Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

Bu vahiməli vəziyyətə baxmayaraq ingilislər də, amerikalılar da İran ilə bir anlaşmaya nail olmaq
üçün bütün güclərini səfərbər etmişdilər.
Tehranda heç bir nəticə əldə edə bilməyən Averell Harriman təcili Londona getdi və orada bir neçə
gün qalaraq İngiltərənin o zamankı siyasətini yürüdənlərlə görüşdü. İngiltərədəki görüşlərini başa
vuran Averell Harriman yenidən Tehrana qayıtdı və Mü​səddiq ilə müzakirələrə yenidən başladı.
Onu da qeyd etmək lazımdır ki, Averell Harrimanın London səfəri İngiltərə parlamentinin aşağı
palatasında qızğın müzakirə olunmuşdur. Burada lord Hailshamın çıxışı diqqəti daha çox cəlb edir.
O, Amerikanın İran nefti uğrundakı siyasətini tənqid edərək «Amerikalılar bizim dostumuzdur, ancaq
ingilis mənfəətləri​nin harada olduğunu yaxşı təyin edə bilməmişdir. Əgər ame​rikalılar İngiltərə
İmperiyasını böhranı həll edə bilmədiyini sa​nırlarsa, yenidən düşünmələri lazımdır» fikrini irəli
sürmüş​dür.
Lord Hailshamın aşağı palatadakı bu bəyanatı «Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» neft
trestlərinin arasında cərəyan edən və 1948-ci ildə 10 illiyə bağlanmış müqaviləyə görə müvəqqəti
dayandırılmış mücadilənin yenidən qızışacağını göstə​rir​di. Deterdinq, lord Hailshamın dili ilə
Amerikaya da, «Stan​dard Oyl»a da meydan oxuyurdu. Artıq getdikcə ingilislərlə ame​rikanlalıran
araları açılırdı. Bu çəkişməni izləyən azad millətlər gələcəkdə yarana biləcək təhlükəli hadisələrdən
vahimələnirdilər.
Etiraf etmək lazımdır ki, ingilis lordunun aşağı palatadakı çıxışında həqiqətə uyğunluq da vardır.
Həqiqətən də amerikalılar İngiltərənin mənfəətlərinin haradan başlayıb, harada qurtaracağını görmək
istəmirdilər. İran nefti ixtilafında Trumenin şəxsi nüma​yən​dəsi kimi hərəkət edən və əslində bir neft
istehsalında xüsusi yeri olan Averell Harriman bunun tipik misalı idi. O, açıqdan-açığa İngiltərə-İran
münasibətlərində yaranmış böhranda İranın tərəfini tuturdu. Thornburqun dediyinə görə Averell
Harriman İngiltərəni İran nefti uğrunda yürütdüyü siyasətində həddindən çox qabağa getməkdə
günahlandırırdı. Averell Harrimanın Amerika​nın neft istehsalçılarından biri olduğunu düşünürüksə,
onun İngil​tə​rənin rəsmi şəxslərinə söylədiyi və mətbuat orqanlarına verdiyi müsahibələrini də normal
qarşılamağa məcburuq.
İngilislər Amerika prezidentinin nümayəndəsinin həddini aşdı​ğını hiss etdikdən sonra onun
vasitəçiliyinə məhəl qoymamağı qə​rara aldılar və Tehran ilə şəxsən özləri müzakirələr aparmağa ça​-
lışdılar. İngiltərənin müzakirələri yenidən bərpa etmək təklifi Tür​kiyənin də vasitəçiliyi ilə Müsəddiq
tərəfindən qəbul edildi. Bu müzakirələr Averell Harrimanın hələ Tehrandan ayrılmasından qabaq
başlamışdı. Yəni İngiltərədən lord Stokesin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana gələndə
Averell Harriman hələ The​randa idi. İngilislər amerikalıları bu işdən tamamilə uzaqlaşdırmaq
istəyirdilər. İngilislər Tehrana gəldikləri günün sabahısı Müsəd​diqlə müzakirələrə başlasalar da, heç
bir nəticə əldə edə bilmə​dilər. Artıq ingilislərin ümidi qırılmışdı. Müsəddiqin Rusiyanın dediyi ilə
oturub-durduğu məlum idi. Bunu ingilislər ən xırda təfərrüatına qədər bilirdilər. İngilislər ümidsiz
halda Londona dön​məyə məcbur oldular.
İngiltərənin nümayəndə heyətinin apardığı müzakirələrin nəti​cə​lərini bilmək üçün Tehranda qalmış
Averell Harriman da ingi​lis​lərin Tehranı tərk etdiyi günün səhəri, yəni 1951-ci il avqustun 24-də
vətəninə yola düşdü.
İngiltərənin nümayəndə heyəti Londona qayıtdıqdan sonra Mü​səddiq ingilis səfirinə uğursuzluqla
nəticələnmiş müzakirələri yenidən başlamaq təklifi ilə müraciət etdi.
İngiltərənin baş naziri Klement Atlee İranın bu təklifini aldığı zaman hökumət adından İrana «İran ilə
müzakirələr təxirə salın​mamışdır. Ancaq tamamilə kəsilmişdir» cavabını vermişdir.


1951-ci il sentyabrın 6-da İngiltərənin İrana verdiyi cavab dün​yada heyrətlə qarşılandı. Bütün dünya
bilirdi ki, ingilislər neft ixti​lafının yeni-yeni problemlərə səbəb olmamasını istəmişdilər. İş in​di
Haaqa Beynəlxalq Məhkəməsinə qalmışdı.
İngiltərə hökumətinin İrana verdiyi cavab notasından iki gün sonra, yəni 1951-ci il sentyabrın 8-də
bütün dünyanı heyrətə salan bir bəyanat mətbuat orqanlarının səhifələrini bəzədi və radiolarda
səsləndi. Bu bəyanat Baş nazir Klement Atleenindi. O, dünyanı bürüyəcək yeni müharibədən bəhs
edirdi. Bəyanatda xüsusilə Rusiya və Amerikaya da xəbərdarlıq edilirdi.
«Müharibənin qaçınılmaz olduğuna və yenidən silahlanma tədbirlərinin müharibənin baş verməsinin
qarşısının alınması​na kifayət etmədiyinə inanmıram. Mən şəxsən Sovet Rusiyası​nın indi bir
müharibəyə başlamaq üçün hazırlaşmasına inan​mı​ram. Bununla bərabər yenə də yaxşı
hazırlaşmağımız la​zımdır. Çünki müharibələr daima Hitler kimi banditlər tərə​findən deyil, bəzən də
Kayzer kimi çılğın hoqqabazlar tərəfin​dən də törədilə bilir”. Bu bəyanatda meydan oxuma olduğu qə​-
dər, yeni bir müharibə çıxartmaq istəyənlərə nəsihət vermə payı da vardı. Ancaq əsl diqqəti cəlb
edən tərəf İranda müharibə törət​mə​yə meyilli olan Stalinin Hitler kimi banditə və Birinci Dünya mü​-
haribəsində Almaniyanı müharibəyə sürükləyən imperator Kayzer Vilhelm kimi çılğın hoqqabaza
bənzədilməsi idi.
Bu bəyanatda məşhur ingilis soyuqqanlılığından əsər-əlamət qalmamışdır. O, açıqca hədələyir və
müharibə törədəcək şəxsləri çıl​ğın hoqqabaz və bandit adlandırırdı. Ən böhranlı anlarda da
soyuqqanlılıqlarını saxlaya bilən ingilislər açıqca müharibədən bəhs edirdilıər. Onların müharibədən
bəhs etmələri isə dünya üçün qaçınılmaz bir fəlakət deməkdi.
Bütün bu ağır havaya baxmayaraq Müsəddiq, hələ də rus dost​luğundan, Rusiya ilə ticarətdən bəhs
edirdi. İranın baş naziri​nin müavini Hüseyn Fatimi isə bu xüsusda verdiyi bəyanatında: «İran neftdən
itirdiklərini Rusiya ilə ticarəti sayəsində əldə edəcəkdir» deyirdi. Müsəddiq neft satmağa qərar
vermiş və nef​tini sata biləcək baxarlar axtarmışdı. Bu arada Rusiyaya da mü​ra​ciət etmiş və ruslardan
müsbət cavab almışdı.
Ruslar İran neftini almağı qəbul etmişdilər. Elə ingilislərin bir müharibədən bəhs edən bəyanatı da bu
dövrlərdə verilmişdi. Artıq Rusiya İran ilə neft almaq üçün müzakirələrə başlamışdı. Müza​ki​rə​lər
getdiyi bir vaxtda admiral Con Eldestonun komandan​lı​ğın​da güclü bir ingilis donanması İstanbula
gəlirdi.
Bütün dünyada diplomatik fəaliyyətlər yüksək nöqtəyə çatmış​dı. Azad millətlərin dövlətlərinin
mərkəzlərində gecəli-gündüzlü iş gedirdi. Təbii ki, Türkiyə də bunların arasında idi. Trumen ingilis​-
lər​lə iranlılar arasında keçirilən və sonra kəsilən müzakirələrdən sonra, ingilislərin əvvəllər tətbiq
etdikləri yolu sınaqdan çıxarmağı qərara almışdı. Bu qərar Türkiyənin İran nefti ixtilafında yenə də
vasitəçiliyini istəməkdən ibarət idi. Türkiyə də sülhü qorumaq üçün əvvəl olduğu kimi bundan sonra
da vasitəçilik etməyə qərarlı idi. ABŞ prezidenti Trumenin şəxsən Türkiyə Respublikasının pre​-
zidenti Cəlal Bayara göndərdiyi məktuba ingilis donanmasının İstanbul limanında lövbər saldığı gün
müsbət cavab verilmişdi.
Türkiyə prezidenti Calal Bayar sadəcə vasitəçilik vəzifəsini üzərinə götürməklə kifayətlənmir, cavab
məktubunda Türkiyənin öhdəliklərini yerinə yetirməyə qərarlı olduğundan da bəhs edirdi.
Türkiyə dost və müttəfiqlərinin daima yanında idi. Bu xüsus Türkiyə prezidentinin məktubunda da
açıqca bildirilirdi. O, cavab məktubunda aşağıdakıları bildirmişdi: «Türkiyə bu günə qədər olduğu
kimi, bundan sonra da daima müttəfiqlərinin yanında yer alacaq və üzərinə düşən vəzifələri tamamilə
yerinə yeti​rə​cəkdir».


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə