Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə62/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   55   56   57   58   59   60   61   62   63

dövlətləri də susdurmaq üçün əllərindən gələni edirdilər. Bir-birinin ardınca baş verən hadisələr də
bunu sübut etməkdə idi.
Rusiya Müsəddiqə təzyiqini getdikcə artırırdı. Ruslar bir tərəfdən milliləşdirilən neftə sahib olmaq
istəyir, o biri tərəfdən də Müsəddiqi Qərb dövlətləri ilə müzakirələrə, dolayısı ilə milliləş​dirməni
qəbul etdirə biləcəyi müzakirələrə məcbur edirdi. Rusların gözlədiyi bu idi. Onlar neft ixtilafında
Qərb dövlətlərinin milliləş​dirməni qəbul etmələrini gözləyirdilər.
Əgər Qərb dövlətləri milliləşdirməni qəbul edərlərsə rus ordu​su böyük bir ehtimalla İrana hücum
edəcəkdi. Belə bir vəziyyətə qarşı rusların reaksiyası sərt olmayacaq və ruslar İranda yerlə​şə​cək​lər.
Rusiyanın İrandakı səfiri Müsəddiqə istehsal edilən neftin sa​tış qiymətini aşağı salmağı təlqin etmiş
və nəticədə buna müvəffəq olmuşdur. Müsəddiq neftin qiymətini endirməyi qəbul etmiş və yeni
qiyməti dünya neft qiymətlərinin yarısına endirmişdi. Yəni 50% endirmə olmuşdur. Bu neft bazarında
qorxunc bir dempinqdi (rəqabət məqsədilə xarici bazarlarda malların öz dəyərindən ucuz qiymətə
satılması – Tərtibçi).
Müsəddiqin qərarı Qərb dövlətlərində bomba kimi partladı. Onlar belə qərarı gözləmirdilər.
Müsəddiq neft qiymətində bir dem​pinq etməsinə baxmayaraq ruslar İran neftini almaq istəmə​dilər.
Ancaq İran nefti də müştərisiz qalmadı. Yeni alıcılar Yapo​ni​ya ilə Amerika idi.
«Standard Oyl» 1926-cı ildə ruslarla birləşərək ingilislərə qar​şı oynadığı oyunun eynisini indi –
1953-cü ildə İranda təkrar oy​nayırdı. Tarix təkrar olunur deyirlər. 1926-cı ildə olduğu kimi indi də
İran nefti uğrunda gedən mübarizədə Amerika ilə İngiltərə arasındakı münasibətlər kəskinləşmişdi.
«Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» arasında başla​yan mübarizə qızışır və buraya dövlət
xadimləri də qoşulurdular. Bunun ən yeni təzahürü də Amerikanın yeni xarici işlər naziri Foster
Dallesin verdiyi bir bəyanatda da görünməkdə idi.
Foster Dalles bu bəyanatında diqqət mərkəzində olan böl​gələrdən bəhs edir və bu bölgələrlə çox
yaxından maraqlandıq​larını açıqca ifadə edirdi. F.Dallesin bəhs etdiyi bölgələr isə ingilis neftinin
olduğu ərazilərdir.
F.Dulles bu bəyanatında belə deyirdi: «İndiyə qədər Tür​kiyə​nin cənubuna və şərqinə daxil olan
bölgələr maraq dairə​mizdədir. Ancaq bundan sonra işlər düzələcəkdir».
Amerika xarici işlər naziri Foster Dulles bu sözləri ilə nəyi göstərmək istəyirdi? Amerikanın nöqteyi-
nəzərinə görə düzəl-məsi tələb olunan işlər hansılardır? Türkiyənin cənubunda və şərqində qalan
bölgələrdə “D’Arcy qrup” ilə «Anglo Persian» və «The Irak Petroleum Company» vardı. İstər İran,
istər İraq neft sahələri ingilis hökumətinin deyildir. Bu sahələr İngiltərə Dəniz Birinci Lordluğu ilə
dünyanın ən sirli təşkilatı olan Enteli​jans Servisə məxsusdur.
Amerika xarici işlər naziri Foster Dalles 1953-cü il mayın 18-də verdiyi bu bəyanatından 25 gün
sonra da bəyanatının gücünü artırmaq üçün ilk addım atır və Amerikanın xarici yardım mis​si​yasının
başçısı Harold Stassen ilə birlikdə Ankaraya gələrək türk hökuməti ilə müzakirələrə başlayır. Hələ
bu müzakirələrin başlanmasından bir neçə gün əvvəl, yəni 1953-cü il mayın 30-da Rusiyanın
Türkiyəyə bir nota verməsi hamıya məlumdur. Ameri​kanın xarici işlər naziri F.Dallesi Türkiyənin bu
notaya çox soyuq​qanlıqla yanaşması çox təəccübləndirmişdi. Hamıya məlum olan bu notanın
məzmunu hökumət tərəfindən açıqlanmamışdı. Qarşıya belə bir sual çıxır: F.Dallesin Ankaraya səfəri
bu nota ilə əlaqə​dardırmı? Bu xüsusda hər hansı bir fikir söyləmək çox çətindir. Amerika Türkiyənin
timsalında Orta Şərqdə özünə sağ​lam bir müttəfiq əldə etmək istəyirdi.
1953-cü ilin iyun ayında Rusiyanın İrandakı səfiri İvan Sadxi​kov Moskvaya bir neçə dəfə səfər etməli
olur. Bu səfərlər zamanı İranın əleyhinə nə isə bir planın cızılması şübhəsiz idi. Rusiya dünya üçün


təhlükəli bir yol tutmuşdur.
Orta Şərqdə mühüm bir neçə hadisənin baş verəcəyi gözləni​lirdi. Türkiyəyə verilən rus notası bu
mühüm hadisələrin bir baş​lan​ğıcı sayıla bilərdi. Bu səbəblə Türkiyənin xarici işlər naziri Fuad
Köprülü beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmək üçün Türkiyənin İngiltərədəki,
Amerikadakı və Fransadakı səfirlərini iyulun 2-də Ankaraya dəvət etdi.
Rusiyanın Tehrandakı səfiri İvan Sadxikovun Moskvaya bir neçə dəfə gedib-gəldiyi, Rusiyanın
Türkiyəyə nota verdiyi, Ame​rikanın xarici işlər naziri Foster Dallesin Ankarada olduğu və nəhayət
Türkiyənin dünyanın üç ən böyük dövlətindəki səfiri​nin Ankaraya dəvət edildiyi bu günlərdə
dünyanın gözü bir başqa məmləkətə yönəldi.
Əvvəllər də Rusiyanın İranda reallaşdırmaq istədiyi planlarını həyata keçirmək ərəfəsində
Macarıstanda və Çexoslovakiyada baş verənlər rusların fəaliyyətini ləngitmişdi. İndi də belə olur,
yəni Pol​şada baş verənlər rusların İranla bağlı siyasətlərini yenə də ifla​sa uğradır.
Polşada fəhlələr kommunist üsuli-idarəsinə qarşı üsyan qaldı​rır​lar. Onlar azadlıq istəyirdilər.
Rusiyanın boyunduruğunu qəbul etmək istəmirdilər. Onlar hələ Birinci Dünya müharibəsindən son​ra
rusların hegemonluğundan xilas olsalar da, İkinci Dünya müha​ri​bəsində yenidən Rusiyanın nəzarətinə
keçdilər. Polyaklar bunun​la razılaşa bilməyib yenidən üsyan qaldırmışdılar. Müvəqqəti də olsa uğur
qazanan polyaklar rusların müdaxiləsi nəticəsində yeni​dən kommunistlərin əsirinə çevrildilər. Bu
hadisələr rusların İrana müdaxiləsinə imkan verməmişdir.
İranda vəziyyətin kuliminasiya nöqtəsinə çatdığı bir za​manda Polşada baş verənlər bir təsadüfdirmi?
Heç zənn et​mi​rik. Çünki neft mövzusunun gündəmdə olduğu və bu səbəb​dən bir müharibənin hər an
baş verə biləcəyi anda Rusiyanın monopoli​ya​sına daxil olan Polşada üsyanın baş verməsi heç də
təsadüfə oxşa​mır. Rusiya Çexoslovakiya və Macarıstan üsyanlarında olduğu kimi, Polşa üsyanında da
ciddi bir zərbə yemiş və bir müddət neft istehsalçılarını rahat buraxmağa məcbur olmuşdur.
Deterdinq boş durmur, əlinə imkan düşdükcə zərbəni vurur və neft mövzusunda hər hansı bir güzəştə
getmək fikrində olmadığını göstərirdi.
Rusiya Polşadakı fəhlə üsyanını yenicə yatırmışdı. Artıq İran ilə məşğul ola bilərdi. Ancaq,
gözlənilmədən Rusiyanın daxilində baş verən hadisələr dünyanı heyrətə saldı. Stalin vəfat etmiş və
yerinə Malenkov – Bulqanin - Mikoyan qrupu gəlmişdi. Stalinin baş qəssabı Beriya isə hələ də
Rusiyanın təhlükəsizlik orqanlarına rəhbərlik edirdi. Tezliklə bu yeni hakimiyyət tərəfindən Beriya
həbs olunaraq güllələndi və Stalinin bir çox tərəfdarları dövlət və hökumət orqanlarından
uzaqlaşdırıldılar. Bir çoxları isə ciddi cəza​landırıldı.
Polşa üsyanı kimi, Beriyanın da güllələnməsi, Rusiyada geniş həbslər keçirilməsi təsadüf deyildi.
Bütün bu hadisələr neft ilə sıx bağlı idi və İngiltərənin Entelijans Servisinin planı olduğu israrla
söylənilməkdədir.
Bir şey diqqəti çəkməkdədir. O da istər kommunist blokuna daxil olan ölkələrdə, istərsə də Rusiyanın
daxilində baş verən ha​disələr daima Rusiyanın İrana müdaxilə etməyə qərar verdiyi vaxt​larda özünü
göstərmişdir. Buradan belə bir qənaətə gəlmək olar ki, elə bir qüvvə vardır ki, Rusiyanı rahat
buraxmayır, onu daima məş​ğul edəcək bir neçə ciddi hadisələr hazırlayırdı. Bu qüvvə neft ətrafında
baş verən mübarizə qasırğasını bilənlər üçün bilinməyən bir gercək deyildi. Tacsız neft kralları hər
şeyə hakim vəziyyətdə idilər. Deterdinq isə bu tacsız kralların başında bir imperator ola​raq otururdu.
Rusların hərəkət etmək istədikləri hər hansı bir anda onların planlarını pozan qüvvə Entelijans Servis
idimi? Bəlkə də... Ancaq bu xüsusu da etiraf etmək lazım​dır ki, İkinci Dünya mübarihəsindən sonra
ingilislərin dünyanı Rusiyanın mə​şum planlarından bu təşkilat sayəsində bir neçə dəfə xilas etdik​-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə