xan bütün bu diplomatik təzyiqləri məharətlə sovuşdura bildi. 1896-cı ildə Deterdinq, İstanbuldakı
ingilis səfiri ser Filip Kurrie vasitəsiylə Babı Alini (Osmanlı hökuməti) və Sultan II Əbdülhəmid xanı
bir daha sıxışdırdı. İngilislər, Babı Ali və sultan üzərində bu təzyiqi icra edərkən, almanlar da
İstanbuldakı səfirləri von Vangenheim vasitəsilə daha mülayim bir tərzdə imtiyazı əllərinə keçirmək
üçün təşəbbüs göstərdilər. Bu hər iki təşəbbüs də nəticə vermədi. Lakin, Sultan II Əbdülhəmid xan,
bu təzyiqlərə qarşı daha ciddi bir neçə tədbirlər görməkdə gecikmədi. Gördüyü tədbirlər, Akabe
məsələsi ilə bağlı idi. İngilislər, istədikləri neft imtiyazını əldə etməyincə, bəsit bir çərçivədə baş
verən hadisə halında Misir ilə Osmanlı İmperiyası arasında davam edən sərhəd məsələsini bir Misir-
İngiltərə və Osmanlı İmperiyası məsələsi halına gətirməkdə gecikməmişdilər. İngiltərə türk tarixinə
“Akabe məsələsi” olaraq keçən bu sərhəd ixtilafı ilə əlaqəli olaraq Osmanlı dövlətinə sərt bir nota
verdi. Akabe məsələsinin başlanğıcı olan bu nota haqqında Sultan II Əbdülhəmid xan, ingilis
diplomatiyasına gərəkli cavabı verməklə birlikdə, almanların imtiyazlarını genişləndirdi. Beləcə,
Avropanın ən qüvvətli quru qoşununa və qüdrətli donanmaya sahib olan almanları tamamən özünə
bağladı. İngilislər, qarşılarında alman qüdrətini görüncə Akabe önlərindəki donanmalarını nümayiş
etdirmələrindən vaz keçdikləri kimi, Misir əsgərlərinin ixtilaflı məntəqələrdən çəkilmələrini də təmin
etdilər.
Sultan II Əbdülhəmid xanın imzaladığı yeni imtiyaz fərmanı “Deutsche Orient Bank”a Hicaz
dəmiryolunu da içinə alan geniş haqlar verirdi. Sultan II Əbdülhəmid xanın səltənəti boyunca tətbiq
etmiş olduğu, Avropanın böyük dövlətlərini bir-birlərinə salışdırmaq siyasətinin davamı olaraq,
“Deutsche Orient Bank”a verilən imtiyaz, bu siyasətə tipik bir nümunədir. Bu imtiyazla birlikdə İngil-
tərə ilə Almanya dünya hakimiyyəti yolundakı mübarizə mərkəzlərini Ərəbistan yarımadası ilə
İstanbula nəql etdi.
Neft yenə də gizli xidmət orqanlarının vasitəsilə böyük sərmayələrin çarpışmasına və sel kimi qan
axmasına səbəb oldu. Və... təəssüflə söyləmək lazım gəlir ki, bu mübarizənin aparıldığı torpaqlar
Osmanlı İmperiyasının hüdudları içərisində idi və axan qan türk qanı idi...
Hər iki dövlətin yeni siyasəti Babı Aliyə və sultana təzyiq göstərmək üzərində qurulmuşdur. Hərçənd
ki, almanların əldə etdikləri bu imtiyazlar tamamilə, dövlətin dəmiryolu siyasətinə yönəlmişdir.
Lakin, bu imtiyazlar onları təmin etmirdi. Onların hədəfi Mosulun neft sahələri idi. İngilislər isə
Osmanlı dövləti nəzərində ikinci dövlət durumuna düşmək istəmir və əllərində olan dünya
hakimiyyətinə kölgə düşməsini arzulamırdılar. Bu baxımdan, hər iki dövlət, istər sultan, istərsə Babı
Ali nəzdində təşəbbüs və təzyiqlərini durmadan artırdılar. Lakin dünya siyasətindən tamamilə
xəbərdar olan Sultan II Əbdülhəmid xan, bütün bu təzyiq və təhdidlərin daha irəliyə gedə
bilməyəcəyini başa düşürdü. O, bilirdi ki, imperiya, İngiltərə tərəfindən təcavüzə uğradığı təqdirdə
almanların, Almaniya tərəfindən istiqlalı təhdid edildiyi təqdirdə də ingilislərin yardımlarına nail
olacaqdır. Qaldı ki, Sultan II Əbdülhəmid xanın almanlara vermiş olduğu Hicaz dəmiryolu imtiyazı,
“Deutsche Orient Bank” təəhhüdlərini yerinə yetirmədiyi üçün qısa bir müddət sonra ləğv edilmişdir.
Lakin bu ləğvin əsl səbəbi isə bambaşqa idi. Sultan II Əbdülhəmid xan Akabe məsələsində,
almanlardan bir vasitə olaraq istifadə etmişdir.
Almanlar, Osmanlı İmperiyasına qoyduqları böyük sərmayənin Hicaz dəmiryolu imtiyazının ləğvi ilə
təhlükəyə girdiyini görüncə, Sultan II Əbdülhəmid xana öz etirazlarını bildirdilər. Almaniyanın
İstanbuldakı səfiri Sultan II Əbdülhəmid xana hədələyici bir dillə belə deyirdi:
“- Almaniya İmperiyası, Osmanlı İmperiyası ilə imzaladığı bütün anlaşmaları tətbiq etmək
qərarındadır. Lakin, Almaniya İmperiyasının bu qərarını tətbiq etmək üçün irəli sürdüyü tələbləri
vardır və bu tələblərdən biri Mosulun neft sahəsi üçün də imtiyaz almaqdır.”
Sultan II Əbdülhəmid xan bu təklifi gözləyirdi. Alman səfiri von Vangenheima 1890-cı il tarixli
fərmanı xatırlatmaqla kifayətləndi. Mosul və ətrafındakı neft sahələrinin Məmalik-i Şahanədən
olduğunu, hər hansı bir şəkildə imtiyaz vermək haqqının ona aid olmadığını bildirdi.
Yıldız sarayı ilə Babı Ali arasında cərəyan edən ingilis və alman səfirlərinin əsəblərini korlayan
çəkişmələrin əsas mərkəzini məhdudiyyətli Mosul neft sahələri təşkil edirdi. Bu ixtilaf Sultan II
Əbdülhəmid xanın İttihad və Tərəqqi Partiyası tərəfindən taxtından endirildiyi 1908-ci ilin əvvəlinə
qədər davam etdi...
Sultan II Əbdülhəmid xan taxtından endirildiyi ilə qədər 1890-cı il tarixli fərmanın ruhuna böyük bir
sədaqətlə və həssaslıqla sadiq qaldı. Heç bir dövlətə, Mosul və ətrafında aparılan bütün diplomatik
təzyiqlərə baxmayaraq neft imtiyazı vermədi.
1908-ci il Osmanlı İmperiyasının istər taleyi, istərsə də sonu üçün ən böhranlı bir dövrdür. Bu dövr
ilə birlikdə daxili və xarici təzyiqlər başladı. Beləliklə İttihad və Tərəqqi Partiyasının 24 iyul
çevrilişi bu dövrün başlanğıcı oldu. Bu tarixdə “Hərəkət ordusu” adı altında İstanbulu işğal və talan
edən rum-bolqar-serb-xorvat və alban quldur dəstələrinin də içində olduğu Üçüncü Ordu, bütün
məmləkətə hakim idi. Mahmud Şövkət paşa və İttihad və Tərəqqi Partiyası, mənbəyinin haradan
alındığı bilinməyən bir ilhamla güzəşt siyasətinə başlamışdır.
Sultan II Əbdülhəmid xanın varlığına qədər Məmalik-i Şahanə olaraq elan edilmiş neft sahələri,
1908-ci il iyulun 24-də Ticarət və Kənd Təsərrüfatı Nazirliyinin sərəncamına verildi.
Dostları ilə paylaş: |