NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   88   89   90   91   92   93   94   95   ...   100

etdirmişlər.  Bu  mənada  Azərbaycan  legionerlərinin  zəngin  mətbu  və  ədəbi  irsi 
ciddi olaraq öyrənilməlidir. 
 
NƏTĠCƏ 
 
XX əsr tariximizin bu günə qədər öyrənilməyən bir dövrünün araşdırılması, 
şübhəsiz  ki,  əhəmiyyətlidir.  Azərbaycan  Xalq  Cümhuriyyəti  zorla  devirildikdən 
sonra  Azərbaycanda  mövcud  rejimə  qarşı  güclü  mübarizə  aparılmışdır.  Milli 
dövlətçiliyin qorunması, yeni rejimin xalqın milli-mənəvi dəyərlərini inkar həddinə 
çatdırması ölkədə ciddi problemlər yaradır, insanların müqavimət gücünü artırırdı. 
Sovet  sisteminin  qanlı  terror  üsuluna  əsaslanması  əhalidə  bu  rejimə  qarşı 
barışmazlıq mövqeyini gücləndirirdi. 
Qeyd 
olunmalıdır 
ki, 
Azərbaycan 
legionerlərinin 
yaranmasını, 
formalaşmağını  yalnız  1941-1945-ci  illərə  aid  etmək  tarixi  hadisələrə  obyektiv 
yanaşmamaqdan  irəli  gələrdi.  Belə  ki,  obyektiv  tarixi  yanaşmanın  ən  doğrusu, 
1920-ci  ilin  28  aprel  hadisələri,  həmin  gün  Azərbaycanın  bolşeviklər  tərəfindən 
işğal  edilməsidir.  Məhz  həmin  hadisələrdən  sonra  Azərbaycanda  çoxlu  sayda 
silahlı  üsyanlar  başladı,  xalqın  ayrı-ayrı  bölgələrdə  sovet  rejimini  devirmək 
cəhdləri  oldu.  Zorla  kollektivləşmə,  amansızcasına  həyata  keçirilən  sənayeləşmə, 
Stalinin birbaşa başçılığı ilə aparılan kütləvi terror hadisələri insanların yaddaşında 
dərin  izlər  buraxmışdı.  Təsadüfı  deyildi  ki,  imkan  yarandığı  halda  əhalinin  bu 
narazılığı üzə çıxır, yeni müqavimət forması alırdı. 
Əslində  sovet  dövlətinin  uzun  illər  apardığı  təbliğatın  neqativ  halları  da 
ortaya  çıxdı.  Belə  ki,  sovet  təbliğat  maşını  sovet  əsgərini  “öz  sosialist  vətəninə 
sədaqətli”,  “Kommunist  Partiyasına  dərindən  bağlı”,  “əsl  sovet  patriotu”  kimi 
təqdim etsə də, bu reallıqda əksini tapmadı. 
Təsadüfi  deyildi  ki,  minlərlə  sovet  əsgərinin  alman  faşistlərinə  təslim 
olmasını  və  onların  mövqeyinə  keçməsini  gizlətmək  də  mümkün  olmadı.  Sayı 
milyondan çox olan sovet əsgərinin Vətən müharibəsində “sosialist vətəni”nə qarşı 
silahlı mübarizəyə başlaması qaçılmaz faktlardır. İnsanların cəbhəni dəyişməsinin 
əsas  başlıca  səbəbi  adamların  azad  demokratik  qaydalarla  yaşamasına  şərait 
yaratmayan Stalin rejimində, sovet sosialist sistemində idi. 
Digər  tərəfdən,  Azərbaycan  legionerlərini  heç  bir  cəhətə  görə  faşizmlə, 
nasional-sosializmlə  bağlamaq  olmaz.  Onların  fəaliyyətini  İkinci  Dünya 
müharibəsi  illərində  Sovet  İttifaqında  yaradılmış  “kommunist  niqablı”,  “Azad 
Almaniya”  təşkilatı  ilə  də  eyniləşdirmək  düzgün  deyildir.  Azərbaycan 
legionerlərinin  1943-cü  ildə,  Berlində  keçirilən  qurultayı  onların  apardıqları 
mübarizənin bilavasitə Azərbaycanın müstəqilliyi ilə bağlı olduğunu göstərdi. Eyni 
zamanda,  Azərbaycan  legionerlərinin  və  “Milli  Azərbaycan  Komitəsi”nin 
almanlarla  yaxınlığında  ciddi  nöqsanlar  axtararkən,  digər  Qərb  dövlətlərinin  də 
Stalini  dəstəkləməsinə  həmin  mövqedən  yanaşılmalıdır.  Bu,  həm  də  onunla  izah 


edilir  ki,  müharibənin  başlanmasında  hər  iki  rejimin  (sovet,  faşist),  dünyada 
hegemonluq istəkləri başlıca rol oynamışdır. 
Azərbaycan  legionerləri  ümidlərini  yalnız  Hitlerə  bağlamamışdılar,  onlar 
müharibənin  sonlarında  ABŞ  və  Böyük  Britaniya  ilə  əlaqələr  qurmağa  çalışıb  öz 
siyasi vəzifələrini reallaşdırmaq, Stalin rejimi ilə mübarizə niyyətində idilər. 
Nəhayət,  Azərbaycan  legionerlərinin  fəalliyyətini  araşdırarkən  aşağıdakı 
ümumiləşdirici nəticələrə gəlmək mümkündür: 
-
 
1920-ci ildə işğal edilmiş,  sonradan Sovet İttifaqına qatılmış  Azərbaycan 
Respublikasında  mövcud  olmuş  bolşevik  rejimi  xalqın  milli  müstəqilliyini  almış, 
onun azad bir dövlət formasında inkişafına imkan verməmişdir; 
-
 
Stalin  rejimi  azad  sözü,  azad  mətbuatı,  azad  fikri  boğmuş,  ölkədə  terror 
rejimi yaradılmışdır; 
-
 
Sovet  rejimi kəndlilərin,  fəhlələrin, ziyalıların  hüquqlarını əlindən almış, 
onları özünün saxta təbliğat silahına çevirmişdir; 
-
 
Azərbaycan  xalqı,  digər  sovet  xalqları  ilə  birgə  imkan  düşərsə,  mövcud 
rejimi devirməyə daim imkan axtarmışdır; 
-
 
İkinci  Dünya  müharibəsinin  başlanması  ilə  formalaşan  Azərbaycan 
legionları  çətin  şəraitdə  olmalarına  baxmayaraq,  mülli  müstəqilliyimizin 
qazanılmasına,  Almaniya  hökuməti  tərəfindən  tanınmasına  çalışmış  və  buna  nail 
olmuşlar; 
-
 
İkinci  Dünya  müharibəsi  illərində  Almaniyada  fəaliyyət  göstərən 
Azərbaycanın  ayrı-ayrı  siyasi  xadimlərinin  və  nüfuzlu  hərbçi-legionerlərinin 
köməyi ilə minlərlə yurddaşımızın həyatı xilas edilmişdir; 
-
 
Azərbaycan  legionerlərinin  1943-cü  ildə  Berlində  Milli  Azərbaycan 
Qurultayının keçirilməsi mühüm tarixi-hadisə olmuşdur. Belə ki, həmin qurultayda 
Azərbaycanın müstəqil dövlət olması fıkri xüsusi vurğulanmışdır; 
-
 
1945-ci  ilin  martında  Azərbaycan  legionerlərinin  böyük  fəaliyyəti 
nəticəsində  Almaniyanın  Azərbaycanın  müstəqilliyini  tanıması  mühüm  tarixi 
hadisədir; 
-
 
Azərbaycan  legionerlərinin  Almaniyada  mətbuat  orqanlarını  yaradıb 
tariximizi,  ədəbiyyatımızı,  mədəniyyətimizi  təbliğ  etmələri  böyük  əhəmiyyətə 
malikdir; 
-
 
Azərbaycan  könüllülərindən  ibarət  nizami  hərbi  hissələrinin  yaradılıb 
uğurlu döyüşlər aparması çağdaş durumumuzda  ordu quruculuğu və  gənc  nəsildə 
döyüşkənlik, qorxmazlıq hisslərinin təlqin edilməsi baxımından təqdirəlayiq haldır. 
Şübhəsiz,  Azərbaycan  legionerlərinin  tarixi  əhəmiyyətini  onların 
məğlubiyyəti,  yaxud  qələbəsi  ilə  müəyyənləşdirmək  düzgün  olmazdı.  Hansı 
nəticədən  asılı  olmayaraq  onlar  güclü  qüvvələr  formasında  Azərbaycanın 
müstəqilliyi xəttini yürütmüşlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə