Naxçivan döVLƏt universiteti Sərbəst İş Fakultə:İqtisadiyyat İxtisas: Menecment



Yüklə 28,09 Kb.
tarix04.06.2022
ölçüsü28,09 Kb.
#88789
referat 5652


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

Sərbəst İş


Fakultə:İqtisadiyyat
İxtisas: Menecment
Fənn: Statistika


Müəllim: Bağırov Mehdi
Tələbə: Hüseynov İnayət

NAXÇIVAN-2016

Dinamika sıraları. Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin statistik öyrənilməsi


1.Əlaqələrin növləri, formaları və statistik tədqiqinin vəzifələri
2.Əlaqələrin öyrənilməsində müxtəlif metodların rolu
3. İqtisadi məlumatların statistik təhlilinin mahiyyəti, əsas prinsipləri və əhəmiyyəti
1.Sosial-iqtisadi hadisələr arasında qarşılıqlı əlaqələri öyrənmək statistika elminin mühüm vəzifələrindən biridir. Sosial-iqtisadi hadisələr arasındakı əlaqə və asılılıqları öyrənmək mühüm əhəmiyyətə malikdir. Sosial-iqtisadi hadisələri qarşılıqlı əlaqədə tədqiq etmədən onu tam öyrənmək, dərk etmək mümkün deyildir. Hadisələrin dəyişilməsi və inkişafı əlaqə və asılılıq şəraitində baş verir. Ona görə də müasir dövrdə sosial-iqtisadi hadisə və proseslərə elmi rəhbərliyin həyata keçirilməsi əlaqə və asılılıqları hərtərəfli öyrənməyi tələb edir. Statistika qarşılıqlı əlaqələri öyrənərkən ictimai həyatdakı hadisələrin ümumi və qarşılıqlı əlaqələri haqqında sosial fəlsəfənin müddəalarını rəhbər tutur. Bu əlaqə və asılılıqların öyrənilməsində statistika mühüm rol oynayır.
Sosial fəlsəfə sosial-iqtisadi hadisələrin dərk edilməsini, öyrənilməsini onların qarşılıqlı əlaqədə və inkişafda nəzərdən keçi-rilməsində görür. İctimai həyatda baş verən bütün hadisə və proseslər bu prinsipə uyğun olaraq bir-birilə sıx əlaqadə və asılılıqdadır ki, onların belə qayda ilə öyrənilməsi müsbət nəticələrə gətirib çıxarır. Tədqiqatçı əmək məhsuldarlığının dinamikasını məhsulun maya dəyərinin dinamikası ilə, əmək haqqının dinamikasını əmək məhsuldarlığının dinamikası ilə, məhsulun maya dəyərinin dinamikasını məhsul istehsalına çəkilən xərclərin dinamikası ilə, məhsul istehsalının dinamikası onun bölgüsü və islehlakının dinamikası ilə və s. qarşılıqlı əlaqədə öyrənməlidir.
Sosial-iqtisadi hadisələr arasında qarşılıqlı əlaqələr və asılılıqlar mövcuddur. Ölkənin iqtisadi fəaliyyət sahələri arasında, eyni zamanda ayrı-ayrı sahələr daxilində mövcud olan hadisələr arasında çox sıx əlaqə vardır. Həmin hadisələrin göstəriciləri arasında da belə qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Sosialiqtisadi hadisələrin dəyişilməsinə səbəb olan əlamət- amil (faktor) əlaməti, amil əlamətlərinin təsiri əsasında dəyişən əlamət isə nəticə əlaməti sayılır.
Əsas istehsal fondlarının dəyəri və məhsul istehsalının həcmi arasında əlaqə tədqiq edilərkən əsas istehsal fondlarının dəyəri amil əlaməti, məhsul istehsalının həcmi isə nəticə əlaməti kimi götürülür. Statistika tədqiqatının mühüm vəzifələrindən biri hadisələr va onların göstəriciləri arasındakı qarşılıqlı əlaqə və asılılıqları müəyyən etmək və onların sıxlıq dərəcələrini ölçməkdən ibarətdir.
Xarakterinə, istiqamətinə, analitik ifadəyə və s. görə əlaqələ-rin müxtəlif forma və növləri mövcuddur. Hadisələr va onların göstəriciləri arasındakı əlaqə və asılılıqların xarakterinə görə əlaqələr funksional və korrelyasiya əlaqəsinə ayrılır. Məsələn, dairənin sahəsi radiusun kvadratı ilə düz mütənasibdir (S=πr2). Burada radius amil əlaməti, dairənin sahəsi isə nəticə əlamətidir. Funksional alaqə dəqiq riyazi düsturla ifadə olunur:
Y= f(x)
Sosial-iqtisadi hadisələrin əlamətləri arasında, funksional əlaqədə olduğu kimi, ciddi uyğunluq olmur. Burada amil əla-mətinin eyni qiymətinə nəticə əlamətinin müxtəlif qiymətləri uyğun gələ bilər (məsələn: eyni iş stajına və yaxud eyni ixtisas səviyyəsinə malik olan fəhlələrin müxtəlif əmək məhsuldar-lığı).
Korrelyasiya əlaqə formasında bir çox amil əlamətinin də-yişməsinin təsiri nəticəsində nəticə əlamətinin orta qiyməti də-yişir. Lakin əlamətlərin dəyişməsi arasında möhkəm nisbət ol-mur. Məsələn, torpağa verilən gübrənin miqdarı ilə bitkinin məhsuldarlığı arasında korrelyasiya əlaqəsi vardır. Eyni miq-darda gübrə verilmiş müxtəlif sahələrdən müxtəlif miqdarda məhsuldarlıq götürülə bilər. Deyilənlərdən belə nəticəyə gəl-mək olar ki, nəticə əlaməti olan buğdanın məhsuldarlığına (y) amil əlaməti olan torpağa verilən gübrənin miqdarından (x) başqa, nəzərə alınmayan digər amillər də (səpin müddəti, tor-pağın becərilməsi, yağıntının miqdarı, yığım müddəti və s.) tə-sir göstərir. Ona görə də korrelyasiya əlaqəsi az götürülmüş iki-üç əlamətin qiyməti əsasında deyil, çox götürülmüş müşahidə məlumatı əsasında özünü aydın büruzə verir.
Onu da qeyd etmək lazımdır ki, korrelyasiya əlaqəsi tam ol-mayan əlaqədir. Ona görə də təhlil zamanı məlumat çox gö-türülsə, həmin amillərin bir çoxu nəzərdən keçirildiyinə görə əlaqə tam olmayacaqdır. Bu korrelyasiya əlaqəsinin ikinci mü-hüm xüsusiyyətidir. Əlaqələr istiqamətlərinə görə düz və tərs əlaqəyə ayrılır. Düz əlaqədə həm amil, həm də nəticə əlamətləri eyni istiqamətdə dəyişir. Düz əlaqədə amil əlamətinin qiyməti artdıqca və yaxud azaldıqca nəticə əlamətinin də qiyməti artır, yaxud azalır. Amil əlamətinin qiyməti artdıqca və ya azaldıqça nəticə əlamətinin qiyməti müvafıq olaraq azalarsa və ya artarsa, belə əlaqə tərs əlaqə adlanır. Düz və tərs əlaqə həm funksional, həm də korrelyasiya əlaqələrində mövcuddur. Deməli, düz əlaqə formasında amil əlamətinin qiymətinin artması əsasında nəticə əlamətinin fərdi və orta qiymətlərinin artması meyli müşahidə olunur, tərs əlaqədə isə amil əlamətinin qiymətinin artması nəti-cə əlamətinin qiymətinin azalmasına və ya artmasına doğru meyl etməsinə səbəb olur.
Analitik ifadəyə görə əlaqə düzxətli və əyrixətli əlaqəyə ay-rılır. Amil əlamətinin kəmiyyətinin artması və ya azalması nəti-cəsində nəticə əlamətinin kəmiyyəti müntəzəm olaraq artarsa, yaxud azalarsa, belə asılılıq düzxətli korrelyasiya asılılığı və ya xətti əlaqə adlanır. Belə asılılıq riyazi cəhətdən düzxətli tənliklə ifadə olunur:
yx=ao+a1x
Düzxətli əlaqənin koordinat sistemində qrafiklə təsviri düz xəttə yaxın olan birxətlə ifadə oluna bilər. Əgər amil əlamətinin qiyməti artdıqca və ya azaldıqca nəticə əlamətinin qiyməti mü-əyyən nisbətdə azalarsa və ya artarsa belə korrelyasiya asılılı-ğına əyrixətli əlaqə deyilir. Belə əlaqənin qrafiklə təsviri əyri xəttə yaxın olan hər hansı qırıq xətlərlə ifadə oluna bilər. Ancaq funksional əlaqə analitik tənliklə dəqiq ifadə oluna bilər, korrelyasiya əlaqəsi isə təqribi ifadə olu-nur. Korrelyasiya təhlilində əgər bir amil əlamətilə nəticə əla-məti arasında əlaqə öyrənilərsə, belə əlaqə qoşa korrelyasiya, nəticə əlamətinə bir neçə amil əlamətinin təsiri öyrənildikdə isə belə asılılıq çoxamilli korreyasiya adlanır.
Sosial-iqtisadi hadisələr arasındakı qarşılıqlı əlaqə və asılılıqların müəyyənləşdirilməsi nəzəri təhlilə əsaslanmalıdır. Nəzəri təhlil əsasında əmək məhsuldarlığı ilə məhsulun maya dəyəri, əməyin əsas istehsal fondları ilə silahlanması və əmək məhsuldarlığı, fəhlələrin iş stajları və əməyin ödənişi, əmək məhsuldarlığı və məhsul istehsalı arasında əlaqə olduğunu müəyyən etmək çətin deyildir. Məntiqi olaraq, əmək məhsuldarlığı artdıqca məhsul vahidinin maya dəyəri azalır. Əməyin kəmiyyət və keyfiyyətinə uyğun ödənildiyini nəzərə alsaq, onda aydın olar ki, əmək məhsuldarlığı artdıqca əmək haqqı üzrə məhsul vahidinə çəkilən xərclər azalacaqdır. Beləliklə, bu iki göstərici arasında əlaqə olduğunu nəzəri cəhətdən sübut etdik. Bununla bərabər ictimai həyatda elə hadisələrə rast gəlmək olur ki, onların arasındakı əlaqəni nəzəri təhlil əsasında müəyyən etmək mümkün deyildir. Belə halda statistikanın köməyindən istifadə etmək lazımdır.
2.Sosial-iqtisadi hadisə-lərin əlaqələrinin öyrənilməsində istifadə edilən ən sadə və səmərəli statistika metodu paralel sıraların gətirilməsi metodudur. Hadisələr və onların əlamətləri arasındakı əlaqənin mövcudluğunu və istiqamətini müəyyən etmək üçün tədqiqat işlərində paralel sıraların gətirilməsi metodundan da istifadə edilir. Belə paralel sıraların gətirilməsi hadisələrin və ya əlaqələrin kəmiyyətlərinin dəyişilməsi arasındakı əlaqə və asılılığı və onun istiqamətini müəyyən etməyə imkan verir.
Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin təhlilində balans metodu xüsusi əhəmiyyət kəsb edir. Balans metodunun mahiyyəti ondan ibarətdir ki, o öyrənilən hadisənin ehtiyatlarını, istehsalını və bölgüsünü xarakterizə edir. Balans hər iki tərəfi bir-birinə bərabər olan ikitərəfli cədvəl şəklində tərtib edilir. Cədvəldə məlumatlar elə verilməlidir ki, ehtiyatlar və onların bölüşdürülməsini xarakterizə edən göstəricilər arasında bərabərlik (balans) olsun. Statistika balansları dəyər və natura göstəriciləri əsasında tərtib edilə bilər. Statistika balanslarında qarşılıqlı əlaqədə olan göstəricilər sistemi verilir. Balansın ən sadə forması ayrı-ayrı müəssisələrin material ehtiyatları balansıdır. Material ehtiyatları balansını funksional əlaqəyə xas olan bərabərlik şəklində vermək olar:
dövrün əvvəlinə qalıq+daxil olma = xərc+dövrün axırına qalıq
Bu balans bərabərliyi ayrı-ayrı müəssisələrdə material ehtiyatlarının hərəkətini və onun ayrı-ayrı elementləri arasında olan qarşılıqlı əlaqəni xarakterizə edir. Statistikada, ilk növbədə, müxtəlif balans hesablamalarından, sənaye və kənd təsərrüfatı məhsullarının material balanslarından, əhalinin pul gəlirləri və xərcləri balanslarından və s. istifadə edilir.
Balanslar vasitəsilə mahiyyətcə iqtisadi fəaliyyət sahələri, ölkələr, rayonlar arasındakı əlaqə və nisbətləri öyrənmək mümkündür. Hazırda statistika orqanlarında çoxlu miqdarda müxtəlif balanslar tərtib olunur. Onlardan məhsulun istehsalı, istehlakı və yığımı balansını, əmək ehtiyatları balansını, əsas fondlar balansını, milli gəlir balansını, maliyyə balansını və s. balansları göstərmək olar. Statistika orqanlarında tərtib olunan hesabat balansları hadisələr arasındakı qarşılıqlı əlaqələri və nisbətləri xarakterizə etməklə bərabər, iqtisadiyyatın proqnozlaşdırılmasının elmi səviyyəsini yüksəltmək üçün mühüm əhəmiyyət kəsb edir.
Qarşılıqlı əlaqələrin tədqiqində analitik qruplaşdırma metodu. Sosial-iqtisadi hadisələrin əlaqələrinin tədqiqində istifadə edilən mühüm metodlardan biri analitik qruplaşdırma metodudur. Analitik qruplaşdırma metodu sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqələrin mövcud olmasını və onların istiqamətlərini müəyyən etməyə imkan verir. Hesablanmış qrup orta kəmiyyətlərin variasiyası nəticə əlamətinin umumi variasiyasının ancaq bir hissəsini əks etdirir, yəni qruplaşdırma əlamətinin nəticə əlamətinə təsirini xarakterizə edir. Əlamətin ümumi variasiyaının qalan hissəsi sair amillərin payına düşür.
Son dövrdə qarşılıqlı əlaqələrin öyrənilməsində çoxölçülü qruplaşdırma metodundan geniş sürətdə istifadə edilir. Məlum olduğu kimi, nəticə əlamətinə çoxlu sayda amil əlaməti təsir göstərir. Onların nəticə əlamətinə birgə təsirini müəyyən etmək üçün çoxölçülü qruplaşdırmadan istifadə edilir. Çoxölçülü qruplaşdırmanı aparmaq üçün məcmunun hər bır vahıd üzrə amil əlamətlərinin natural qiymətləri onların hesabi ortaya nisbəti ilə əvəz olunur. Bu o deməkdir ki, amil əlamətlərini hər bir məcmu vahidi üzrə mütləq kəmiyyətlərinin orta kəmiyyətə nisbəti (Pij)- yəni nisbi kəmiyyət müəyyən edilir, sonra hər bir məcmu vahidi üzrə çoxölçülü orta göstərici aşağıdakı düsturla hesablanır:
∑ Pij
Pij ═ ──── . n
Qarşılıqlı əlaqələrin təhlilində qrafik metodu. Əlaqələrin mövcud olmasının və onun istiqamətinin aşkar edilməsində qrafik metodunun böyük köməyi vardır. Nəzəri təhlil əlaqənin mövcudluğunu və onun xarakterini müəyyən etmək imkanına malik olmadığı halda da qrafik metodundan istifadə edilir.
Bundan başqa, qrafik metodu amil və nəticə əlamətləri arasındakı əlaqə və asılılıqlar, əyani şəkildə təsvir etmək imkanına malikdir. Nəticə əlamətinin (y) bir amil əlamətindən (x) asılılıgını təsvir etmək üçün əyrilər şəklində xətti diaqramdan istifadə oluna bilər. Bunun üçün düzbucaqlı koordinat sistemində absis oxunda amil əlamətinin (x) qiymətləri, ordinat oxunda isə nəticə əlamətinin (y) qiymətləri təsvir edilir. Amil və nəticə əlamətlərinin müvafiq qiymətlərinə uyğun olan nöqtələri sınıq xətlərlə birləşdirəcək nəticə əlamətinin amil əlamətindən asılılığını əyani şəkildə təsvir edən xətti diaqramı alarıq. Xətti diaqram vasitəsilə nəticə əlamətinin iki va daha çox amil əlaməti ilə qarşılıqlı əlaqəsi təsvir edilə bilər. Qarşılıqlı əlaqələrin tədqiqində korrelyasiya sahəsindən də istifadə edilir. Korrelyasiya sahəsini qurmaq üçün absis oxunda amil əlamətinin qiymətlərinə, ordinat oxunda isə nəticə əlamətinin qiymətlərinə uyğun nöqtələr qoyulur. Qrafik metodu kütləvi məlumat əsasında nəzəri təhlilin müəyyən edə bilmədiyi, əlaqənin mövcudluğunu və istiqamətini aşkar etmək imkanına malikdir. Muşahidə məlumatı çox olduqda amil və nəticə əiamətləri arasındakı qarşılıqlı əlaqəni öyrənmək üçün hər iki əlamət üzrə qruplaşdırma aparılır və qruplaşdırmanın nəticələri korrelyasiya cədvəlində verilir. Korrelyasiya cədvəlində amil əlamətinin qiymətləri sətirlərdə, nəticə əlamətlərinin qiymətləri isə sütunlarda verilir.
Qarşılıqlı əlaqələrin reqressiya-korrelyasiya metodu ilə təhlili. Məlum olduğu kimi, sosial-iqtisadi hadisələr arasında qarşılıqlı əlaqə və asılılıqlar korrelyasiya əlaqə formasında baş verir. Reqressiya-korrelyasiya təhlili amil əlaməti əsasında analitik qruplaşdırmanın davamı və inkişafıdır. Reqressiya-korrelyasiya təhlilinin köməyilə amil əlamətinin nəticə əlamətinə təsir dərəcəsi ölçülür və nəticə əlamətinin dəyişməsində öyrənilən amilin rolu müəyyənləşdirilir. Korrelyasiya təhlilində əlamətlər arasındakı əlaqənin sıxlığı və nəticə əlamətinin ümumi dəyişməsində amil əlamətinin rolu müəyyən edilir. Korrelyasiya metodu ilə əlamətlər arasındakı əlaqənin sıxlıq dərəcəsi ölçülilr. Korrelyasiya təhlili aşağıdakı ardıcıl mərhələlərdən keçir:
1) ilkin nəzəri təhlil, məsələnin qoyuluşu, amil- nəticə əlamətlərinin seçilməsi;
2) statistik məlumatın toplanması və onun hazırlanması;
3) qrafik və analitik qruplaşdırma metodlarının köməyilə qarşılıqlı əlaqələrin ilkin öyrənilməsi;
4) əlaqə modelinin (reqressiya tənliyinin) qurulması və əlaqənin sıxlığı göstəricilərinin hesablanması;
5) tədqiqatın nəticəsinin izahı və təhlili.
Hadisələr arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsinə nə-zəri təhlildən başlamaq lazımdır. Sonra nəzəri təhlil əsasında öyrənilən hadisələr arasında əlaqənin mövcudluğu və istiqaməti müəyyənləşdi-rilməlidir. Nəzəri təhlilə hadisələrin iqtisadi mahiyyətini dərk etməkdən başlamaq lazımdır ki, bunun əsasında da amil və nəticə əlamətləri arasında əlaqənin mövcudluğu, onun düz və ya tərs əlaqə olduğu müəyyələşdirilə bilər. Qarşıya qoyulan vəzifəni rəhbər tutaraq tədqiqat obyekti müəyyən edilir və müşahidə vahidi seçilir. Korrelyasiya göstəriciləri bircinsli statistik məcmu hüdudunda hesablanmalıdır.
Korrelyasiya təhlilinin mühüm məsələlərindən biri nəticə və amil əlamətlərini seçməkdir. Qoşa korrelyasiya təhlilində amil və nəticə əlamətlərinin seçilməsi çox sadədir. Çoxamilli korrelyasiya təhlilində amil əlamatlərinin seçilməsi mühüm amillərin, yəni onların nəticə əlamətinə təsir dərəcələrindən asılı olaraq hayata keçirilməlidir. Hadisələrin dinamik prosesdə təhlili zamanı müşahidə vahidi kimi üç və daha çox ilin məlumatından istifadə edilməlidir. Statistika məlumatının toplanması və hazırlanması mərhələsində məlumatın bircinsli, etibarlı, müqayisəli, tam olması qiymətləndirilməlidir.
Amil əlamətinin bərabər inkişaf meyli nəticə əlamətinin qeyri-bərabər inkişafına səbəb olduqda, əlaqənin tədqiqinin parabola tənliyilə həyata keçirilməsi məqsədəuyğundur. Məsələn, verilən gübrənin miqdarı optimal normaya çatdırılana qədər məhsuldarlığın maksimum artmasını təmin edir, gübrənin miqdarı optimal normadan artıq olduqda, məhsuldarlığın artımı normaya qədər olan səviyyədə davam etmir. Belə bir asılılıq yağıntı ilə dənli bitkilərin məhsuldarlığı, fəhlələrin əmək məhsuldarlığı və onların dərəcələri, əməyin əsas istehsal fondları ilə silahlanması və əmək məhsuldarlığı və s. arasında da mövcuddur. Bu zaman amil əlamətinin artmasına müəyyən həddən sonra isə onun hətta azalmasına səbəb olur.
Əlaqələrin korrelyasiya tədqiqində əlamətlər arasındakı əlaqənin sıxlıq dərəcəsinin hesablanmasının mühüm əhəmiyyəti vardır. Riyazi əlaqə tənlikləri hadisələrin əlamətləri arasında mövcud olan əlaqələri düzgün təsvir edir. Lakin reqressiya tənlikləri əlaqənin sıxlıq dərəcəsini ölçə bilmir. Əslində a1 parametri müəyyən mənada əlaqə sixlıgının ölçüsü kimi istifadə edilə bilər, çünki o x və y arasındakı müəyyən nisbəti gostərir. Lakin a1 parametri mütləq kəmiyyətlərdə ifadə olunur. Ona görə də digər əlamətlər üzrə buna oxşar göstəricilərlə və digər tənliklə hesablanmış göstəricilərlə müqayisə edilə bilməz. Əlaqənin sıxlığını ölçmək üçün nisbi göstəricilər lazımdır. Dispersiyaların cəmlənməsi qaydasından məlumdur ki, ümumi dispersiya ( ) qruplararası dispersiya ( ) ilə orta qrupdaxili dispersiyanın ( ) cəminə bərabərdir. Qruplararası dispersiya ( ) amil əlamətinin (x) təsiri nəticəsində nəticə əlamətinin tərəddüdünü əks etdirir.Orta qrupdaxili dispersiya ( ) nəzərə alınmayan bütün digər amillərin təsiri altında nəticə əlamətinin tərəddüdünü xarakterizə edir.Ümumi dispersiya bütün amıllərin təsiri nətıcəsində nəticə əlamətinin variasiyasını xarakterizə edir. Buradan aydındır ki, x və y arasındakı əlaqəni ölçmək üçün qruplararası dispersiyanın ümumi dispersiyaya nisbətini əks etdirən determinasiya əmsalını ( ) hesablamaq lazımdır. Determinasiya əmsalı ümumi variasiyanın hansı hissəsinin amil əlamətinin (x) variasiyası əsasında baş verdiyini göstərir. Bu göstəricinin kvadrat kökü korrelyasiya indeksi və ya nəzəri korrelyasiya nisbəti adlanır. Dispersiya qrup orta kəmiyyətlər əsasında hesablandıqda, onda buna empirik korrelyasiya nisbəti deyilir. Nəzəri korrelyasiya nisbətinin kəmiyyəti (əlaqə olmadıqda) sıfırla vahid arasında gözlənilir. Cavab vahidə bərabər olduqda əlaqə funksional əlaqə olur. Nəzəri korrelyasiya nisbəti hər cür əlaqə forması üçün hesab oluna bilər. Düzxətli əlaqənin sıxlığını ölçmək üçün xətti korrelyasiya əmsalı hesablanır.
Xətti korrelyasiya əmsalı ümumi korrelyasiya indeksinin xüsusi halı olub, ancaq xətti əlaqə forması (yx = ao + a1x) üçün tətbiq edilir. Bunun cavabı da sıfırla vahid arasında olur. Cavab müsbət işarə ilə alınarsa əlaqənin düz, mənfi işarə olduqda isə əlaqənin tərs olduğunu göstərir.
Sosial hadisələrin tədqiqində alternativ əlamətlər arasındakı əlaqənin sıxlığını öyrənmək xüsusi əhəmiyyətə malikdir. Kəmiyyət qiymətinə malik olmayan keyfiyyət göstəriciləri və əlamətləri arasındakı sıxlığı ölçmək üçün xüsusi sıxlıq əmsallarından- assosiasiya, kontengensiya, A.Çuprovun bağlılıq əmsallarından istifadə edilir. Nəzərə çatdırmaq lazımdır ki, kontengensiya əmsalı assosiasiya əmsalından həmişə kiçik olur. Assosiasiya əmsalı- A≥0,5 olarsa, kontengensiya əmsalı isə- k≥0,3 olarsa əlamətlər arasında əlaqənin olduğu təsdiq edilir. İkidən çox atributiv əlamət arasında əlaqənin sıxlığını ölçmək üçün K.Pirsonun və A.Çuprovun qarşılıqll qovuşma əmsallarından istifadə olunur.
Əlaqə tənliyi hadisələrin əlamətləri arasındakı əlaqəni riyazi cəhətdən nisbətən dəqiq təsvir etsə də, əlaqənin sıxlığıınn vahid ölçüsünü vermir. Odur ki, əlaqənin sıxlığını ölçmək üçün nisbi göstərici hesablamaq lazımdır. Nəzəri korrelyasiya nisbəti (korrelyasiya indeksi), qoşa korrelyasiya əmsalı (xətti korrelyasiya əmsalı) belə göstəricilərdəndir. Sosial-iqtisadi hadisələrin nəticəsi bir deyil, bir neçə amillərin təsiri altında dəyişir, yəni, nəticə əlamətinə (y) bir neçə amil əlaməti (x1 , x2 və s.) təsir göstərir. Belə halda çoxamilli korrelyasiya hesablamaq lazımdır. Çoxamilli korrelyasiya təhlilinin əsas mürəkkəbliyi amillərin seçilməsində və reqressiya tənliyinin qurulmasındadır. Təhlilə başlamazdan əvvəl nəticə və hər bir amil əlaməti üzrə x, , σ, V göstəriciləri hesablamaq məqsədəuyğundur ki, bu da korrelyasiya təhlilini daha məzmunlu aparmağa imkan verir. Korrelyasiya təhlili üçün ilk növbəfə nəticə əlamətinə təsir edən mühüm amillər seçilməlidir. Çoxamilli tənliyi qurarkən kifayət qədər geniş və iri həcmli müşahidə məlumatına əsaslanmaq lazımdır.
Çoxamilli korrelyasiya təhlili əsasında öyrənilən göstəricilər və amillər arasında əlaqənin sıxlığını xarakterizə edən müxtəlif qoşa, xüsusi və çoxamilli korrelyasiya əmsalları və çoxamilli determinasiya əmsalı hesablanır. Məcmu çoxamilli xətti korrelyasiya əmsalı amil əlamətlərinin nəticə əlamətinə təsirini birlikdə göstərir və onun qiyməti 0-la 1 arasında tərəddüd edir. Öyrənilən göstəricinin variasiyasında hansı hissənin tədqiqata daxil edilən amillərin təsir dərəcəsini müəyyən etmək üçün çoxamilli determinasiya əmsalı hesablanır. Nəzəri korrelyasiya nisbəti dispersiya vasitəsilə hesablanır.
Çoxamilli reqressiya tənliyində olduğu kimi, burada da məlum olmayan ao, a1, a2 parametrləri ən kiçik kvadratlar üsulu əsasında müəyyənləşdirilir. Məcmu çoxamiili korrelyasiya əmsalı düzxətli əlaqənin, nəzəri çoxamilli korrelyasiya əmsalı isə həm düz, həm də tərs əlaqənin sıxlığını ölçmək üçün hesablanır. Reqressiya əmsalları müxtəlif ölçü vahidlərilə ölçdüklərinə görə hansının nəticə əlamətinə çox təsir etdiyini müəyyən etməyə imkan vermir. Bu məqsədlə xüsusi elastiklik əmsalları (эi) və beta əmsalları (β) hesablanır.
3.Aparılmış müşahidənin, onun nəticəsintə toplanan informasiyanın sistemləşdirilməsinin və ümumiləşdirilməsinin, alınmış nəticələrin fərqli müəyyənləşdirici əlamətlər əsasında qruplaşdırılmasının və əyani təsvir vasitələri ilə, əsasən mütləq ifadələrlə əks etdirilməsinin mühüm sosial-iqtisadi əhəmiyyəti vardır.
İqtisadi statistik təhlil özü ilə mürəkkəb quruluşu ifadə edir ki, onun da hər bir bölməsi lokal qaydada nəzərdən keçirildikdə özü də ayrıca sistem kimi qəbul oluna bilər. Bunları bloklar şəklindən aşağıdakı qruplara bölmək mümkündür: tədqiqatın məqsədi, vəzifələri, statistik təhlilin vəzifələri, mərhələləri, prinsipləri.
İqtisadi statistik araşdırmanın mühüm mərhələsi hesab olunan təhlil özü ilə nəzərdən keçirilən obyektin ayrı-ayrı tərkib hissələrə bölüşdürülməsini, onların statistik məcmunun vahidləri kimi nəzərdən keçirilməsini və elmi cəhətdən öyrənilməsini təcəssüm etdirir. İqtisadi-statistik təhlil qeyd olunan mərhələlərlə yanaşı on-larda tətbiq olunacaq metodikanı da işləyib hazırlamalıdır. Tədqiq olunan hadisə və proseslərin olduğu kimi əks etdirilməsinin təmin olunması iqtisadi-statistik təhlilin aparılmasında hansı statistik-araşdırma metodlarından istifadəni, onların hansı qayda və ardıcıllıqla aparılması və s. bu kimi işlərin görülməsini nəzərdə tutur. İqtisadi informasiyanın statistik təhlilinin aparılmasını ilk növbədə bu işlə bağlı qarşıya qoyulan məqsədlə nizamlamaq mümkündür.
Hər hansı iqtisadi-statistik araşdırmanın vəzifələri sırasında ilkin addımlarından biri tədqiqat obyektini təşkil edən obyekt və hadisələri müəyyənləşdirilməsi və onun qiymətləndirilməsi hesab olunur. Digər tərəfdən, obyektin qiymətləndirilməsində həm eyni, həm də müxtəlif cinsliliyini bilinməməsi müşahidə olunur ki, buradan da həmçinin digər spesifik məqamların işıqlandırılması mümkün deyil. İqtisadi proseslərin səmərəlliyinin və təsərrüfat subyektlərinin işgüzar fəalliğının cəmiyyətin sosial infrastrukturu və onun vəziyyətinin qiymətləndirilməsi, empirik materialların keyfiyyətindən, onların inkişaf qanunauyğunluqları və meyllərinin aşkara çıxarılması və elmi cəhətdən əsaslandırılmasından asılıdır.
Hadisə və proseslərin quruluşunun, onların arasındakı qarşılıqlı əlaqələrin, həmçinin inkişaf qanunauyğunlarının araşdırılması iqtisadi-statistik təhlildə mühüm məsələlərdən hesab olunur və bununla da əsas vəzifələri sırasına daxil edilmişdir. İstənilən araşdırılan obyektin daxili və xarici qiymətləndirilməsi onun həm tərkibi və quruuşu, həm digər obyektlərlə qarşılıqlı əlaqə və asılılıqları, həm də inkişaf qanunauyğunluğu və meyli (həmçinin dinamikası) haqda məlumatların mövcudluğu şəraitində baş tuta bilər.
Oxşarlıqlarla bərabər araşdırılan statistik məcmunun vahid-lərində xeyli fərqlər mövcuddur ki, bunların əsasında da təhlilin təşkili mümkün olur. Təhlil araşdırması məcmu və ya onun va-hidlərinin inkişaf perspektivləri haqda nəticələrin formalaşdırıl-ması və uyğun təkliflərin verilməsi ilə başa çatır.
Təhlilin mərhələləri onlarda istifadə olunan metodların özünəməxsusluğu ilə fərqlənir. Statistik təhlil zamanı istifadə olunan metodlara hadisə və əlamətlər arasındakı mühüm əlaqələrin aşkara çıxarılması, topludakı vahidlərin bircinsliyinin qiymətləndirilməsi, toplunun öyrənilən əlamət üzrə bölgüsünün sistemli təhlili və s. əyani nümunə kimi göstərilə bilər. Öz növbəsində təhlil metodları da standart və daimi deyildir, onlar öyrənilən hadisə və proseslərin xarakter və xassələrindən, onların təzahür formalarından asılı olaraq dəyişə və uyğunlaşdırıla bilər.
Yüklə 28,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə