 

mamoloq  Vəfa  Əliyeva  bu  xəstəliyin 

mərhələləri  və  müalicəsi  haqqında  söhbət 

açmışdır. Sonra isə, Azərbaycanda bu xəstəliyə 

tutulmuş qadınların statistik məlumatları 11-ci 

sinif şagirdlərinə izah edilmişdir. Şagirdlərimiz 

müzakirələrdə iştirak etmiş və bütün suallarına 

ətraflı 


cavab 

tapmışdırlar. 

Hal-hazırda 

şagirdlərdən  ibarət  incimaiyyətə  xidmət 

komandamız  valideynlər  üçün  bu  mövzuda 

təqdimat  hazırlayır  və  bu  xəstəlik  haqqında 

məlumatı yaymaq üçün onları yaxın zamanda 

məktəbə  dəvət  edəcəklər.  Bundan  başqa, 

xidmət  komandamız  yayda  rayonlara  səfər 

edəcək  və  bu  xəstəlik  haqqında  ictimaiyyəti 

məlumatlandıracaqdır. 

 

 



15  dekabr  tarixdə  içtimaiyyətə  xidmət 

komandamız 

Məştağa 

və 


Ramanı 

qəsəbələrindəki 

yoxsul 

ailələrə 



baş 

çəkmişdirlər. Bu ailələr çox acınacaqlı şəraitdə 

yaşayırlar,  qida  və  istiliyə  ehtiyacları  var. 

Həmin ailələrin uşaqları orta təhsil almaq üçün 

məktəbə 

belə 


gedə 

bilmirlər. 

Xidmət 

komandamız  bu  uşaqlar  üçün  paltar  və 



oyuncaqlar,  eyni  zamanda  evdə  bişmiş 

yeməklər  aparmışdırlar.  Yoxsul  ailələrə  olan 

səfər 

şagirdlərimizə 



çox 

keyfiyyətlər 

qazandırmış  və  yaşadığımız  həyatın  nə  gədər 

əhəmiyyətli  və  dəyərli  olduğunu  bir  daha 

anlatmışdır.

 

 



 

 

 

 

 

 

 

 

 

Milli MUN 

Qürur hissi ilə ikinci dəfə məktəbimizin Milli 

MUN-də  iştirakını  və    növbəti  uğurunu  elan 

etmək istəyirik. BOS MUN Klubu Milli MUN-

dəki 

iştirakını 



yenə 

uğurla 


başa 

vurmuşdur.    Milli  MUN  Gənclər  və  İdman 

Nazirliyi tərəfindən (18-21 dekabr 2017) təsis 

edilmiş  Milli  MUN  Konfransıdır.    Məktəb 

şagirdləri  ilə  yanaşı  bu  konfransda  həmçinin 

universitet  tələbələri  iştirak  edirlər.  Bütün 

konfrans 

iştirakçıları 

arasında 

bizim 


şagirdlərimizin  qələbəsini  qeyd  etmək  böyük 

bir  şərəfdir.  Alina  Fərmanova  -  “BEST 

DELEGATION”,  Emil  Revin  –  “Honorable 

mention”,  Leyla  Maqsud  -  “Honorable 

mention”. 

Şagirdlərimiz 

BOS 

MUN 


ənənələrini davam etdirərək məktəbimizi yerli 

və beynəlxalq konfranslarda yüksək səviyyədə 

təmsil edirlər!

 

 



Təbiət Elmləri Olimpiadası 

 

13 yanvar 2018-ci il tarixdə şagirdlərimiz 21-

ci  Əsr  Məktəbində  Təbiət  Elmlərinə  həsr 

edilmiş  olimpiadada  iştirak  etmişdirlər. 

Olimpiada nəticəsində məktəbimiz 14 medalla 

təltif edilmişdir. Qaliblərin adlarını nəzərinizə 

çatdırırıq:

 

 



5-ci  sinif  –  Ayan  Nağızadə  və  Carlos  de 

Guzman - 3-cü yer 

 

6-cı sinif – Nəzrin Əliyeva – 3-cü yer,



 

                 Sevil Naqaşi - 2-ci yer,   

 

                 Ayla Rüstəmzadə - 1-ci yer,  



 

                 Məryam Şirəliyeva – 1-ci yer, 

 

                 Nurgül Cahangirli - 1-ci yer.



 

7-ci sinif - Arina Xayeva - 3-cü yer,  

 

                Ayla Əliyeva - 2-ci yer,



 

                Məryam Həsənova - 1-ci yer.

 

8-ci sinif - Melis Çıraqzadə – 3-cü yer, 



 

                              Nikita Tkaçev - 2-ci yer,

 

9-cu sinif – Ayla Fərzəli - 1-ci yer, 



 

                  Kəmalə Kərimli - 1-ci yer.

 

Təbiət  Elmləri  Departamentini  bu  nailiyyət 



münasibəti  ilə  təbrik  edirik!  Şagirdlərimizin 

uğur  qazanmalarında  sərf  etdikləri  əməyə  və 

göstərdikləri 

dəstəyə 


görə 

bütün 


əməkdaşlarımıza təşəkkür edirik!

 

Cəmilə Çıraqzadə 

Tam-Orta Təhsil Bölməsinin Rəhbəri 

 

 

Tibb  Universitetinə  hazırlaşan  Biologiya  üzrə 



A-Level 

şagirdlərimiz 

üçün 

praktiki 



təcrübə  proqramı (İnternşip) təşkil edilmişdir. 

Bu  proqram  vasitəsi  ilə  şagirdlərimiz  canlı 

təcrübə  qazanmaq  və  biliklərini  real  tibb 

sahəsində 

istifadə 

etmək 


imkanı 

qazanmışdırlar. 

Layihənin 

təşəbbüskarı 

məktəbimizin Təbiət Elmləri Departamentinin 

rəhbəri  Günay  Hacıyevadır.    İnternşip 

proqramı  vasitəsi  ilə  şagirdlərimiz  təcili  tibbi 

yardım,  pediatriya,  ortopediya,  daxili  tibb, 

ictimai sağlamlıq, hemşirelik və / və ya həkim 

köməkçisi 

kimi 

sahələrdə 



təcrübə 

qazanmışdırlar.  Bu  layihə  həkimlik  peşəsi 

üçün  hazırlaşan  şagirdlərimizə  real  təcrübə 

qazandırmış və çox faydalı olmuşdur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə