Neft vəsiqəsi necə oğurlandı
Neft, Rusiya ilə İngiltərə arasında 1906-cı ildən etibarən İranda ağla gəlməyəcək daxili mübarizələrə
və qətllərə səbəb oldu.
D’Arcy bu möhtəşəm və qiymətsiz vəsiqəni aldıqdan sonra dərhal yol hazırlıqlarına başladı və
dərhal Misirə yola düşdü. Kanadalı mühəndisin niyyəti Qahirədə bir müddət qalmaq, dincəlmək və
oradan Londona- vətəninə getmək idi.
Villiam Knot D’Arcy həyatından, əlindəki vəsiqəyə sahib olmaqdan məmnun halda, Qahirənin
görməli yerlərini gəzir, sonra da günün yorğunluğunu çıxartmaqdan ötrü otelə dönür, kimsə ilə
təmasda olmadan otağında oturur və ibadətlə məşğul olurdu .
Yenə belə günlərdən birində Qahirənin görməli yerlərini gəzməyə çıxmışdı.Otelə döndüyü vaxt
otağının axtarılmış olduğunu gördü. Otağını axtaranların Müzəffərəddin şəhdan aldığı vəsiqəni əldə
etmək istəyənlərin ola biləcəyini düşündü. Halbuki, bu vəsiqənin onda olduğunu şahdan başqa heç
kimsə bilmirdi. Bunları düşünsə də daha bu hadisənin üstündə çox dayanmadı. Hətta otelin
sahiblərinə belə xəbər vermədi. Lakin elə o an Qahirədən ayrılmaq üçün hazırlıqlara başladı.
Otel otağının axtarılması hadisəsinin üzərindən iki gün keçmişdi ki, onu ziyarətə gələn iki şəxs, 28
May 1901-ci il tarixli və İran şahı Müzəffərəddinin imzasını daşıyan və ona İran ərazilərində
hüdudsuz imtiyazlar bəxş edən vəsiqəni satın almaq istədiklərini söylədilər. Bu iki şəxs açıq-aydın
bazarlığa gəlmişdilər. Lakin D’Arcy, nəinki belə bir təklifi qəbul etmək, hətta belə bir sözü eşitmək
istəmirdi.Vəsiqəni verə bilməyəcəyini, hətta vəsiqənin yanında olmadığını bu iki şəxsə söylədi və
təkliflərini qəbul etməyəcəyini aydın şəkildə bildirdi. Bu şəxslər isə onun sözlərinə əhəmiyyət belə
vermirdilər. D’Arcy hər dəfə etiraz etdikdə, onlar vəsiqənin qiymətini bir az də qaldırırdılar. Bu
adamların özlərini aparmalarından belə görünürdü ki, onlar nə olursa olsun vəsiqəni almaqda qərarlı
idilər və onun üçün də vəsiqənin qiymətini durmadan artırırdılar... Nəhayət qoca kanadalıya bir
sərvət təklif olundu. Bu sərvətin miqdarı altı milyon sterlinq idi. Lakin D’Arcy vəsiqəni satmamaqda
qərarlı idi və beləcə iki məchul şəxs əlləri boş çıxıb getdilər.
D’Arcyin otelində bu iki məchul şəxs ilə etdiyi söhbətin üstündən iki gün keçdi. Onu Londona
aparacaq olan gəminin gecikməsi səbəbindən, Qahirəni gəzməyə çıxdı. Avtomobillə gəzməkdən otelə
dönərkən, mindiyi maşına bomba atılmış, lakin möcüzə nəticəsində ona bir şey olmamışdı. D’Arcy,
sui-qəsddən qurtulmasının səbəbini etdiyi ibadətlərdə görürdü. Bu düşüncə onun beyninə elə
yerləşmişdir ki, bundan sonrakı həyat yolunu da bu xətt üzərinə davam edəcəyinə qərar vermişdir.
Bundan sonrakı həyatı kilsəyə yardımla keçəcək və həyatının qalan hissəsini də ibadətlə sona
vuracaqdır. Bu düşüncə ilə otelə dönər dönməz, Londona gedəcək ilk gəmi ilə hərəkət etmək üçün
hazırlıqlqarını tamamladı və ertəsi günü Port Səiddən keçən bir ingilis yük gəmisi ilə yola düşdü.
Villiam Knot D’Arcy gəmiyə mindiyi andan etibarən ona ayrılan kiçik kayutasına qapandı və
günlərini tamamilə ibadətdə keçirdi. Gəmidə onun kimi əlində İncil tutaraq mütəmadi olaraq oxuyan
bir rahib də vardır. Gəminin gediş jurnalında bu rahibin İngilis Somalisindən mindiyi yazılırdı.
D’Arcy, bu gənc anqilikan rahibi ilə dostluq əlaqələri qurdu.
Artıq dindar iki insan, D’Arcy və anqilikan rahibi hər an bərabər olurdular. Birlikdə etdikləri göyərtə
gəzintiləri zamanı gənc rahib, mütəmadi olaraq Həzrəti İsadan, xristianlığın inkişafı üçün sərf edilən
əziyyətlərdən, qatlanılan məşəqqətlərdən, bu məşəqqətləri dəf etmək üçün insanların göstərdikləri
səylərdən bəhs etməklə, bir növ moizələr oxumaqda idi. D’Arcy, bu moizələri diqqətlə dinləyirdi. Bir
gün D’Arcy gənc rahibə həyatının ən böyük sirrini verdi.
Bəli, tam altı milyonluq sterlinqə, həyatını məhv etmək üçün girişilən süi-qəsdlərə baxmayaraq,
vermədiyi imtiyaz işini bu imanlı gənc rahibə anlatdı. Başına gələnləri bir-bir ona danışmaqla
kifayətlənmədi, eyni zamanda vəsiqəni də rahibə verdi. D’Arcy saf niyyətlə vəsiqəni kilsənin
tabeliyinə verdiyini, bu vəsiqə vasitəsilə İranda çalışacaq olan missionerlərin İran xalqını sürətlə
xristianlaşdıracaqlarına ümid edirdi. Villiam Knot D’Arcy artıq məsut və arxayın idi. Vəsiqəni gənc
rahibə verdikdən sonra birlikdə gəminin kilsəsinə enərək, ibadətlərini etdilər və D’Arcy orada gənc
rahibə bütün həyat hekayəsini danışdı. Bilərəkdən və bilməyərəkdən işlətdiyi günahlarınin
bağışlanması üçün Allaha yalvardı. Beləcə zavallı D’Arcy, bütün günahlarının təmizləndiyinə
inanmış halda rahat nəfəs aldı.
Gənc rahib D’Arcyin vəsiqəni ona verdiyi anda, qocaya bu vəsiqəni Londona çatan kimi kilsənin
tabeliyinə verəcəyini bildirir.
Günlər beləcə keçdi. Onların yolçuluqları artıq son mərhələyə gəlib çatmışdır... D’Arcy, əlində
çamadanları qayıqdan körpüyə enərkən, gözləri ilə gənc rahibi axtardı. Onu görmədi. Gözlədi... “Bəl-
kə taparam” deyə düşündü... Elə bil yer yarılıb gənc rahib içinə girmişdi. Beləcə, D’Arcy üçün gənc
rahib də, qiymətli vəsiqə də qeyb olmuşdu... Zavallı qoca, saf niyyəti ucbatından qiymətli bir sərvəti
əlindən qaçırmışdı.
Kimdir bu gənc rahib?...
Bu qiymətli vəsiqəni anqilikan kilsəsinə təslim etmək üçün D’Arcyin əlindən alan rahib əslində nəçi
idi?.. İndi bilirik ki, bu gənc rahib, İngiltərə Entellijans Servisinin ən çox güvənilən əməkdaşlarından
biri idi. Əsl adı Roznblum olan bu yəhudi əsilli şəxs 1921-ci ildə Petroqradda bolşevik lideri Leninə
bir fransız casusu ilə birlikdə uğursuzluqla nəticələnən sui-qəsd planlaşdırdığı üçün yaxalanıb
güllələnən Sidney Reyi idi.
Beləliklə Entellijans Servis Misirdə D’Arcyi öldürməyə təşəbbüs göstərdiyi, böyük bir sərvət verib
ala bilmədiyi vəsiqəni Sidney Reyi vasitəsiylə həm də bir sent belə ödəmədən ələ keçirmişdi...
Entellijans Servis, bu vəsiqə ilə əlinə ağlagəlməz bir imtiyaz keçirmiş oldu. Mazandaran, Xorasan və
Astarabad xaricində qalan bütün İranın yeraltı və yerüstü sərvətləri qeyri-şərtsiz bu servisin əlinə
keçdi.
Dostları ilə paylaş: |