əmək sərf etmişdilər. İngilislər bu çevrilişin baş tutması üçün iki milyard lirə xərcləmişdilər.
İngilislər Meksikada hakimiyyətlərini qurduqdan sonra «Standard Oyl» şirkətinə də az miqdarda
imtiyaz verilməsinə razı oldular. Generallarla «Standard Oyl» şirkəti arasında aparıdan müzakirələr
müsbət nəticə verdi və «Standard Oyl» Meksikada neft sahələrinə az da olsa girə bildi.
İngilislərin belə hərəkət etmələrinin bir çox səbəbləri mövcuddur.
Artıq Almaniyada Sevr müqaviləsinin qərarlarına əməl edilməyərək gizli də olsa silahlanma
hərəkətləri müşahidə edilirdi. 1918-ci ildə darmadağın edilən Avropanın ən böyük dövləti olmuş
Almaniya yenidən canlanırdı. İngilisləri ürküdən də bu idi.
İngilislərin qorxduqları başlarına gəldi, 1933-cü ildə Adolf Hitler Almaniyada iqtidarı ələ keçirdi.
Almaniya artıq Sevr müqaviləsinin əsiri deyildi. Adolf Hitler açıqca Sevr müqaviləsini tanımadığını
hərəkətləri ilə elan edirdi. Almaniya sürətlə silahlanırdı və onun ən çox möhtac olduğu şey neft idi.
Bu maddə Almaniyada yox idi. Adolf Hitlerin yaratdığı mexanikləşdirilmiş ordu üçün neft lazım idi.
Ordular, hava qüvvələri, donanmalar yalnız neft ilə işləyirdilər. Adolf Hitler dərhal hərəkətə keçdi.
Almaniyanın cəsusluq təşkilatını təşkil etmiş polkovnik Nikoloinin agentləri müxtəlif adlar və
peşələrin təmsilçiləri olaraq dünyanın neft istehsal olunan ərazilərinə dağıldılar. Artıq neft
mücadiləsi içində Almaniyanı da hesaba qatmaq məcburiyyəti ortaya çıxırdı. Almaniya agentləri
dünyanın digər neft çıxan və istehsal olunan bölgələrində olduğu kimi Meksikada da fəaliyyət
göstərirdilər.
Adolf Hitler işlərini mükəmməl bir şəkildə tənzimləmişdi. Ona kommunist təhlükəsinə qarşı iqtidarın
qapısını açan şəxsin neft imperatoru Deterdinq ilə məşhur alman sənayeçisi Thyssen olduğu
söylənilməkdədir. Hətta bu bir rəvayət olmaq mənasını itirmiş və Deterdinqin Adolf Hitlerə İkinci
Dünya müharibəsinin davam etdiyi və Fransanın məğlub olduğu 1941-ci ilə qədər yardım etdiyi və
Almaniyanı maliyyələşdirdiyi artıq məlum bir gerçəkdir.
Adolf Hitlerin əlində Dr.Şaxt adlı sehirbaz bir maliyyəçi vardı. Dr. Şaxtın əsas işi Almaniyaya neft
tapmaq və neft mənbələri əldə etməkdi.
Dr. Şaxt ən mahir adamlarından biri olan hersoq Adolf Meklenburqa dünyanın hər tərəfinə ticarət
münasibətləri qurmaq adıyla səyahət etməsini və əslində isə neft tapmasını tapşırdı.
Neft hər şeyə qadir idi. Hələ Birinci Dünya müharibəsi başlamamışdan əvvəl, yəni 1913-cü ildə
ABŞ-ın Londondakı səfiri Paqe: «ABŞ ilə Böyük Britaniya arasındakı sıx dostluğun yanında Meksika
neftinin nə dəyəri ola bilər?» deyirdi.
Ancaq, bu səfir açıqca yalan söyləyir və yalanına özü də inanmırdı. Çünki o tarixlərdə ABŞ ilə
İngiltərə arasındakı münasibətlər neft məsələsi üzündən gərginləşmişdi. Amerikanın Londondakı
səfiri bu sözləri söylədiyi vaxtda Amerika prezidenti Woodrov Vilson Britaniya səfiri ser Lionle
Carden ilə o zamanlar Meksika neftinin 58 faizinə sahib olan Pearson (yeni adı lord Cowdray)
arasındakı sıx işbirliyi onu narahat etdiyini söyləyirdi.
Bu iki məmləkəti idarə edənlər də öz hökumətlərinin xarici siyasətini yürütməkdən çox, böyük
sənayeçilərin, xüsusilə neft istehsalçılarının xarici siyasətlərini yürütməyə maraqlı idilər.
İndi isə eyni qayələrlə hərəkət edən Almaniya da ortaya çıxmışdır. Dr. Şaxtın rəhbərlik etdiyi
İqtisadiyyat və Maliyyə Nazirliyi Almaniyanın bütün kəşfiyyat orqanları ilə əlbir işləyirdi. Hersoq
Adolf Meklenburqun Cənubi Amerikadakı mücadiləsi və millətin əksəriyyətinin almanlara
bəslədikləri simpatiya Meksikada qısa zamanda müvəffəqiyyət qazanmalarında birinci dərəcəli rol
oynamışdır.
Alman təhlükəsini zamanında hiss edən ingilislər Meksika prezidenti Cardenası nefti milliləşdirməyə
razı saldılar. 1938-ci ildə Cardenas bir qərarnamə ilə Meksika neftini milliləşdirdi.
Qəflətən edilən bu milliləşdirmə «Standard Oyl» şirkətinin rəhbərliyi və Amerikanın xarici siyasət
idarəsinin rəhbəri Hulli tərəfindən etirazla qarşılandı. Ancaq, Meksika prezidenti Cardenas qərarını
dəyişmədi. Amerika iqtisadi tədbirlər görməyə məcbur oldu, yəni ilk mərhələdə bundan sonra
Meksikadan gümüş idxal etməyəcəyini elan etdi.
«Standard Oyl» isə Meksika Ali Məhkəməsinin neftlə əlaqədar qəbul edəcəyi qərarları tanıyacağını
rəsmən elan etdi.
Deterdinqin maliyyələşdirdiyi Fransa, Belçika və Hollandiya neft şirkətləri Meksika neftini almaqdan
imtina etdilər.
Heç bir zaman faşist olmamış Cardenas çıxılmaz vəziyyətdə qaldı. O vəziyyətdən çıxmaq üçün
Cənubi Amerika məmləkətlərinə neft satmaq istədi, ancaq cəhdləri nəticəsiz qaldı.
Almanlar Meksikada neftin milliləşdirilməsindən əvvəl prezident Cardenasa bir neçə ticarət
müqavilələri təklif etmişdilər. Ancaq, onlar bu müqavilələri bağlamağa müvəffəq olmamışdılar. İndi
tam zamanı idi. Bu dəfə təkliflər Meksika tərəfindən razılıqla qarşılandı və tezliklə müqavilələr
bağlandı. Meksika Almaniyadan dəzgahlar, İtaliyadan tanklar və Yaponiyadan isə bəzi mallar alaraq
qarşılığında neft satmağa başladı.
Dr.Şaxt istəyinə nail olmuş, yəni Almaniyaya qan qədər lazım olan nefti əldə etmişdi. O, dərhal
mütəxəssislərini və ən bacarıqlı agentlərini Meksikaya göndərdi. Təbii ki, bu mütəxəssis agentlər neft
işi ilə məşğul olmaqla bərabər eyni zamanda prezident Cardenasın əleyhinə ola biləcək hərəkətlərin
qarşısını almağa da çalışacaqdılar.
Dr.Şaxt neft işini fövqəladə bacarığa malik bir adam olan Helmut Vohltata tapşırmışdı. Bu adam o
qədər də məşhur deyildi. Adı dünya mətbuatında ilk dəfə 1938-ci ildə Dr.Şaxtın Rumıniya neftini ələ
keçirmək üçün etdiyi təşəbbüslərdə və Almaniya ilə Rumıniya arasında bir müqaviləyə imza atıldığı
zaman görünməyə başladı. O bir alman zabiti olaraq Bİrinci Dünya müharibəsində iştirak etmiş,
sonradan von Blomberqin rəhbərlik etdiyi Milli Müdafiə Nazirliyində çalışmışdır. Uzun illər burada
müəyyən vəzifələri yerinə yetirən Helmut Vohltata Maliyyə Nazirliyində də məsul işlər tapşırılır.
Bu andan etibarən də o alman neft agentlərinin arasında aparıcı yerlərdən birini tutur. O, 1938-ci ildə
Rumıniya ilə Almaniya arasında bağlanan müqaviləyə imza atmamışdan əvvəl bir müddət Bürkeşdə
neft istehsalı ilə məşğul olan bir varlı şəxsin yanında müşavir vəzifəsində çalışmışdır. O neft sahəsinə
aid belə bir mükəmməl biliyi hələ Birinci Dünya müharibəsindən sonra Amerikada yaşadığı illərdə
almışdır. Təəssüf ki, neft sahəsi üzrə mütəxəssis olan Helmut Amerikada bu sahədə uğur qazana
bilməmiş və bir müddət hələ Berlində yaşadığı vaxtlar dostluq etdiyi bir yəhudi bankirindən aldığı
vəsaitlə dolanmışdır. Bir neçə il Amerikada yaşayaraq nefti ən incə təfərrüatına qədər tədqiq edən
Helmut 1927-ci ildə Almaniyaya qayıdır. O, 1927-1933-cü illərdə bir və ya iki dəfə Mərkəzi
Amerikaya və Meksikaya səyahətlər edir və çoxlu pul qazanır. Səyahətlərinin birində Helmut
Amerikada yaşayan alman müəllimə ilə evlənir. Almaniyada Adolf Hitler iqtidara gəldikdən sonra
müdafiə naziri olan von Blomberq dərhal Helmut Vohltata məktub yazaraq onu Berlinə dəvət edir.
Məktubu alan Helmut dərhal Berlinə gəlir və Müdafiə Nazirliyi ilə Dr.Şaxtın rəhbərlik etdiyi Maliyyə
Nazirliyi arasında əlaqə quran bir vəzifəyə təyin olunur. Qısa bir müddət sonra alman valyuta
dəyişmə idarəsinin rəhbərliyi ona tapşırılır. Onun buradakı əsas vəzifələrindən biri də xaricdən idxal
edilən xam maddələr üçün ayrılan valyutaya nəzarət etmək idi. Bir müddət sonra ona Almaniyadan
qaçan yəhudilərlə əlaqə qurmaq tapşırıldı.
1938-ci ilin sonunda H.Vohltat Amerikaya getmək istədi, ancaq Amerika hökuməti ona viza vermədiyi
Dostları ilə paylaş: |