Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə20/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

məsələlərin  əlaqələndirilməsi  tərəflərin  qüvvəsini  tarazlaşdırmağa  imkan 
verir; 

 
Tutulmuş mövqeyə qarşı şəfqətli olanlarla koalisiya təşkil etmək

 
ictimai fikrə müraciət etmək

 
Kömək məqsədilə vasitəçiyə müraciət etmək. 
Taktiki üsullara gəldikdə isə bəziləri danışıqların hansı mərhələdə olmasından 
asılı olmayaraq tətbiq edilir: Digər üsulların istifadəsi konkret mərhələ çərçivələri ilə 
məhdudlaşdırılır. 
Bütün mərhələlər də geniş şəkildə işlənəbilən üsullar. 
1.
 
«Uzaqlaşma» mövqelərin qapanması ilə əlaqədardır. «Uzaqlaşmaya» misal 
olaraq  məsələnin  həllini  sonraya  saxlamaq,  onu  digər  görüşə  keçirmək 
haqqında xahişləri göstərmək olar. «Uzaqlaşma» bilavasitə və dolayı ola 
bilər. Birinci halda açıq olaraq məsələnin müzakirəsini sonraya saxlamaq 
təklif  edilir.  Dolayı  «uzaqlaşma»  zamam  məsələyə  son  dərəcə 
qeyri-müəyyən cavab verilir. 
2.
 
«Uzadılma» tərəfin hər-hansı bir səbəbdən danışıqları uzatmağa çalışdığı 
və özünün müxtəlif «uzaqlaşma» variantlarım təqdim etdiyi zaman tətbiq 
edilir. 
3.
 
«Gözləmə»  ilk  əvvəl  opponentin  fikrini  dinləməyə  cəhd  etməkdən 
ibarətdir.  Bu  əldə  edilmiş  məlumatdan  asılı  olaraq  öz  mövqeyini 
formalaşdırmaq məqsədilə yaradılır. 
4.
 
Partnyorun artıq söyləmiş olduğu fikirlərilə «razılığın bildirilməsi» 
ümumiliyin qeyd edilməsinə yönəldilmişdir. 
5.
 
Opponentin fikirlərinə qarşı «narazılığın bildirilməsi» - əks üsuldur. 
6.
 
«Salyami»  -  şəxsi  mövqelərin  həddən  artıq  ləng  açıqlanmasıdır.  Üsulun 
mənası  danışıqları  uzatmaq,  opponentdən  mümükn  qədər  çox  məlumat 
toplamaqdan ibarətdir. 
Bütün  mərhələlərə  aid  olan,  lakin  özünün  tətbiq  edilmə  spesifikasına  malik 
üsullar. 
1.
 
«Paketləmə» bir neçə məsələnin müzakirəyə «paket» formasında təqdim 
edilməsindən ibarətdir, daha doğrusu ayrı-ayrı məsələlər Deyi, 


kompleks məslələr müzakirəyə hazırlanır. İki növ «paket» mövcuddur. Onlardan biri 
ticarət  konsepsiyasını  əks  etdirir,  digəri  isə  problemin  opponentlə  birliklə 
müzakirəsini.  «Paketin»  ticarət  çərçivəsində  istifadəsi  opponent  üçün  cəlbedici  və 
sadə  təkliflərin  bir  paketə  yerləşdirilməsindən  ibarətdir.  Əksər  hallarda  bu  tip 
«paket»  şəkilli  təklif  «yüklənmiş  satış»  adlanır.  Problemin  opponentlə  birliklə 
müzakirəsi çərçivəsində tətbiq edilən «paket» güzəştlərin dəyişdirilməsindən və bu 
dəyişdirilmənin «paketdə» birləşdirilməsindən ibarətdir. 
2.
 
«Son  anda  tələblərin  irəli  sürülməsi».  Danışıqların  lap  sonunda  -  bütün 
məsələlərin  həll  olunduğu  və  yalnız  müqavilənin  imzalanmasının  qaldığı  zaman 
tətbiq edilir. Belə olan halda iştirakçılardan biri tərəfindən yenit tələblər irəli sürülür. 
Əgər opponent əldə edilmiş razılığı qorumağa çalışırsa, onda o, güzəştə gedə bilər. 
3.
 
Müzakirə edilən məsələlərin «mürəkkəbliyinin tədricən artması». Bu üsul 
problemin müştərək şəkildə təhlili zamanı tətbiq edilir. 
4.
 
«Problemin ayrı-ayrı tərkib hissələrinə bölünməsi» problemi bütünlüklə 
həll  etməkdən  imtina  etmək  cəhdlərindən  və  probolemi  ayrı-ayrı  komponentlərə 
bölməkdən ibarətdir. 
Danışıqların müəyyən mərhələsində tətbiq edilən taktiki üsullar. 
Mövqelərin dəqiqləşdirilməsi mərhələsi: 
1.
 
Tələblərin artırılması. Onun mahiyyəti öz mövqeyinə sonradan asanlıqla 
çıxarılması mümkün olan punktlarm daxil edilməsindən ibarətdir. Həmin punktlarm 
çıxarılması güzəştə getmək kimi qələmə verilir və əvəzində opponentin də analoji 
addımlar atması tələb edilir. 
2.
 
Şəxsi  mövqeyində  yanlış  mövqelərin  yer  tutması,  hər-hansı  bir  əslində 
ikinci  dərəcəli  məsələnin  həll  edilməsində  son  dərəcə  maraqlı  olduğunu  nümayiş 
etdirməkdən  ibarətdir.  Bu  ticarət  məqsədilə  edilir.  Gələcəkdə  məsələ  digər  daha 
mühüm məsələlər üçün zəruri qərarın əldə edilməsi məqsədilə çıxarılır. 
3.
 
Susma  mövqelərin  qapanması  üçün  istifadə  edilir  və  danışıqların  ilkin 
mərhələsində qeyri-müəyyənliyin yaradılmasından ibarətdir. 


4.
 
Uydurma - əvvəlcədən yanlış informasiyanın verilməsidir. 
Mövqelərin  dəqiqləşdirilməsi  zamanı  onların  açıqlanması  çıxışlar  və  ya 
verilən suallara cavablar zamanı mövqelərin birbaşa olaraq açıqlanması, partnyorun 
mövqeyinin  dəqiqləşdirilməsi  vasitəsilə  mövqelərin  açıqlanması  kimi  taktiki 
üsullarla həyata keçirilir. 
Mövqelərin müzakirəsi mərhələsi. 
Bu mərhələdə tətbiq edilən üsulların əksəriyyəti fərqlərin qeyd edilməsi ilə 
əlaqədardır. 
1.
 
Opponentin  mövqeyinin  zəif  tərəflərinin  qeyd  edilməsi.  Üsulun 
realizasiya variantları aşağıdakılardan ibarət ola bilər: 

 
Səlahiyyətlərin kifayət qədər olmamasının qeyd edilməsi; 

 
Əsəbi, oyanıq vəziyyətin qeyd edilməsi; 

 
Alternativ variantların olmamasının qeyd edilməsi; 

 
Mülahizələrin daxili ziddiyyətinin qeyd edilməsi; 

 
Fəaliyyətlərin mənfi şəkildə qiymətləndirilməsi. 
2.
 
Qabaqlayıcı  arqumentasiya.  Sual  verilir,  onun  cavabı  isə  opponentin 
mövqeyinin əsassız olduğunu sübut edir. 
3.
 
Opponentin  pozisiyasmm  təhrif  edilməsi,  daha  doğrusu,  opponentin 
mövqeyinin özünə sərfəli olan şəkildə təhrif edilməsi. 
4.
 
Opponenti güzəştə getməyə məcbur etmək məqsədilə təhdid və təzyiqlər. 
Onlar aşağıdakı formada həyata keçirilə bilər: 

 
Opponent üçün xoşagəlməz olan nəticələr haqqında xəbərdar etmə; 

 
Danışıqların kəsilməsi ehtimalını qeyd edilməsi; 

 
Danışıqların qarşısının alınması ehtimalının qeyd edilməsi; 

 
Gücün nümayiş etdirilməsi; 

 
Ekstremal tələblərin irəli sürülməsi; 

 
Ultimatum verilməsi. 

 
Ümumi həll zonasının axtarışı opponentin fikirlərini dinləyərək və  onları 
özününkü ilə müqayisə edərək ümumi məqamların tapılmasından ibarətdir. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə