təlaşı haqlı idi, yəni qarşısında özü kimi bir “Dünya imperiyası”qurmaq istəyən qüdrətli rəqib vardı.
Həqiqətən də İngiltərə daha öncə belə bir düşmənlə qarşı-qarşıya gəlmiş və onu oyundan kənar
vəziyyətə sala bilmişdi. Rusiya İngiltərə üçün artıq təhlükəli deyildi. 1907-ci il avqustun 31-də
Rusiya-İngiltərə arasında bağlanmış müqavilə ilə ingilislər Rusiyanın İran neftini ələ keçirməsinə
mane ola bilmişdir. Ancaq İngiltərəni Almaniyanın hərəkətlərinin qarşısını necə almaq sualı çox
düşündürdü. Bildiyimiz kimi Almaniya Osmanlı İmperiyasını idarə edən iqtidar ilə dost idi. Bu isə
İngiltərənin həyata keçirmək istədiyi planın reallaşmasını təhlükə altına alırdı. Belə bir zamanda
ortada heç bir səbəb mövcud olmadığı halda İtaliya donanması qəflətən Trablusqərbin önündə
göründü. Trablusqərb, dolayısı ilə Osmanlı İmperiyası istilaya uğramışdı. Bu hadisə ingilis
diplomatiyasının uğur qazanması ilə eyni vaxta düşdü. Əslində italyanlar Afrikanın Qırmızı dəniz
sahillərində bir müstəmləkə ölkə tələb etmişdilər. İtalyanların istədikləri müstəmləkə isə Misirə
yaxın idi. Halbuki, Trablusqərb başqa ərazilərdən fərqli idi, yəni orada türklər də yaşayırdı. Məlum
oldu ki, İtaliya bu hərəkəti edən zaman Londondan qarantiya almışdı. Yəni, İngiltərə İtalyanın
Trablusqərb üzərində keçirəcəyi əməliyyata qarşı səs çıxarmayacaqdır. Ancaq vəziyyət həm
Romanın, həm də Londonun nəzərdə tutduğu kimi olmadı. Asanlıqla qələbə qazanacaqlarını düşünən
Avropanın bu iki ölkəsinin diplomatları ilk anda Trablusqərbdə almanların yerləşmələrini
görməkdənsə, italyanların o torpaqlara sahib olmasını istəyirdi. İşi asanlaşdırmaq üçün dərhal
Trablusqərbdə italyanların qarşılaşdığı türk müqavimətini qırmaq üçün ingilislər Balkan yarımada-
sında Osmanlı İmperiyası əleyhinə yeni bir cəbhə açmağı qərara aldılar.
İngiltərə Entelijans Servisin Balkan yarımadasının komitəçilərinin ruhu olan ser Boxter adlı bir
adamı vardı. Bu adam dərhal hərəkətə keçdi və ingilis casuslarının köməyi ilə Osmanlı İmperiyasının
şimal-qərb torpaqlarını və Balkan yarımadasını müharibə meydanına çevirdi. Bu manevrlər istər
Almaniyanın, istərsə də Rusiyanın gözünü dünyanın ən zəngin neft sahələrindən biri olan Orta Şərq-
dən, dolayısı ilə İraqdan başqa istiqamətə çevirmək üçün edilirdi.
Osmanlı İmperiyasının öncə Trasblusqərb, sonra Balkan yarımadasında döyüşlər apardığı zaman
İngiltərə hökuməti “Royyal-Datç-Şell Qrup”un rəsmi nümayəndəsi sifəti ilə Londondakı Osmanlı
səfirini sıxışdırmağa başladı. London Deterdinqin əli ilə Mosul neftinin imtiyazını istəyirdi. Lon-
dondakı Osmanlı səfiri neft mövzusunda təzyiqlərə məruz qalırkən İstanbuldakı alman səfiri baron fon
Vaqenheim də sədri-əzmə və Ticarət və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək Mosulda neft
imtiyazı istəyirdi.
1902-ci ildən bəri Deterdinqin pulu ilə maliyyələşdirilən inqilablar və üsyanlar Ərəbistan
yarımadasını bürüdü. Bu vəziyyət Osmanlı İmperiyasını çıxılmaz vəziyyətə salmışdı.
Beləliklə, Ərəbistan yarımadasında Səudilərin şeyxi Səud ibn Əbdüləzizin ingilislərə arxalanmaqla
1912-1914-cü illər arasında törətdiyi qanlı üsyanların qarşısını almaq üçün İttihad və Tərəqqi
hökuməti alman səfirinin vermiş olduğu ultimatumu qəbul etməyə məcbur oldu.
Osmanlı İmperiyasının Ticarət və Kənd Təsərrüfatı Nazirliyi 1914-cü il martın 19-da almanlara
Mosul ətrafındakı Qayyarenin təqribən 2 kilometrə qədər qərbində Ayniqazel ərazisindəki neft
sahəsində imtiyaz verildiyini təsdiq etdi.
OSMANLI İMPERİYASININ NEFTƏ
QURBAN EDİLMƏSİ
Birinci Dünya müharibəsinin başladığı 1914-cü ilə qədər dünya siyasətində söz sahibi iki hakim və
qüdrətli dövlət vardı: İngiltərə və Almaniya. Hər iki dövlət “Dünya hakimiyyəti” uğrunda Avropada
mücadilə edirdilər. Neftin gücünü Almaniya da İngiltərə qədər anlayırdı.
Daha çox neft sahələri ələ keçirmək üçün Almaniya Birinci Dünya müharibəsindən əvvəl də müəyyən
addımlar atmışdı. Almaniya “Deutsche Orient Bank”ın da iştirak etdiyi və yüzdə-yüz alman
sərmayəsi ilə “Oropeişe Petroleum Union” adlı neft trestinin təməllərini atdı. Bu şirkət Deterdinq ilə
Rokfellerin arasında gedən mübarizədə mühüm rol oynayaraq Almaniyanın neftə olan ehtiyacının bir
hissəsini bəsit və kiçik imtiyazlarla təmin edirdi. Bu imtiyazların ən mühümü isə Rumıniya nefti idi.
Deterdinq “Oropeişe Petroleum Union”un oynamaq istədiyi oyunu və ondan gələ biləcək təhlükəni
zamanında sezdi və müəyyən tədbirlər gördü. Deterdinq dünyanın hər tərəfində olduğu kimi buralarda
da adamları vasitəsilə istədiyi və arzu etdiyi qarışıqlığı törədə biləcək qüdrətə malik idi. O,
“Oropeişe Petroleum Union” tərəfindən gözlənilən təhlükənin qarşısını almaq üçün trestin paylarının
bir hissəsini əlinə keçirməyə müvəffəq oldu. Deterdinq səhmləri əlinə keçirdiyi andan etibarən
Rokfellerə qarşı daha əmin bir şəkildə mücadilə imkanlarına qovuşdu. Deterdinqin “Oropeişe
Petroleum Union”un səhmlərinin bir hissəsinə sahib olması Kayzer Vilhelmi özündən çıxartdı və
günlərin bir günü verdiyi bir qərarla “Detsche Orient Bank”ına bu işi qaydaya salmağı tapşırdı.
“Detsche Orient Bank”ı (Reyx Bank) Deterdinqin “Oropeişe Petroleum Union” ilə olan əlaqəsinin
kəsildiyini və əlində tutduğu səhmlərin dəyərinin dərhal ləğv ediləcəyini elan etdi. Reyx Bankın bu
qərarı əslində müharibə elan etmək demək idi.
Bu qərar Londonda gərginlik yaratdı. Almanların qərarı qəti idi. London, dolayısı ilə almanların
nümayiş etdirdikləri hərbi qüvvələrinin manevrləri qarşısında çox duruş gətirə bilmədi. Yəni, bir neft
şirkətinin səhmləri üçün dövlətin bütün orduları, dəniz qüvvələri səfərbər edilmişdi. İngilislər artıq
bu vəziyyətlə hesablaşmağa məcbur olmuşdular. Alman imperatoru bu günlərdə söylədiyi nitqlərinin
birində belə deyirdi:
“Göy qübbəsi yerə düşsə, onu iki milyon alman süngüsünün ucunda saxlaya bilərəm”.
Beləliklə, Londonu da “Reyx Bank”ın gözlənilməz gedişlərinə boyun əyməyə məcbur edən qüvvə bu
idi... Bu tarixdən sonra əsasən çalışdığı Avropa neft sahələrinə daha da rahat bir şəkildə yerləşən
“Oropeişe Petroleum Union” öz neft sahələrində istədiyi şəkildə fəaliyyət göstərməyə başladı və Orta
Şərqdə ingilislərlə amansız bir mübarizəyə girdi.
Berlində Kayzer Vilhelm Strassedeki alman diplomatları, yeni neft imtiyazları əldə etmək üçün alman
bankirlərinə ən geniş yardımlar edəcəklərini vəd etdilər və yerinə də yetirdilər. Reyx Bank nefti əldə
etmək üçün adətən bankirlərin və geoloqların əmrinə müntəzir oldular. Xüsusilə, “Deutsche Orient
Bank” bu vəziyyətdə ən çox çalışan bir müəssisə oldu.
“Deutsche Orient Bank” açıq kredit ilə girişdiyi mübarizədə tezliklə Avropanın bütün neft
sahələrində imtiyazlar və hissələr əldə etdilər. “Deutsche Orient Bank” Osmanlı İmperiyasından
Bağdad dəmir yolu imtiyazını aldıqdan sonra İngiltərə ilə mübarizəyə girişdi və qalib gəldi.
Almanların bu müvəffəqiyyətinin nəticəsi olaraq İngiltərəni üstələmələri Birinci Dünya
Dostları ilə paylaş: |