Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   2   3   4   5   6   7   8   9   ...   63

idi. O İngiltərə ilə ixti​lafa səbəb ola biləcək məsələlərdə çox diqqətli və həssas davra​nır​dı.
“Standard Oyl” prezidentin yeni siyasəti qarşısında dünya neft hakimiyyətinin əldən çıxdığını
görüncə, prezidentə qarşı olduqca sərt, lakin gizli bir mübarizəyə qərar verdi. “Standard Oyl”un baş​-
ladığı bu mübarizə həqiqətən də çox qorxunc idi. Prezi​dentin əleyhinə başladılan mətbuat davası
xalqın Hardinq haq​qın​dakı müsbət yönlü fikirlərinin dəyişməsinə səbəb oldu. Har​dinq, sanki hər
tərəfdən çevrə içinə alınmışdır. Etimad etdiyi, güvəndiyi in​san​lar getdikcə onun ətrafından
çəkilirdilər. Onun öz sözləri ilə desək ətrafını bir xəyanət şəbəkəsi sarımışdı. Amerika prezidenti o
hala gəlmişdi ki, ətrafındakı insanlardan sıxılır, onlardan qaçır, hamı​dan gizli xəlvət bir guşəyə
çəkilmək istəyirdi. İş o yerə gəlib çatdı ki, Amerika Birləşmiş Ştatlarının birinci şəxsi Vaşinqtonu bir
müd​dət üçün tərk etməyə və bütün bu təzyiqlərdən, ətrafındakı düş​mən hesab etdiyi insan çevrəsindən
qurtulmaq üçün heç kim​səyə xəbər vermədən uzaq​laşmağa, heç olmasa bir müddət dincəl​məyə qərar
verdi. Prezi​den​tin getdiyi yeri hələ heç kimsə bilmirdi. Təbii ki, bir neçə yaxını istisna olunmaqla.
Bir neçə yaxınından bi​ri “Standard Oyl”un icra​edici şəxslərindən birisi olan Dauqhtery idi. Prezident
Ameri​ka Birləşmiş Ştatların şimalına istirahət etmə​yə getmişdir. Lakin bu gediş onun sonu oldu.
Prezidentin yeri öy​rə​nil​dikdən bir-iki gün sonra, Amerikadakı xəbər agentliklərinin və qəzetlərin
tele​fon​ları dayanmadan çalır, teleqraflar dünyanın ən uzaq məmləkət​lərinə məşum bur xəbəri
çatdırırdı. Bu xəbər, Ame​rika prezidenti Hardinqin ölüm xəbəri idi.
Prezident nədən ölmüşdür? Gerçək əcəlin önündən heç kim​sə qaça bilməz. Lakin bu vaxtsız ölüm də
normal qəbul edilə bil​məz. Agentliklər və qəzetlər Hardinqin ani ölümünə zəhərli bir bö​cək
dişləməsinin səbəb olduğunu rəsmi olaraq bildirsələr də, ölüm anında prezidentin yanında “Standard
Oyl” neft şirkətinin məsul şəxslərindən biri olan Dauqhterynin olması, bir çox dedi-qodulara yol
açmışdır. Bu ittihamlar qarşısında isə Dauqhtery susmağa üstünlük verirdi. Lakin bu vaxt susmayan
və səsini dünyaya yayan birisi də vardı. Bu, şübhəsiz ki, prezidentin arvadı idi. O, ittiham edirdi.
Həqiqətən də xanım Hardinq keçirtdiyi bir mətbuat kon​fran​sında prezidentin bir zəhərli böcək
ucbatından öldüyünü kə​dərli şəkildə bəyan edən rəsmi mənbələrin bəyanatını qəti şəkildə rədd
etmişdi. Xanım Hardinq bununla kifayətlənməmiş, aləmi vəl​vələyə salan bir ittihamla da çıxış
etmişdi. Bu ittihama görə, əri zəhərli bir böcək tərəfindən zəhərlənib ölməmiş, boyun əymək
istəmədiyi bir neçə şirkət tərəfindən zəhərləndirilib öldürül​müşdür. Bu iddia çox qorxunc idi.
Görəsən prezidentin arvadı hansı şirkətlərdən bəhs edirdi? Açıq aydın olmasa da Hardinqin ar​-
vadının üstüörtülü şəkildə ittiham etdiyi müəssisə ərinə prezi​dent​lik qapılarını açan şirkət, yəni
“Standard Oyl” idi.
Lakin qəribədir ki, ortaya atılan bu iddiaya və ölənin Amerika Birləşmiş Ştatlarının prezidenti
olmasına baxmayaraq, heç bir tədbir görülmədi. Rəsmi strukturlar, Amerika Birləşmiş Ştatlarının
Ədliyyə Nazirliyi sanki bu ittihamı eşitmədi və heç bir reaksiya vermədi. Bununla da, neft uğrunda
ölən milyonların sırasına bir prezident də əlavə olundu.
 
 
 


“ROYYAL DATÇ – ŞELL QRUP” NECƏ
QURULDU?
 
 
Neft ətrafında cərəyan edən bu qorxunc mübarizə zaman-za​man İngiltərə ilə Rusiyanı, Almaniyanı,
Amerikanı qarşı qarşıya qoy​muşdur. Lakin bu mübarizədə İngiltərənin daimi rəqibi Ame​ri​ka
Birləşmiş Ştatları idi.
Bugünkü İngiltərə İmperiyası əgər bu gün bir neft imperiyası olaraq qəbul edilirsə, ingilislər bunun
üçün İndoneziyada vəzifə borcunu yerinə yetirərkən dərin zəkası və bəxtinin köməkliyi ilə “Royyal
Datç” (sonradan “Royyal Datç-Şell Qrup” adını aldı) neftçıxartma şirkətinin başına keçən ser Henri
Vilhelm Aqustus Deterdinq adlı bir yəhudiyə borcludur.
Bu adam Hollandiyanın mərkəzi Amsterdam şəhərində sadə bir yəhudi ailəsində anadan olmuşdur.
Ailənin maddi durumunun o qədər də yaxşı olmaması Deterdinqin mütəmadi olaraq təhsil almasına
mane olurdu. Bütün təhsili Hollandiyada kasıb ailələr üçün açılmış olan milli məktəblərdən
öyrəndiklərindən ibarət idi. 1874-cü ildə, hələ uşaq ikən işləmək məcburiyyətində qalmışdı. Bu vaxt
Amsterdamda fəaliyyət göstərən “Tvensch Bank Were​enin​g”in keçirtdiyi müsabiqədə iştirak etdi və
bu müsabiqəni asan​lıqla qazandı. Deterdinq ilk iş fəaliyyətinə belə başladı. Deter​dinq ayda 20 florin
maaşla işə başladığı “Tvensch Bank Were​ening”də çalışqanlığı və kəskin zəkası ilə fərqləndi. 1888-
ci ilə qə​dər bu bankda çalışan Deterdinq, eyni ildə Hollandiyanın ən bö​yük və ən mühüm bankı olan
“Handel Matschappy Bank”ın elan etdiyi müsabiqədə iştirak etdi. Fitri zəkası və çalışqanlığı ilə gənc
Deterdinq müsabiqədən keçərək işə başladı və çalış​qan​lığı ilə dərhal rəislərinin nəzər-diqqətini cəlb
etdi. Onu, hələ 23 yaşında ikən bankın mühüm şöbələrindən biri olan Sumatraya müdir təyin etdilər.
Burada işə başlayan Deterdinq çalışqanlığı ilə orada da fərq​ləndi. Bu arada, o, Sumatrada neft
axtaran “Royyal Datç Şirkəti”nin İdarə Heyətinin sədri Kesslerin nəzəri diqqətini cəlb etdi. Kessler
ona öz şirkətində vəzifə təklif etdi. Deterdinq düşünmədən bu vəzifəni qəbul edərək, “Royyal Datç
Şirkəti”ndə çalışmağa başladı. Elə bu tarixdən də Deterdinqin taleyi dəyişdi. Təbii ki, elə bu vaxt
ingilis-holland işbirliyi halında çalışan neft şirkətlərinin də taleyi dəyişdi. Deterdinq 1892-ci ildə
“Royyal Datç Şirkəti”nin Sumatra Baş müfəttişliyinə təyin edildi. Bu təyinat, özü üçün də, şirkətin
irəliləməsi üçün də mühüm bir addım idi. 1892-ci ildən 1897-ci ilə qədər Sumatra Baş müfəttişi
vəzifə​sin​də olan Deterdinq, şirkətin Sonda adalarında​kı şöbəsinə müdir təyin edildi.
Deterdinq Penanqdakı idarəsində çalışarkən, “Royyal Datç Şirkəti”nin İdarə Heyətinin sədri Kessler
onunla görüşmək üçün qəflətən Penanqa gəldi. “Royyal Datç Şirkəti”nin və ingilis-holland birliyinin
gələcək taleyində, daha dəqiq desək, ingilis neft imperiyasının meydana gəlməsində mühüm bir rol
oynayan bu gö​rüşdə nələrin danışıldığını dəqiq bilmirik. Lakin bununla bəra​bər, Kesslerin Penanqdan
mühüm qərarla ayrıldığına şübhə yoxdur. Bütün bunlara baxmayaraq, Deterdinq ilə Kessler arasında,
bir neft şirkətinin kiçik bir idarəsində cərəyan edən bu görüşün keçi​rildiyi anda “Royyal Datç
Şirkəti”nin kassaları bom-boşdu və şirkət iflasa uğramaq qarşısında idi.
Kessler şirkətin gələcək durumu ilə bağlı tamamilə ümidsiz idi. Bir neçə dəfə şirkəti bağlamağı da
düşünmüşdü. Lakin hər dəfə də bu fikirdən vaz keçmişdi. Kessler məhz elə bu böhranlı zaman​da
Penanqa Deterdinqi görməyə getdi. Bu görüşün üstündən qısa bir müddət keçdikdən sonra şirkət
Deterdinqin tövsiyəsi ilə ciddi fəaliyyətə başladı. Bu çox cəsarətli bir addım idi və şirkət hər cür


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə