Nəqliyyat sahəsinin dinamik inkişafı təmin edilib



Yüklə 132,99 Kb.
Pdf görüntüsü
tarix31.12.2021
ölçüsü132,99 Kb.
#81819
2017.neqliyyat



Nəqliyyat sahəsinin dinamik 

 inkişafı təmin edilib 

 

Müasir  yol-nəqliyyat  infrastrukturu  dövlətin  iqtisadi  inkişafının  əsas 

göstəricilərindən biridir. “Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyatdır”, 

–  deyən  ümummilli  liderimiz  Heydər  Əliyev  bu  sahənin  inkişafını  daim 

diqqət  mərkəzində  saxlayıb,  nəqliyyat  sahəsinin  inkişafı  istiqamətində 

ardıcıl  tədbirlər  həyata  keçirib.  Ulu  öndərimizin  nəqliyyat  sahəsində 

müəyyənləşdirdiyi  strateji  xətt  muxtar  respublikamızda  da  uğurla  davam 

etdirilir,  artan  əhali  tələbatına  uyğun  olaraq  yol  infrastrukturunun  inkişafı 

ilə bağlı mühüm tədbirlər həyata keçirilir, yeni yollar salınır, körpülər tikilir, 

hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılır. 

Son  illərdə  Azərbaycan  Prezidenti  cənab  İlham  Əliyevin  imzaladığı 

müvafiq  sərəncamlar  Naxçıvanda  yolnəqliyyat  infrastrukturunun  müasir 

tələblər  səviyyəsində  qurulmasına  səbəb  olub.  Belə  ki,  dövlət  başçısının 

“Naxçıvan  Muxtar  Respublikasının  Culfa  və  Kəngərli  rayonlarının  sosial-

iqtisadi  inkişafının  sürətləndirilməsinə  dair  əlavə  tədbirlər  haqqında”    

2011-ci  il  2  sentyabr  tarixli  Sərəncamına  əsasən  Culfa  rayonunda 

uzunluğu  57,6  kilometr  olan,  20  kəndi  əhatə  edən  Çeşməbasar-

Boyəhməd  avtomobil  yolu,  Kəngərli  rayonunda  uzunluğu  39,2  kilometr 

olan,  5  kəndi  əhatə  edən  Naxçıvan-Sədərək  magistralı-Təzəkənd- 

Çalxanqala-Qıvraq 

dairəvi 

avtomobil 

yolu, 

“Naxçıvan 



Muxtar 

Respublikasının 

Babək 

rayonunun 



sosial-iqtisadi 

inkişafının 

sürətləndirilməsinə dair əlavə tədbirlər  haqqında” 2013-cü  il 5 mart tarixli 

Sərəncamına  əsasən  uzunluğu  25,6  kilometr  olan,  13  yaşayış 

məntəqəsini  birləşdirən  Hacıvar-Vayxır-Sirab  avtomobil  yolu,  “Naxçıvan 

Muxtar  Respublikasının  Babək  rayonunda  Şəkərabad-Babək  qəsəbə-

Nehrəm-Arazkənd  dairəvi  avtomobil  yolunun  yenidən  qurulması  ilə  bağlı 

tədbirlər  haqqında”  2014-cü  il  27  avqust  tarixli  Sərəncamına  əsasən 




uzunluğu  25,4  kilometr  olan,  7  yaşayış  məntəqəsini  birləşdirən  müvafiq 

yol  yenidən  qurulub.  Bundan  əlavə,  ötən  dövr  ərzində  88,8  kilometr 

uzunluğunda 

Naxçıvan-Şahbuz-Batabat 

magistral 

avtomobil 

yolu 

istifadəyə verilib.  



Muxtar  respublikanın  qonşu  ölkələrlə  iqtisadi  əlaqələrinin  daha  da 

genişləndirilməsində,  beynəlxalq  yük  və  sərnişin  daşımalarında  mühüm 

rol  oynayan,  87  kilometr  uzunluğunda  Naxçıvan-Sədərək,  32,4  kilometr 

uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurulub. 

Ümumilikdə, 1995-2016-cı illər ərzində muxtar respublikada 3723 kilometr 

uzunluğunda  yeni  avtomobil  yolları  salınıb,  103  körpü  tikilib,  64  körpü 

əsaslı təmir olunub.  

Naxçıvanda  əhaliyə  nümunəvi  nəqliyyat  xidmətinin  göstərilməsi 

istiqamətində  də  mühüm  tədbirlər  həyata  keçirilib.  Paytaxt  Naxçıvan 

şəhərində şəhərdaxili marşrutlarda əhalinin rahat və təhlükəsiz hərəkətini 

təmin  etmək  məqsədilə  yeni  avtobuslar  alınaraq  muxtar  respublikaya 

gətirilib,  rayon  mərkəzlərinə  və  bütün  kəndlərə  iritutumlu  və  rahat 

avtobuslarla  gediş-gəliş  təmin  edilib.  Ötən  dövrdə  Naxçıvan  Şəhər 

Nəqliyyat  İdarəsinin  maddi-texniki  bazası  möhkəmləndirilib,  müasir 

Avtobus  Parkı  istifadəyə  verilib,  Naxçıvan,  Şərur,  Ordubad,  Culfa  və 

Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri inşa olunub. 

 Ötən illər ərzində Naxçıvan-Bakı marşrutunun fəaliyyəti təmin edilib, 

qonşu ölkələrlə sərnişindaşıma xidmətinin yaxşılaşdırılması istiqamətində 

Naxçıvan-Batumi  və  Naxçıvan-Ərzurum  avtobus  marşrutları  fəaliyyətə 

başlayıb.  

Muxtar  respublikada  nəqliyyatın  mühüm  sahələrindən  olan  hava 

nəqliyyatının inkişafı istiqamətində də ötən illər ərzində kompleks tədbirlər 

həyata  keçirilib,  yeni  aerovağzal  kompleksi  tikilib  istifadəyə  verilib, 

Naxçıvan  hava  limanı  beynəlxalq  status  qazanıb.  Naxçıvan  Beynəlxalq 

Hava  Limanında  yeni  inzibati  bina  inşa  olunub,  əhaliyə  göstərilən 



xidmətlərin  səviyyəsinin  daha  da  yaxşılaşdırılması,  təyyarə  uçuşlarının 

təhlükəsizliyinin  tam  təmin  edilməsi  məqsədilə  Şərq  və  Qərb  terminalları 

istifadəyə  verilib.  Yenidənqurma  işlərindən  sonra  hava  limanının  illik 

sərnişin  və  yükdaşıma  dövriyyəsi  xeyli  artıb,  aerovağzal  binasından 

istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb. Bundan əlavə, 

ötən  dövr  ərzində  Şərur  və  Ordubad  şəhərlərində  aviakassa  binaları 

istifadəyə  verilib.  Naxçıvan  Beynəlxalq  Hava  Limanında  yüklərin 

təhlükəsiz daşınması və qəbulu istiqamətində cari ilin ilk yarımilində karqo 

terminalının yenidən qurulması davam etdirilib.  

Muxtar  respublikada  nəqliyyatın  digər  sahəsi  olan  dəmir  yolunun 

inkişafı  üzrə  də  mühüm  tədbirlər  həyata  keçirilib,  infrastruktur  yenidən 

qurulub.  Belə  ki,  son  dövrdə  Naxçıvan,  Şərur,  Culfa,  Şahtaxtı  sərnişin 

vağzalı  binalarında,  Naxçıvan,  Vəlidağ,  Nehrəm,  Dəstə,  Dərəşam,  Culfa, 

Qıvraq,  Şahtaxtı  stansiyaları  idarəetmə  mərkəzlərində,  “Naxçıvan  Dəmir 

Yolları”  Məhdud  Məsuliyyətli  Cəmiyyətinin  inzibati  binasında  və  digər 

inzibati və yardımçı binalarda əsaslı təmir işləri aparılıb.  

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart 

tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Naxçıvan  Muxtar  Respublikasında 

dəmir  yolu  nəqliyyat  sisteminin  2011-2015-ci  illər  üzrə  İnkişaf  Proqramı” 

dəmir yolu nəqliyyatının inkişafına təkan verib. İnkişaf Proqramına uyğun 

olaraq mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında Yük və Sərnişin 

Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv 

Briqadalarının  İdarəedilməsi  Mərkəzi  və  Radio-rabitə  sexi  binası  əsaslı 

təmir edilərək istifadəyə verilib, dəmir yolu keçidləri yenidən qurulub, yeni 

dəmir yolu keçidi salınıb.  

Ötən  il  qonşu  ölkələrlə  iqtisadi  əlaqələrin  daha  da  dərinləşməsinə 

xidmət  edən  Naxçıvan-Təbriz-Tehran-Məşhəd  beynəlxalq  sərnişin  qatarı 

fəaliyyətə  başlayıb,  3  ədəd  yeni  sərnişin  vaqonu  alınaraq  muxtar 

respublikaya  gətirilib.  Bundan  əlavə,  Bakı-Tbilisi-Qars  dəmir  yolunun 



Naxçıvan-Culfa-Təbriz  dəmir  yolu  xəttinə  birləşdirilməsi  istiqamətində  də 

zəruri tədbirlər həyata keçirilməkdədir.  

Bu  sahədə  görülən  işlər  cari  ilin  ötən  dövrü  ərzində  də  diqqətdə 

saxlanılıb,  Culfa  stansiyasında  İstismar  Vaqon  Deposunun,  Ordubad 

dəmir  yolu  sərnişin  vağzalı  binasının,  Ordubad  Yol  Sahəsinin  inzibati 

binasının  və  4  saylı  yol  məntəqəsi  binasının  tikintisi,  Ordubad  Stansiya 

İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilib.  

Son  illər  iqtisadiyyatın  kompleks  şəkildə  inkişafı,  əhalinin  həyats 

əviyyəsinin  yüksəldilməsi  nəqliyyat  sektorunun  dinamik  inkişafını  təmin 

edib,  1995-ci  illə  müqayisədə  2016-cı  ildə  yük  daşınması  25,4  dəfə 

artaraq  16  milyon  83  min  tona,  sərnişin  daşınması  isə  4,3  dəfə  artaraq 

100 milyon 129 min nəfərə çatıb.



 

 

 

 

 

 

 

 

                                                

         

        

 

 

Yüklə 132,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə