17
dikəlmişdi. Peter Taldan aldığı dörd yüz markanın yarıdan
çoxunu xəstə tələbəyə vermişdi, hər halda, dava-dərmanına
xərcləyər, bir ay gününü yola verərdi. Onun bir qədər
dirçəlməsi, qalxıb yatağında oturması da əhvalını xeyli du-
rultmuş, elə bu gün yola çıxmaq fikrini daha da
qətiləşdirmişdi. Çamadanı da əməlli-başlı yüngülləşmişdi,
elə bil, o iki əlyazmanın ağırlığı təsəvvür elədiyindən daha
böyükmüş...
Hər şey yoluyla getsə, on günə-iki həftəyə Bakıda ola-
caqdı. Axırıncı dəfə altı il əvvəl, onda da bircə ay qaldığı
şəhər, şübhəsiz, indi başqa havayla yaşayırdı. “Hər şey
dəyişir, hər şey başqalaşır, – fikrindən keçirdi. – Mən də
dəyişdim, daha doğrusu, dəyişmək məcburiyyətində qoydular”.
“Bu gediş daha bir səhvim deyil ki?” Bu sual tez-tez
yaddaşına soxulur, beynini cırmaqlayırdı. Amma artıq çıx-
dığı yoldan qayıtmağa gücü yox idi, o yad məmləkətdə
Ceyhun bəydən və bir neçə nəfərdən başqa üz çevirəsi
adam qalmamışdı. Hər halda, Vətən - vətəndi, başını aşağı
salıb işləyəcək, ev-eşik quracaq, siyasətə qarışmayacaq, ya-
zı-pozusuyla məşğul olacaqdı.
Bayırda yaz başının şaxtasız, amma tutqun havası vardı.
Qatar tərpənəndə yağış çisələdi. Damcıların vaqonun
pəncərəsində saldığı çəpəki izlərə baxa-baxa qüssəylə
gülümsədi: “Nə qədər yolunu düz getmək istəyirsən, kənar
qüvvələr imkan vermir...”
18
I FƏSİL
CÜMHURİYYƏT ELÇİSİ
Yusif Vəzir
Odessa, İstanbul, Bakı, Batum, İstanbul
Yanvar-oktyabr 1919-cu il
... Bəlkə tələsdi?
Bəlkə səhv elədi?
Ola bilər...
Amma səkkiz ay məhrumiyyətlər, qeyri-müəyyənliklər
içində çapalayan adam başqa addım ata bilərdimi?
Başa düşürdü, Osmanlı dövlətinin can çəkişdiyi, böyük
dövlətlərin də Osmanlını və dünyanı təzədən bölüşdürməklə
məşğul olduqları bir vaxtda kimsə şimaldan sel kimi gələn
qırmızı istilaya qarşı duruş gətirmək iqtidarında deyildi. Bu-
nunla belə, uğrunda on bir ay çarpışdıqları milli haki miyyəti
əqidədaşlarının bu cür asanlıqla yəhudi-bolşevik sui-qəsdinə
qurban verə biləcəklərini ağlına gətir mirdi. Dedik lərinə görə,
qan tökmək istəməyiblər, bolşeviklərin məm ləkətin müstə-
qil liyini qoruyacaqlarına inanıblar.
19
Bəs axırı nə oldu?
Yeni hakimiyyətin adı müstəqil idi, hər şey Moskvadan
idarə olunurdu, Nərimanov və beş-üç tərəfdarının cəhdləri,
əlbəttə ki, bir fayda verməyəcəkdi...
Artıq ölkədə qırmızı terror başlamışdı, milli hökumətin
üzvlərini və tərəfdarlarını sorğu-sualsız güllələyir, həbsxa-
nalara doldururdular. Son nəfəsinəcən bolşeviklərə təslim ol-
mayan Gəncədə müqavimət qan gölündə boğulmuşdu. Bəzi
əqidə yoldaşları qırmızılarla dil tapmış, bir parası mühacirətə
getmişdi...
Belə bir vaxtda hələ də özünü Milli Hökumətin elçisi say-
maq xülyadan başqa bir şey deyildi...
İndi durub-oturub özünü siyasətə qoşulduğuna görə dan-
layırdı...
...1915-ci ildə almanların hücumundan çəkinən hökumət
Kiyev Müqəddəs Vladimir universitetini müvəqqəti Saratova
köçürmüşdü, hüquq fakültəsinin tələbəsi Yusif Vəzirov da
təhsilini orda başa vurub Saratov məhkəmə palatasında
hakimliyə namizəd oldu. Amma vəzifəsi maaşsız idi, buna
görə də iş axtarmaq məqsədilə Kiyevə qayıtdı, amma burda
da üzünə bir qapı açılmadı: cəbhədə uğursuzluqlar davam
eləyir, imperiya get-gedə çökürdü.
Üstəlik, Novoçerkasskda təhsilini yarımçıq qoyan Mir
Həsən gəlib Kiyevə çıxmış, Ticarət İnstitutuna qəbul olunsa
da, oxumağa amanı qalmamışdı. Yusif Vəzirsə həm özünü
dolandırmaq, həm də pulsuz və xəstə Mir Həsənə əl tutmaq
iqtidarında deyildi. Ancaq gücü ona çatdı ki, taleyinə qəzəbli
olan dostunu qatara mindirib Bakıya yola salsın.
Sonra tez-tez fikirləşirdi ki, əgər Mir Həsən onda Bakıya
getməsəydi, yəqin, həyatı başqa cür olardı. Amma taledən
qaçmağın mümkünsüzlüyünü də bilirdi...
Özüsə həmyerlilər təşkilatına girib cəbhəyə getdi, fevral
inqilabını Qalitsiyada qarşıladı, Ukraynada milli hərəkat
genişlənəndəsə təzədən Kiyevə qayıtdı: hadisələr artıq başqa
məcraya yönəlirdi.
20
Aldığı xəbərə görə, Əbdürrəhim bəy və Hüseyn bəy
Tiflisdəydilər, sonra Əbdürrəhim bəy Həştərxana getdiyini
eşitdi, Hüseyn bəysə Tiflisdə qalıb pyeslər yazır, həm də
gürcü dramaturqlarının əsərlərini Azərbaycan türkcəsinə
çevirirdi.
Haşım bəyin ölüm xəbərini də elə o vaxt aldı. Mir Ab-
dulla Aşqabaddan əvvəlki ünvanına məktub yazmış, “Açıq
söz” qəzetinin 1916-cı il fevralın 7-də çap olunmuş
nömrəsindən Məmməd Əmin Rəsulzadənin “Haşım bəy
Vəzirov” adlı yazısını kəsib qoymuşdu: “İştə, ruhlu, məsləkli,
qəlbləri atəşin bir amalpərvərliklə dolu olan cavanlar, iştə, sizə
dəyərli bir nümunə!.. – Məmməd Əmin bəy yazırdı. – Məqsəd
uğrunda Haşım bəy qədər səbatkar, başladığınız işdə bu mərhum
qədər fədakar olunuz!..»
Haşım bəyin atası Mir İmanla babası Mir Abdulla qar-
daş idilər. Mir İman məktəb açıb uşaqları mədrəsəyə hazır-
layırmış, Haşım bəy də ilk təhsilini o məktəbdə almışdı. On
iki yaşında atasını itirəndən sonra Molla Əli və Molla
Həmidin mədrəsəsinə getmiş ərəb-fars dillərini öyrənmiş,
şəhər məktəbini, sonra İrəvan Müəllimlər Seminariyasını bi-
tirirmiş, tələbə vaxtı pyeslər yazmış, bir müddət Böyük Vedi
kəndində müəllimlik olmuşdu, sonra Şuşada “müsəlman-
rus” məktəbi yaradılanda onu həmin məktəbə müdir dəvət
eləmişdilər. Haşım bəy həm də şəhər bələdiyyə idarəsinə
vəkil seçilmiş, realnı məktəbin hazırlıq sinfində ana dilindən
dərs demişdi. Mirzə Həsən bəyin qızı – Əhməd bəy Ağaye-
vin bacısı Sayalı xanımla evlənmişdi, amma Allah onları
oğul sarıdan sevindirməmişdi, hamısı yetkinlik yaşına çat-
mamış tələf olmuşdular...
Haşım bəyin vəfatı ondan ötrü əməlli-başlı sarsıntıydı:
həmişə qolundan tutmuş, məsləhət vermiş, əlindən gələn
yardımı eləmişdi. İndi onun dəfninə getməyə, son borcunu
verməyə belə imkanı yox idi. Fikirləşdi ki, Məmməd Əmin
bəy belə vaxtda ailəni darda qoymaz, həm də Mirhəsən indi
Bakıdadı, yəqin, köməyini əsirgəməz...
Dostları ilə paylaş: |