Neft və qaz yataqlarının geoloji əsaslarının yaradılma mərhələləri



Yüklə 22,83 Kb.
səhifə1/3
tarix24.12.2023
ölçüsü22,83 Kb.
#158860
  1   2   3
MUSTAFA OVCUYEV 351 A1 Neft və qaz yataqlarının geoloji əsaslarının yaradılma mərhələləri


Neft və qaz yataqlarının geoloji əsaslarının yaradılma mərhələləri

Yataqların işlənilməsi dedikdə, onların karbohidrogen ehtiyatlarının mənimsənilməsi nəzərdə tutulur. Onun həyata keçirilmə dinamikasına isə işlənilmə prosesi deyilir.


Uzun bir dövr ərzində (30-50, bəzən daha çox illər) cərəyan edəcək bu proses elə aparılmalıdır ki, yatağın ehtiyatlarından maksimum istifadə edilsin. Belə bir tələbatın yerinə yetirilməsi isə yatağın sistematik öyrənilməsini, onun yeni geoloji-texnoloji elementlərinin aşkar edilməsini tələb edir. Məhz bu səbəbdən də yataqların işlənilməsinin bütün mərhələlərində geniş elmi-tədqiqat işləri aparılır və alınmış nəticələr onların geoloji əsaslarında öz əksini tapır.
Təxminən yüz illik işlənilmə dövrünə malik olan neft yataqlarının öyrənilməsində üç mərhələ ayrıla bilər.


I mərhələ – neft yataqlarının işlənilməsinin ilk dövrlərindən 1940-cı illərə qədər zamanı əhatə edir. Bu mərhələdə neft hasilatı məhsuldar layın yalnız təbii enerji mənbəyinin istifadəsi hesabına əldə edilmişdir. Bu dövrdə lay rejimlərinin büruzə formaları, yataqların ehtiyatlarının onların sahələri üzrə qeyri-bərabər realizəsinin mümkünlüyü və yaranma səbəbləri, quyuların yerləşmə sxemi və onların istismar üsullarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılmışdır.

II mərhələ - 1940-1970-ci illəri əhatə edir və yataqlara müxtəlif üsullarla suvurma prosesinin geniş tətbiqi ilə səciyyələnir. Bu proses yatağın hidrodinamik şəraitinin yaxşılaşdırılması nəticəsində işlənilmənin effektivliyini kəskin artırmağa imkan vermişdir. Su mənbəyinin bütün regionlarda mövcudluğu və prosesin sadə texnologiyası, suvurma prosesinin geniş istifadəsinə gətirmişdir. Məsələn, keçmiş SSRİ yataqlarında son 25 ildə hasil edilən neftin 40%-i suvurma tətbiq olunan yataqların payına düşür. Bizim ölkəmizdə də yataqların işlənilməsində suvurma sistemlərindən geniş istifadə edilir. Bununla belə suvurma üsullarının imkanları da müəyyən hüdudlara qədərdir. Belə ki, yataqlarda istismar prosesinin ən yeni texnologiyası və suvurmanın əsaslandırılmış formalarda tətbiqi belə, onların ehtiyatlarının ən çoxu 50%-nin realizəsinə imkan verir.

III mərhələ – 1970-ci illərdən başlayaraq, hazırda da davam etməkdədir. Bu mərhələ yataqların neftvermə əmsalının daha da artırılmasına yönəldilmiş yeni üsulların, horizontal (üfüqi) quyuların tətbiqi ilə səciyyələnir. Bu istiqamətdə aparılan geoloji tədqiqatların sahəsi daim genişlənilməkdədir. Elmi-təcrübi işlərin yataqlarda tətbiqi isə onların son neftvermə əmsalının daha 3-20% artırılmasına gətirmişdir. Lakin layların neftverimini artıran (LNA) üsullar suvurma prosesinə nisbətən mürəkkəb prosesdir. Nəzərə almaq lazımdır ki, hər hansı bir üsul yalnız müəyyən geoloji şəraitdə effektli tətbiq edilə bilir. Odur ki, məhsuldar strukturların öyrənilməsinə qoyulan yüksək tələbat yalnız geoloji-mədən tədqiqatları ilə yerinə yetirilə bilmir. Bu səbəbdən də müasir tədqiqatlar riyazi statistika və ehtimal nəzəriyyəsinin müvafiq üsullarının tətbiqi ilə aparılır və kompüterlərdə realizəsi təmin olunur. Məhz belə tədqiqatların nəticəsi olaraq yataqların geoloji və hidrodinamiki xüsusiyyətlərinin sxematik təsvirindən onların real formasının alınmasına nail olunmuşdur.
Ölkəmizdə də bu istiqamətdə geniş elmi tədqiqatlar aparılmış və nəticələr istehsalatda tətbiq olunmuşdur.


Yüklə 22,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə