Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   55   56   57   58   59   60   61   62   63

Ruslar Entelijans Sevisin İranda fəaliyyəti dayandırılmadıqca heç bir iş görə bilməyəcəklərini çox
yaxşı bilirdilər. Ruslar general Zahidi və general Hicazinin həyata keçirmək istədikləri hökumət
çevrilişinin qarşısını almağa nail olduqdan sonra bu servisi məğ​lu​biyyətə uğratdıqları qənaətinə
gəldilər. Onlar Müsəddiqə İranda kütləvi həbslər keçirmək, beləliklə Entelijans Servisi ortadan qal​-
dırmaq üçün imkanları daxilində hər cür yardımı etmişdilər.
 
 


İNGİLTƏRƏ VƏ RUSİYANIN KƏŞFİYYAT
ORQANLARININ MÜBARİZƏSİ
 
 
Demək olar ki, İngiltərənin və Rusiyanın kəşfiyyat orqanları İrandakı kimi bir-birinə qarşı amansız
mübarizə aparmamışdılar. Onlar 1885-ci ildən bəri İranda fəaliyyətə başlamışdılar. Hər iki təşkilat
neft uğrunda mübarizə edirdi. Onlar 1885-ci ildən bəri nadir hallarda bir-birinə toxunmamışdılar.
Ancaq indi İrandakı mübarizə əvvəlkilərə nisbətən müqayisə edilməyəcək dərəcədə idi. Bunun iki
səbəbi vardı. Bundan əvvəlki mücadilələrdə olduğu kimi Rusiyanın, Fransanın və ya Almaniya və
Avstriya-Macarıstan İm​pe​​riyalarının siyasi əməllərinə sədd çəkən qüdrətləri yoxdu. Bunun əksinə
olaraq Rusiya İkinci Dünya müharibəsindən qalib çıxaraq Avropanın yarısına hökm edərkən, dünya
siyasətinə də istiqamət verəcək qədər güclü idi. Rusiya bir tərəfə sıxışdırılmış İngiltərənin
mövcudluğunu hesaba almayaraq dünyanı Amerika ilə bölüş​dür​mək fikrində idi.
Bax burada Rusiya yanılırdı. Çünki, gücdən düşdüyü zənn edilən Britaniya İmperiyası dünyadakı xam
maddə mənbələrinin mühüm bir hissəsinə hakim idi və hələ Entelijans Servis ləğv edil​məmişdi.
Yaxın bir gələcək istər Amerikanın, istərsə də Rusiyanın zəiflətmək istədikləri İngiltərənin necə bir
enerji və Entelijans Ser​visin şahanə bir gedişi ilə ortaya çıxacağını göstərəcəkdi. İngil​tərə Rusiyaya
İranda ciddi zərbə endirməyi planlaşdırırdı. Bu zərbə elə şiddətlə endiriləcəkdir ki, Rusiya 1953-cü
ildə endirilmiş olan bu zərbənin təsirindən xilas ola bilməyəcək və İranı uzun illər rahat
buraxacaqdır.
Rusların kəşfiyyatçıları ilə İngiltərənin Entelijans Servisinin və Deterdinqin cəsusları İranda çox
çətin bir gizli mübarizə edirdilər. Bu gizli mübarizə 1910-cu və 1925-ci illərdəki üsyanlara bənzə​-
mir​di.
İranda Rusiyanın və İngiltərənin gizli mübarizə apardıqları vaxtda gözləmədikləri bir hadisə baş
verdi, yəni «Standard Oly» da bu mübarizəyə qoşuldu. Onun bu müdaxiləsi 1953-cü ildə göz​lənilirdi.
Çünki «Royyal Datç-Şell Qrup» ilə on illik sülh müqa​viləsinin müddəti o tarixdə başa çatırdı. Elə bu
səbəbdən də «Stan​dard Oyl»un mübarizəyə qoşulması gözlənilmirdi.
Bax İranda əsl mübarizə də «Standard Oyl”un ortaya çıxma​sın​dan sonra başladı. Amerikalıları bu
mücadiləyə sövq edən səbəb İran nefti üzərində hissə sahibi ola bilmək düşüncəsi idi. Onlar da İran
neftindən pay almaq istəyirdilər. 1952-ci il oktyabrın 21-də «Standard Oyl»un hissədarlarından
Villiam Alton Jones təcili Tehrana gəldi. O hava limanında jurnalistlərə gülə-gülə Tehrana is​ti​rahətə
gəldiyini bildirdi. Yəni o, gəlişinin əsas məqsədini gizlət​məyə çalışdı. Amma, onun dünyada məşhur
neft istehsalçısı və «Standard Oyl»a bağlı olduğunu bilməyən yoxdur.
W.A.Jones Tehrana neft üçün gəlmişdi. Çünki «Standard Oyl» Müsəddiq ilə əlaqə yaratmağa
çalışırdı. Müsəddiq ilə «Stan​dard Oyl» arasında başlayacaq müzakirələri də Amerika pre​zidenti
Trumenin şəxsi nümayəndəsi olmaqla bərabər həm də neft istehsalı ilə məşğul olan Averell Harriman
planlaşdırmışdı. Müzakirə zamanı «Standard Oyl»un nümayəndəsi İngiltərədən alınmış və
milliləşdirilmiş neft sahələrindən hissə tələb edirdi. Müsəddiq İngiltərədən çəkindiyi üçün hələlik
tərəddüd edirdi.
«Royyal Datç-Şell Qrup» İranda Rusiya kəşfiyyatının agent​lərindən başqa artıq «Standard Oyl»un
adamlarına qarşı mübarizə aparmağın zəruriliyini də anlamağa başladı. «Standard Oyl” Orta Şərqdə


fəal hərəkət etmək üçün bütün imkanlarından istifadə et​məyə çalışırdı. «Standard Oyl» şübhə
çəkməmək üçün ilk əvvəl elm adamlarını neft sahələri ətrafına səyahətlərə göndər​di. Bu elm
xadimlərindən ilki dünyanın çox yaxından tanıdığı, Amerikanın müasir tarixçilərindən Harold Lamb
idi. O, Orta Şərqdə olarkən bütün Ərəbistanı gəzərək xalq və hökumət üzvləri ilə görüşlər
keçirmişdir.
«Standard Oyl»un elm adamlarını seçməsi nəzər-diqqəti cəlb etməyəcək insanlar olması idi.
Dünyanın məşhur tarixçilərindən olan Harold Lamb istədiyi yerə gedərək hər cür tədqiqatlar aparır
və heç kəsi şübhələndirmirdi. Yalnız «Standard Oyl»un düşün​mə​diyi nöqtə bir elm adamının nə bir
siyasətçi, nə də bir cəsus olmaması idi. Məşhur bir tarixçi olaraq qəzetçilərin diqqətindən qaçmayan
bu şəxs haraya getmişdirsə onları qarşısında görmüş və bəzi bəyanatlar vermişdir. Harold Lambın
mətbuat nümayəndə​lərinə verdiyi bu bəyanatlarda:
«Türkiyə, Livan, İordaniya və İraqda olarkən oralardakı vəziyyəti araşdırdım. Bu məmləkətlərdə
mövcud olan böhran​lar amerikalıları çox maraqlandırır. Orta Şərq ilə Amerika ara​sında fikir
mübadiləsinin artmasına yardım etmək istəyir​dim. Amerikalılar bu gün Orta Şərq haqqında, xüsusilə
də ərəb​lər haqqında keçmişdəki fikirlərini dəyişdirməkdədirlər».
Məşhur tarixçi Harold Lambin ağzından çıxan bu sözlərin mənası nə ola bilərdi? Harold Lambın bu
bəyanatı qəzetlərdə çap olunduğu gün «Standard Oyl»un hissədarlarından William Alton Jones də
Tehranda idi. Buradan belə bir sual çıxır. Görəsən bu şəxslərin eyni vaxtda Tehranda olması
təsadüfdürmü? Mən​cə buna bir təsadüf deyə bilmərik. Əgər ortada neft olmasa idi onda deyə
bilərdik.
Elə bu vaxtlarda Səud bin Əbdüləziz Səudiyyə Ərəbistanında spirtli içkilərin qəbul edilməsini qəti
qadağan edən bir qərar çıxart​mış​dır. Bu qadağan qərarı dərhal neft istehsalına təsir etmişdir, yəni
istehsalın həcmi aşağı düşmüşdür. Qəribə orası idi ki, bu ancaq ingilislərin nəzarətində olan neft
ərazilərində olmuşdur.
Villiam Alton Jonesin İrandakı görüşlərinin nəticələri «Stan​dard Oyl»un xeyrinə olmamışdır. Baş
nazir Müsəddiq amerikalı​lar​la əməkdaşlıq etməyə hələlik tələsməmişdir. Beləliklə, «Stan​dard
Oyl»un İranda atdığı ilk addım müvəffəqiyyətsizliyə uğra​mış​dır.
Tehranda hadisələr yenə qızışmağa başlamışdı. İran şahının anadan olmasının otuzuncu ildönümü
münasibətilə təşkil olunacaq şənliklər tudəçilərin gələcəkdə keçirəcəkləri nümayişlər nəticəsin​də baş
tutmamışdır. Şahla münasibətləri gərginləşmiş olan Müsəd​diq rusların köməyi ilə ingilislərlə yaxın
münasibətdə olan şaha ağır zərbə vurmağı planlaşdırmışdı.
Şahın ad günü keçirilən zamanı tudəçilərin keçirdikləri nüma​yişlər çox qanlı olmuşdur. Kommunistlər
şahın ad günündə keçiri​lən şənliklərdə qan tökülməsinə nail olmuşdular. Kommunistlər tərəfindən
təşkil olunmuş bu nümayişlərdə iştirak edən xalq küt​lələri «Şaha ölüm» şüarı ilə küçələrdə bağıraraq
polisin və təhlü​kə​sizlik qüvvələrinin müqavimətinə məhəl qoymurdular.
İran xalqının çox bağlı olduğu şahlıq üsuli-idarəsi əleyhinə ke​çi​rilən bu qanlı nümayişlər Müsəddiqin
bu idarə üsulunu tama​milə ləğv etmək məqsədini güddüyünü açıqca göstərməkdə idi. Artıq polisin bu
nümayişlərin qarşısını ala bilmədikdə işə ordu qa​rışmalı oldu. Xalq yenə də küçələrdən çəkilmədi və
müqavimətlə​ri​ni daha da artırdılar.
Zavallı İran neft üzündən sonu görünməyən faciələr qarşısında qalmışdı. Tehran küçələrində bu yağlı
maddə üzündən, beynəlxalq toqquşmalar üzündən insanlar ölür, küçələr qana boyanırdı.
1951-ci il sentyabrın 24-də Müsəddiqin İngiltərəyə verdiyi bir notaya İngiltərə tərəfindən cavab
verilməmişdir. Yəni bu nota İn​gil​tərə tərəfindən əhəmiyyətli sayılmamışdır. Artıq İngiltərə ilə İran


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə