Neft firtinasi


Səudİyyə ƏrəbİstanınIN neft sahələrİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

Səudİyyə ƏrəbİstanınIN neft sahələrİ
 
 
İngilislər İranda tarixdə misli görülməmiş bir imtiyaz əldə et​dikdən sonra, “Neft imperiyaları”nın
sərhədlərini genişlən​dirmək üçün daha ciddi fəaliyyətə başladılar. İngilis neft imperiyasını qu​ran
Deterdinq Osmanlı İmperiyası sərhədləri içəri​sində mövcud olan nefti də ələ keçirmək istəyir və bu
məqsədlə Orta Şərqin bü​tün neft sahələrini ingilislərin inhisarına almaq üçün mübarizə edirdi.
Deterdinq ingilis imperiyasının bütün si​ya​si xadimlərini, bütün qüvvələrini öz casuslarının yanında
səfər​bər etmişdi. Os​man​lı İmperiyası sərhədləri içərisində qorxunc bir mü​ba​rizənin, neft uğrunda
mübarizənin başlaması mütləq idi...
Bu mübarizəni, açıq və ya gizli diplomatiyasını səfərbər edən İngiltərə ilə Deterdinqin casusları
birlikdə XX əsrin ən böyük hökmdarı və siyasi xadimi Sultan II Əbdül​həmid xana qarşı
başlayacaqlar.
Bu iki nəhəng qüvvə, Sultan II Əbdülhəmid xanın önündə məğlub olacaq və səltənətdə istədikləri
müvəffəqiyyəti əldə etmə​yəcəkdilər. Sultan II Əbdülhəmid xan mübarizənin öz inhisarı​n​da olan neft
mücadiləsi olduğu mövzusunda qəti bir qənaətə gəl​miş, Osmanlı İmperiyası sərhədləri içərisində
olduğu kimi, imperi​ya​nın sərhədləri xaricində də bir-birləri ilə şiddətli mübarizələr apa​​ran İngiltərə
ilə Almaniyanın bu mübarizəsindən istifadə etmiş və ölkəsini hər cür təhlükədən uzaq tutmuşdu.
Sultan II Əb​dül​hə​mid xan bu mübarizədən əsrin ilk və ən mükəmməl casus təş​ki​la​tından istifadə
etməklə müvəffəqiyyətlə çıxa bilmişdir. Tarixçiləri​mizin “Xəfiyyə odusu” adını verdikləri, lakin
əslində döv​lətin da​xili və xarici təhlükəsizliyini mühafizə edərək, dün​yanın dörd bir tərəfinə
yayılmış, içərisində xarici səfirlər, hətta xarici hökumət adamlarının da olduğu 2500 kadrla
düşmənlərlə mübarizə imkanını tapa bilmiş və bu mübarizədən də üz ağlığı ilə çıxmışdı. Nə yazıqlar
ki, ittihatçılar 24 iyul (1908) çevrilişindən sonra hər sa​hədə olduğu kimi bu sahədə də bir növ xəyanət
kimi düşünülən addımlarını ataraq dünyanın ən mükəmməl bir casus təşkilatını “Xəfiyyə” adı altında
lənətləyib dağıtmışdılar.
 
 
 
 


VƏHHABİ ÜSYANLARI
 
 
Neft mücadiləsinin ağırlıq mərkəzini Ərəbistan yarımadası təşkil etməkdə idi. Xüsusilə Hicaz və
Yəmən bu mücadilənin əsası hesab olunurdu. Ancaq, əsl məqsəd Mosul neftini ələ keçirmək idi.
Hicaz-Küveyt-Omman-Qatar və digər yerlərdəki neft yataqları bu mücadilənin aparıldığı tarixdə hələ
məlum deyildi. Ancaq, ingilislər mücadiləni Hicazdan başlamaqla Osmanlı İmperiyasının diqqətini
bu əraziyə cəlb etmək siyasətini yürütdülər. Onlar bu​nunla Mosul və ətrafını hələlik boş buraxmaqla
çirkin siyasətlərini vəhhabiləri Osmanlı İmperiyasına qarşı üsyan qaldırmalarına yönəltmişdilər.
İngilislər bu üsyanları reallaşdırmaq üçün Sidney Reyi (yaxud Roznblum) ilə Filbi adlı iki
mütəxəssisi Əbdüləziz ibn Səudun yanında yerləşdirdilər. Vəhhabilərin lideri Əbdüləziz ibn Səudun
yanında vəzifə tutan bu iki şəxs eyni zamanda İngiltərə Entellijans Servisinin də ən təcrübəli
əməkdaşları idilər.
Sidney Reyi 1901-ci ildə D’Arcyin əlindən İran nefti imtiyazı sənədini aldıqdan sonra 1902-ci ildən
etibarən Ərəbistan yarım​adasında çalışmağa başladı.
Sultan II Əbdülhəmid xan Əbdüləziz ibn Səudun yavaş-yavaş gücləndiyini görür və onun gələcəkdə
Osmanlı İmperiyası üçün problem yarada biləcəyini də hiss edirdi. O həqiqətən də təxminlərində
yanılmadı. Əbdüləziz ibn Səudun sonrakı hərə​kət​ləri bunu açıq-aydın göstərdi. Sultan II Əbdülhəmid
xan ingilis​lərin planlarını əvvəlcədən duyduğu üçün Hicaz və Yəməndə müəyyən islahat keçirmək
üçün layihələr hazırladı. Ancaq, Əb​düləziz ibn Səudun rəhbərliyi altında baş verən üsyan bu islahatın
gerçəkləşməsinə imkan vermədi. Üsyançıların xərclədikləri pul in​gilis qızılı və işlətdikləri silah da
yenə ingilis istehsalı idi.
Sultan II Əbdülhəmid xan dərhal bu üsyanı yatırtmaq üçün mü​əyyən tədbir gördü. Almanların inşa
etdikləri Bağdad dəmir yo​​lu ilə İraq və Bəsrə üzərində nüfuzunu daha da gücləndirən sul​tan cənuba,
yəni Yəmənə tərəf hərəkət etdi və Küveyt şeyxi Mü​ba​rək İbnüssabah ilə anlaşaraq onu öz tərəfinə
çəkə bildi. Bun​dan sonra Əbdüləziz ibn Səudin qaldırdığı üsyan asanlıqla yatı​rıldı.
Nəcid şəhəri artıq bir fitnə-fəsad yuvası olmuşdu. İngilislərin təcrübəli cəsusları əllərində
Deterdinqin qızılları tayfa başçıları və şeyxlər arasında vurnuxaraq onları Osmanlı İmperiyasına
qarşı üsyana təhrik edirdilər. Ancaq, Əbdüləziz ibn Səud Osmanlı or​du​sundan yediyi zərbədən sonra
Sultan II Əbdülhəmid xana bo​yun əyməyə məcbur olur. Digər şeyxlər və tayfa rəislərinin böyük bir
hissəsi türklərin tərəfində idi.
Məkkə şərifi Hüseyn Sultan II Əbdülhəmid xanın sağ qolu hesab olunurdu. Məkkə şərifinə verilən
paşalıq adı və göndərilən hədiyyələr onu qane etdiyindən həmişə Osmanlı dövlətinin tərə​fin​də
olmuşdur. Sultan II Əbdülhəmid xan ingilislərin ona qarşı iş​lət​dikləri taktikadan istifadə edərək
onları məğlub etməyi bacardı.
Şərif Hüseyn Osmanlı dövlətinə sədaqətini sübut etmək üçün Araifi qəbiləsini Əbdüləziz ibn Səudə
qarşı yönəltdi. Sultan II Əb​dülhəmid xan incə zəkası və uzaqgörənliyi ilə ərəbi ərəbə qarşı qoymağa
nail oldu. Bu siyasət onun taxta oturduğu gündən bəri istifadə etdiyi bir üsul idi. Araifilər ilə
vəhhabilər arasında cərəyan edən mücadilələr zamanı Araifilər Əbdüləziz ibn Səudun qar​da​şı​nı tutub
şərif Hüseynə təslim etdilər. Əbdüləziz ibn Səud vəziy​yət​dən xilas olmaq üçün Osmanlı dövlətini
tanımaq və ildə mü​əy​yən miqdarda vergi vermək şərti ilə qardaşını geri alaraq müca​di​lə​dən çəkildi.
Deterdinq və ortaqları İngiltərə Dəniz Birinci Lordluğu və Entelijans Servis ilk təşəbbüslərində ağır


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə